Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə25/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   45


IV BÖLMƏ
88
EVRİKA!
(tarixi rəvayət)
Arximed e.ə. 287-ci ildə Yuna nıs -
tanın Sirakuz şəhərində anadan ol -
muş dur. Onun atası Sirakuz
hökm     darının saray astronomu idi.
Qə dim yunan alimlərinin çoxu kimi
Arxi med də dün yanın ən böyük mə -
dəni mər 
kəzlərindən sayılan İs 
-
gəndəriyyə şəhərində təhsil
almışdı. Misir hökm darları Yunanıs -
ta nın ən yaxşı alimlərini və mü təfək -
kir lərini İsgəndəriyyəyə toplamış,
burada dünyanın ən böyük
kitabxanasını ya ratmışdılar. İsgən -
də riyyədə təhsi lini başa vurduqdan
sonra Arximed Sirakuza qayıdaraq atasının işini davam etdirmişdi. O,
riyaziyyat və fizikanın müxtəlif sahə lə rini əhatə edən bir sıra elmi əsərlər
yazmış, elmi kəşflər etmiş, bir çox dahiyanə ixtiralara imza atmışdı. 
Qədim Sirakuz şəhərinin hakimi Hieron Arximedin uzaq qohumu idi.
Ədalətli Hieron Arximedlə söhbət etməyi çox xoşlayırdı. O hər bir işdə
böyük alimdən məsləhət alırdı.
Bir gün Hieron mahir bir zərgəri yanına çağırıb ona qızıl külçəsi verdi
və bu qızıldan tac düzəltməyi əmr etdi.
Bir müddətdən sonra zərgər düzəltdiyi tacla gəlib çıxdı. Tac, doğrudan
da, çox gözəl idi. 
Sirakuz hakimi zərgərin işindən çox razı qaldı, ona ənam
verib yola saldı
. Lakin xəbərçilər Hierona çatdırdılar ki, zərgər qızılın bir
his səsini oğurlayıb, onun yerinə gümüş qatıb. Hieron əmr etdi ki, tacı tə -
rə  zidə çəksinlər. Tacın çəkisi hökmdarın zərgərə verdiyi qızılın çəkisinə
bə rabər idi. Lakin Hieronun məsləhətçiləri dedilər ki, bu hələ tacın təmiz
qı zıldan olduğunu sübut etmir.
Hieron Arximedi yanına çağırdı. Ona əhvalatı danışdı və bu məsələnin
həllini tapmaqda məsləhət istədi. Arximed hökmdardan bir gün möhlət aldı.
Bütün günü fikirli-fikirli şəhəri gəzib-dolaşan Arximedin ağlına heç nə
gəlmədi. Axşam o, hamama gedib vanna qəbul etmək istədi. Vanna ağzına
kimi su ilə dolu idi. Arximed vannaya girən kimi suyun bir hissəsi daşıb yerə
töküldü. Tökülən suya baxa-baxa Arximed fikirləşdi ki, görəsən, özü ağır -


İXTİRA VƏ KƏŞFLƏR
89
lıqda bir daşı vannaya salsaydı, nə qədər su tökülərdi. Elə bu yerdə tac
məsələsi onun yadına düşdü. Alim yeni bir kəşf etdiyini anladı: deməli,
suya salınmış hər bir əşya öz həcmi qədər suyu sıxışdırıb çıxarır. Əş ya -
ların çəkisi eyni ola bilər, lakin hansının həcmi artıqdırsa, o da daha çox
su yu sıxışdıracaq. Arximed “Evrika!” deyə elə qışqırdı ki, hamamdakılar
dedilər, görəsən, bu adam vannada nə tapıb. Alim vannadan sıçrayıb tez-
tələsik əynini geyindi və kəşfini təcrübədən keçirmək üçün evinə qaçdı.
Artıq Arximed tacın təmiz qızıldan olub-olmadığını yoxlamağın üsulunu
tapmışdı. Ertəsi gün Arximed Hieronun yanına gəlib məsələnin həllini
tapdığını ona söylədi. O, çəkisi tacın çəkisinə bərabər olan qızıl külçə ha -
zırlayır və hökmdarın hüzuruna yollanır. Hamının gözü qarşısında Arximed
tacı və külçəni növbə ilə içərisində su olan qaba salaraq hər dəfə suyun
nə qədər qalxdığını qeyd edir. Su müxtəlif səviyyələrə qalxır. Bir şey başa
düşməyən hökmdar səbirsizliklə soruşur:
– Nə oldu? Tacım təmiz qızıldandırmı?
– Xeyr, əlahəzrət!
– Nədən bildin?
– Möhtərəm Hieron, qabdakı suyun səviyyəsi onun içinə salınmış əş -
ya nın həcmi qədər qalxır. Əgər eyni çəkidə olan iki əşya eyni metaldan
dü  zəldilibsə, formalarından asılı olmayaraq bu əşyalar suyu eyni səviy -
yədə qaldıracaq. Çünki onların həcmi eyni olmalıdır. Özün gördün ki, tac
eyni ağırlıqda olan təmiz qızıldan daha çox suyu yuxarı qaldırdı. Bu o
deməkdir ki, tacla qızılın həcmi eyni deyil. Deməli, tacın tərkibində başqa
yüngül metal var. Bu da gümüş ola bilər. Eyni çəkini saxlamaq üçün zərgər
dəyişdirdiyi qızıla nisbətən daha çox gümüşdən istifadə edib. Ona görə
də tacın çəkisi eyni qalsa da, həcmi artıb.
Bunu eşidən Hieron qəzəbindən əsib-coşdu və fırıldaqçı zərgəri yanına
çağırtdırdı...
Arximed isə evinə qayıdıb öz axtarışlarına davam etdi. O bilirdi ki,
böyük bir kəşfin astanasındadır. Doğrudan da, bu hadisədən sonra Arxi -
med indiyə kimi heç bir alimin tapmadığı bir sualın cavabını tapdı: nəyə
gö r ə bəzi cisimlər suda batır, digərləri isə batmır? Məsələn, kiçik bir daş
parçasını suya atan kimi dibinə gedir, lakin ondan yüz dəfə ağır ağac
gövdəsi suda batmır. Arximed müəyyən etdi ki, suya düşən istənilən cismə
itələyici qüvvə təsir edir. Bu qüvvə həmin cismin sıxışdırdığı suyun çə -
1. Abzasın son cümlələrinə istinadən “evrika” sözünün yu nan dilin -
də mənasını izah edin.
2. Misallar gətirməklə altından xətt çəkilmiş cümlələrdəki fikri
isbat edin.


kisinə bərabər olur. Əgər cisim sıxışdırdığı sudan ağırdırsa, o batır. Yox,
əgər sıxışdırılmış su ağırdırsa, onda cisim suda üzür.
Beləliklə, Arximed fizikanın mühüm qanunlarından biri olan “mayeyə
batırılmış cismə onun sıxışdırıb çıxardığı mayenin çəkisi qədər itələyici
qüvvənin təsir etməsi” haqda qanununu kəşf etdi.
Düşün və cavab ver
3. Mətnin məzmununa görə başlıqların ardıcıllığını müəyyən edin.
• Təsadüfdən doğan kəşf
• Arximedin aldığı tapşırıq
• Arximed haqqında məlumat
• Fırıldaqçı zərgərin aqibəti
Kəşfdən doğan elmi nəticələr
• Arximedin hökmdara cavabı
Araşdırma
4. “Mənə dayaq nöqtəsi verin, dünyanı yerindən tərpədim” ifadəsinin
etimologiyasını araşdırın.
Dil qaydaları
5.  Göy rənglə verilmiş cümlə ilə bağlı tapşırıqları yerinə yetirin.
1. Cümləni sintaktik təhlil edin.
2. Eyni suala cavab verən və sadalanan cümlə üzvlərini müəyyən edin.
Cümlənin həmcins üzvləri:
– eyni cümlə üzvü ilə bağlı olur; 
– eyni suala cavab verir; 
– qrammatik cəhətdən bərabərhüquqlu olur. 
Cümlənin bütün üzvləri həmcins ola bilir.
əvvəllər çiyin-çiyinə söykənən binələr, daxmalar, damlar indi
bir-birindən xeyli aralı düşmüşdü. 
Bu mənzərədən insanın ruhu sevinir, qanadlanırdı.  
Qırmızı, sarı, ağ çiçəklər yaşıl otların arasında göz oxşayırdı.
Həmcins  üzvlər bir-biri ilə sadalama intonasiyası, və ya bağ la yı -
cılar vasitəsilə  bağlanır. Həmcins üzvlər arasında vergül qoyulur.
Yadda saxla!        
HəMCİNS ÜZVLÜ CÜMLəLəR
90
IV BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə