Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə13/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   212

döyüşçülərin rollarında uşaqlar oynayırdılar.  Şəbihgərdan onlara kömürdən bığ  və saqqal çəkirdi. 

Tamaşa daxilindəki davranışlarında pərakəndəlik, nizamsızılıq gözə çarpırdı  və bu, hadisələrə 

təbiilik gətirmək naminə edilirdi. 

Şəbih tamaşaları  və  dərviş zikrləri üçün tikilən binaya təkyə deyilib. Təkyə sözü ərəbcə 

"söykənmə", "istinadetmə" mənalarını verir. 

Şəbih tamaşalarının qış aylarında və əsasən, axşamlar göstərilməsi üçün müvəqqəti qurulan, 

səhnəyəbənzər meydançası olan yerlərə şuraxana, qəməriyyə, mahtab adları verilib. 

Şəbih tamaşalarının keçirilməsini, onlara çəküəcək bütün xərcləri öz üzərinə götürən mömin 

adam tənyədar adla-nıb. 

Şəbih tamaşaları üçün istifadə olunan bədii mətnlərin təziyənamə adı da var. 

Səyyar əza qafiləsinin hər bir oyunçusu əzadar deyə çağırılıb. 

Əza qafiləsi özünün mərasimini gecə də davam etdirəndə öndə məşəlçilər gedirdilər. 

Üzərində "Qasım otağı" və bu tipli məkanlar quraşdırılan xərəklər çoxlu əzadarın 

çiyinlərində aparılırdı. Xərəyə el arasında təxtirəvan da deyilirdi. 

Şəbihgərdanlar, şəbih tamaşalarında oynayanlar gərdun adı ilə də tanınırdılar. 

Milli teatrın romantik faciə qolunun poetika göstəricilərini və estetik prinsiplərini daha 

dərindən öyrənmək üçün şəbih oyunlarının bədii, nəzəri əsaslarına da yiyələnmək lazımdır. 

Şəbih tamaşalarında çağdaş teatr üçün səmərəli ola biləcək kifayət qədər ifadə vasitələri, 

forma elementləri vardır. 

 

 




MİRZƏ FƏTƏLİ AXUNDZADƏ 

(1812-10.3.1878) 

 

Milli peşəkar Azərbaycan dramaturgiyasının banisi Mirzə  Fətəli Axundzadə sayılır. O, 



görkəmli ictimai xadim, filosof-estetik və yazıçı olub. Fəlsəfə elminə "Kəmalüddövlə  məktubları" 

traktatını (1865), "Həkimi-ingilis Yuma cavab", "Yek kəlmə haqqında" kimi əsərlərini bəxş edib. 

Yazıçılığının dörd şaxə-qolu var. "Səbuhi" təxəllüsü ilə şeirlər yazıb. Bu janrda məşhur əsəri 

"Puşkinin ölümünə  Şərq poeması" (1837) sayılır. Klassik janrlarda lirik, ictimai-sosial və satirik 

şeirlər yazıb. 

Nəsr janrında "Aldanınış kəvakib" (1857) kimi inci yaradıb. İkinci adı "Hekayəti-Yusif şah" 

olan bu əsər realist nəsrimizin ilk nümunəsi sayılır. Bu əsərində yazıçının arzuladığı  cəmiyyət 

haqqında, dövlətçilik, elm və təhsil, mənəvi-əxlaqi problemlər barədə fikirləri öz təcəssümünü tapıb. 

Müxtəlif mövzularda fəlsəfi-estetik məqalələr, dramaturgiyaya, poeziyaya aid nəzəri əsərlər 

yazıb. "Nəzm və nəsr haqqında", "Tənqid risaləsi" (1862), "Mirzə Ağanın pyesləri haqqında kritika" 

(1871) əsərləri fikir dərinliyinə, forma xüsusiyyətlərinə, məzmun səciyyələrinə görə dəyərlidirlər. 

Bütün bunlarla yanaşı, Mirzə  Fətəli Axundzadə  həm milli, həm də dünya ədəbiyyati 

tarixində dramaturq kimi daha əzəmətli yer tutur. "Hekayəti-Molla  İbrahimxəlil kimyagər", 

"Hekayəti-Müsyö Jordan həkimi-nəbatət və  dərviş  Məstəli  şah caduküni-məşhur", "Sərgüzəşti-

vəziri-xani-Lənkəran" (1850), "Hekayəti-xırs quldurbasan" (1851), "Sərgüzəşti-mərdi-xəsis" ("Hacı 

Qa-ra" 1852) və "Mürafiə vəkillərinin hekayəti" (1855) komediyalarını yazıb. Bu əsərlər ədəbiyyat 

tariximizdə asan və  qısa  şəkildə "Mola İbrahimxəlil kimyagər", "Dərviş  Məstəli  şah" (və yaxud 

"Müsyö Jordan"), "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", "Hacı Qara" və "Mürafiə vəkilləri" 

kimi yazılır. Dramaturq komediyaları hamısı bir yerdə "Təmsilat" adlanır. 

 

* * * 



 

Mirzə Fətəli Mirzə Məhəmmədtağı oğlu Axundzadə 1812-ci ildə Azərbaycanın Nuxa (indiki 

Şəki)  şəhərində doğulub. Atası  nəslən Təbriz  şəhəri yaxınlığındakı  Xəmnə  kəndindəndir. Babası 

Xəmnənin kəndxudası olub. Mirzə Məhəmmədtağı,  əsasən, ticarətlə  məşğul olub və  Şəkiyə  də bu 

məqsədlə  gəlib. Burada Fətəlinin iki yaşı olanda atası  və anası Nanə xanım ticarət işləri ilə bağlı 

Şəkidən Xəmnə  kəndinə köçüblər.  İki yaşlı  Fətəli də onlarla gedib və yeddi il Xəmnədə yaşayıb. 

Burada ilk dini təhsil alıb. Anası ərindən boşanandan sonra oğlunu da götürərək 1821-ci ildə Şəkiyə 

qayıdıb. 

Şəkidə  uşağın tərbiyəsi ilə anasının  əmisi, dini savadına görə hörməti uca tutulan Axund 

Hacı Ələsgər məşğul olub. O, Fətəlini oğulluğa götürüb və ona dini təhsil verməyə başlayıb. Axund 

Məkkəyə Həcc ziyarətinə gedəndə Fətəlini dini təhsilini davam etdirmək üçün 1832-ci ildə Gəncə 

şəhərinə gətirib. Burada onu Molla Hüseyn Pişnamazzadəyə tapşırıb və xahiş edib ki, o, uşağa fiqlı 

(şəriət elmi) və  məntiq dərsi versin. Fətəli Gəncədə, eyni zamanda şair Mirzə  Şəfi Vazehlə tanış 

olub, onun klassik poeziyaya aid dəyərli söhbətləri sayəsində lirikaya maraq göstərib. 

Həcc ziyarətindən qayıdandan sonra Axund Hacı  Ələsgər onu yenidən  Şəkiyə  gətizdirib. 

Fətəli şəhərdə yenicə açılmış rus məktəbinə gedib və burada bir il oxuyub. 1834-cü ildə gələcəyin 

böyük dühası hamisi ilə birgə Qafqazın inzibati mərkəzi sayılan Tiflisə gəlib. Axundun hörmət və 

izzəti sayəsində  Fətəli Axundzadə Qafqazın baş hakimi baron Rozenin dəftərxanasında işə girib. 

Onu mülki işlər üzrə Şərq dilləri mütərciminin şagirdi vəzifəsinə götürüblər. Tezliklə iş yerində və 

camaat arasında böyük hörmət qazanıb və ehtiram əlaməti olaraq onu "Mirzə" deyə çağırıblar. 

Mirzə  Fətəli Axundzadə 1836-cı ilin dekabr ayında  şəhərin "qəza məktəbi" adlanan təhsil 

ocağına müəllim işləməyə  dəvət alıb. Dörd ilə yaxın (1840-cı ilin sentyabrına kimi) burada 

azərbaycanlı balalarına fars və ana dillərini tədris edib. 



Yenidən Qafqaz canişinliyinə böyük qulluğa çağırılan Mirzə  Fətəli uzun illər burada 

çalışmış, Rusiya-İran və Rusiya-Türeiyə siyasi-diplomatik məsələlərində  tərcüməçilik etmişdir. 

Tərcüməçilikdə polkovnik rütbəsi vəzifəsinə kimi yüksəlmişdir. Eyni zamanda rus dilinə mükəmməl 

yiyələnməklə dünya ədəbiyyatının klassik sənətkarlarının yaradıcılıqları ilə yaxından tanış olub. O 

cümlədən də fransız  ədibi Jan Batist Molyerin dramaturji irsini öyrənib və  qəlbində  ədəbiyyatın 

dram janrına böyük maraq oyanıb. Elə bu maraqdan da ədəbiyyatımızda yeni janrın təməli 

qoyulmuş, mədəniyyat tariximiz  "Təmsilat" kimi inci ilə zənginləşmişdir. 

Mirzə  Fətəli Axundzadə 10 mart 1878-ci ildə  ağır ürək xəstəliyindən vəfat edib. Özünün 

vəsiyyətinə görə onu Tiflisdə, müəllimi Mirzə Şəfi Vazehin məzarı yanında dəfn ediblər. 

 

* * * 



 

"Molla İbrahimxəlil kimyagər" Mirzə Fətəlinin ilk komediyasıdır. Elə ilk komediya da onun 

müəllifinin feodal cəmiyyətinin çürümüş mənəvi-əxlaqi problemlərinə, fanatizınə, nadanlığa, miskin 

həyat tərzinə, kiflənmiş düşüncə tərzinə qarşı hansı işıqlı mübarizə mövqeyində durduğunu göstərib. 

Dramaturq sadə süjet əsasında qurulmuş  həyati hadisələrin özünü və o hadisələr içərisində 

formalaşan bədii xarakterləri, koloritli personajları bütün tipik səciyyələri ilə təqdim edib. 

Bir dramaturq kimi Mirzə  Fətəli Axundzadəni həmişə hansısa fırıldaqçının  əməllərinin 

nəticəsi deyil, onu doğuran səbəblərin, ictimai bəlaların ifşası maraqlandırıb. Məhz bu mövqedə o, 

həm görkəmli maarifpərvər, həm də  sənətkar estetikasının fəlsəfi-psixoloji xassələrinə görə realist 

satirikdir.  

Pyesdə fırıldaqçı Molla İbrahimxəlil misi gümüşə çevirə bilmək "məharəti" ilə varlanmağa 

həris, avam adamları aldadıb pullarını  əllərindən alır. Misin gümüşə çevrilməməsinin səbəbini isə 

onların meymunu yadlarına salmaları  bəhanəsində görür. Bu gülməli, bu məsxərəvari hadisə 

avantürist Molla İbrahimxəlilin və onun köməkçisi Molla Həmidin çirkin əməlləri kimi 

səciyyələnmir. Burada əsil mətləb daha dərin qatlardadır. Axundzadənin ifşa hədəfi ictimai mühit, 

pas atınış düşüncələr, 

nadanlıq, xurafat, xudbin ehtiraslar, mənəvi rəzilliklər,  əbləhlik, acgözlük ehtirasının doğurduğu 

vəhşətlərdir. Dramaturq bütün bunların meydana çıxmasını  və  fırıldaqçılığın tüğyan etməsini 

cəmiyyətin durğunluğu ilə bağlayıb. 

"Molla Ibrahimxəlil kimyagər" komediyasında qoyulan kəskin ictimai-sosial, mənəvi-əxlaqi 

problemlər dramaturqun sonrakı dram əsərlərində daha mürəkkəb həyat hadisələri zəminində, daha 

kəskin Konfliktlər  əsasında işlənib. "Dərviş  Məstəli  şah" dramının qəhrəmanı  mənəvi baxımdan 

Molla İbrahimxəlillə qohumdur, doğmadır. Lakin dramaturq bu bənzərliyi mənəvi cəhətdən götürüb, 

obrazın bədii təsvirinə görə isə fal qurub cadu-piti ilə cibləri soyan Məstəli şah milli  

dramaturgiyamızda orijinal dramaurji obrazdır. 

Dərviş  Məstəli  şah da sırf real cəmiyyətin real sosial-ictimai tipidir. Buna görə  də Mirzə 

Fətəli Axundzadə bilərəkdən Məstəli  şahın "Parisi dağıtmaq" hoqqasını Komediyanın sonuna 

keçirib. Belə bir bədii fəndlə və dramaturji üslubla ədib cəmiyyətin "Molla İbrahimxəlil Kİmyagər" 

komediyasında görmədiyimiz tərəflərini daha satirik səpkidə  təsvir edib. Avropa və Asiya həyat 

tərzlərinin mahiyyətini və bu mahiyyətin  şüurlara təsirini açıqlayıb. Avropa tipinin xarakterik 

nümayəndəsi olan Müsyö Jordan obrazını yaradıb. Digər tərəfdən, artıq bu məsxərədə  təkcə bir 

şəhərin ("yəni nuxuluların") tipik nümayəndəsinin deyil, böyükbir mahalın - Təklə Muğanlı obasının 

məşhur bəyinin (Hatəmxan ağa), Avropaya, mədəniyyət işığına meyl göstərən (Şahbaz bəy) gəncin 

bitkin obrazları yaradılıb. Ən əsası isə, Axundzadə bu komediyasında mövcud ictimai müsibətləri, 

şüurların kəsafətini, savadsızlığın törətdiyi miskinliyin sarsıdıcı daxili xüsusiyyətini qadın obrazları 

vasitəsilə verib. Dramaturqun qüdrəti bir də orasındadır ki, milli ədəbiyyatımızda ənənəsi olmayan 

bir janrda belə bitkin, belə canlı, belə real və belə dadlı-duzlu, şirəli xarakterlər, o cümlədən qadın 

surətləri yarada bilib. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə