Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

7. Cədvəli doldurun.
8. Aşağıdakı abzasları mətnin hansı hissələrinə əlavə etmək olar?
A. Ən ümumi şəkildə belə zəlzələlərin mahiyyətini sadə təcrübə ilə
aşağıdakı kimi izah etmək olar: nazik şüşə lövhəciyi əysək,
əyilmə o vaxta kimi davam edəcəkdir ki, tətbiq olunan qüvvə
şüşənin plastik deformasiya həddini aşsın; bu zaman lövhəcik
sınacaq. Təqribən buna oxşar hadisə Yerin təkində baş verir.
B. Müşahidələr nəticəsində müəyyən edilmişdir ki, güclü zəlzələlər
Ay Yerdən ən yaxın məsafədə olan vaxt baş verir.  Ay Yer və Gü -
nəşlə eyni xətt üzərində yerləşəndə, yəni Günəş və Ay tutulmaları
zamanı onların qravitasiya qüvvəsi ən yük sək nöqtəsinə çatır.
C. Buruq quyuqazması vasitəsilə uzağı 8-9 kilometr dərinliyə çat-
maq olur. Güclü zəlzələlərin hipo sentrləri isə 10-50 kilometr də -
rinlikdə, bəzən isə daha dərində yerləşir. Buna görə hipo  sentrdə
baş verən hadisələr müəmmalı olaraq qalır.
Yazı
9. Mətndən əldə etdiyiniz elmi nəticələr əsasında yazı yazın.
Dil qaydaları
10. Göy rənglə verilmiş cümlələri sintaktik təhlil edin və müəy yən -
ləşdirin. Cümlələrdən hansı:
• baş üzvlərdən hər ikisinin iştirakı ilə yaranmışdır?
• baş üzvlərdən yalnız biri əsasında yaranmışdır?
Seysmologiya elmi
Nəyə nail olmuşdur?
Nəyə nail ola bilməmişdir?
Baş üzvlərin iştirakına görə sadə cümlənin iki növü var: 
1) baş üzvlərin hər ikisinin iştirakı ilə formalaşan cümlələr: 
Birdən qapı açıldı. Dünəndən bəri əsən külək sakitləşdi. 
2) baş üzvlərdən yalnız birinin iştirakı ilə formalaşan cümlələr:
– xəbər əsasında formalaşan: 
Mənim ondan xoşum gəlir. 
– mübtəda əsasında formalaşan: 
Qarabağ ... Şuşa... İbrahim xanın
sarayı... (S.Vurğun) 
BAŞ ÜZVLƏRİN İŞTİRAKINA GÖRƏ SADƏ CÜMLƏNİN NÖVLƏRİ
141
TƏBİƏT


11. Cümlələri sintaktik təhlil edin, baş üzvlərin hər ikisi əsasında
formalaşan cümlələri seçin.
1. Payızın ilk günləri idi. 
2. Bir çox qaynaqlar hələ eradan çox-çox əvvəllər Azərbaycan
torpağında türkdilli qəbilələrin yaşadığını xəbər verir.
3. Həlledici hücum üçün əsl məqamdır.
4. İki atlı dağlardan enib Ərdəbilə tərəf gedirdi. 
5. Qaranlıq... Qorxunc vıyıltı səsi

6. Sara xatun heyranlıqla ona baxırdı.
7. Günün batabat zamanı idi.
12. Cümlələri təhlil edin, baş üzvlərdən hər ikisinin iştirak etdiyi
cümlələrin müxtəsər və ya geniş olduğunu müəyyən edin.
1. Bir neçə gün Göygöldə istirahət etdik.
2. Ədəbiyyatın vəzifəsi bizə düşünməyi, duymağı, həyat haqqında
mühakimə yürütməyi öyrətməkdir.
3. Qaxa dincəlməyə gələnlər dağların seyrinə dalmışdılar. 
4. Qədimdə adi əl əməyi ilə möcüzələr yaradılırdı.
5. Kəndin yuxarı hissəsi yaşıllıq içərisindədir. 
13. Cümlələri təhlil edin. Xəbər əsasında formalaşan müxtəsər cümlə -
ni müəyyən edin.
A. Yayın qızmar vaxtı idi.
B. Dağlara dünyanın hər yerində, hətta okeanların dibində də rast
gəlinir.
C. Nahardan sonra çoxlarını yuxu tutdu. 
D. Məhkəmədə cəmiyyətdə səs-küy yaratmış qalmaqallı bir işə
baxılırdı.
14. Uyğunluğu müəyyən edin.
1. Şəhərə gəldiyimizin ilk günü idi. 
2. Səhərdən gözləri yol çəkirdi.
3. İnsanlar çox vaxt hər deyilənə inanırlar. 
4. İnsanın ən böyük sərvəti onun elmidir.
A. Baş üzvlərin hər ikisinin iştirak etdiyi müxtəsər cümlə
B. Baş üzvlərin hər ikisinin iştirak etdiyi geniş cümlə
C. Xəbər əsasında formalaşan müxtəsər cümlə
D. Xəbər əsasında formalaşan geniş cümlə
142
VI BÖLMƏ


CANLILARIN SİRLİ DAVRANIŞLARI
Təbiət çox zəngin və rəngarəngdir. Bu zənginlik özü ilə bağlı xeyli
deyimlərin yaranmasına da təkan verir. Deyimlər dil dən-dilə gəzir. Çox
zaman onlarda hə qiqət yükünün nə qədər olmasının fər qinə varmırıq. 
Yəqin ki, klassik ədəbiyyat nümunə lə rin də pərvanənin şama aşiq ol -
ması haq qında poetik ifadələrə rast gəlmisiniz. Bəs öküzün qırmızı rəng -
dən qəzəblənməsi haqqında eşitmisinizmi? El arasında “Dəvəquşu kimi
başını qumda gizlədib, gerisindən xəbəri yoxdur” deyimi necə? Doğ ru -
danmı, bu deyimlərin real əsası var?
Pərvanə niyə özünü oda vurub yandırır?
Nə baхırsan оğrun-оğrun,
Mənə biganələr kimi.
Durum dоlanım başına,
Şama pərvanələr kimi. 
Xəstə Qasım
Şərq poeziyasında pərvanə obrazı eşq, mə həb -
bət fədakarı kimi qələmə verilir. Doğrudanmı, pər -
vanə özünü eşq naminə oda vurub yandırır? 
Əslində, pərvanə uçuşunu işıq mənbəyinə görə
idarə edir. Alimlər müəyyən etmişlər ki, pərvanə
uçuş zamanı həmişə işıq mənbəyinə paralel hə -
rəkət edir, yəni uçarkən işıqla özü arasında eyni məsafə saxlayır. Günəş
və Ay Yerdən çox uzaq olduğundan onların işığına paralel uçmaq elə düz
xətt üzrə hərəkət etmək deməkdir. Amma pərvanələr gecə vaxtı ocaq,
lampa, yaxud yanan şam kimi parlaq işıq mənbəyinə rast gələndə çaşırlar.
Necə deyərlərkoordinasiya nöqtəsini səhv salırlar. 
Ocağa paralel uçmaq mümkün olma dı ğından pərvanə dairə üzrə onun
ət ra fında fırlanır. O elə trayektoriya ilə uç  mağa çalışır ki, işıq həmişə eyni
tərəfdə, eyni məsafədə qalsın. Lakin ocaq Ay kimi hər tərəfə sabit işıq
saçmır, lampanın işığı isə şüa kimi deyil, dal 
ğavarı yayılır. Nəticədə
pərvanəyə elə gəlir ki, məsafə tez-tez dəyişir. “Xəta”nı aradan qaldırmaq
üçün pərvanə dairəni daraldır. Alov güclü işıq mənbəyi kimi onu çaşdırır
və tələyə salır. Pərvanə istə mə dən oda düşüb yanır. 
Bu mənada şamı daha “hiyləgər və məkrli ovçu” hesab etmək olar.
Azacıq hava axınından onun alovunun istiqa mə ti və gücü dəyişir. Yüksək
ob raz lı lığı ilə se çil ən Şərq poeziyası isə bu hadisədən pər va nəni şamın
aşiqinə çevirən ilahi eşq mən zə rəsi yaradır.
1. Bəs şam özü bədii ədəbiyyatda obraz kimi necə çıxış edir?
143
TƏBİƏT


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə