Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə45/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

10. Verilmiş feillərdən istifadə etməklə atalar sözlərini və ümumi
şəxsli cümlələrlə bağlı qaydanı tamamlayın. 
qovmaq, yüyürmək, dalaşmaq,  yumaq
1. Qanı qan ilə  .......... .
2. Gəmiyə minib gəmiçi ilə ......... .
3. Uşağı buyur, dalınca ......... .
4. Yalançını evinəcən ............ .
11. Dördündən biri fərqlidir.
1. Sənubərin körpə aslan balalarına yazığı gəldi.
2. Sözün düzünü zarafatla deyərlər.
3. Onun Xuramandan gözü su içmirdi.
4. Tələffüz qaydalarının pozulması hallarına tez-tez rast gəlinir.
12. Cümlələrin uyğun gəldiyi xanaları (koordinatları) müəyyənləş -
dirin.  
1. Kiçik çillənin axırları idi. 
2. İçəridə kimsə həyəcanla danışırdı.
3. Soyuq bir qış gecəsi idi.
4. Sanki eşitmirdilər.  
5. Bəy verən atın dişinə baxmazlar. 
6. Elə bil onu silkələyib oyatdılar.
7. Onun istəyi övladlarının yanına getmək idi.
8. Böyüyün bir sözünü iki eləmə. 
Ümumi şəxsli cümlələrin xəbəri ... şəxsin təkində (əmr şəkli)
və ya ... şəxsin cəmində (qeyri-qəti gələcək zaman) olur.
Qayda: 
Sadə cümlənin növləri
A
B
müxtəsər cümlə
geniş cümlə
1
müəyyən şəxsli cümlə
2
qeyri-müəyyən şəxsli cümlə
3
ümumi şəxsli cümlə
4
şəxssiz cümlə
151
TƏBİƏT


152
VI BÖLMƏ
Kölgəsi buz – sərin ağaclar,
dərələr, yamaclar.
Yamyaşıl sarmaşıq
dolanıb belinə
palıdın, vələsin.
Buludlar asılıb qayadan;
elə bil deyirlər:
yolçular, tələsin!
Şıltağı çox olur
burda dağ yolunun.
Əyilib bükülür,
yoxuşa dırmanır dağ yolu.
Enişə tökülür,
bir asma körpüdən adlayır.
Gah kinolent olur,
qıvrılır, açılır.
Gah ilansayağı
dikəlir, boylanır dağ yolu.
Gah gedir, qayaya dirənir.
Ayrılır bir neçə qol olur.
Döngədə elə bil ləngiyir,
bir anlıq dayanır dağ yolu.
Gah düşür dumana,
itirir yolunu.
Dumandan çıxanda
elə bil yuxudan oyanır dağ yolu.
Hey gedir ağara-ağara.
Bir yanı sıldırım,
bir yanı mağara.
Bu yolun ipiylə bağlanır dağ, aran.
Ətəkdən başlayıb
dağların qoynuna yol alır
dağ yolu.
Gecəli-gündüzlü
Gah dolur dopdolu,
gah tamam boşalır dağ yolu.
Yuxarı baxırsan,
buludlar, qayalar
dayanıb qolboyun.
Təkərlər dartınır,
motorlar tövşüyür yolboyu.
Yolların sinəsi
təkərlə daranıb.
Nə qədər milyon il
yaşı var dağların.
Bu yollar bizimlə bir əsrdə
yaranıb;
iş yolu, güc yolu.
İpək bir qurşaqla
bağlayıb yaylağı, aranı.
İnsanlar günlərə bağlayır günləri,
aylara bağlayır ayları.
Qüdrətli maşınlar
Bir “dəmir diş” kimi
gəmirir layları,
Qaldırır dağlara yolları.
İnsanlar dağlara
gör nələr gətirir,
İnsansız bu yerlər
bir kədər gətirir.
Rəsul Rza
DAĞ YOLU


YOLLAR
Ayaqla torpağın öpüşməsindən
Doğulub böyüyür yollar həyatda.
Tapdana-tapdana min illər boyu
Yollar ömür sürür ayaqlar altda.
Gəlimli-gedimli yol nəsillərin
Ölməz abidəsi, əmanətidir.
Tapdanmaq insanın şərəfsizliyi,
Tapdanmaq yolların ləyaqətidir.
İnsan qədəminə tamarzı qalmaq
Yolların bağrına çəkilən dağdır.
Dünyada ayaqlar altda yaşamaq
Bircə yollar üçün alçalmamaqdır!
Şahmar Əkbərzadə
Söz ehtiyatı
1. “Dağ yolu” şeirində məcazi mənada işlənmiş ifadələri seçib izah edin.
Düşün və cavab ver
2. Yollar haqqında şeirləri mətnin xarakteri baxımından müqayisə edin.
3. “Yollar” şeirində yolların yaranması və ömür sürməsi ilə bağlı
fikirlərə münasibət bildirin.
Dil qaydaları
4. Mətndə göy rənglə verilmiş cümləyə aid fikri müəyyənləşdirin.
Seçiminizi əsaslandırın.  
A. Həmcins üzvlü cüttərkibli cümlə dir.
B. Həmcins üzvlü təktərkibli cümlədir.
Mübtəda əsasında formalaşan sadə cümlələrdə əşyanın adı
çəkilir, lakin haqqında heç bir məlumat və ya hökm verilmir:
Soltan bəyin malikanəsi. Gülçöhrənin otağı. (Ü.Hacıbəyli)
Payızın son ayı. Hər yanda qırov, qar. Qapı tərəfdə bir dolab.
Yanında bir əlağacı. (S.S.Axundov)
Yadda saxla!         
ADLIQ CÜMLƏ
153
TƏBİƏT


5. Adlıq cümlələri seçib yazın.
Göyə boylanmaq və dünyanın o tərəfini görmək üçün gərək boyun
çatsın. “Boy atmaq”, böyümək və sonsuzluğa qovuşmaq. 
Göylərdən baxanda Yer işıqlı bir nöqtə kimi görünür. Həm də özü
közərməyən, közərənlərin işığına möhtac olan bir nöqtə. Bu işığı Yerə
insanlar gətirməlidirlər. Allah-taala göylərin işığını Yerə ancaq tək-
tək insanların – göyə yüksələ bilənlərin sayəsində və onların əli ilə
çatdırır...
An və əbədiyyət! Fiziki zamana sığmayan mənəvi məqam! Keçmişi
və gələcəyi ehtiva edən indi!
(Ə.Turxan)
6. Cümlələri təhlil edin. Adlıq cümlələrin müxtəsər və ya geniş oldu -
ğunu müəyyənləşdirin.
1. Ruh təkcə bu dünyanın deyil, “o dünyanın” da daşıyıcısıdır.
Gələ cəkdə sakini olacağımız dünyanın daşıyıcısı! 
(Ə.Turxan)
2. Şuşa. Təbiətin bəzəkli gəlini. Kim deyərdi ki, bir gün bizlərdən
uzaq düşəcək. Ayrılıqdan don geyəcək, kədərdən çələng taxacaq. 
3. Ayrılıq... Hər zamankı kədər qapımız. Ancaq bu nəğmə belə
qəmli bitməyəcək. Açılacaq o qapı. 
(S.Tahir)
4. Qaranlıq. İşığın əli çatmayan sirli dünya.
7. Cümlələri sintaktik təhlil edin. Adlıq cümlələrdə mübtədanın ifadə
vasitəsini göstərin.
1. Tərtər. İllərdən bəri düşmənlə üz-üzə dayanan qəhrəman şəhər.
Məğrur-məğrur qonaqlarına “xoş gəldin!” deyir.
2. İndi yolumuz Qəbələyədir. Ağaclarla hasarlanmış uzun yol.
İstirahətin əsl məkanı.
3. Ana! Cənnəti ayaqları altında saxlayan qadın! Şam kimi əritdiyi
ömrü ilə  həyata işıq bəxş edən müqəddəs! 
4. Şuşa qalası... Cıdır düzü... Xəzinə qayası... Daha o yanda isə
Topxana meşəsi görünür. 
(İ.Əfəndiyev)
154
VI BÖLMƏ


ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1. Bölmədəki “Qırmızı kitab”: yazanlar və yazdıranlar”, “Zəfəran
qızıldan qiymətlidir?”, “Zəl zələ” mətnlərinin sizdə yaratdığı hissi
ifadə edin, qoyulan mə 
sələlərlə əlaqədar fikir və arzularınızı
bildirin. 
2. Şeir parçalarında cümlə üzvləri ilə bağlı olmayan söz və söz
birləşmələrini seçin.
1. Bəlkə, bu yerlərə bir də gəlmədim;
Duman, salamat qal, dağ, salamat qal!
(M.Araz)
2. – Vaqif, ey sərvərim, ey tacidarım!
– Nə var, nə deyirsən, vəfalı yarım?! 
(S.Vurğun)
3. Ana, mənə mahnı oxu,
Göydə ulduzlar da yatsın.
Ana, mənə bir layla çal,
Ay da yuvarlanıb batsın.
(N.Rəfibəyli)
3. Cümlələrin qrammatik əsasını müəyyən edin. 
1. Küsənin payını birinci yeyərlər.
2. Möhtəşəm Buxaranın qapılarını açdılar. 
(F.Kərimzadə)
3. Evinə gələn düşməndən heyif çıxmazlar.
4. Yazın təzə gələn vaxtları idi. 
(Elçin) 
5. Balaşın evi. Köhnə qayda ilə döşənmiş bir ev. 
(C.Cabbarlı)
6. Məslək. Amal. Əsl insanın yol yoldaşı. 
(B.Vahabzadə)
4. Cümlələri sintaktik təhlil edin. Baş üzvlərin iştirakına görə qrup -
laş dırın.
A. Mübtəda əsasında formalaşanlar
B. Xəbər əsasında formalaşanlar
1. IV əsr... Volqaboyu çölləri... Qərbə doğru yürüş edən hunlar...
2. Yaxşı iş görmədilər, yazığın qəlbini sındırdılar. 
(C.Cabbarlı)
3. Cırcıramaların səs-səsə verdiyi  yay gecələrindən biri idi.
4. Sözün düzünü üzə deyərlər.
5. Qız qalası... Dünyanın daha bir möcüzəsi...
6. Böyüyün üzünə ağ olmazlar.
155
TƏBİƏT


SÖZLÜK
Aksiya is. [lat.] – ictimaiyyətin diqqətini cəlb etmək üçün keçirilən kütləvi tədbir.
Akvalanq is. [ing.] – su altında nəfəsalma qurğusu.
Amortizasiya is. [fr.] – xüsusi mexanizmlərin köməyi ilə avtomobil, təy yarə və
s.-də zərbə və təkan təsirinin azaldılması.
Asosiallıq – ictimaiyyətdən, sosial fəaliyyətdən uzaqlaşma.
Bəstər is. [fars.] – arx. yataq, yorğan-döşək.
Biosfer is. [yun.] – coğ. Yer kürəsində canlı orqanizmlərin mövcud olduğu sahə.
Brakonyerlik  is. [fr.] – icazəsiz ovetmə, balıqtutma; ovçuluq və balıqçılıq
qanunlarını pozma.
Brend is. [ing.] – şirkətin, mal və əmtəənin ticarət markası, adı.
Çarmıx is. [fars.] – müqəssirin əllərini və ayaqlarını bağlamaq üçün istifadə edilən
cəza aləti.
Deformasiya is. [lat.] – bir şeyin şəklinin və ya həcminin dəyişməsi; pozulma.
Donos  is. [rus.] – birisi haqqında hökumət idarələrinə və ya onun
nümayəndələrinə gizli olaraq verilən məlumat, xəbər.
Dvoryan  is. [rus.] – 1917-ci il inqilabından əvvəl Rusiyada mülkə darl ar dan,
onların nəslindən və xüsusi xidməti olan məmurlardan ibarət im tiyazlı zümrəyə
mənsub adam; zadəgan.
Elita is. [fr.] – cəmiyyətin yüksək təbəqəsi.
Eskiz is. [fr.] – rəsmin və ya onun bir hissəsinin ilk qaralaması.
Eyham is. [ər.] – ikimənalı, üstüörtülü söz və ya ifadə; işarə.
Əfsanə is. [fars.] – 1) şifahi xalq ədəbiyyatının epik janrlarından biri; 2) məc. boş
söhbət, uydurma.
Əfsus etmək [fars.] – heyifsilənmək, təəssüflənmək.
Əlahiddə sif. [ər.] – ayrıca, xüsusi.
Əsatir is. [ər.] – ilahlar, əfsanəvi qəhrəmanlar haqqında qədim əfsanələr; mif.
Faktor is. [lat.] – hər hansı prosesin, hadisənin gedişini şərtləndirən məqam, fakt;
amil.
Fenomen is. [yun.] – müstəsna hadisə, qeyri-adi fakt; nadir şəxsiyyət.
Fokus is. [lat.] – məc. bir şeyin (işığın, mexaniki gücün və s.) toplandığı yer;
mərkəz. 
156
SÖZLÜK


Format is. [fr.] – hər hansı layihənin təşkili və təqdimatı üsulları. 
Freska is. [it.] – yaş suvaq üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm, naxış.
Həvari is. [ər.] – xristian dini rəvayətinə görə, İsa peyğəmbərin “İncil”in eh -
kamlarını yaymaqla vəzifələnmiş 12 əshabəsinə – şagirdinə verilən ad; apos-
tol.
Hürufat is. [ər.] – hərflər, şriftlər.
İflic is. [ər.] – orqanizmin hər hansı bir hissəsini və ya üzvünü normal fəaliyyətdən
saxlayan xəstəlik.
İğtişaş is. [ər.] – qarışıqlıq, hərc-mərclik.
İntellekt is. [lat.] – ağıl, düşüncə; bilik məcmusu; əqli səviyyə.
İnteraktivlik – fəaliyyətin qarşılıqlı əlaqə üzərində qurulması. İnteraktiv ve riliş
(proqram) – canlı yayım zamanı aparıcı və tamaşaçı (dinlə yi cilərin) arasında
dialoqla müşayiət olunan teleradio verilişi.
Kabel is. [holl.] – elektrik enerjisini, səs siqnallarını nəql etmək üçün üstü hermetik
örtülü məftil.
Kampaniya is. [fr.] – hər hansı vacib ictimai-siyasi və ya iqtisadi problemin həllinə
nail olmaq üçün keçirilən silsilə tədbirlər.
Kapilyar is. [lat.] – ən kiçik, incə qan damarı.
Kardinal is. [lat.] – katolik kilsəsində Roma papasından sonra ali dini rütbə.
Kəsəyən is. – qabaq dişləri yaxşı inkişaf etmiş, gəmiricilər dəstəsindən çölsiçanı.
Kommutasiya is. [lat.] – müəyyən məsələnin həlli üçün hesablayıcı maşının
köklənməsi, sazlanması, qurulması.
Kontorçu is. – arx. idarə əməkdaşı, idarədə işləyən adam.
Koordinasiya is. [alm.] – ümumi məqsədə xidmət edən hə rə kət lərin əlaqə lən -
dirilməsi.
Qarovulçu is. – keşikçi, gözətçi.
Qeyzlənmək feil – hiddətlənmək, qəzəblənmək, bərk acığı tutmaq.
Qəza is. – tarix. 1917-ci il rus inqilabından qabaq quberniya və ya başqa böyük
inzi bati-ərazi vahidi tərkibində və SSRİ-də rayon bölgüsünə qədər olan inzi-
bati-ərazi vahidi.
Qram is. [fr.] – metrik ölçü sisteminin çəki vahidi (1 kubsantimetr suyun çəkisinə
bərabərdir).
Qravitasiya  is. [lat.] – istənilən materiya növləri, o cümlədən səma ci sim ləri
arasında qarşılıqlı əlaqə və təsir; obyektlərin bir-birini cəzb etməsi, cazibə.
Loqotip 
 is. [ing.] – hər hansı şirkətin, ticarət-sənaye birliyinin, kompa ni yanın tam
və ya qısaldılmış adını əks etdirən orijinal qrafik görüntü (yazı).
157


Lord  is.  [ing.] – İngiltərədə nəslən keçən yüksək zadəgan titulu və bu titulu
daşıyan şəxs.
Madonna is. [ital.] – katoliklərdə İsanın anası sayılan Məryəmə verilən ad, habelə
onun heykəli və ya şəkli.
Marka is. [alm.] – malların, məmulatların hazırlanma yerini, keyfiyyətini və s.-ni
göstərən işarə, damğa.
Matador is. [isp.] – İspaniyada və Latın Amerikasının bəzi ölkələrində: buğa
döyüşündə buğaya qılıncla son zərbəni vuran baş döyüş çü, toreador.
Mədaxil is. [ər.] – ticarət-sənaye müəssisəsi və ya şəxsin müəyyən dövr ərzində
iqtisadi fəaliyyətdən əldə etdiyi gəlir.
Məkr is. [ər.] – hiylə, biclik, kələk.
Məram is. [ər.] – istək, arzu, dilək, tələb; məqsəd, niyyət.
Metr is. [yun.] – metrik ölçü sistemində yüz santimetrə bərabər uzunluq.
Mif  is. [yun.] – Yer üzündə həyatın yaranışı, təbiət hadisələri, əfsanəvi
qəhrəmanlar və ilahlar haqqında qədim xalq rəvayətləri; əsatir.
Mühərrir is. [ər.] – jurnalist; müəllif, yazar; redaktor.
Mundir is. [fr.] – hərbi və ya mülki rəsmi geyim.
Mürəttib is. [ər.] – arx. mətbəədə hərf düzən işçi; düzücü.
Mürəxxəs sif. [ər.] – rüsxət verilmiş, izin almış, azad edilmiş; azad, izinli, rüsxətli.
Müsaidə is. [ər.] – izin, icazə, rüsxət.
Natura is. [lat.]  – üzündən şəkli çəkilən təbii, canlı nümunə, yaxud şəklini çəkmək
üçün rəssamın qabağında duran adam.
Nəfs is. [ər.] – tamah, tamahkarlıq.
Operativ sif. [lat.] – çevik, təcili, sürətli (hərəkət, əməliyyat və s.).
Optimal sif. [lat.] – səmərəlilik baxımından ən əlverişli.
Patronaj is. [fr.] – himayədarlıq, qəyyumluq.
Pozitiv [lat.] – məc. müsbət emosiya yaradan, xoşagələn.
Radioqram is. [lat.] – radioteleqraf vasitəsilə verilən məlumat.
Reproduktor is. [lat.] – tex. radio verilişlərini ucadan səsləndirən cihaz, aparat;
səs ucaldan.
Rif is. [ing.] – dənizin sahilə yaxın yerlərində su altında qalan və ya suyun üzərinə
qalxan ensiz zolaq (daş, qum və ya mərcan tərkibli olur).
Rupor is. [holl.] – 1) səsin gücləndirilməsi üçün istifadə olunan konus formalı
cihaz; 2) məc. təbliğat vasitəsi, təbliğat aparan, hansısa ideya və ten den -
siyanın ifadəçisi.
158
SÖZLÜK


Semafor is. [yun.] – yolun açıq və ya bağlı olduğunu maşinistə bildirmək üçün
dəmir yollarındakı işıq siqnalı qurğusu.
Səyrimək feil – hirsdən, acıqdan və s. hislərdən əsmək, titrəmək (üz əzələləri
haqqında deyilir).
Seysmik sif [yun.] – zəlzələ ilə əlaqədar olan, zəlzələyə aid olan.
Seysmologiya is. [yun.] – geologiyanın Yer qabığının titrəyişindən bəhs edən
şöbəsi. 
Seysmoqraf is. [yun.] – Yer qabığının titrəyişini avtomatik qeydə alan cihaz.
Sığorta is. – təbii fəlakət və ya bədbəxt hadisə nəticəsində dəymiş zərərin xüsusi
təşkilat tərəfindən ödənilməsi.
Simpozium is. [lat.] – hər hansı elmi məsələyə dair toplantı.
Sivilizasiya is. [lat.] – cəmiy yə tin intellektə, sosial ədalətə, mədəni dəyər lərə və
müəy  yən tex nologiyaya əsaslanan tarixi inkişaf mər hələsi. 
Skeptik is. [yun.] – hər şeydən şübhələnən adam, hər şeyə şübhə ilə baxan
adam.
Spagetti is. [ital.] – nazik, uzun italyan makaronu.
Ştrix is. [alm.] – cizgi. 
Tektonik sif. [yun.] – Yer qabığının hərəkətinə və deformasiyasına aid olan, onun
nəticəsi olan.
Təlx olmaq sif. [fars.] – kefi pozulmaq.
Tent is. [ing.]  – günəş və yağışdan qorunmaq üçün parusin örtük.
Təvəqqe is. [ər.] – xahiş, dilək.
Totem is. [ing.] – bir çox ibtidai tayfa və qəbilələrin si ta yiş etdiyi və nəslin əcdadı
və ya xilaskarı saydığı heyvan (bəzən də bitki, əşya və ya təbiət hadisəsi).
Trayektoriya is. [lat.] – hərəkət edən hər hansı bir nöqtə və ya cismin fəzada
cızdığı xətt. 
Vaqe olmaq is. [ər.] – üz vermək, əmələ gəlmək, baş vermək, meydana çıxmaq.
Vibrator is. [lat.] – elektromaqnit dalğalarının təsiri nəticəsində titrəyiş əmələ
gətirən qurğu.
Virtual  sif. [lat.] – xəyali; fiziki baxımdan reallıqda mövcud olmayan, lakin
müəyyən şəraitdə meydana çıxa bilən.
Zati-aliləri is. [ər.] – arx. yüksəkrütbəli şəxslərə müraciət etdikdə və ya onların
haqqında danışdıqda hörmət məqamında işlənən ifadə. 
159


Rafiq İsmayılov
Dilrüba Cəfərova
Aynur Rüstəmova
Hidayət Allahverdi
Sahibə Məmmədova
AZƏRBAYCAN DİLİ
8
dərslik layihəsi 
(sınaq nəşri)
Bakı, “Altun kitab”, 2016
Няшриййатын цнваны:
АЗ1130, Бакы, Я.Нахчывани кцчяси, 15
А
Телефон: (+99412) 562 69 86; 562 69 88
www.altunkitab.az
Каьыз форматы 70х100
1
/
16
.
Офсет чапы. Офсет каьызы. Физики чап вяряги 10.
Тираж 300. 


8
8
DƏRSLİK
9 789952 242829
ISBN 978-9952-24-282-9

Document Outline

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə