Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə55/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   111

______________Milli Kitabxana_____________ 

 197


buraya sami tayfaları yol açmışdı. Ola bilsin ki, Elamın cənub-

qərbində  şumerlər də  məskən salmışdılar.  Şimaldan Elam 

ərazisinə turukkilər (prototürklər), kassilər və  bəlkə  də subir və 

hurrilər yayılmağa başlamışdılar. Bu tayfaların heç biri əhalinin 

elam mənşəli tərkibində  dəyişiklik edə bilmədi. Son dövrlərdə 

Elam ərazisinə irandilli tayfalar yol açdılar. Onlar əvvəlcə Anşan 

vilayətində, sonra da Elamın başqa vilayətlərində  məskən 

salmışdılar. Müxtəlif tayfaların Elamda məskunlaşmasına 

baxmayaraq Elam mədəniyyəti özünəməxsus  əlamətləri 

saxlayırdı. Minilliklər  ərzində elamların mənəvi aləmi, qədim 

ayinləri və dini görüşləri öz varlığını saxladı. 

Din Elam əhalisi arasında, onun gündəlik həyatında mühüm 

yer tuturdu. Elamlılara məxsus allahlar panteonu yaradılmışdı. 

"Narm-Suenlə müqavilə"  şahid kimi 37 allah adını sadalamışdı. 

Burada Elam allahları ilə yanaşı Akkad allahlarının da adları 

çəkilmişdi. Elam panteonunda Akkad və  bəlkə  də başqa mənşəli 

allahlar da təmsil olunmuşdu. Qarışıq panteon qədim Şərqin digər 

ölkələrinə  də xas idi. E.ə. III minillikdə Elam panteonuna ana 

ilahə Pinenkir başçılıq edirdi. Bu da Elam cəmiyyətində ana nəsli 

qaydalarının saxlanılmasını göstərən amil hesab edilər bilər. Elam 

vilayətlərinin hərəsinin özünəməxsus ana ilahəsi vardı. Pinenkir 

Suz şəhər icmasının ilahəsi sayılırdı. O, "səma hökmdarəsi" kimi 

məlum idi. İkiçayarası əhalisi Pinenkiri özlərinin İştar (məhəbbət 

və məhsuldar ilahəsi) ilahəsi ilə eyniləşdirirdilər. Pinenkir böyük 

ana ilahə hesab edilirdi. Elamın Liyan (İran körfəzi sahili) vilayəti 

əhalisi Kiririşa ("Böyük ilahə") ilahəsinə sitayiş edirdi. Anşan 

vilayətində isə ilahə Partiyə ibadət yayılmışdı. Kiririşaya ibadət 

ümum Elam səviyyəsinə qalxmışdı. E.ə. III minillikdə allah 

Humpan Elam panteonunda ikinci yer tuturdu, lakin II minilliyin 

ortalananda o artıq panteona başçılıq edirdi. Elam cəmiyyətində 

baş vermiş  və  dərinləşmiş sosial-iqtisadi və ictimai dəyişikliklər 

dini təsəvvürlərə  də  təsir göstərmişdi. Elamlıların mənəvi 

aləmində ata nəsli hüququ üstünlük qazanmışdı. Humpan da 

"Səma hökmdarı" hesab edilirdi. Bu allah Pinenkirin və 

Kiririşanın  əri kimi təsəvvür olunurdu. Humpan və Kiririşanın 

nikahından allah Humpan yaranmışdı. 




______________Milli Kitabxana_____________ 

 198


Minillik ərzində ictimai-iqtisadi amillərin təsiri altında Elam 

panteonu dəyişilirdi. E.ə. III minillikdə allah İnşuşinak panteonda 

altıncı yer tuturdu. İnşuşinak adı Suz şəhərinin  şumer adından 

əmələ  gəlmişdir.  Şumercə Nin-şuşin-ak  əslində "Suzun (Şuşinin) 

sahibəsi" mənasını daşıyırdı.  İlk  əvvəllər  İnşuşinak qadın ilahəsi 

kimi tanınmışdı. Min il sonra onun adı Humpan və Kirjrişa ilə 

yanaşı, bəzən də ikinci yerdə çəkilirdi. İnşuşinaka "zəiflərin atası", 

"allahların yerdə  və göydə havadan", "Sirli allah" kimi rütbələr 

verilirdi.  İctimai-iqtisadi münasibətləri  əks etdirən sənədlərdə 

İnşuşinak andiçmə allahı mövqeyini tuturdu. Onun adı ilə and 

içirdilər, axirət dünyasında isə o, məhkəmə qururdu. İnşuşinak 

Elam axirət dünyasının hakiminə çevrilmişdi. And mərasimində 

onunla yanaşı ilahə  İşmekarabın adı da çəkilirdi.  İşmekaraba 

(akkadca "O, duanı  eşitdi") ibadət ola bilsin ki, Akkad təsiri 

altında yaranmışdı. Bu ilahənin Elam müqabili Laqamal (yaxud 

Laqamar) olmuşdu.  İşmekarab və Laqamal axirət dünyasının 

ilahələri hesab edilirdilər. İşıq dünyasının allahı Nahhunti (elamca 

"Günəş") idi. O, sənədlərdə  şahidlərin havadarı kimi qələmə 

verilirdi. Nahhunti qanun-qaydanı qoruyur, hüquq və  məhkəmə 

allahı  vəzifəsini görürdü. Elamlılar ay allahı Napirə  də sitayiş 

edirdilər. O, "yetimlərin atası" adını qazanmışdı. Narundi qələbə 

ilahəsi idi, lakin qonşu assurilər onu "yeddi şər ruhun" bacısı 

adlandırmışdılar. Elamlar bir çox yerli allahlar ilə yanaşı 

İkiçayarası allahlarına (Adad, Nerqal, Enki və s.) da sitayiş 

edirdilər. Elam cəmiyyətində çoxallahlılıq (politeizm) mövcud 

olmuşdur. 

Şifahi xalq ədəbiyyatı  və  əfsanələr Elam cəmiyyətində 

müəyyən yer tuturdu. Bunu qədim dövrün möhürləri və qabları 

üzərində əks olunmuş təsvirlərdən görmək mümkündür. Təsvirlər 

müxtəlif mövzuları əhatə edirdi. Möhür üzərində yırtıcı quş başı, 

dırnaqlı  və qanadlı Aslan təsvir olunmuşdu. Antik ədəbiyyatda 

belə qarışıq  əlamətlərə malik olan vəhşi heyvan qrif adlanırdı. 

Qrif surəti Elam əfsanəsinin məhsuludur. Qrif mövzusu möhür 

təsvirlərinə Elam şifahi xalq yaradıcılığından keçə bilərdi. 

Möhürlərdən biri üzərində ikicərgəli  əfsanəvi təsvirlər həkk 

olunmuşdu.  Şəkildə aypara və ulduz, insan başlı öküz, qrif, 




______________Milli Kitabxana_____________ 

 199


əllərində dirilik ağacları, heyvan üstündə allahlar və s. təsvir 

edilmişdi. Bu, Elam sənətkarlığının gözəl nümunəsi hesab olunur, 

lakin onun əfsanə  məzmunu qaranlıq qalır. Digər möhürlər 

üzərində  əks olunmuş  əfsanəvi səhnələrin mövzusunu da açmaq 

tam mümkün deyildir. Bir sıra möhürlərin təsvirləri elamlıların 

gündəlik həyatına həsr olunmuşdur. Burada ov səhnəsi, torpağın 

kotanla  şumlanması, üçdişli toxa ilə sahənin becərilməsi, 

qadınların xurma məhsulunu toplaması, keçilərin çöllərdən 

qayıtması  və  pəyəyə salınması  səhnələri verilmişdir. Möhürlərin 

birində emalatxana təsvir edilmişdir: kişilər saxsı qab hazırlayır, 

qadınlar isə yun təmizləyir, bayırda anbarlara taxıl tökürlər, anbar 

yanında diz üstə oturan mirzə  qəbul olunmuş taxılın hesabını 

aparır. Bunlar elamlıların gündəlik məşğul olduqları  əmək 

prosesini gerçək əks edən təsvirlərdir. 

Elam sənətkarlığının gözəl nümunələrindən biri uzunsov 

qədəh hesab edilir. Onun üzərində dağ keçisinin əndamı ümumi 

şəkildə  cızılmışdır. Dağ keçisinin yay kimi burulmuş buynuzlan 

belinə kimi çatdırılmışdır. Keçi təsvir olunan hissə  çərçivəyə 

alınmış, onun üstündən isə sanki sıçrayışa hazırlaşan tazı təsvirləri 

verilmişdir. Yuxarı hissədə boğazı nazik və uzunsov quşlar təsvir 

olunmuşdur. Təsvirlərin hamısı ümumi incəlik və gözəl uyğunluq 

yaradır. Təsvir öz gerçəkliyi ilə fərqlənir. Nazik səthi olan güldana 

isə  qıvrılıb qalxan ilan təsviri vurulmuşdur.  İlan müxtəlif 

rənglərdə  işlənmişdi.  İlan Elam mədəniyyətinin ana xəttini təşkil 

edirdi. Elamlıların təsəvvürünə görə, ilan məhsuldarlığı  təmsil 

edirmiş. Bitişik qoşa ilan təsvirlərinə rast gəlinir. Qoşa ilanlar 

məhsuldarlıq rəmzini bildirirmiş. Qoşa ilan mövzusu Misirə  də 

sirayət etmişdi. Elamlılar ilanı ilahiləşdirmişdilər. Eyni zamanda 

ilana insan sifəti verilirdi. İnsan başlı ilan Elam mədəniyyətinə xas 

olan cəhətdir. Belə təsvirlər İkiçayarasında da məlum deyildi. 

Metaləritmə  və metalişləmə  sənəti Elamda yüksək inkişaf 

səviyyəsinə qalxmışdı. Hökmdar qadın Napirasunun heykəli buna 

bir nümunədir. Heykəl çox böyük əzəmətə malikdir. Heykəldə 

hökmdar dadının uzun barmaqları, qəddi-qaməti böyük bir 

incəliklə  işlənmişdi. Abidənin ağırlığı 1800 q çatırdı. Hökmdar 

Untaş-Napirişaya məxsus tunc balta tapılmışdır. Baltanın tiyəsi 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə