Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə44/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

ZƏFƏRAN QIZILDAN
QİYMƏTLİDİR?
Zəfərandan söz düşəndə “ən”, “çox” söz -
ləri tez-tez işlədilir. Yəqin ki, onun qızıldan
qiymətli ədviy yat  olduğunu eşitmisiniz.
Zəfəran, həqiqətən, çox dəyərli bitkidir, la -
kin onun qızıldan qiymətli olması barədə de -
yilənləri yalnız məcazi mənada qəbul etmək
mümkündür. Belə ki, zəfəranın 1 qramı qızılınkından 4-5 dəfə ucuzdur.
Zəfərandan təkcə kulinariyada istifadə olunmur. 
Bu təbii dərman bitkisi
psixi pozuntulardan tutmuş ürək xəstəliklərinə qədər bir çox mərəzlərin
müalicəsində olduqca səmərəlidir. 
c
Bütün dünyada ildə cəmi 300 ton zəfəran istehsal olunur. Bircə kiloqram
məhsul almaq üçün 140 minədək zəfəran çiçəyi toplamaq, hər birinin
ləçəklərini aralayıb ortasındakı üç qırmızımtıl teli çıxarmaq lazımdır. Həm
də zəfəran qulluq sevən bitkidir. Üç ildən bir onun soğanaqlarını qazıb
çıxarmaq, təmizləmək və yenidən ək mək məsləhətdir.  
Bu bitkinin vətəni İran, Kiçik Asiya və Hindistan hesab edilir. Hələ şumer
sivilizasiyasına aid mənbələrdə zəfəranın adı çəkilir. Amma Avropada da
onu qədim zamanlardan becərirlər. 
c
Rəvayətə görə, Makedoniyalı İsgən -
dər saç larına parıltı vermək üçün onları zəfəran məhlulu ilə yuyurmuş.     
Orta əsrlərdə Almaniyada zəfəranı bənzər bitkilərlə qarışdırıb satanlara
ölüm hökmü kəsilərmiş. 
Hətta bəzi cinayətkarların saxta malları ilə birgə
diri-diri basdırılması halları da olub. 
c
İngiltərənin Esseks qraflığında Saffron-Valden şəhəri var (saffron – in-
gilis dilində zəfəran deməkdir). Bura bir zamanlar Böyük Britaniyanın
“zəfəran paytaxtı” imiş. 
c
İspaniya və Yunanıstanda zəfəran istehsalı xüsusilə geniş yayılıb. İspan
zəfəranı bu gün də dünyada ən bahalı zəfərandır. 
Əvvəllər zəfəran çayı da çox içilirdi. İlk baxışdan adama elə gəlir ki, bu
bahalıqda bitkini “suya atmaq” böyük bədxərclikdir. Amma nəzərə almaq
lazımdır ki, 100 litr zəfəran çayı dəmləmək üçün bu bitkinin bir qramı
kifayət edir. Zəfəran çayı insanın sağlamlığını möhkəmlədir, əhvali-
ruhiyyəsini yaxşılaşdırır. Lakin çay, qəhvə, kakao geniş yayıldıqdan sonra
zəfəran su yuna ehtiyac azaldı.
1. Azərbaycan mətbəxində zəfərandan necə istifadə edilir?
148
VI BÖLMƏ


Zəfəran Azərbaycanda da qədim vaxtlardan becərilir. XVIII əsrdə Bakı
şəhərinin gerbində yüklü dəvə, yükün üs tün  də isə çiçək açmış zəfəran
təsvir edilirdi. 1927-ci ildə Abşeronda (Bil gəh) zəfəran sovxozu yaradıldı.
Bu, SSRİ-də zəfəran yetişdirən ilk və yeganə sovxoz idi. 1990-cı ildə
ölkədə siyasi və iqtisadi hərc-mərclik dövründə sovxoz dağıldı. 
Rafiq Ələkbəroğlu
Söz ehtiyatı
2. Kontekstə görə “mərəz” və “sivilizasiya” sözlərinin mənasını müəy -
yənləşdirin.
Düşün və cavab ver
3. Mətndə hansı suala cavab yoxdur?
A) Zəfəranın vətəni haradır? 
B) Zəfərandan hansı sahələrdə istifadə olunur?
C) “Zəfəran” sözünün mənşəyi hansı dillə bağlıdır?
D) Zəfəran niyə bahadır?
4. Aşağıdakı cümlə mətndəki hansı boşluğa uyğun gəlir?
Egey dənizində yerləşən Santorini ada sında e.ə. XVI əsrdə zəfəran
çiçəklərinin yığılmasını təsvir edən freskanın qalıqları durur.
Yazı
5. Zəfəran haqqında təsviri xarakterli mətn yazın.
Dil qaydaları
6. Mətndə göy rənglə verilmiş cümlələri sintaktik təhlil edin, hər iki
cümlə üçün ortaq olan cəhəti müəyyənləşdirin.
Qeyri-müəyyən şəxsli cümlələr hərəkətin qeyri-müəyyən şəxsə
aid olduğunu bildirir; məsələn: 
Deyilənə görə, məktəbi bu il
istifadəyə verəcəklər. Bu cümlələrdə çox zaman elə bil (ki), sanki,
deyəsən, guya ki və s. modal sözlərdən istifadə olunur: Sanki
dünyanı ona verdilər.
Ümumi şəxsli cümlələr hərəkət və hökmün hamıya aid olduğunu
bildirir; məsələn: 
Palaza bürün, ellə sürün. Cücəni payızda sayarlar.
Şəxssiz cümlələrin mübtədasını təsəvvür etmək mümkün olmur;
məsələn: 
Qışın şaxtalı günü idi. Sənə yazığım gəlir. 
Yadda saxla!     
XƏBƏR ƏSASINDA FORMALAŞAN CÜMLƏLƏR
149
TƏBİƏT


7. Boş xanalarda müvafiq cümlələrin sıra nömrələrini yazın və
sətirlər arasında uyğunluğu müəyyən edin.
1. Gecədən xeyli keçmişdi.
2. Tovuz quşunu tükünə görə kəsərlər.
3. Bir az dincəlib yolumuza davam etdik.
4. Elə bil dağın başına ağ kəlağayı atmışdılar. 
8. Cümlələrin xəbərini cədvəlin müvafiq sütununda qeyd edin.
1. Qorxudan canıma üşütmə düşdü.
2. İşin qızğın vaxtı idi.
3. Əsgərləri cəbhə bölgəsinə göndərdilər.
4. Almadığın heyvanın noxtasından yapışma. 
9. Cümlələrin növünü və xəbər vəzifəsində olan feilin qrammatik
mənasını müəyyənləşdirin. Qaydaları tamamlayın.
1. Bu dəfə müdriklərin söz xəzinəsinə müraciət edildi.
2. Qədimdə coğrafiya, astronomiya elmlərini də öyrənirmişlər.
3. Doğma kəndi yada düşəndə Səmədin burnunun ucu göynəyirdi.
4. Son zamanlar cəbhədə sakitlik idi.
5. İslamda elmə, biliyə yüksək qiymət verirlər.
Hərəkəti icra edən qeyri-mü -
əyyəndir.
C
ümumi şəxsli cümlə
Mübtəda iştirak etməsə də,
onu bərpa etmək mümkündür.
D
şəxssiz cümlə
Xəbər
İfadə vasitəsi
Şəxs
• Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri ... şəxsin cəmində
olur. 
• Şəxssiz cümlənin xəbəri ... şəxsin təkində olan şəxssiz feillər,
adlar və frazeoloji birləşmələrlə ifadə olunur. 
Qayda: 
müəyyən şəxsli cümlə
A
Hərəkət və hökm eyni zaman -
da hamıya aiddir.
qeyri-müəyyən şəxsli cümlə
B
Mübtədanın təsəvvür edil məsi
qeyri-mümkündür.
150
VI BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə