Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

Dil qaydaları
8. Mətndə göy  və qırmızı rənglərlə verilmiş söz və ifadənin qramma -
tik xüsusiyyətlərini sadalayın, müqayisə edin.
Qırmızı rənglə verilmiş ifadəni çıxarmaqla cümləni oxuyun, fərqi
izah edin.
9. Uyğunluğu müəyyən edin.
A. Mübtədanın əlavəsi 
D. Zərfliyin əlavəsi
B. Xəbərin əlavəsi
E. Təyinin əlavəsi
C. Tamamlığın əlavəsi
1. Ələsgər Ələkbərov – o görkəmli səhnə xadimi hamının sevimlisi idi.
2. Bu hadisə keçmişdə – Qaçaq Kərəmin at oynatdığı zaman baş
vermişdi.
3. Kamandar – pinəçi Abdullanın oğlu da bu xəbəri eşidib bəxtini
sınamaq istədi.
4. Hindlilər bizi – Azərbaycandan gələn nümayəndələri sevinclə
qarşıladılar.
5. Qapını döyən xanın öz kəndlisidir – İtqapan kəndinin əhli Nov -
ruzəlidir. 
(C.Məmmədquluzadə)
6. Tariximizin yadigarları – daş kitabələr bizə çox şey deyir.
7. Vətən – ana torpaq niyə insana bu qədər əziz olur?
8. İdmançılarımızı gözlənildiyindən artıq – yüzlərlə pərəstişkar
hava limanında qarşıladı.
Cümlədə özündən əvvəlki üzvün mənasını izah edən, konkretləş -
dirən sözə və ya söz birləşməsinə əlavə deyilir. 
İranın sonuncu inqilabı da bu şəhərdən – Təbrizdən başladı. 
O, Fərhadla Əhmədi götürüb kəşfiyyata – düşmən mövqeləri haq -
qında dəqiq məlumat toplamağa getdi.
Əlavə, aid olduğu üzvdən sonra gəlir, onun qrammatik xüsusiy -
yə tini daşıyır və həmin üzvdən yazıda, əsasən, tire işa rə si ilə, şifahi
nitqdə fasilə, intonasiya  ilə ayrılır. 
Əlavələrlə aid olduğu üzv arasında 
yəni bağlayıcısı işləndikdə
vergül işarəsindən istifadə edilir.
Yuxarıda, yəni başının üzərində səma buluddan yorğan açmışdı.
I və II şəxs əvəzliyi ilə ifadə olunan mübtədanın da əlavəsi ola
bilər. Belə cümlələrdə xəbər mübtə danın əlavəsi ilə uzlaşmır. 
Biz, VIII sinif şagirdləri inşa müsabiqəsində fəal iştirak etdik. 
Yadda saxla!     
CÜMLƏ ÜZVLƏRİNİN ƏLAVƏSİ
113
DƏYƏRLƏR


10. Cümlələri sintaktik təhlil edin. Əlavələri seçib aşağıdakı kimi
qrup laşdırın.   
1. Ağbirçək  ananın – o  müqəddəs qəhrəman qadının önündə hamı -
mız baş əydik. 
2. Zaur bu şəhərə – ölkənin paytaxtına ilk dəfə gələndə həyəcandan
özünü itirmişdi.
3. Həyətdəki maşında – qara mersedesdə oturan bu kişi kəndin təzə
icra nümayəndəsi idi. 
4. Əsmər xala İlyası burada – Tamamın evində gördükdə təəccüb -
ləndi. 
(İ.Hüseynov)
5. Mən bu dəyərli kitabı həmin oğlana – bilik yarışmasının qalibinə
verməyi qərara aldım.
Feili sifət tərkibinin asılı tərəfinin əlavəsidir:
İsmi birləşmənin asılı tərəfinin əlavəsidir:
Feili bağlama tərkibinin asılı tərəfinin əlavəsidir:
Məsdər tərkibinin asılı tərəfinin əlavəsidir:
11. Durğu işarələrini artırmaqla cümlələri köçürün.
1. Zəhra bu il doktoranturanın III yəni sonuncu kursunda oxuyur.
2. “Qapını açın mənəm Fərhaddır”, – deyə kimsə pıçıldadı.
3. Sahildən uzaqda qara qayalar neft daşları görünərdi.
4. Biz Gəncəyə Nizaminin uyuduğu torpağa qədəm qoyduq.
5. Neftin “qara qızıl”ın dəyəri, əsasən, məhsulun tərkibinin  nə
qədər qatqısız ol ma sından asılıdır.
12. Cümlələri sintaktik təhlil edin. 
1. Göytəpə kəndinin ucqarında – xır yolunun üst tərəfində üçotaqlı
bir bina var. 
(İ.Şıxlı)
2. Bir dəfə Əhməd  Cahandar ağanın evinin bərabərində – Kürün
ya xası boyu uzanan çəmənlikdə gəzişirdi. 
(İ.Şıxlı)
3. Heç kim Hüseynli ilə – yeni bələdiyyə sədri ilə bu barədə da -
nışmaq istəmirdi.
4. Axşamçağı – günəş təzə-təzə qüruba enəndə həyətimizdəki quş -
ların səsi kəsilməyə başladı.
5. Şəhərin qərb hissəsində – Malakan kəndi adlanan küçədə yan-
yana beşmərtəbəli iki ev yerləşmişdi. 
(A.Şaiq)
114
V BÖLMƏ


İSTEHKAMIN
ALINMASI
Mən təyin olunduğum alaya av -
qust ayında, gecə vaxtı gəlib çat dım.
Pol kov nik məni kəşfiy yatdan yenicə
qa yıt mış bölük komandirinə təqdim
etdi. Bu kapitan hündürboy lu, qa ra -
buğdayı, eybəcər sifətli bir adam idi.
Deyi lənə görə, mü ha ribə başla yanda
kö nüllü silaha sarı 
lan lar  dan olmuş,
çiynindəki poqonu döyüş mey da nın -
da qazan mışdı. Onun nazik, xırıltılı
səsi nəhəng bədəni ilə qətiyyən
uyuş murdu. Dö yüş lər dən birində boğazının bir tə rə fin dən dəyib o biri
tərəfindən çıxan güllə onun səsini bu hala salmışdı.
Hərbi məktəbi qurtardığımı biləndə sifətinin ifadəsi dəyişdi.
– Hə... Mənim leytenantım dünən şəhid oldu, – deyib hissediləcək bir
sərtliklə üzünü döndərdi.
Duydum ki, mənim həmin leytenantı əvəz edə biləcəyimə əmin deyil.
Təhsilli zabitlərin döyüş bacarığına könüllülərin çox vaxt şübhə ilə yanaş -
dıq larını eşitmişdim. Dilimin ucuna gələn kobud bir sözü güclə uddum.
Bizim düşərgə ilə üzbəüz yerləşən Şayaq istehkamının arxasında na rın -
cı ay doğmuşdu. Onun böyüklüyü məni heyrətə gətirdi. Yanımda dayanan
yaşlı əsgər ayın rənginə diqqət çəkərək dedi: 
– Gör nə qırmızıdır! Bu o deməkdir ki, istehkam bizə baha başa gələ cək!
Əsgərin bu falçılığı məni təşvişə saldı. Qayanın üstündə uzandım, an -
caq ilan vuran yatdı, mən yata bilmədim. Qalxdım və bir müddət ayın işı -
ğında silueti görünən Şayaq istehkamına tamaşa etdim: “Deməli, mənim
ilk döyüşüm bu istehkam uğrunda olacaq”. Ziyarət dağından əsən sazaq
iliyimə işləyəndə gəlib əsgərlərlə bir yerdə tonqalın yanında uzandım.
Ətrafda olan bu qədər adamın içərisində bir nəfər də yaxınım yox idi.
Əgər yaralansa idim, nə baş verəcəyini təsəvvürümə gətirə bilmirdim.
Ürəyim döyünür, tez-tez şəhərdəki tanışlarım gözümün önündən
gəlib-keçir, bu an onlardan, heç olmasa, bircəciyinin yanımda olmasını
arzulayırdım.  Axır ki, yorğunluq öz işini gördü. Sübh tezdən qalxma
işarəsi veriləndə mən daş kimi yatmışdım. 
1. Kapitanın üz ifadəsinin dəyişməsinə səbəb nə idi?
115
DƏYƏRLƏR


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə