Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə126/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   130

 

385 


üzrə  iĢ  apararkən  hər  bir  müəllim  çalıĢmalıdır  ki,  Ģagirdlər 

obrazlı  ifadələri  Ģifahi  və  yazılı  nitqində  istifadə  edə  bilsin, 

hadisə və əĢyaları təsvir edərkən  müvafiq bənzətmə, bədii təyin, 

obrazlı ifadə tapmağı bacarsınlar və onların  nitqi aydın, ahəng-

dar, emosional Ģəkil alsın. ġagirdlərdə obrazlı danıĢmaq, fikrini 

obrazlı  ifadə  etmək  bacarığı  formalaĢdırmaq  üçün  müəllim 

dərsin  bütün  mərhələlərində  bu  iĢi  diqqət  mərkəzində  saxlama-

lıdır.  Obrazlı  nitq  inkiĢafı  üzrə  iĢin  ilkin  mərhələsi    sözün 

mənası üzərində aparılan iĢlər olmalıdır. 

Oxu mətnləri sözlərlə ifadə olunur. Söz vasitəsilə əsərə xas 

olan  bütün  əlamət  və  keyfiyyətləri  ifadə  etmək  mümkündür. 

Əsəri(mətni)xarakterizə  edən  əlamətləri  iki  qrupa  bölmək  olar: 

gözlə  görülməsi  mümkün  olan  (konkret)  və  xəyali,  yəni  görül-

məsi mümkün olmayan əlamətlər (abstrakt). Məhz bu baxımdan 

da  linqvistikada  sözün  iki  mənası  –  həqiqi  və  məcazi  mənası 

göstərilir.  Sözün  həqiqi  mənası  konkret  surətdə  əĢya,  hadisə, 

proses və s. bildirirsə, məcazi məna əĢyanın əlamətlərinin tutuĢ-

durulmasına  əsaslanır.  Məcazi  mənada  iĢlənən  söz  və  ifadə  əĢ-

yanın əlamətlərini digərinə ötürür və ona tətbiq edir (bənzədir). 

Məcazlarda  söz  əsas  mənasını  itirir  və  ikinci  –  məcazi  mənada 

iĢlənir.  Nominativ  məna  məcazların  yaranması  üçün  əsasdır. 

Qeyd  edək  ki,  məcazlarsız  bizim  nitqimiz  çox  kasıb  olardı. 

Məhz eyni sözün əsas mənadan əlavə baĢqa mənalarda iĢlənməsi 

dilimizi  və  nitqimizi  zənginləĢdirir.  Lakin  dilimizdə  olan  bütün 

məcazlar eyni təsir gücünə malik deyil. Belə ki, elə məcazlar var 

ki,  məiĢət  leksikasına  daxil  olduğundan  emosional-ekspressiv 

təsir gücünü itirmiĢdir. Məsələn, günəĢ batdı, çayın qolu, suyun 

üzü və s. nümunələr göstərmək olar. Dilimizdə emosional-eksp-

ressiv təsir gücünü itirməyən, bənzətmə, köçürmə, müqayisə və 

s.  yollarla  yaranan,  təsvir  olunan  obyektin  insan  təxəyyülündə 

canlanmasına  imkan  verən  məcazlar  da  var  ki,  bunlar  bədii 

təsvir vasitələri adlanır. 

A.Abdullayev  obrazlı  nitqə  tərif  verərək  yazmıĢdır:  ”Ob-

razlı nitq elə nitqə deyilir ki, o, təkcə aydın olması ilə deyil, eyni 




 

386 


zamanda,  təxəyyülü  canlandıra  bilməsi,  onda  əyani  təsəvvürlər 

yarada bilməsi ilə də fərqlənən bir nitq olsun”. 

Əsərin(mətnin)  qeyd  olunan  keyfiyyətlərə  görə  fərqlən-

məsi əsərdə məcazlardan – bədii təsvir vasitələrindən istifadə ilə 

mümkündür,  lakin  qeyd  etmək  lazımdır  ki,  mətndə  obrazlılıq 

yaradan vasitələri məcazlar sistemi ilə məhdudlaĢdırmaq olmaz. 

Çünki  dilimizdə  obrazlılığın  yaranmasına  xidmət  edən  fonetik, 

leksik və qrammatik vasitələr də var. 



Məcazlar  sistemi  ədəbiyyat  nəzəriyyəsində  trop  adlanır. 

Trop–bədii və stilistik anlayıĢ olub sözlərin məcazi mənada iĢlə-

nərək  nitqi  ifadəlilik  və  əyanilik  baxımdan  daha  da  güclən-

dirmək  üçün  istifadə  olunur.  Ġbtidai  sinif  Ģagirdlərinin  obrazlı 

nitqinin  inkiĢafına  nail  olmaq  üçün  bütün  bədii  təsvir  vasitə-

lərinin    üzərində  iĢ  aparmaq  bu  iĢi  çətinləĢdirə  bilər.  Əlbəttə, 

onu da  nəzərə almaq lazımdır ki, Ģagirdlər yuxarı siniflərdə tro-

pun bütün növləri haqqında ətraflı məlumat alacaqlar. Buna görə 

də  metodist-alimlər-  A.Rəhimov,  Y.Kərimov,  М.R.Lvov  və 

baĢqaları  daha  çox praktik Ģəkildə bəzi  məcazlar üzərində iĢin 

aparılmasını məsləhət bilirlər. Prof A.Rəhimov ibtidai siniflərdə 

metafora,  metonimiya,  sinekdoxa,  təĢbeh,  epitet  və  perifraz 

üzərində  praktik  Ģəkildə  iĢlərin  aparılmasının  mümkünlüyünü 

qeyd  edir.  M.R.Lvov  da  ibtidai  siniflərdə  tropun  əsas  növləri 

olan-  təĢbeh,  epitet,    metafora  və  perifraz  üzərində  iĢin  praktik 

Ģəkildə aparılmasını məsləhət görür. 



Epitet  məcazın  ən sadə  və  tez anlaĢılan növüdür. O, sözə 

bədiilik, əlvanlıq, emosionallıq və cazibədarlıq verir. Epitet latın 

sözü olub mənası əlavə deməkdir.     A.Rəhmiov bu haqda yazır: 

“Epitetlərin gücü və onların yaratdığı təsirin emosional çalarlığı 

özünü  harada  və  necə  iĢlənməsində  tapır.  Yerində  iĢlənməyən, 

hədəfə  düzgün  və  sərrast  tuĢlanmayan  epitet  çox  zaman  sönük 

təsir  bağıĢlayır.  Onlarda  müəllifin  əĢyalara  olan  münasibəti 

göstərilsə də, o qədər də hiss, həyəcan ifadə edilmir”.  Nitqi ob-

razlı  qurmaq  üçün  elə  təyinedici  sözlər  seçilməlidir  ki,  onlar 

nitqə  yeni  rəng  versin,  ona  ahəngdarlıq  gətirsin.  Məsələn,    Bu-

ludlar  al-qızıl  qana  boyandı  ...;  GünəĢli,  iĢıqlı  bir  baharı  sev!; 



 

387 


Yaxasında  qızıl  Ģəfəqli  düymə;  El  baĢçılarının  əzəmətli  səsi 

gurladı.  və  s.  Göstərilən  nümunələrdə  əzəmətli,  qızıl  Ģəfəqli, 

günəĢli, iĢıqlı və al-qızıl sözləri epitet olub nitqə xüsusi çalarlıq 

gətirir. 

MüĢahidələr göstərir ki, uĢaq məktəbə gələnədək onda əĢ-

yanın  necəliyi  haqqında  müəyyən  təsəvvürü  olur.  Əlifba  təli-

minə hazırlıq dövründən baĢlayaraq isə bu istiqamətdə daha sis-

temli  iĢ  aparılır.  Belə  ki,  Ģəkil  üzərində  iĢləyərkən  təsvir  olun-

muĢ  obyektin  adını  deməklə  yanaĢı,  eyni  zamanda  onun  necə 

olması-  rəngi,  forması,  ölçüsü,  dadı,  keyfiyyəti  və  s.  də  qeyd 

olunur.  II  sinifdə  Ģagirdlər  əlamət  bildirən  sözləri  öyrənir  və 

nəhayət,  III  sinifdən  etibarən  sifət  termin  kimi  daxil  edilir  və 

onun  haqqında  daha  geniĢ  informasiya  verilir.  Bu  mövzuda 

müxtəlif  xarakterli  çalıĢmalar  üzərində  iĢ  aparılır  ki,  bu  da 

Ģagirdlərdə  obyektləri  hərtərəfli  təsviretmə  qabiliyyətini  inkiĢaf 

etdirir.  AraĢdırmalar  göstərir  ki,  epitetlər  üzərində  iĢin  sifətin 

tədrisi  ilə  əlaqələndirilməsi  həm  Ģüurluluğun  təmin  olnması, 

həm də Ģagirdlərin epitetin cümlədə və ümumiyyətlə, nitqdə ro-

lunu  və  əhəmiyyətini  dərk  etməsi  baxımından  olduqca  faydalı-

dır.  Bu məqsədlə müxtəlif iĢ formalarından istifadə olunmalıdır. 

Təcrübə  göstərir  ki,  III-IV  siniflərdə  Ģagirdlərin  təĢbeh 

haqqındakı  biliklərini  möhkəmləndirmək  məqsədilə  həm  yazılı, 

həm  də  Ģifahi  çalıĢmalardan  da  istifadə  etmək  olar.  Bura  mətn-

dən  təĢbehlərin  seçilməsi,  mətnin  və  ya  cümlənin  təĢbehlər 

yaratmaqla  geniĢləndirilməsi,  təĢbehlərin  komponentlərinin 

müəyyən edilməsi və s.   aid etmək olar. Dərsliklərdəki təĢbehlə-

rin seçərkən və ya müəyyənləĢdirərkən üç Ģeyin mövcud olması 

Ģərti Ģagirdlərə izah olunmalıdır: a) nə müqayisə edilir; b)nə ilə 

müqayisə  edilir;  c)  nəyə  əsasən  müqayisə  edilir.  Bu  üç  Ģərti 

Ģüurlu  Ģəkildə  dərk  edən  Ģagird  bənzətmə  əsasında  yaranan 

obrazlı ifadələri seçməkdə, hətta özü bu cür ifadələr yaratmaqda 

çətinlik çəkməyəcəkdir. ġübhəsiz ki, bu istiqamətdə sistemli və 

müntəzəm iĢlər aparılarsa. Bənzətmələr üzərində  iĢ bir tərəfdən 

Ģagirdin dünyagörüĢünün inkiĢafına təkan verirsə, digər tərəfdən 

Ģagirdlər  tərəfindən    bənzətmələrin  yaradılması  yüksək  hazırlıq 



Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə