Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə40/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

öz gələcəyini qorumuş olur. XX əsrin ortalarında bu məsələlər haqqında
düşünən ziyalı insanlar təbiəti qorumaq istiqamətində ciddi işlər görməyə
başladılar. 
1948-ci ildə yaranan və 82 ölkənin təmsil olunduğu Beynəlxalq Təbiəti
Qoruma Birliyi (BTQB) canlı təbiətin qorunması ilə bağlı hərəkata başçılıq
etdi. Real məhvolma təhlükəsi olan növləri təyin etmək, onların təsnifatını
vermək, bu növlər haqda məlumat toplamaq və onların məh vinə səbəb
olan başlıca faktorları tapmaq lazım idi. Komissiyanın qarşısına qoyduğu
əsas məqsəd bu və ya digər səbəblər ucbatından məhv olma təhlükəsi
qarşısında olan heyvanların izahlı siyahısını hazır lamaq idi. Komissiyanın
sədri Piter Skot siyahını “Qırmızı kitab” (Red Data Book) adlandırmağı
təklif etdi. Qısa desək, “Qırmızı kitab” – məhvolma təhlükəsi altında olan
nadir heyvan, bitki və göbələk növləri haqqında kitabdır.
“Qırmızı kitab” ilk dəfə 1963-cü ildə kiçik tirajla işıq üzü gördü. 
* * *
Respublikamızın flora və faunası ilə bağlı “Qırmızı kitab” isə 1989-cu
ildə nəşr olunmuşdur. Azərbaycanın “Qırmızı kitab”ında nadir və nəsli
kəsilmək təhlükəsində olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti
haqqında geniş məlumat verilir. O, Azərbaycan Respublikasının bütün
ərazisində, o cümlədən Xəzər dənizinin ölkəmizə mənsub olan sektorunda
heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri
haqqında məlumatları özündə əks etdirir.
“Qırmızı kitab”a fauna və flora növləri iki kateqoriya üzrə daxil edilmiş -
dir: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. Birinci kateqo riyaya bir
sıra mənfi amillərin təsiri nəticəsində sayı əhəmiyyətli dərə cə də azalan və
böhran səviyyəsinə çatan növlər daxildir. Alimlər öy rənmişlər ki, Azər -
baycanda son əsrlərdə 150-dən çox vəhşi hey vanın və quşun nəsli ta -
mamilə kəsilmişdir. Hazırda 11 məməli, 5 sürünən, 21 həşərat növü məhv
olmaq təhlükəsi altındadır. Bitki və heyvanların “Qırmızı kitab”a düşməsi
onların sayının azalmasının qarşısını xeyli alsa da, ta mamilə aradan
qaldırmadı. Qaldıra da bilməzdi. Nə qədər ki təbiətin də yərini bilməyə cə -
yik, nə qədər ki qəlbimizin səsini boğub nəfsimizin  qulu olaca ğıq, öz
əlimizlə özümüzə qəbir qazacağıq.
3. BTQB haqqında əldə etdiyiniz məlumatları cədvəl formasına
salın və təqdim edin.
4. Sonuncu cümləni necə başa düşürsünüz?
135
TƏBİƏT


* * *
Belə deyirlər ki, el arasında “ovu sevən şair” kimi ad qazanmış Səməd
Vurğun bir gün dostları ilə ovda olarkən qarşı la rına çıxan ceyranın gözəlliyi
şairi necə məftun edirsə, heyvanı nişan alan dos tunu atəş açmağa qoy-
mur. Bundan sonra məşhur “Ceyran” şeirini yazır və digər ovçuları bu gö -
zəl liyə qıymamağa çağırır:
Ovçu, insaf elə, keçmə bu düzdən,
O çöllər qızını ayırma bizdən.
Qoyma, ağrı keçə ürəyimizdən,
Qıyma, öz qanına boyana ceyran.
Nə gözəl yaraşır Muğana ceyran.
Azərbaycanda ovçuluq və əkinçilik qədim məşğuliyyətlərdən olmuşdur.
Lakin babalarımız “günah” və “haram” anlayışlarını əsas tutaraq hey van -
ların nə silvermə vaxtı ov etməzdilər, kürütökmə vaxtı balığa tor atmazdılar,
bar verən ağacı kəsməzdilər. Təəssüf ki, bu gün bir çoxları tə 
biəti
düşünməyərək onu istismar edir, brakonyerliklə məşğul olur. 
Bundan əlavə, müasir dövrdə biz təbiətə təkcə tüfənglə, torla deyil,
zavod və fab rik lərin çirkabı, maşınların tüstüsü və s. ilə  də zərbə vururuq.
Bunun qarşısını almaqdan ötrü isə hər bir insanın özü üçün yazdığı
“Qırmızı kitab”ı olmalıdır.  
Afaq Məmmədhüseyn
Söz ehtiyatı
5. “Mayya”, “biosfer”, “nəfs”, “brakonyerlik” sözlərinin mə  nalarını
araş dırın. 
Düşün və cavab ver
6. Mətnin hissələrini adlandırın və müqayisə edin. Hansı hissələr daha
çox informasiya verir? 
Yazı
7. Mətndən çıxış edərək “Təbiəti necə mühafizə edək” mövzusunda
esse yazın.
Dil qaydaları
8. Mətndə göy rənglə verilmiş cümlələri sintaktik təhlil edin. Aşa ğı -
dakı kimi qruplaşdırın.
• Yalnız baş üzvlərdən ibarət olan cümlələr:
• İkincidərəcəli üzvlərin iştirak etdiyi cümlələr:
136
VI BÖLMƏ


9. Cümlələrin müxtəsər və ya geniş olduğunu müəyyən edin.
1. Həmin gündən o dağlar ağ dumanı, ağ qayaları ilə yaddaşıma həkk
olunub. 
2. Qışın oğlan çağı idi.
3. Soyuqdan tir-tir əsən küçüyə Səmədin ürəyi yandı.
4. Onun dedikləri hamının diqqətini cəlb etdi. 
5. Xınalıq Qafqazın ən hündür dağ kəndlərindən biridir.
6. Vətən uğrunda ölüm həyatın davamıdır.
10. Verilmiş söz və ifadələrdən istifadə etməklə müxtəsər cümlələri
genişləndirib mətni dəftərinizə yazın. Hər iki mətni müqayisə
edin. Fərqi müəyyənləşdirin.  
ürkmüş; yenidən; ayrılığa; mavigözlü; 
dəlisov; sahilə; onun yolunu səbirsizliklə gözləyən
sevginin böyüklüyündən; dəlicəsinə vurğunu olduğu
(Necə?) Xəzər...  (Necə?) dalğalar... Ləpələr (haraya?)  can atır.
Sahil 
(hansı?) ləpələrin yolunu gözləyir. Ləpələr (nədən?) qorxur.
(Hansı?) ləpələr geri çəkilir. (Nəyə?)  dözmür.  (Hansı?)  sahilin
vüsalına can atır. 
(Nə zaman?) qayıdır. Qaç-qov oyunu davam edir.
11. Müxtəsər cümlələri genişləndirin. Əlavə etdiyiniz cümlə üzvlərini
yazın.  
1. Bahar gəldi. 
2. Soyuqdur.
3. Ömür keçdi.
4. Tamaşa başlandı.
5. Araz çayı daşdı.
Cümlədə əsas fikir baş üzvlərlə çatdırılır. Yalnız baş üzvlərin iş -
tirakı ilə yaranan cümlələr müx tə sər cümlələr adlanır; məsələn:
Dağın başı buludlar yuvası, dumanlar məskənidir. Hava soyuqdur.
İstirahət günüdür. 
İkincidərəcəli üzvlərin də iştirak etdiyi cümlələr isə geniş cüm -
lələrdir; məsələn:
Gecə düşərgənin ətrafında tonqallar qalandı. Bizim üçün Təbriz dən
ayrılmaq çox ağır idi. 
Yadda saxla!    
MÜXTƏSƏR VƏ GENİŞ CÜMLƏLƏR
________
             
_________
_________
              
_________ 
                                                                    
_____
                 
                                  
137
TƏBİƏT


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə