Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə125/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   130

 

382 


inkiĢafı  və  nitqlə  bağlı  irəliləyiĢlər  Ģagirdlərin  oxunan  mətnin 

məzmununun  yığcam,  geniĢ,  yaradıcı  nağıl  etməsində,  Ģeir  və 

nəsr  parçalarının,  monoloqların  əzbər  söylənməsində,  əsərlərin 

səhnələĢdirilməsində  tapır.  Bundan  baĢqa  müĢahidələr  əsasında 

nağıletmə, Ģəkillər üzrə nağıletmə, ekran əsərlərinə dair nağılet-

mə növləri də Ģagirdlərin Ģifahi nitq vərdiĢlərini inkiĢaf etdirir  

 

Ədəbiyyat 

1.Abdullayev  A.S.  Ġbtidai  məktəbdə  Azərbaycan  dilinin 

tədrisinin metodikası. Bakı: Maarif, 1962, 165 s. 

2.Balıyev H.B. Ana dilinin tədrisi metodikası. Bakı: 3 №li 

Sənaye Lis., 1997, 102 s. 

3.Həsənli  B,  Abdullazadə  N.  Ġfadəli  oxu.  Bakı:  Müəllim, 

304 s.  

4.Həsənov  M.,  Cəfərova  N.  Ġbtidai  siniflərdə  Azərbaycan 

dilinin tədrisi metodikası. Bakı: Mütərcim, 2013, 404 s. 

5.Kərimov  Y.ġ.  Ana  dilinin  tədrisi  metodikası.  Bakı: 

Nasir, 2003, 520 s. 

6.Orucova  G.,  Qaragözova  N.,  Ġsmayılov  R.,  Xəlilov  Z. 

Azərbancan  dili  (2-ci    sinif).  Müəllim  üçün  metodik  vəsait. 

Bakı: Altun Kitab, 2009, 224 s. 

7. Рыбникова М.А. Очерки по методике литературного 

чтения. М.: Просвещение, 1963 

8.Tağıyev B. Oxu təlimi. Bakı:ADPU, 315 s. 

9.

Yusifov F. Ġfadəli oxu.Bakı: ADPU, 2006,111s



 

 

Oxu materiallarının tədrisində bədii təsvir  

vasitələri üzrə aparılan iĢlər 

 

Ġfadəli oxu. Ġbtidai siniflərdə oxu mətnlərinin tədrisi prosesində 

Ģagirdlərin  öz  fikrini  rabitəli  Ģəkildə  ifadə  etmə  bacarığı  ilə 

kifayətlənmək olmaz. Eyni zamanda  əsərin   məzmunu dedikdə 

yalnız rabitəli fikir nəzərdə tutulmamalıdır. Çünki mətn rabitəli 

nağıl edilə bilər, lakin qarĢı tərəfdə heç bir hiss doğurmaz, onu 



 

383 


həyəcanlandırmaz.  Deməli,  nağıletmədə  rabitəliliklə  yanaĢı, 

ekspressivlik də olmalıdır. 



Ekspressivlik  latınca  “ifadə  etmək”,  “yüksək  ifadəlilik”, 

“ifadənin  gücü”  deməkdir.  Dilçilik  lüğətində  isə  ekspressivlik 

danıĢanın  nitqin  adresatına,  yaxud  məzmununa  münasibətinin 

subyektiv  ifadə  vasitəsi  kimi  kommunikativ  aktda  çıxıĢ  etmək 

qabiliyyətini  təmin  edən  dil  vahidlərinin  semantik-üslubi  əla-

mətlərinin  cəmidir.  K.A.Dolininin  fikrincə  isə  ekspressivlik  dil 

iĢarəsinin  elə  bir  xassəsidir  ki,  buna  görə  o,  mexaniki  qəbul 

edilir,  adresatın  təsəvvürünə  və  ya  onun  emosional  sferasına 

birbaĢa təsir göstərir. A.Ġ.Yefimov ekspressivlik dedikdə məca-

zın  növlərini nəzərdə tutur. V.V.Vinoqradova  görə isə ekspres-

sivlik  özündə  nitqin  təsir  qüvvəsini  artıran  emosionallıq  və 

obrazlılığı  birləĢdirir.  Ekspressivlik  dedikdə  nitqi  ifadəli,  təsirli 

edən  vasitələr  baĢa  düĢülür.  Ekspressivlik  nitqi  daha  qabarıq, 

daha təsirli etmək məqsədilə dildə mövcud olan fonetik, leksik, 

morfoloji  və  sintaktik  vasitələrdən  istifadə  etməklə    söylənilən 

fikrin təsir qüvvəsinin artırılmasına və bu fikrin dinləyiciyə təsir 

göstərməsinə xidmət edir. 

Emosionallıq  (emosional  fransız  sözü  olub  hiss-həyəcan 

deməkdir)  isə  hiss-həyacan  bildirmək  üçün  istifadə  olunur.  Bu 

xüsusiyyətə malik olan sözlər insanın məhz hisslərini ifadə edən 

nitq vahidləridir. Belə vahidlər (nidalar) müstəqil mənaya malik 

olmur və  cümlədə digər sözlərə qoĢularaq ekspressivlik yaradır. 

Prof.Y.Kərimov  qeyd  edir  ki,  dilimizdə  elə  sözlər  var  ki, 

məsələn,  anacan,  əzizim,  körpəciyəz  və  s.  leksik  mənalarında 

emosional çalarlıq özünü göstərir. 

 Əlbəttə, dilimizin emosionallıq imkanlarını nidalarla məh-

dudlaĢdırmaq  olmaz.  Çünki  emosiya  insanın  real  aləmdə,  onu 

əhatə edən mühitdə baĢ verən hadisələrə olan münasibəti nəticə-

sində  keçirdiyi  hiss  və  həyəcandan  yaranır  və  onun  ifadə  vasi-

tələri  müxtəlifdir.Emosionallıq  danıĢanın  nitq  obyektinə  müna-

sibətini, hisslərini  əks etdirən sözlər vasitəsilə yaranır. 

Ekspressivliyi yaradan, baĢqa sözlə desək, nitqi təsirli edən 

vasitələrdən  biri  obrazlılıqdır.  DanıĢanın  öz  nitqində  nitqə 




 

384 


verilən  düzgünlük,  aydınlıq,  dədiqlik,  rabitəlilik  və  s.  tələblərlə 

yanaĢı,  obrazlılığı  da  gözləməsi  nitq  inkiĢafı  üzrə  aparılan 

iĢlərdə baĢlıca məqsədlərdən biri olmalıdır. 

V.V.Vinoqradov hesab edir ki, obrazlılıq hər Ģeydən əvvəl, 

sözün  məcazi  mənalarda  iĢlənməsinin  müxtəlif  növlərinin,  söz 

və ifadələrin məcazi mənalarının, müxtəlif yaranma vasitələrinin 

məcmusudur.  T.Əfəndiyeva  yazır  ki,  söz  məcazi  məna  kəsb 

etdikdə,  obrazlılıq  kimi  keyfiyyətə  sahiblənir  və  fikrin  təsirli, 

mənalı  ifadəsinə  xidmət  edir.  Obrazlı  sözləri  iĢlətməkdə  əsas 

məqsəd  ekspressiv  obraz  yaratmaq  və  bununla  da  ifadə  olunan 

fikrin  ifadəliliyini  gücləndirmək,  onun  dinləyiciyə  təsir  gücünü 

artırmaqdır. V.Qumboldt və A.A.Potebne linqvistik və psixolin-

vistik tədqiqatlarında obrazlılığı leksik-semantik kateqoriya kimi 

“sözün  daxili  forması  ”anlayıĢına  daxil  edirlər.  Sözün  daxili 

forması fikrin məzmununun Ģüurla əlaqəsidir. 

Obrazlılıq  üzrə  iĢ  mətnin  oxusu  və  məzmununun  təhlili 

zamanı aparılır. Əsərdəki obrazlı ifadələrin aydınlaĢdırılması və 

emosional qavranması eyni zamanda mətnin Ģüurlu mənimsənil-

məsini  təmin  edir.  Obrazlı  ifadələr,  bədii  təsvir  vasitələri    üzə-

rində  müntəzəm  təĢkil  edilən  iĢlər  Ģagirdlərdə  əsəri  oxuyarkən 

oradakı əhval-ruhiyyəyə uyğun həyacanlanmağı, baĢ verən hadi-

sələri  təxəyyülündə  canlandırmağı,  obrazlı  təsəvvür  bacarığı 

formalaĢdırır.  Ümumiyyətlə,  kiçikyaĢlı  məktəblilərin  obrazlı 

nitq inkiĢafı üzrə iĢ dedikdə bədii mətnlərdə obrazlı ifadə və ya 

sözləri seçmək, onların  mənasını izah etmək, cümlədə iĢlətmək 

və nəhayət, öz nitqində istifadə etmək bacarığı nəzərdə tutulur. 

Obrazlılıq  nitqin  təsir  gücünü  artırır  və  belə  nitqə 

yiyələnmək çox mürəkkəb prosesdir. Bunun üçün Ģagird hər bir 

sözün mahiyyətinə varmağı bacarmalı, hər bir ifadənin arxasında 

dayanan  mənanı  dərk  etməlidir.  Çünki  obrazlı  nitqə  yiyələnmə 

dedikdə  heç  də  Ģagirdin  dərsliklərdəki  Ģablon  ifadələri  əzərbə-

ləməsi  nəzərdə  tutulmur.  Obrazlı  nitq  insanın  daxili  aləminin 

səsidir,  onun  xəyallar  dünyasının  dili  ilə  danıĢmasıdır.  Ġnsanın 

gördüyü,  eĢitdiyi,  duyduğu  hər  Ģeyin  onda  yaratdığı  təəssürat-

ların,  hisslərin olduğu kimi  ifadəsidir. Oxu mətninin  obrazlılığı 




Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə