Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə127/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   130

 

388 


tələb  edir.  ÇalıĢmaq  lazımdır  ki,  təĢbehlərin  üzərində  iĢ  aparar-

kən  burada  müqayisə  olunan  obyektlər  əyaniləĢdirilsin  ki,  mə-

nimsəmənin Ģüurluluğu təmin edilsin. 

ġagirdlərin  bu  sahədəki  biliklərini  möhkəmləndirmək  və 

təkmilləĢdirmək  məqsədilə  aĢağıdakı  iĢ  formalarından  istifadə 

edirlər: 

a)

 

bənzəyənə əsasən bənzədiləni təsəvvürdə canlandırmaq 



və onun nəyə necə oxĢadılmasını aydınlaĢdırmaq; 

b)

 



bənzədilənə əsasən bənzəyəni təsəvvürdə canlandırmaq 

və onun nə dərəcədə oxĢadıldığını müəyyənləĢdirmək və söylə-

mək; 

c)

 



iki  əĢya,  hadisə  arasında  müstəqil  müqayisə  aparmaq 

və  onların  ümumi  əlamətlərindən  ən  qüvvətlilərini  müəyyən 

etmək. 

Metafora.  Məcazın  mürəkkəb  növlərindən  biri  metafo-

radır. Onu istixarə, ixtisar edilmiĢ müqayisə,  gizli müqayisə də 

adlandırırlar. Burada bir əĢya və ya hadisəyə aid olan səciyyəvi 

cizgilər  (əlamətlər)  digərinə  köçürülür.  Bir  predmetin  adının, 

əlamətinin, hərəkətinin baĢqası üzərinə köçürülməsi üçün həmin 

obyektə  xas  olan  əlamətlərdən  birisi  bəzən  də  bir  neçəsi  əsas 

olur. Məsələn,  tülkü heyvan adıdır. Bu heyvana xas olan hiylə-

gərlik, biclik kimi xüsusiyyətlər onun adının həm Ģifahi, həm də 

yazılı  ədəbiyyat  nümunələrində    metafora  kimi  iĢlənməsinə 

səbəb  olmuĢdur.    Müəlliflər  öz  əsərlərində  bu  xüsusiyyətlərin 

daĢıyıcısı olan insanları tülkü adlandırmaqla metafora yaradır. 

Metafora  oxĢarlıq əsasında yaranır. T. Əfəndiyeva metafo-

ranın yaranması yollarını aĢağıdakı kimi təsnif etmiĢdir: 

 



Zahiri cəhətdən oxĢarlıq  əsasında. Məsələn, qabın boğa-

zı, ayaqqabının burnu və s.  

 

Daxili  əlamətlərinə  görə  oxĢarlıq  əsasında.  Məsələn, 



tülkü, dovĢan və s. 

 



Canlılara,  xüsusilə  də  insanlara  aid  hərəkətlərin  əĢyalar 

üzərinə köçürülməsi əsasında.  Məsələn, gün doğur , təbiət gülür 

və s.  



 

389 


A.Abdullayev  və  A.Rəhimov  isə  təsnifatı  aĢağıdakı  kimi 

vermiĢdir: a) forma; b) rəng; c) səs; ç) keyfiyyət. 



Metaforalar  isə  yalnız  əsəri  bəzəməklə,  onun  təsirliliyini 

qüvvətləndirməklə, insanda bədii-estetik hisslər yaratmaqla qal-

mır,  həm  də  mücərrəd  məfhumları  təfəkkürdə  əyaniləĢdirir, 

dərindən və məntiqi düĢünmək bacarığının inkiĢafına səbəb olur. 

Ona görə də ibtidai siniflərdə oxu mətnlərinin tədrisində metafo-

ralara  xüsusi  diqqət  yetirilməli,  sözaltı  mənası  müxtəlif  xarak-

terli çalıĢmalar vasitəsilə Ģagirdlərə çatdırılmalıdır. Oxu materia-

lında  metafora  üzərində  iĢlərin  aparılması  Ģagirdlərin  təfəkkü-

rünün inkiĢafına müsbət təsir göstərir. Belə ki, Ģagird metaforik 

ifadələri  dərk  etməklə  müxtəlif  əĢya  və  hadisələr  arasındakı 

qarĢılıqlı əlaqələri görə bilir. Nəticədə Ģagirdlərin təxəyyülündə 

qəhrəmanın bütöv obrazı canlanır. Bu obraz isə təfəkkürdə fikir 

oyadır, onları mahiyyətə varma, təhlil-tərkib aparma vəzifəsi ilə 

qarĢılaĢdırır. 



Metonimiya.  Metonimiya  formal  cəhətdən  metaforaya 

bənzəsə  də,  onlar  arasında  müəyyən  fərqlər  vardır.  Belə  ki, 

metaforalar  bir  əĢya  və  hadisəyə  aid  olan  xarakter  cizgilərin 

(əlamətlərin) digərinə köçürülməsi ilə yaranırsa, metonimiya bir 

söz və anlayıĢın sıx əlaqədə oduğu baĢqa söz və anlayıĢla əvəz 

olunmasıdır.  Məsələn:  Bağçalar  gül  açır,  yenə  yaz  gəlir;  Səsi-

mizdən hər tərəf tez yuxudan ayılsın.; MeĢəyə vəlvələ düĢdü və 

s.  Metonimiyanın  növləri  müxtəlifdir.  MüĢahidələr  göstərir  ki, 

ibtidai siniflərin dərslikərində olan mətnlərdə metonimiyanın ən 

çox iki növündən istifadə olunmuĢdur. 

 

əĢyanın bir neçə əlamətindən yalnız birini göstərənlər.  



 

Ģəxslərin  və  əĢyaların  adı  əvəzinə  onların  xarakter 



əlamətlərini bildirənlər. Məsələn, Div nərildəyirdi., Ey dələduz, 

bura necə girmisən?! və s.  

Bədii  mətnlərin  tədrisində  metonimiyaların  mənasını 

açmaqla kifayətlənmək olmaz. Eyni zamanda onlardan nə üçün 

istifadə  etməsinin  səbəbi  də  aydınlaĢdırılmalıdır.  Belə  olduqda 

Ģagird  sözü,  onun  mənasını  hazır  Ģəkildə  qavramır,  müxtəlif 

məkan və məqamlarda qazandığı funksiyanı Ģüurlu mənimsəyir, 



 

390 


yeri  gəldikcə  ondan  düzgün  və  dəqiq  istifadə  etmək  bacarığına 

yiyələnirlər. Bu isə dilə  sərbəst və  yaradıcı Ģəkildə  yiyələnmək, 

təsvir  olunan  məzmun  və  ideyanı  dərindən  baĢa  düĢmək,  dərk 

etmək deməkdir. 

Bədii  təsvir  vasitələri  üzərində  iĢin  təĢkili  oxu  materialla-

rının Ģüurlu mənimsənilməsi baxımından böyük əhəmiyyət kəsb 

edir. OxunmuĢ mətnin məzmun və ideyasının dərindən mənim-

sənilməsi, eyni zamanda mətindəki hər bir söz və ifadənin Ģagird 

nitqində  özünə  yer  tapması  Ģüurlu  oxunun  nəticəsində  reallaĢa 

bilər.  ġüurlu  mənimsənilmənin  təmin  olunması  üçün  isə  Ģagird 

oxuduğu  materialda  hər  bir  söz  və  ifadənin  mənasını  dərindən 

dərk  etməlidir.  Bunun  üçün  müəllimin  üzərinə  böyük  vəzifələr 

düĢür.  Belə  ki,  müəllim  hər  dərsdə  oxu  materiallarının  dili 

üzərində iĢ təĢkil etməlidir. Mətn üzərində iĢ apararkən – mətnin 

məzmunu,  quruluĢu,  müəllifin  əsas  ideyası,  bu  ideyanı  ifadə 

etmək    üçün  istifadə  etdiyi  bədii  təsvir  və  ifadə  vasitələri  izahı 

istiqamətində  iĢlər  daim  diqqət  mərkəzində  saxanılmalıdır.  

Çünki  dilimizdəki  sözlər  kontekstdən  asılı  olaraq  həm  məcazi, 

həm də həqiqi mənada iĢlənə bilir. Bu da Ģagirdlərin həmin bədii 

parçanı  dərk  etməsini  və  Ģüurlu  mənimsəməsini  çətinləĢdirir. 

Ona  görə  də  obrazlı  ifadələr,  məcazi  məna  daĢıyan  sözlər  oxu 

prosesində  izah  edilməlidir.  Çünki  belə  sözlərin  mətndən  xaric 

izahı mümkün deyildir. 

 

Ədəbiyyat 

1.Azərbaycan  Respublikasinin  ümumtəhsil  məktəbləri 

üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (I-

IV siniflər). Bakı, 2012 

2.Борисова  Л.Г.  Обучение  школьников  культуре 

чтения.M., 2004 

3.Bədii materiallar əsasında dilin təsvir vasitələri üzərində 

iĢ. Bakı: Maarif, 1991  

4. Cabbarov X. Bədii ədəbiyyatda obrazlılıq. Bakı: Yazıçı, 

1986 



Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə