Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə10/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   212

nəql edən Kukla oynadılırdı. Oyunçu sözləri istədiyi kimi dəyişir, improvizə edirdi. Əsas diqqətini 

yumorlu hərəkətlərə yönəldirdi ki, gülüş bol olsun. 

Çadırxəyal da formaca Xeyməkəmərə bənzəyir. Bu forma üçün xarakterik olan "Şah Səlim" 

oyunları Novruz və Qurban bayramlarında, ailə şənliklərində, evin içində göstərilirdi. 

Çadırdəsti də bu qəbil oyunlardan sayılırdı. Bu tamaşa hansısa ailədə  uşaq doğulanda 

oynanılırdı. Kuklalar həm iplik, həm də əlcək-qolçaq olurdu. 

Kukla tamaşalarının Xeymə forması da geniş yayılmışdı. Tamaşaları oynamaq üçün xüsusi 

xeymə (çadır) qurulurdu. Kətan parça dördbucaq şəklində, hündürlüyü adamboyu olan payalara 

bərkidilirdi. Üstü açıq qalırdı. Oyunçular fiqurları  hərəkətə  gətirməkdə  sərbəstlik qazanırdılar. 

Təbriz, Xoy, Zəncan, Makul bölgələrində bu oyuna Xeyməşəbbazi deyilirdi. 

Xümoyunu Kukla tamaşalarının bir növüdür. Oyunçu iri saxsı  və ya gildən düzəldilmiş 

küpün içinə girir və görünmür. Əllərinə keçirdiyi qolçaq kuklaları başı üzərindən, küpün boğazından 

yuxarı qaldıraraq tamaşaya başlayırdı. 

Qərbi Azərbaycanda kukla oyunları Çömçəgəlin kimi ümumiləşdirilib. "Şah Səlim" oyunları 

ifadə formalarına görə iki yerə bölünürdü. Dəzgah Şahsəlimi adlanan tamaşalar açıq pərdə önündə 

və saplardan asılmış kuklalarla (marionetlərlə) göstərilirdi. Oyunçulara dəzgahdar deyirdilər. 

Dəzgahdar bir əli ilə kukla oynadır, o biri əli ilə nəfəsli musiqi alətində çalırdı. 

İkinci bölməyə aid ola Şahsəlimi oyunları, adətən, gecələr göstərilirdi. Ona görə  də Gecə 

oyunu, Şəbbazi kimi adları da var. 

İskəmə oyunu ailənin sevincli günlərində oynanılırdı. Tamaşa önünə  pərdə-örtük tutulan 

masa arxasında göstərilirdi. Oyunçu tək olurdu. O, əlcək-qolçaqlı iki kuklanın duet-dialoqları 

əsasında hadisə-oyun quraşdırırdı. 

Kukla tamaşalarının çox yayılmış formalarından biri Pişbənd adlanırdı. Bu növ tamaşada 

oyunçu və onun köməkçisi örtülü çadırın içərisində olurdular. Çadırda adamboyu hündürlükdə 

kvadrat  şəkilli dəlik (dəlikcə) açılırdı. Həmin dəlikcədən sapla istifadə edilən kuklalar vasitəsilə 

tamaşalar göstərilirdi. Göstərilən oyun-tamaşanı, hadisələrin xarakterinə uyğun olaraq kamança, saz, 

tütək, qara zurna müşayiət edirdi.  

Kölgə oyunları (Xəyal oyunu) kukla tamaşalarının orijinal bir formasıdır. Həmin tamaşalar 

üçün obraz-kukların silueti dana, dəvə  dərilərindən və ya qalın kordondan kəsilirdi. Nağıl 

məclisində nazlk parçadan ekran-pərdə qurulurdu. Köməkçi ekran-pərdənin arxasında tamaşaya aid 

müxtəlif fiqur-kuklaları xüsusi ipə düzürdü. Digər hazırlıq işlərini də görüb qurtarandan sonra işıq 

yandırırdı. Bu işığa xəyalfanar və ya şəma deyilirdi. Şəma zeytun yağı və ya qara neft tökülən, çoxlu 

piltəsi olan nəlbəki idi. Çırağın  əsas funksiyası oynadılan kukların hərəkətlərini pərdə-ekranlara 

salmaq idi. Əsas oyunçu xəyalbaz və ya ş  ə b b a z adlanırdı. Fiqurları  gəzdirib hərəkətə  gətirən 

oyunçular k ö l g ə ç i, s a y ə d a r, s a y ç ı da çağırılırdılar. Kölgə və xəyal oyunlarında istifadə 

edilən pərdə-ekrana göstərməlik, görənək deyilirdi. 

Kölgə tamaşa-oyunları üçün hazırlanmış yüzlərlə yastı kukla (xaməcik) fiqurları xüsusi 

sandıqçalara yığılırdı. Xəyalbazın sandıqçanı daşıyan yardımçısı həmal (hambal) deyə çağırılırdı. 

Azərbaycanda az yayılmış Bacbacı (əzizləmə, bacı-bacı mənasında) oyunu da olub. Həmin 

oyun yalnız qız-gəlinin ifasında göstərilib.  İfaçı  qızlar dabanlarını  rəngli  əsgilərlə sarıyaraq, onu 

adama bənzədirdilər. Sonra qılçalarını topuqdan yuxarı örtüklə bürüyüb arxası üstə uzanır, 

ayaqlarını sağa-sola, aşağı-yuxarı  tərpətınəklə "obrazları" hərəkətə  gətirirdilər. Tamaşaların  əsas 

süjeti Balbacı (Badambacı) ilə Cicibacı (və ya Canbacı) arasında gedən zarafat-yumor üzərində 

qurulurdu. 

Kukla tamaşaları  mərasim oyunlarında və Meydan göstərmələrində  təşəkkül tapıb 

formalaşan xalq dramaturgiyamızda yeni janrlı  səhnəciklər, məsxərələr, məzhəkələr, hoqqalar 

yaranması üçün zəmin olub. 

Kukla oyunları xalq tamaşalarında  əlvan bədii tərtibatlardan istifadənin yeni-yeni 

prinsiplərini, ölçülərini, forma xüsusiyyətlərini üzə çıxarıb və onları təkmilləşdirib. 



Kukla oyunlarının çoxunda müxtəlif ritm-ahəng ölçülərində musiqidən istifadə edilib. 

Kukla oyunlarında hadisələr həm keçmiş zamandan, həm də çağdaş dövrdən bəhs edirdi. 

Kukla tamaşaları nağıl söyləmə estetikasma söykənsə  də, tədricən onun özünün məkan-

zaman anlayışı da formalaşıb. 

Nəhayət, onu da qeyd etmək lazımdır ki, milli kukla (oyuq) oyun-tamaşalarında çağdaş 

dövrdə peşəkar Kukla teatrları üçün örnək ola bilən, zəngin poetika göstəriciləri,  əlvan estetik 

prinsiplər vardır. 

  

 




ŞƏBİH TAMAŞALARININ 

ƏSAS SƏCİYYƏLƏRİ 

 

Şəbih sözü ərəbcə  bənzər, oxşar deməkdir.  Şəbih dini-misteriya tamaşasıdır və meydan 



teatrının bir formasıdır. Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılıb.  Şəbih 

tamaşalarının özünəməxsus dramaturgiya və teatr poetikası vardır. Şəbihlərin baş mövzusunu imam 

Hüseynin tərəfdarları ilə Yezid, onun qoşunları arasındakı mübarizələr təşkil edir. 

Müsəlman dininin banisi Məhəmməd peyğəmbər 632-ci ildə  Mədinədə  vəfat etdi. 

Müsəlmanlığa (İslama) rəhbərliyi Məhəmmədin əmisi oğlu və qızı Fatimənin əri Həzrət Əli və ya 

peyğəmbərin qayınatası (Aişənin atası), qüdrətli sərkərdə, Məhəmmədin inanılmış silahdaşı 

Əbubəkr öz üzərlərinə götürməliydilər. Birinci xəlifə, yəni başçı, rəhbər  Əbubəkr oldu və iki il 

hakimiyyətdə qaldı,  İraq və Suriyanı istila etdi. Əli tərəfdarları  şiələr (şieyi-Əli) bundan narazı 

qaldılar və öz başçılarını hakimiyyətə  gətirmək üçün yollar axtarıb, məqam gözləyir, üsullar 

fikirləşirdilər. 

Əbubəkrdən sonra xilafətə  rəhbərliyi Ömər (10 il) və Osman (12 il) etdilər. Osmanın 

qətlindən sonra Əli hakimiyyətə  gəlib dördüncü xəlifə  və  şiələrin birinci imamı oldu. Beş ildən 

sonra Əli də xəyanət nəticəsində dünyasını dəyişdi və onun böyük oğlu, peyğəmbərin nəvəsi Həsən 

xəlifə elan edildi. Müaviyyə külli miqdarda pul verib, fitnə ilə hakimiyyəti Həsəndən aldı, az sonra 

isə onu zəhərlətdirib öldürtdü. Müaviyyə xilafətin paytaxtını Mədinədən Suriyanın Dəməşq (Şam) 

şəhərinə  köçürtdü. Bu qərarla o, şiələrə sarsıdıcı  zərbə vurdu, çünki Əlinin tərəfdarları bilavasitə 

Mədinədə cəmləşmişdilər. On doqquz ilə yaxın xəlifəlik edən Müaviyyə ərəbləri mənən birləşdirdi 

və sağlığında oğlu Yezidi özünə varis elan etdi. Bu dövrdə Həsənin kiçik qardaşı Hüseyn Mədinədə 

bir növ surgündə yaşayırdı.  Şiələr arasında böyük hörmət və izzət sahıbi olan Hüseyni dəfələrlə 

Kufəyə  dəvət etmişdilər ki, qüvvələri birləşdirib onu hakimiyyətə  gətirsinlər. Hüseyn ailə 

üzvlərindən və yaxın qohumlarından ibarət 72 nəfərlə Kufəyə gedərkən Kərbəla yaxınlığında 

mühasirəyə alındılar. O, Yezidin hüzuruna gedib ona biyət (hakimiyyətini qəbul etmək) təklifini 

rədd etdi və onuncu gün böyük orduya qarşı döyüşə girdi. Hüseyn, onun ögey qardaşı Həzrət Abbas 

və digər tərəfdarları qılıncdan keçirildilər, arvad, uşaq isə əsir alınıb, Dəməşqə göndərildi. 

Müəyyən siyasi və dini mahiyyət daşıyan bu hadisə Islam tarixinə  Kərbəla müsibəti kimi 

daxil oldu. VIII əsrdən üzü bəri şiələr Hüseynə və başqa şəhidlərə ağılar deyir, qəsidələr söyləyir, 

təziyələr keçirirdilər. XV əsrdən başlayaraq şiələrin Kərbəla müsibətlərini hər il qeyd etmələri geniş 

vüsət aldı,  şəbih tamaşaları daha böyük inkişaf yoluna çıxaraq geniş  əraziyə yayıldı. O cümlədən 

Azərbaycanda, xüsusən öikənin cənub bölgələrində  məhərrəmlik ayında  şəbih tamaşaları 

göstərilməyə başlandı. 

Şəbih mərasimi iki hissədən ibarət olur. Məhərrəmlik ayının ilk on günü əza (matəm) 

keçirilir. Onuncu günə aşura (onluq) deyilir və dini etiqada görə imamlar və övladları mühasirənin 

onuncu günü qətlə yetiriliblər. Həmin vədəyə qətl sınan gün də deyirlər. 

Aşura günü və ondan sonraki günlərdə müxtəlif adlarda böyük və təntənəli şəbih tamaşaları 

oynanılır. 

Ərəb sözü olan "əza"  matəm  deməkdir. Məhərrəmliyin ilk günündən matəm təntənəli və 

izdihamlı keçirilir. Bu izdiham səyyar tamaşa ünsürləri ilə zəngin olur. Ona əza qafiləsi də deyilir. 

Əza qafiləsi izdihamının yürüşünə yas bayraqları  gəzdirən  ələmdar, tuğdar, xərəkdar, 

sənkzən, səlladar və digər  əzadarlar daxildirlər. Onlar öndə gedirlər və hamısı bir yerdə  əlviyyə 

adlanır. 

Əza qafiləsində və həmçinin şəbih tamaşasında imam Hüseynin məslək tərəfdarları, onunla 

birgə  qətlə yetirilənlər əsabə (əshabə) adlanırlar. Sayca 72 nəfər olan əsabə imam-həng dəstəsinin 

təmsilçiləridir. 

Əza qafiləsində  Əliəkbər otağı düzəldilir və  xərəyin üstünə qoyularaq gəzdirilir.  Əliəkbər 

imam Hüseynin böyük oğlu olub və o da 18 yaşında qətlə yetirilib. Əliəkbər otağında onun rəmzi 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə