Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə18/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   212

Nəcəf bəy Vəzirovun dramaturgiyası  tənqidi realizmın estetik prinsipləri ilə özəl səciyyə 

daşıyır. 

Nəcəf bəy Vəzirov dram əsərlərində maarifçilik hərəkatının ictimai-sosial məzmununu, 

həmin dövrün insanlarının mürəkkəb, psixoloji həyat tərzlərini təsvir etməyin bariz nümunələrini 

yaradıb. 

Nəcəf bəy Vəzirov milli dramaturgiyamıza fəlsəfi təməl, psixoloji dramatizm, fəci obrazlar 

silsiləsi gətirib. 

 

 



 

PEŞƏKARLIĞA KEÇİDİN 

YENİ MƏRHƏLƏSİ 

(1886-1896) 

 

Teatr prosesi 1885-ci ildə digər şəhərlərə, yəni Tiflisə və Şuşaya nisbətən Bakıda bir qədər 



öləzidi. Onun əsas səbəbi teatr meyilli ziyalılıarın qısa müddətdə müxtəlif  şəhərlərə getmələri ilə 

bağlı idi. Bununla belə, il ərzində müxtəlif həvəskarlar Mirzə  Fətəli Axundzadənin "Lənkəran 

xanının vəziri", "Müsyö Jordan və  dərviş  Məstəli  şah" komediyalarını, Vasaq Mədətovun 

vodevillərini hazırlayıb tamaşaçılara göstərirdilər. 

Bu səylər 1886-cı ildə davam etdirildi. Həmin dövrdə  əslən  şamaxılı olan Həbib bəy Hacı 

İbrahimxəlil oğlu Mahmudbəyov (1864- 1927) və Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə 

(1866-1937) Tiflis şəhərində Aleksandrinsk Müəllimlər İnstitutunda oxuyurdular. Onlar qış və yay 

tətillərində Bakıda olmuş, burada tanış ziyalılarla birgə bir neçə teatr tamaşası hazırlamışdılar. 

Tiflisdə  həm gürcü, həm rus, həm də bu şəhərə  gələn  əcnəbi teatrlarının, ayrı-ayrı daimi 

truppaların tamaşalarına baxmış, səhnə sənətinin müəyyən vacib mətləblərinin əsas xüsusiyyətlərini 

mənimsəyə bilmişdilər. Həbib bəy və Sultanməcid bəy 1887-ci ildə ali təhsillərini başa vuraraq 

Bakıya pedaqoji fəaliyyətə göndərildilər. Burada müəllimliyə başladılar və tez bir zamanda şəhərdə 

həm maarif və həm də mədəniyyət xadimi kimi tanındılar. İkisi bir yerdə Bakıda yeni tipli rus-türk 

(rus-müsəlman və rus-tatar da deyilib) məktəbi açdılar. "Həbib bəyin məktəbi" kimi məşhur olan 

təhsil ocağı bu gün 132 saylı məktəbdir. 

Həbib bəy Mahmudbəyov, Sultanməcid Qənizadə  və onların məslək və  əqidə dostu 

Nəcəfqulu Vəliyev Bakıda teatr həvəskarlarını öz ətraflarında toplayaraq teatr sənətinin dirçəlişinə 

yeni və səmərəli təkan verə bildilər. Onlar bu işə dərs dedikləri məktəblərin yuxarı sinif şagirdlərini 

də  cəlb edirdilər. Hər il məktəbi bitirən  şagirdləri yenilər  əvəz edirdi. Məşhur teatr aktyoru və 

rejissoru Hüseyn Ərəblinski və aktyor-dramaturq Mirmahmud Kazımovski də ilk dəfə bu 

müəllimlərin həvəskarlar dəstəsində səhnəyə çıxıblar. 

1923-cü ildə Bakıda nəşr olunmuş "Azərbaycan türk teatrının müxtəsər tarixçəsi" kitabında 

yazılıb ki, 1887-ci ildən sonra türk teatrı Bakıda gəldikcə  tərəqqi etməyə başlayır. O vaxtın 

cavanlarından Sultanməcid Qənizadə, Həbibbəy Mahmudbəyov və  Nəcəfqulu Vəliyev başlarına 

həvəskarları  cəm edib teatrlar verməyə başlayırlar. Bu şəxslərin teatr yolunda çəkdikləri  əzab, 

uğraşdıqları  ənvai təhqirat, föhşlərin heç biri vəsfə  gələsi deyildir". Onlar əsil maarifpərvərlik 

fədakarlığı göstərərək, həvəskarlardan ibarət teatr durumunun güclənləsinə  və milli səhnə 

sənətimizin peşəkärlığın yeni səciyyələrini qazanınasma nail ola biliblər. 

Üçlüyün hazırladığı ilk tamaşalar içərisində Mirzə  Fətəli Axundzadənin "Müsyö Jordan və 

dərviş Məstəli şah" komediyası daha böyük uğur qazanıb. Şəhər teatrında (Tağıyev teatrı) göstərilən 

tamaşada əsas rolları S.Seyidov (Dərviş Məstəli şah), M.Şəkibəyov (Qulaməli), S.Qayıbov (Müsyö 

Jordan),  Ş.Mirzəyev (Hatəmxan ağa), Kostapova (Şərəfnisə), Rusiyeva (Gülçöhrə) Cahangir 

Zeynalov (Şahbaz bəy), Vəzirov (Şəhrəbanu) oynayıblar. Tamaşaya məsul S.Seyidov olub. 



Xatırladım ki, 1920-ci illərə kimi müxtəlif truppalarda, ayrı-ayrı teatr dəstələrində hazırlanıb 

göstərilən tamaşalara məsul müdir olurdu. Bu şəxs bütün inzibati işlərə cavabdehilk daşıyırdı və onu 

fərasət və bacarığına görə seçirdilər. 

Bu illərdən başlayaraq məşhur komik aktyor Cahangir Zeynalov və aktyor, rejissor və 

inzibati işçi  Əbülfət Vəli (Vəliyev) teatr sənətində peşəkarlıq yolunu tutmağa başladılar. Onların 

ardınca digər sənətkarlar da teatrı özlərinə  əsas peşə seçdilər. Həvəskar artistlər oynadıqları 

tamaşalardan gələn gəlirlərin daha çox hissəsini kasıb  şagirdlərin geyim və  dərs ləvazimatlarına 

xərcləyirdilər. 

Teatr sənətinin tərəqqisi ilə bağlı ziyalılarımız dünya dramaturgiyası nümunələrini tərcümə 

etməyə meyil göstərirdilər. Məsələn, 1888-ci ildə Tiflisdə çıxan "Kəşkül" qəzeti alman ədibi Fridrix 

Şillerin "Məkr və məhəbbət" faciəsinin tərcüməsini "Xüdə və eşq" adı ilə çap etməyə başlayıb. 

Azərbaycan və rus məktəblərinə yardım məqsədilə göstərilən səhnə əsərləri arasında 1889-cu 

ildə oynanılan "Lənkəran xanının vəziri" və "Qırt-qırt" (Vasaq Mədətov) tamaşaları daha maraqlı 

alınmışdı. Qənizadə  və Mahmudbəyov get-gedə  həvəskarlara rol üzərində  işləməyin  əlifbasını 

öyrədir, müəyyən mənada sabit dəstə yaratmağa səy göstərirdilər. Onlar müəllim yoldaşlarının 

köməkliyi ilə  şəhərdə müxtəlif müsamirələr keçirir və sonda kiçik vodevillər, məzhəkələr 

oynanılmasını təşkil edirdilər. 

1890-cı ilin ən böyük teatr hadisələrindən biri martın 10-da Tağıyev teatrında göstərilən 

komediya olub. Əvvəlcədən elan vurulmuşdu ki, tamaşadan gələn gəlir yoxsul şagirdlərə 

xərclənəcək. 

Başqa bir tarixi hadisə o olub ki, milli səhnəmizin ilk peşəkar artistlərindən sayılan 

Məhəmməd bəy Məlikov (Əlvəndi) aktyorluğu özünə peşə seçərək səhnə fəaliyyətinə başlayıb. 

Digər teatr hadisəsi bina ilə bağlıdır. Bakı neftxudası, xeyirxah milyonçu Ağa Musa Nağıyev 

şəhərdə "Obşestvennoye sobraniye" ("Cəmiyyət yığnağı", "Nəciblər evi") binası tikdirib. Həmçinin 

"Nağıyev teatrı" adlanan bu binada teatr tamaşaları oynanılıb, mədəni müsamirələr, yığılan vəsait 

mədəniyyətə sərf olunan ianə axşamları keçirilib. 

Nəriman Nərimanovun 1891-ci ildə Bakıya gəlməsinin də teatr prosesinin təkamülünə 

müsbət təsiri olub. Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsinin tamaşaya 

hazırlanmasında iştirak edən Nərimanov həm də əsərdə Nəcəf bəyin rolunu oynayıb. Cəlal Ünsizadə 

Aleksandr Puşkinin məşhur "Boris Qodunov" faciəsini Azərbaycan dilinə tərcümə edib. 

Teatr həyatında canlanına 1892-ci ildə bir qədər də artıb. İlin ilk aylarında teatr həvəskarları 

Tağıyev teatrında Vasaq Mədətovun "Bacı  və qardaş" (4 fevral) vodevilini göstəriblər.  İl  ərzində 

oynanılan tamaşalardan daha çox diqqətçəkəni Sultanməcid Qənizadənin rus dramaturqu 

Dyaçenkodan tərcümə-təbdil etdiyi "Qurban üçün qurban", Mirzə  Fətəli Axundzadənin "Müsyö 

Jordan və dərviş Məstəli şah" (hər ikisi 9 martda oynanılıb), Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, 

yağmura düşdük" ("Hacı Qəmbər". 7 dekabr) əsərlərinin quruluşları olub. 

Nəriman Nərimanov Bakıda bir dram dərnəyi yaradıb. Dərnəyin ətrafına xeyli teatr həvəskarı 

toplaşıb, onlar əvvəlcədən müəyyən repertuar müəyyənləşdiriblər. Həmin dərnəyin ömrü az olsa da, 

bu ilk səy sonraki teatr dəstlərinin yaranması üçün zəmin-təcrübəyə çevrilib. 

Sultanməcid Qənizadə savadsız əhalinin kiçik həcmli məzhəkə və məsxərələrə daha maraqlı 

olduğunu nəzərə alaraq, təbdillər etməyə üstünlük verib. Onun təbdilində "Xor-xor" məzhəkəsi 

1893-cü ildə  dəfələrlə  təzə quruluş  və heyətdə oynanılıb. Qənizadə dahi rus ədibi Lev Tolstoyun 

"Əvvəlinci şərabçı" birpərdəli məzhəkəsini də tərcümə edib və may ayında özü tamaşaya hazırlayıb. 

O, bu barədə Yasnaya Polyanada yaşayan Lev Tolstoya məktub da yazıb. Mirzə  Fətəlinin "Hacı 

Qara" komediyası il ərzində Tağıyev teatrında və "Dənizçilər klubunda" bir neçə dəfə tamaşaçıların 

ixtiyarına verilib. 

1894-cü illərdə teatr həvəskarlarının bəsit repertuarının  əsasını Mirzə  Fətəli Axundzadənin 

komediyaları, Nəcəf bəy Vəzirovun məzhəkələri, Vasaq Mədətovun vodevilləri və Sultanməcid 

Qənizadənin təbdilləri, iqtibasları təşkil edib. 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə