Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə41/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

ZƏLZƏLƏLƏR
Biz təbii fəlakətlərin hökm sür dü yü
bir planetdə yaşayırıq. 
Zəlzələlər, vul -
kanlar, sürüşmələr, qasırğalar, qum
fır tınaları, sunamilər, daha nə lər, nə -
lər...
Elm və texnika nə qədər inkişaf
etsə də, hər il on minlərlə in sanın hə -
yatına son qoyan bu fə la kətləri proq -
noz laş dır maq da və onla  rın qar şısını
almaqda acizdir. 
Zəlzələ təbii fəlakətlər içində ən məhvedicisidir. 
Yerin səthi fasiləsiz olaraq
seysmik təkanların təsirinə məruz qalır. İl ərzində 100 mindən çox zəlzələ
olur. Başqa sözlə, hər 5 dəqiqədən bir yeraltı təkan baş verir. Əksər yeraltı
təkanlar zəifdir, onlar insanlar tərəfindən hiss olunmur, yalnız həssas cihaz -
larla qeyd olunur. Lakin hər il onlarla zəlzələ dağıdıcı qüvvəyə çatır.  
Hesablamalara görə, XX yüzillikdə vulkan püskürmələri nəticəsində 100
min insan tələf olmuşsa, zəlzələ bundan 25 dəfə çox insan həyatı apar -
mışdır. 
Təkcə 1923-cü il Tokio zəlzələsində 140 min, 1948-ci ildə baş verən
Aşqabat zəlzələsi zamanı 100 mindən çox insanın həlak olduğu söylənilir.
Zəlzələlərin gətirdiyi ziyan təkcə qurbanların sayı ilə ölçülmür. Dağıdıcı
zəlzələlər zamanı Yer səthinin relyefi dəyişir, dərin çatlar, yeni təpəliklər
və çökəkliklər yaranır, çayların istiqaməti dəyişir, insan əli ilə yaradılmış
qurğular, tikililər dağılır.
* * *
Seysmik təkanların gücünü təyin etmək üçün xüsusi beynəlxalq şkala
işlənib hazırlanmışdır. Bu şkala 12 hissəyə, yəni bala ayrılmışdır. 6 baldan
yuxarı zəlzələlər güclü, ondan aşağı isə zəif zəlzələlər hesab olunur. 
Bu şkalanı 1902-ci ildə italyan ruhanisi və geoloqu Cüzeppe Merkali
təklif etmişdi. Ona görə də əvvəllər həmin şkala Merkali şkalası adlanırdı.
Lakin zəlzələnin gücünü (balını) təyin etmək üçün Merkalinin təklif etdiyi
meyarlar elmi göstəricilərə əsaslanmırdı. Məsələn, zəlzələnin insanlar
arasında nə dərəcədə çaxnaşma doğurması, onların evdən bayıra çıx ma -
ğa macal tapıb-tapmaması və ya dağıntıların çoxluğu əsas götürülürdü.
1935-ci ildə ABŞ alimi Çarlz Rixter 12 ballıq şkala əsasında zəlzələnin
gücünü ölçmək üçün dəqiq sistem və cihaz yaratdı. Yeraltı təkanların gü -
cünü göstərən bu cihaz seysmoqraf adlanır. Bu cihazın işləmə prin si pi nə
görə, məsələn, 3 bal 4 baldan 10 dəfə, 5 baldan isə 100 dəfə az gücə malik -
dir. Ona görə də seysmoqraf Yer titrəyişlərini böyük dəqiqliklə qeydə almaq
138
VI BÖLMƏ


imkanına malikdir. Bundan sonra zəlzələnin gücünü göstərən 12 ballıq
şkala Rixter şkalası adlandırılmağa başladı.
Çarlz Rixter zəlzələ zonalarında inşaat standartlarının yaradılmasına
nail olmuşdu. Məhz onun fəaliyyəti nəticəsində bu və ya digər tikilinin zəl -
zə ləyə davamlılığını göstərən meyarlar yarandı. 
* * *
Zəlzələlər yaranma səbəblərinə görə meteorit, vulkanik və tektonik olur.
Meteorit zəlzələlər göy cisimlərinin Yer səthinə düşməsi ilə əlaqədardır.
Bu çox nadir hadisədir, çünki meteoritlər Yer səthinə çatana kimi at mos -
fer də parçalanır və böyük dağıntıya səbəb olmur. Vulkanik zəlzələlər tez-
tez baş verir. Onlar bəzən böyük gücə malik olsa da, bu zəlzələlərin da   ğıdıcı
dalğaları uzağa yayılmır, çünki onların seysmik ocaqları çox da də rin de -
yil. Daha geniş yayılmış və ən güclü zəlzələlər tektonik zəl zə lə lərdir.
Dərin tektonik qüvvələrin təsiri nəticəsində yeraltı süxurların layları
defor masiyaya uğrayır və müəyyən məqamda qırılır. Məhz bu anda ani
təkan və ya təkanlar ardıcıllığı yaranır. Sınma nöqtəsində, yəni zəlzələnin
fo ku sun da ayrılan enerji dalğalarla laydan-laya ötürülərək Yer səthinə çatır
və ora da dağıntı yaradır. Enerji dalğasının Yer səthinə çatdığı nöqtə zəl -
zə lənin epi sentri adlanır. Ən böyük dağıntı burada baş verir. Lakin yeraltı
təka nın gücündən asılı olaraq zəlzələ epi sentrdən 100 km uzaq da da hiss
oluna bilər.
Zəlzələ ilə bağlı fiziki hadisələri alimlər Yer səthində müşahidə edir və
öyrənirlər. Zəlzələyə gətirib çıxaran amillər isə Yer təkinin bir neçə on kilo-
metr dərinliyində – hipo sentrdə baş verir. İnsan və onun yaratdığı tex -
nika bu dərinliklərə nüfuz edə bilmir. Ona görə də seysmologiya elmi hələ
bir çox suallara cavab tapmamışdır. 
* * *
Alimlər zəlzələnin ilin fəsilləri (qışa nisbətən daha çox yayda), sutkanın
vaxtı (gündüzə nisbətən daha çox gecə və ya səhər), dəniz və okeanların
sahillərində qabarma-çəkilmələrlə əlaqəsi olduğunu müşahidə etmişlər.
Məlum olmuşdur ki, seysmik hadisələrin Ayın fazaları ilə bağlılığı var. Baş -
qa sözlə, Ayın qravitasiya təsiri ilə yaranan qabarma-çəkilmə qüvvələri Yer
kürəsinin dərinliklərində baş verən proseslərə nüfuz edir. Məhz onlar baş
verəcək təkanları müəyyənləşdirir.
Digər tədqiqatçıların fikrincə, Yerin seysmik aktivliyinə Günəş sistemin -
dəki planetlər də təsir edir. Alimlər Yerin seysmik aktivliyinin günəş şüalan -
ma sının aktivliyi ilə əlaqəsi olduğunu iddia edirlər. 
Beləliklə, seysmoloqlar zəlzələnin səbəblərini, bu hadisənin xüsusiy -
yət lərini kifayət qədər öyrənmişlər. Zəlzələ zamanı  dağıntının az olması
1. Sizcə, seysmologiyada cavabı tapılmayan suallar hansılardır?
139
TƏBİƏT


üçün müxtəlif inşaat konstruksiyalarından istifadə edilir. Məsələn, son
dövrdə seysmik aktivliyi ilə seçilən Yaponiyada bir çox binalar rezin plitələr
üzərində tikilir ki, bu da yeraltı təkan zamanı binanın amortizasiyasına
kömək edir.
Bununla belə, zəlzələnin proqnozlaşdırılması sahəsində seysmoloqlar
böyük nəticə əldə edə bilməmişlər. Qəribədir ki, indiyə kimi də insanlar
yalnız heyvanların davranışlarını müşahidə etməklə bir neçə dəqiqə sonra
zəlzələnin baş verəcəyini proqnozlaşdıra bilirlər. 
Şahin Əhmədovun 
“Təbii fəlakətlər” kitabından
Söz ehtiyatı
2. “Tektonik”, “deformasiya”, “fokus”, “qra vi tasiya” və “amortizasiya”
sözlərinin mənasını izah edin.
3. “Seysmik”, “seysmologiya” və “seysmoqraf” sözlərinin etimolo gi ya -
sı nı  araşdırın.
Düşün və cavab ver
4. Hansı fikir doğrudur?
A) Ötən əsrdə zəlzələlər 2,5 milyon insan həyatına son qoymuşdur.
B) Yerin təkində zəlzələyə səbəb olan dəyişikliklər göy cisimlərinin
hərəkətinə də təsir etmişdir.
C) Çarlz Rixter italyan aliminin ixtirasını təkmilləşdirərək seysmo-
qraf yaratmışdır.
5. Mətnin ayrılmış bitkin hissələrini adlandırın.
6. Şəkildə zəlzələnin hipo sentrini və epi sentrini göstərin.
140
VI BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə