Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova


Dəvəquşu başını quma soxur?



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə43/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

Dəvəquşu başını quma soxur?
“Dəvəquşu kimi başını quma so 
-
xub” – özü nü görməzliyə vurmaqla təh -
lükədən ya 
yınacaqlarına ümid edən
sadəlövh insanlar haqqında söylənən bu
məsəli çox eşitmiş olarsınız. 
Bu ağıllı və məğrur quşu Qədim
Roma tarixçisi Qay Plini “şərləyib” və
aləmdə biabır edib. Əsərlərinin birin də
Plini dəvəquşular haqqında qəribə şeylər yazıb. Guya bu quş təhlükə
görəndə başını quma, ya kola soxub gizlənir; balaları tez çıxsın deyə
nəhəng yumurtalarını iti baxışları ilə dəlir. Hər ikisi əfsanədir. Amma bun-
lardan birincisi qələm əhlinin o qədər xoşuna gəlib ki, heç kim ömründə
dəvəquşunun başını quma soxduğunu görməsə də, bir çoxları əsərlərində
bu ifadəni işlədib. 
Dəvəquşu heç vaxt başını quma soxmur. O, düşmən qarşısında o qə -
dər də aciz deyil. Bu quşun çox iti gözləri, 2,5 metrə çatan boyu var. Odur
ki o, təhlükəni uzaqdan görür. Sürətli qaçışı, güclü pəncəsi olan də vəquşular
çox ehtiyatlıdırlar: yatanda da növbə ilə yatırlar. 
Dəvəquşunun başını quma soxması barədə əfsanənin uzunömürlü -
lüyünün bir səbəbi də ondadır ki, bu quş, həqiqətən, tez-tez başını aşağı
əyir. Amma gizlənmək üçün yox, qum yemək, xırda daş udmaq üçün. Bu
qum və daş mədəsindəki yeməyi xırdalamaq və rahat həzm etməkdə ona
kömək edir. Yaşlı dəvəquşunun mədəsində bəzən yarım kiloqramdan çox
daş olur. 
Qırmızı rəng öküzü qəzəbləndirir? 
Matador al-qırmızı parçanı yana tutub əlində əsdirən kimi öküz qəzəb -
dən ağzı kö pük lənə-köpüklənə onun üstünə şığıyır. Buynuzları ilə parçanı
deşmək istəyir. Tamaşaçılar vəcdə gəlirlər. Onlar elə bilirlər ki, öküzü özün -
dən çı xa ran parçanın rəngidir.
Əslində isə öküz üçün rəngin fərqi yoxdur. Öküz rəng seçə bilmir, yalnız
aqressiv hərəkətləri ilə onu əsəbiləşdirən matadoru təhlükə sayır. Düz də
edir. Axı matadorun məqsədi öküzü ta qətdən sa lıb qılıncı ilə heyvanın boy-
nunu deş məkdir. Lakin öküz qır mızı parçanı çaş dırıcı hədəf yox, düş mə -
ninin “vuran əli” hesab edə rək hücuma keçir. Televiziya ka nal larından
birinin 2007-ci ildə lentə aldığı bir eksperiment də bunu sü but edir. 
Öküzün
qarşısında qır mızı, ağ və mavi paltarlı insan fi qur ları qoyurlar.
Öküz “adam -
2. “Dəvəquşu kimi başını quma soxub” məsəlinin işləndiyi
məqama dair həyatdan misallar gətirin.
144
VI BÖLMƏ


 ların” üçü nə də hücum edir, sonuncu
zərbəni isə qırmızı paltarlı “düşmən”
alır.  
Öküzlərin qırmızı rəngi sevmədiyi
barədə yanlış fikrə ilk dəfə ingilis dra-
maturqu Con Lilinin 1580-ci ildə
qələmə aldığı bir əsərdə rast gəlinir.
Lili adamları xəbərdar edir: "Filin
qarşısına çıxan insan parlaq rəngli
paltar geyə bilmədiyi kimi, öküzün
qarşısına çıxan insan da qırmızı pal-
tar geyə bilməz".  
Ağ ayı gizlənmək üçün qara burnunu ovcu ilə örtür? 
Çox maraqlı və gülməli fərziyyədir. Nədənsə insanlar bu fərziyyəyə
inanırlar. 
Cizgi filmi çəkən rejissorlar bu detalı tez-tez fraqmentə çevirirlər.
İnanc o qədər geniş yayılıb ki, alimlər də şübhəyə düşüblər. Bir sıra
tədqiqatçılar ov edən Arktika ayılarını izləməyə başlayıblar. Kanadalı alim
Yan Stirlinq də assistentləri ilə bərabər müşahidə borusu götürərək buz -
la rın ara sında məntəqə qurub. Uzun müddət gizlindən ayıların dav ra nışına
göz qoyan müşahidəçilər ba lıq və suiti ovlamaq üçün saatlarla pus quda
da yanan ayıların burunlarını örtdü yü nü bir dəfə də görməyiblər. Hə qiqətən,
bir pəncəsi burnunda, üç ayağı üs tündə yemək axtara-axtara uzun məsafə
qət edən ayını təsəv vürə gə tirmək çətindir. 
Stirlinq deyir: “Ağ ayılar əksər hallarda buzun kənarında suya tərəf əyi -
lib saatlarla tərpənmədən pəncə lərinə balıq keçməsini gözləyirlər. Belə ov
üsulunda burun, ümumiy yətlə, faktor
rolunu oynamır”.
Ağ ayının bədənində yeganə qara
ləkə – burnu onun bədəninin istilik
sisteminin mərkəzidir. Günəş çıxanda
məhz bu  mərkəzi qızdırır. Odur ki
zooparkda bəzən Arktika ayı 
sı nın
burnunu tut ma sı nı onun ova hazır -
laş ması ilə deyil, istidən təntiməsi ilə
izah etmək daha məntiqəuyğundur.
Arif Aslanoğlu
3. Belə epizodlara hansı filmlərdə rast gəlmisiniz?
145
TƏBİƏT


Söz ehtiyatı
4. “Koordinasiya”, “trayektoriya” və “matador” sözlərinin mənasını
izah edin.
Düşün və cavab ver
5. Oxuduğunuz hissələrdən aldığınız məlumatlara əsasən sualları
cavablandıraraq cədvəli dol du run.
6. Mətnin məzmununa uyğun fərqli başlıq düşünün. 
Dil qaydaları
7. Mətndə göy rənglə verilmiş cümlələri sintaktik təhlil edərək fərqli
xüsusiyyətlərini göstərin.
Suallar
Yaranması
Əks-
arqument 
Əsaslandırma 
Pərvanələr niyə özlərini
oda vurub yandırırlar?
Dəvəquşu niyə başını
quma soxur?
Qırmızı rəng öküzü 
niyə qəzəbləndirir? 
Ağ ayı gizlənmək üçün
qara burnunu ovcu ilə
örtür? 
Baş üzvlərin hər ikisinin iştirakı ilə formalaşan cümlələr
müəyyən şəxsli cümlələr adlanır: 
Həyat davam edir. Xalq gələcəyə ümidlə baxır. 
Bəzən belə cümlələrdə mübtəda iştirak etməsə də, subyekt
konkret olduğuna görə onun bərpası mümkün olur; məsələn:
(Biz) İşlərimizi bitirib istirahət edəcəyik.
(Mən) Qarabağda yaşayanda Sultanbud meşəsinə gedirdim.
Yadda saxla!    
MÜƏYYƏN ŞƏXSLİ CÜMLƏLƏR
146
VI BÖLMƏ


8. Cümlələri sintaktik təhlil edin, mübtədası buraxılmış müəyyən
şəxsli cüm lələri müəyyənləşdirin.
1. İndi də sizin əleyhinizə material toplayır. 
(M.İbrahimov)
2. Xəzər dənizində suitiyə az təsadüf edilir. 
3. Həmişə Kəpəz dağının aşağısında olan Maralgölü görmək istə -
mi   şəm.
4. İndi Antarktidada buzların əriməsi səbəbini araşdırırıq.
5. At öləndə itin bayramıdır. 
9. Cümlələri sintaktik təhlil edin, müəyyən şəxsli cümlələrin müx -
təsər, yoxsa geniş ol du ğu nu müəyyənləşdirin. 
1. Biz geri qayıdanda qonaqlar artıq getmişdilər.
2. Tərlanın son sözləri onun qulağından getmirdi. 
3. Bu işin ona qəsdən tapşırıldığını bilirdi. 
4. Dənizin sərin küləyi sahildəki insanlara xoş gəlirdi .
5. Atamın zəhmli baxışları üzümə dikildi. 
10. Müəyyən şəxsli cümləni seçin. 
A. Bütün günü gözləri yol çəkirdi.
B. Dünyanın ən uzun və sanki ən son gecəsi idi.
C. Bütün gülləri bir-bir qoxladım, iyini qəlbimə çəkdim.
D. Novruzun axırıncı çərşənbəsi idi. 
E. Ay işığı, bulaq başı, göy çəmən, 
Bir dünyamız, bir sən özün, bir də mən. 
(S.Vurğun)
11. Cədvəli dəftərinizdə çəkin və cümlələrin sıra nömrəsini müvafiq
xanada qeyd edin. 
1. Mən şəhəri gəzir, babalarımızın izlərini axtarırdım. 
2. Qırx birinci ilin qışı... Şaxtalı bir gecə

3. At öləndə itin bayramıdır. 
4. Gecdir
… Səhərə az qalıb…
5. Getmək vaxtıdır. 
6. Hər üç əsgər bir-birinin arxasınca sıraya düzülüb geri dönür.
7. O dərin şeiriyyətə, düzü, heyran qalmışam. 
(Ə.Cavad)
8. Ax, necə kef çəkməli əyyam idi...
(M.Ə.Sabir)
Mübtədalı müəyyən
şəxsli cümlələr
Mübtədasız müəyyən
şəxsli cümlələr
Xəbər əsasında
formalaşan  cümlələr
147
TƏBİƏT


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə