Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

9. Buraxılmış durğu işarələrini bərpa etməklə cümlələri köçürün.
1. Bir neçə dəqiqə keçdi. Yolçu yenə dilləndi:
– Məgər madam Tenardyenin qulluqçusu yoxdur?
– Yox cənab.
– Elə tək sənsən?
– Bəli cənab.
Yenə susdular. Sonra Kozetta dedi:
– Onun iki balaca qızı da var
… Polina və Zelma.
– Bəs bu qızlar nə edirlər?
– Ah! – deyə Kozetta səsləndi. – Onların gözəl gəlincikləri, cür -
bəcür parıldayan oyuncaqları var. Onlar oynayır, əylənirlər.
– Elə bütün günü?
– Bəli – deyə Kozetta yenidən ah çəkdi.
2. – Demək bu sizin uşağınız deyil? – deyə soruşdu.
– Yox cənab Allah eləməsin! Bu bir yoxsul qızdır. Bir az sərsəm
kimidir. Altı aydır ki, vətəninə məktub ya zı rıq,  cavab
vermirlər. Görünür anası ölmüşdür.
Yolçu:
– Belə... – dedi və yenə fikrə daldı.
Meyxanaçı qarı isə əlavə etdi:
– Görünür çox “yaxşı” ana imiş ki, öz uşağını atıb gedib. 
(V. Hüqo)
10. Üzvlənməyən cümlələri aşağıdakı qaydada qruplaşdırın.
A. Təsdiq bildirən üzvlənməyən cümlələr:
B. İnkar bildirən üzvlənməyən cümlələr:
C. Emosionallıq ifadə edən üzvlənməyən cümlələr:
D. Sual ifadə edən üzvlənməyən cümlələr:
1. Yox, yox! Bu dünya özü tələlərlə dolu bir labirintdir.
2. – Girovları qaytara bilmədik.  – Təəssüf.
3.  – Sizin bugünkü iclasdan xəbəriniz var? – Necə məgər?
4. – Siz bu gəncin uğurlarına inanırsınız? – Əlbəttə.
5. – Sizin kənddə də qış sərt keçirmi? – Əsla.
6. – Dünən Bakıya yağış yağdı. – Yox a?
7. – Xan Şuşinskini dinləmisiniz? – Əlbəttə, necə məgər?
8. – Kəndinizi xatırlayırsan? – Eh!
128
V BÖLMƏ


BƏS ZINQIROVU
KİM ASACAQ?
(ixtisarla)
Neçə gün idi ki, Bozdağın ətə -
yin də, düzənliyin ortasındakı tənha
çi narın kölgəsində böyük müşavirə
ge dirdi. Buraya dünyanın hər yerin -
dən sürü-sürü siçan toplanmışdı.
Onlar öz yığıncaqlarına siçovulları,
kəsəyənləri də dəvət etmişdilər...
La kin başqa gəmiricilər bu top lantıya
gəlməkdən boyun qa 
çır mış dılar.
De mişdilər ki, bizə də  yib -toxunan
yoxdur, orada nə işimiz var, dur  du -
ğumuz yerdə başımızı niyə qalma -
qala salırıq ki... Toplaşanlar, əsa sən,
ev siçanları idilər.  
Onların dərdi böyük idi: kimisi gö zünün ağı-qarası yeganə oğlunu
itirmiş, kimisinin əri əldən getmişdi. Burada atadan, anadan yetim qalan
cavanlar da vardı. Hamısının ürəyi yaralı, dərdi böyük idi. 
Yığıncağı uzunbığlı, yaşlı bir siçan açdı:
– Mənim əzizlərim, ulu əcdadlarımızın yazıq törəmələri, hamınıza mə -
lumdur, niyə bura yığışmışıq. Əgər belə getsə, yaxın gələcəkdə kö kü müz
tamam kəsilə bilər. Artıq buna dözmək olmaz, bıçaq sümüyə dayanıb. Bu-
raya toplaşmaqda məqsədimiz birləşmək və ümumi düş mə nə qarşı əlbir
olub tədbir tökməkdir.
Siçan danışığına ara verdi. Əyləşənləri süzdü və gördü ki, hamının ya -
ralı yerinə toxunub, ürəyindən xəbər verib. Onu dinləyənlərin qəzəb dən
göz ləri qızıb. Bu saat ölümə də göndərsən, gedərlər. Sevindi, həmcinslə -
ri nin qeyrət damarına toxuna bildiyinə görə qürurlandı.
Yığışanların arasından biri qabağa çıxdı, gəlib düz başçının yanında
dayandı. Əvvəlcə tükü tökülmüş belini, qarnını qaşıdı, elə bil nə günə düş -
düyünü camaata göstərirdi, sonra dal ayaqları üstünə qalxıb burnunu,
bığını oynatdı.
1. Sizcə, bu müşavirədə hansı məsələ müzakirə olunurdu? Nə
üçün digər gəmiricilər müşavirəyə gəlməkdən boyun qaçır -
mışdılar?
129
DƏYƏRLƏR


– Mən anayam, – deyə sözə başladı. – Amma bala üzünə həsrət qal -
mışam. Onları nə zillətlə böyüdürəm, boya-başa çatdıranda əlimdən alır -
lar. Bu pişiklər sinəmizə dağ çəkir, ahımız-ünümüz göyə qalxır, am ma nə
səsimizi eşidən var, nə köməyimizə çatan. İkicə gün bundan qa baq sonbe -
şiyimi gözümün qabağında yedilər. 
Siçan səsini kəsib hıçqırdı. Onun çiyinləri qalxıb-endi. Əlləri ilə üzünü
tutsa da,  hönkürtüsünü saxlaya bilmədi. Sədr də qəhərləndi, gözünü
gəzdirəndə gördü ki, oturanların çoxunun əlində dəsmal var.
Ana siçan özünü toxtadıb sözünə davam etdi:
– O gün balamla gəzirdim. Birdən haradansa peyda olan pələng kimi
bir pişik üstümüzə atıldı, balama elə bir pəncə ilişdirdi ki, tifil yumaq kimi
göyə qalxıb yerə dəydi. Qışqırtısını eşitdim, məni çağırırdı. İstədim özümü
qabağa atım, balamı bu əjdahanın əlindən alım, amma pişiyin üstümə
yeridiyini görüb qaçdım, özümü yuvaya güclə saldım. Ordan baxanda... –
Siçan yenidən qəhərləndi, yaş boğdu onu. – Pişik birdəfə lik öldürsə, yaxşı
idi, balamın da canı qurtarardı, mənim də. Amma elə eləmədi. Yazıq tifillə
oynamağa başladı. Onu buraxdı, sonra yenə tutdu. Bax beləcə, gözümün
qabağında oynatdı, oynatdı, sonra da boğub yedi.
Ona qulaq asanlar qəzəbləndilər.
– Buna dözmək olmaz!
– Pişiklərə ölüm!
– Onların kökünü kəsmək lazımdır!
– Yox olsun pişiklər!
Hamı ayağa qalxdı. Siçanların ağsaqqalı təşvişə düşdü, qorxdu ki, bu
saat yürüş edib aləmi bir-birinə qatarlar. Ara yerdə nahaq qanlar axar, əl -
lə rindən də bir şey gəlməz. İzdihamı sakitləşdirmək istədi:
– Mənim əzizlərim, pişiyə hücum çəkib onu öldürmək bizim işimiz deyil,
ağlınızı başınıza yığın, ona gücümüz çatmaz. Ara yerdə qırğına ge dər si niz. 
– Olsun. Belə yaşamaqdansa, ölmək yaxşıdır, – bir cavan siçan hay -
qırdı.
– Səbir elə, oğul, acıqlı başda ağıl olmaz.
– Bəs nə edək, ağsaqqal? Əl-ayağımızı boş qoyub oturaq?
Hamı fikrə getdi. Bu dəfə ön cərgədə oturan yaşlılardan biri ayağa
qalxdı, müdriklərə xas təmkinlə dilləndi:
– Bizim pişiyə gücümüz çatmaz. Hamımızı bir-bir qırar. Amma bunun
başqa çarəsi var. Biz pişiyin boynuna zınqırov asmalıyıq. 
2. Ana siçanın çıxışı sizdə hansı təəssüratlar, assosiasiyalar do -
ğur du? Pişiyə qarşı münasibətdə hansı hislər keçirdiniz?
130
V BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə