Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

– Dayan, ey müdrik qadın, günahsız uşaqları məhv eləmə.
Qarı dönüb arxasına baxdı və dəhşətə gəldi, qarşısında buynuzlu bir
maral – Ana maral durmuşdu. Dişi maral süd kimi ağappaq idi, qarnının
dərisi isə boz rəngə çalırdı.
– Ana maral, sən nə istəyirsən?
– Uşaqları burax. Yalvarıram sənə, onları mənə ver.
– Neyləyirsən bunları, Ana maral? – Axsaq qarı güldü. – Axı onlar insan
balalarıdır. Onlar da böyüyüb maral balalarını öldürəcəklər.
– Onlar böyüyəndə mənim balalarımı öldürməzlər, – Ana maral cavab
verdi.  – Mən onlara ana olacağam, onlar da mənə bala. Onlar öz bacı və
qardaşlarını öldürərlərmi? 
Qarı düşünüb dedi:
– 
Yaxşı, əgər belədirsə, qərar sənindir.
Bu yetimləri öz diyarına apar.
Ancaq əgər onlar bir vaxt sənin yaxşılığına xəyanətlə cavab versələr, buna
görə məni yox, özünü günahlandır.  
Ana maral axsaq qarıya təşəkkür etdi. Oğlanla qıza isə dedi:
– İndi mən sizin ananızam, siz də mənim balalarımsınız. 
Oğlanla qız sevindiklərindən tez Buynuzlu Ana maralın arxasınca qaç -
dılar. Buynuzlu Ana maral uşaqları İssık-Gölə gətirib çatdırdı. 
– Bura sizin yeni vətəninizdir! – Ana maral dedi. – Daha burda yaşaya -
caq sınız, yer şumlayacaq, balıq tutacaq, mal-qara saxlayacaqsınız. Qoy
gələcək nəsillər sizin ana dilinizi unutmasın, onlar da bu dildə şirin-şirin
danışıb oxusunlar. Əsl insan necə yaşamalıdırsa, elə də yaşayın. Mən isə
sonsuza qədər sizinlə və sizin övladlarınızın övladları ilə birlikdə ola ca ğam...
Bax beləcə, qırğız qəbiləsinin sonuncu yadigarları olan oğlanla qız
müqəddəs İssık-Göldə özlərinə əbədi vətən tapdılar.
II hissə
Zaman tez ötüb-keçdi. Oğlan güclü bir igid, qız isə gözəl bir xanım oldu.
Onlar evləndilər.
Ailədə ilk körpə doğulanda Ana maral uşağa beşik gətirdi. Beşiyin
başında gümüş zınqırov vardı. Bu günə kimi o zınqırov İssık-Göl sakin lə -
ri nin beşiklərində səslənir. İlk övladı Buynuzlu Ana maralın şərəfinə Bu -
qubay
*
adlandırdılar. 
Buqubay böyüdü, qıpçaq qəbiləsindən gözəl bir qızla evləndi və Buqu
soyu artmağa, çoxalmağa başladı. İssık-Göldəki Buqu soyu böyük və
2. Xəritədə qırğızların əvvəl yaşadıqları təqribi yeri və indiki
ərazilərini göstərin.
125
DƏYƏRLƏR
*Buqu – qırğız və bir çox türk şivələrində maral deməkdir. Bay isə bəy anlamına gəlir. 


güclü bir soy oldu. Bu soydan törəyənlər Buynuzlu Ana maralı müqəddəs
varlıq kimi tanıdılar. 
Bu ənənə adlı-sanlı, zəngin bir buqulu ölənə qədər davam edirdi. Onun
minlərlə qoyunu, atı vardı, ətrafdakı bütün insanlar onun sürülərini otaran
çobanlara, ilxılarını bəsləyən ilxıçılara çevrilmişdi. Övladları ona çox böyük
və təntənəli yas verdilər. Dünyanın hər tərəfindən adlı-sanlı adamlar
çağırdılar. Yasa gələnlər üçün İssık-Gölün sahilində minlərlə alaçıq qu-
ruldu. 
Yas mərasimi günlərlə davam elədi, sanki bayram keçirirdilər. Varlının
lovğa oğulları istəyirdilər ki, hamı onların haqqında danışsın, şöhrətləri hər
yana yayılsın. Qərara gəldilər ki, atalarının məzarının başında maral
buynuzları qoysunlar ki, bu məzar sahibinin Buynuzlu Ana maral nəslindən
olduğu bilinsin. Keçmişdə insanlar deyirdilər ki, var-dövlət  xudpəsəndlik
yaradır, xudpəsəndlik isə – ağılsızlıq.
Yaşlılar buna etiraz etsələr də, varlının oğulları inadlarından dönmədilər.
Dedilər və elədilər! Ovçuları meşəyə yolladılar, onlar bir ağ maralı öldür -
dülər və buynuzlarını kəsdilər. 
Hər şey elə bundan sonra başlandı... Buynuzlu Ana maral nəslinin ba -
şına böyük bəla gəldi. Hər kəs bəyaz maralları ovlamağa girişdi. Hər bu -
qulu öz əcdadının məzarında maral buynuzları qoymağı özünə borc bildi.
Sonra maral buynuzlarının alveri başlandı. Buynuzlu Ana maralın nəs lin -
dən elə adamlar peyda oldu ki, maral ovlamağı özlərinə peşə etdilər. Pul
olan yerdə mərhəmətə, gözəlliyə yer yoxdur.
Bundan sonra İssık-Göl meşələrində maralların qara günləri başladı.
Dağlar maralsız qaldı. Elə bir nəsil gəldi ki, ömründə bircə dəfə də olsun
maral görmədi. 
Bəs Buynuzlu Ana maral necə oldu?
O, insanlardan küsdü, yaman incidi. Deyirlər ki, artıq marallara ovçu-
lardan və güllələrdən aman olmayanda, marallar barmaqla sayılanda
Buy nuzlu Ana maral ən yüksək dağın zirvəsinə qalxıb İssık-Göl ilə vi -
da laşdı və son övladlarını böyük keçiddən keçirib başqa diyara, baş qa
dağlara apardı. 
Ç.Aytmatovun “Ağ gəmi” əsərindən
3. Sonuncu cümlədəki fikri izah edin.
4. Abzasın sonuncu cümləsindəki fikrə münasibət bildirin. Fik -
rin düzgünlüyünə arqument və əks-arqument gətirin.
126
V BÖLMƏ


Düşün və cavab ver
5. Sizcə, bu hadisədən sonra həmin insanların taleyi necə olacaq?
6. Əsərdən çıxan əxlaqi nəticəni şərh edin.
Dil qaydaları
7. Göy rənglə verilmiş cümlədə qarının fikrini cümlədəki sözlərdən
yalnız biri ilə ifadə edin. Həmin sözə sual verin. Nəticəni müzakirə
edin.
8. Üzvlənməyən cümlələrin altından xətt çəkin. 
1. – Yenə bir başqa xəbər varmı?
– Bizim qonşu Kərim...
– Aaa...
– Bəli, hə... hə...
– O nə edib, de görüm.
– “Molla Nəsrəddin” alıb, həm özü, həm oğlu oxur. 
(M.Ə.Sabir)
2. – Dəniz bu gün əvvəlki günlərdən daha çox dalğalıdır?
– Yox.
– Onda balıqçılar ova gedəcəklər?
– Əlbəttə. 
– Bəs sən getməyəcəksən?
– Yox.
3. – Bu sözün mənasını bilirsən? 
– Əlbəttə. 
4. – Qardaşından tez-tez məktub alırsan? 
– Bəli.  
5. – Yəqin, sizi soyuq qarşılayıblar? 
– Əsla. 
Dilimizdə elə cümlələr var ki, onları cümlə üzvlərinə görə təhlil
etmək qeyri-mümkündür. Ədat, modal sözlər, nida və xitab
vasitəsilə formalaşan bu cümlələr üzvlənməyən cümlələr adlanır.
Belə cümlələr, adətən, dialoqlarda işlədilir:  
1. –
Sən qoymayacaqsan, mən tək qalım?
– Əlbəttə, ana.
2.
– Anan, yəqin, evdədir.
– Bəli.
Yadda saxla!         
ÜZVLƏNMƏYƏN CÜMLƏLƏR
127
DƏYƏRLƏR


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə