Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   45

Uğultu başladı. Hamı təşviş içində pıçıldaşırdı. Yaşlı siçan fikrini ay -
dınlaşdırdı:
– Bəli, bəli. Biz pişiyin boğazına zınqırov asmalıyıq. O yaxınlaşanda
zın qırov səsindən bilək ki, pişik gəlir. Dərhal qaçıb gizlənək.  Bizim çıxış
yolumuz ancaq budur.
Ortalığa yenidən sükut çökdü. Birdən yuxudan ayılmış kimi hamı ayağa
qalxıb əl çaldı. Ağsaqqal isə bu mənzərəni kənardan izləyir və bığaltı
mənalı-mənalı gülümsəyirdi.
Bəli, təklif bəyənildi. Haradansa qəşəng bir zınqırov da gətirdilər. Zın -
qırov elə cingildəyirdi ki, əgər onu pişiyin boynundan assalar, lap uzaqdan
səsi eşidiləcək və hamı vaxtında qaçıb gizlənə biləcəkdi.
Sədr ayağa qalxdı. Zınqırovu başının üstünə qaldırıb cingildətdi:
– Mənim əzizlərim, axır ki, məsləhətləşdik və dərdimizə çarə tapdıq.
Hamınız razılaşdınız ki, pişiyin boynundan zınqırov asaq. İndi deyin gö -
rüm, bu zınqırovu pişiyin boynundan kim asacaq?
Heç kimdən səs çıxmadı. Elə bil bir az bundan əvvəl coşan onlar
deyildilər. 
Başçı zınqırovu cingildədib bir də soruşdu:
– Hə, nə oldu, niyə dinmirsiniz? Kim istəyirsə, qabağa çıxsın.
Siçanlar əvvəlcə bir-birinin üzünə baxdılar. Sonra bir-birini dümsük lə -
dilər. Hər kəs öz qonşusunu qabağa itələmək istədi. Hamı dartındı. Qa -
baq da oturanlar dönüb ehtiyatla geri baxdılar və gördülər ki, heç kəs
qalmayıb, bir-bir sivişib aradan çıxıblar. Ön cərgədəkilər təşvişə düşdülər
və birdən ayağa durub qaçanların dalınca Bozdağın ətəyindəki çöllüyə
doğru yüyürdülər. Əlində zınqırov, meydanda tək qalan başçının səsi
eşidildi:
– Bəs bu zınqırovu kim asacaq, kim?!
İsmayıl Şıxlı
Düşün və cavab ver
4. “Bəs zınqırovu kim asacaq” ifadəsi bəzən məsəl kimi işlədilir. Sizcə,
bu məsəli hansı məqamlarda işlədirlər?
Yazı
5. Təmsildəki obrazları insan obrazları ilə əvəz etməklə eyni mövzuda
hekayə yazın.
3. Sizcə, ağsaqqal nə üçün gülümsəyirdi?
131
DƏYƏRLƏR


ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1. Bölmədəki hansı mətn daha çox xoşunuza gəldi? Seçiminizi izah
edin.
2. “Keçmişinə daş atanın gələcəyinə güllə atarlar” aforizmi hansı
mətndən çıxan nəticəyə uyğun gəlir?
3. Durğu işarələrini bərpa edib cümlələri köçürün.
1. Biz bu xalqın nümayəndələri haqq səsimizi qaldırmağı bacar -
malıyıq.
2. Nəğmə dolu bir ürəyəm,
Torpağına baş əyərəm ey Vətən. 
(R.Abdullayev)
3. Görəsən bənövşə baharın bu gözəl qızı niyə belə tez solur? 
4. Gələcək bizə Azərbaycanın mərd igidlərinə daha böyük uğurlar
vəd edir.
5. Bu əsərdə tariximizin qanlı səhifələri yadelli işğalçıların 
torpaqlarımızı işğal etdiyi dövrlər öz əksini tapmışdır. 
6. Bəs biz indiki nəsillər nə deyirik?
4. Fərqləndirilmiş ifadələrin üzvlənməyən cümlə və ya ara söz
olduğunu müəy yənləşdirin.
1. – Bilirsən, bu nə mahnı idi, Zaur? – Yox.
(Anar)
2. – Bilirsən, mənim ulduzum zarafat xoşlamır? – Doğrudan? 
(Elçin)
3. Doğrudanmı, siz bu sərgidə ilk dəfədir iştirak edirsiniz?
4. Bəlkə, onun da oğlu qanlı döyüşlərdədir?
(S.Rüstəm)
5. – Uzaq bir adada olmaq istərdinmi? – Bəlkə də.
5.  Nöqtələrin yerinə əlavələr artırıb cümlələri genişləndirin. Əla və nin
cümlə üzvünə, yoxsa söz birləşməsinin tərəfinə aid olduğunu
müəy yən ləşdirin. 
1. Bir azdan bizi xaricə – ... göndərəcəklər.
2. Usta Mürsəl Aqşinə – ... həddindən artıq güvənirdi.
3. Səmanın – ... ürəyində tutduğu arzuların sərhədi yox idi.
4. Ana içəri – ... daxil olanda qarşılaşdığı mənzərə onu çaşdırdı.
5. Döyüşçülər vətənə – ... sədaqət andı içmək üçün respublikanın
hər yerindən axışıb gəlirdilər.
132
V BÖLMƏ



“QIRMIZI KİTAB”:  
YAZANLAR VƏ
YAZDIRANLAR
Qədim Mayya rəvayətində deyilir: 
“İnsanın həmişə qəmgin olması me şədəki
heyvanları narahat edirdi. Bir gün bütün hey-
vanlar kötük üstündə kədərli halda oturaraq
əlləri ilə dizini qucaqlamış insanın ətrafına
toplaşdılar. İnsan onlara dünyanın bütün sir -
lə rini bilmək istədiyini, amma bunları ba car -
madığını söylədi. 
Heyvanlar insana kömək etmək qərarına gəldilər.
Qartal dedi: 
− Qoy sənin gözlərin mənimki kimi iti olsun.
Aslan ona öz gücündən, bəbir cəldliyindən, tülkü hiyləgərliyindən, ilan
müdrikliyindən pay verdi.
İnsan istədiklərini alandan sonra getdi. 
Bayquş onun arxasınca ba xan
meşə əhlinə narahatlığını bildirdi:
− İnsan istədiklərini əldə etdi. İndi o hər şeyə qadirdir. Ancaq nədənsə
bu mə ni qorxudur. Mən insanın daxilində qara dəlik gördüm. Heç nə ilə
doldurula bilinməyəcək dərin bir dəlik... Məncə, insan bundan sonra da
hər şeyi əldə etməyə çalışacaq və təbiət: “Mənim sənə verə biləcəyim bir
şey qalmadı”, – deyənədək bu davam edəcək”.
* * *
Planetimizin inkişaf tarixinin müxtəlif dövrlərində bəzi heyvan növlərinin
yoxa çıxması iqlim amilləri, heyvanlar arasında bioloji mübarizə və bir sıra
başqa səbəblərlə izah olunur. Bu amillər arasında insanın təbiətə mü da xi   -
l əsini də nəzərdən qaçırmaq olmaz. İbtidai icma dövründən başlayan ov çu -
luq – insan müdaxiləsi sayəsində biosferin dəyişilməsi bir sıra hey     vanların
nəslinin kəsilməsinə gətirib çıxardı. 
Hazırda insan öz inkişafının elə bir mərhələsindədir ki, təbiətə qlo bal
təsir edə bilir. Sözsüz ki, bəşəriyyət yaşamaq üçün təbiətdən bəhrələn -
mə lidir. Lakin bu, təbiətin, canlı aləmin məhvinə gətirib çı  xar  mamalıdır. Axı
təbiətlə insan qarşılıqlı əlaqədədir və ətraf aləmi qorumaqla insan, əslində,
1. Bayquş niyə narahat oldu? Onun sözlərini şərh edin.
2. Sizcə, mətndə hansı mövzuya toxunulacaq?
134
VI BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə