Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə115/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   191

395

çox  bu  xüsusiyyətlə  mübarizə  aparmağa  ehtiyac  hiss    etmə-

məsindən  və  onu  pis  əlamət  kimi  hesab  etməməsindən 

ibarətdir.  İnsanın  psixi  vəziyyətinin  öyrənilməsi  prosesində 

daha  bir  zəruri    qanunauyğunluq meydana  çıxır:  xarakterin 

dinamikliyi,  onun  xüsusiyyətlərinin  əldə  edilməsi,  dəyişməsi 

psixi vəziyyətin keçid mərhələsindən, daha dəqiq desək insanın 

öz hərəkətlərinə münasibətindən  keçir.

        Şəxsi  nümunə də tərbiyənin və  özünütərbiyənin  ən güclü  

vasitəsidir.  

        Məktəblilərin xarakterinin formalaşmasına şəxsi nümunə-

nin  təsiri  haqqında  aparılmış  tədqiqatlarda  nümunənin  seçil-

məsi  yolları  məsələsinə  böyük  yer verilmişdir.  Nümunələrin 

seçilməsi  yolları    müxtəlifdir.  Belə  yollardan  biri  şagirdlərin 

etiraf  etdikləri  bəzi  qüsurların  təkmilləşdirilməsi  üçün  nü-

munənin seçimidir.  Belə  ki,  qeyri-mütəşəkkil  bir  şagird  çox 

intizamlı və mütəşəkkil yoldaşına oxşamaq istəyir. Nümunənin

seçilməsinin  ikinci  yolu-oxşarlığa  görədir.  Nümunənin  seçi-

minin  başqa  bir  yolu  mənalı  həyatı  hadisələrin  maraqlı, 

cəlbedici axarına əsaslanır.

        Nəhayət  nümunə  seçiminin  daha  bir  yolu,  N.Levitovun 

şərti olaraq emosional adlandırdığı yoldur. O, şagirdin  müəy-

yən  bir  adama  əvvəlcə    rəğbət  hissi  keçirdiyindən  və  daha 

sonra  isə  nümunə  kimi  bu adamın arxasınca  getməsindən 

ibarətdir. Nümunənin seçilməsi prosesində həm obyektiv, həm 

də subyektiv amillər rol oynaya bilər.

        Hansı şagirdlərə və onların xarakterlərinin hansı xüsusiy-

yətlərinə nümunə daha yaxşı təsir edir. Bu baxımdan şagirdləri 

iki qrupa  ayırırlar:

a) Xarakterin  xüsusi  plastikliyi  və  yüngüllüyü  ilə  seçi-

lənlər;


b) Yaşadıqları  əqidələrin  konkret  daşıyıcıları  olan 

insanları şüurlu  surətdə axtaranlar. 

          Fərdi  psixoloji  şərtlərlə  yanaşı  təsəvvürün,  maraqların 

canlılığı,  öz  üzərində  işləmək  arzusu  kimi  ümumi  psixoloji 




396

şərtlər də mövcuddur. İnadkarlıq, özündənrazılıq, lovğalıq kimi 

xüsusiyyətlər nümunənin təsirinə mane olur.

              

                 Özünü yoxlamaq üçün sual və tapşırıqlar

      

1. Xarakter nəyə deyilir?

2. Xarakter əlamətləri dedikdə nəyi başa düşünüz?

3. İnsanın

başqalarına,

özünə,


əməyə,

əşyalara


münasibətdə ifadə olunan xarakter əlamətlərini

sadalayın.

4. Xarakter haqqında təlimlər tarixindən danışın.

5. Xarakter və şəxsiyyətin əlaqəsini şərh edin.

6. İnsan xarakteri necə formalaşır?

Referat,məruzə və müstəqil tədqiqat üçün mövzular

1. Xarakter həyatda qazanılan davranış forması kimi.

2. Əsas xarakter əlamətləri.

3. Xarakterin aksentüasiyası.

4. Xarakterin formalaşmasına  təsir edən amillər.         

Ədəbiyyat

Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.- Bakı,

2002,səh.465-477.



Məhərrəmov M.C. Məktəblilərin xarakterini tərbiyə

etmək haqqında.-Bakı,1967



Kovalev A.Q. Psixoloqiə liçnosti. - M., 1970, s.206-

233.


Levitov N.D. Psixoloqiə xaraktera.- M.,1969.

Liçko E.N. Psixopatii i aksentuaüii xaraktera u

podrostkov. - L.,1983

Psixoloqiə liçnosti. Tekstı. - M.,1982.



397

Rubinşteyn S.L. Osnovı obşey psixoloqii. V 2.t.-t.  II, 

M., 1989, s. 211-235.




398

17-ci  F Ə S İ L

Q A B İ L İ Y Y Ə T L Ə R

Q ı s a   x ü l a s ə

Qabiliyyətlər haqqında anlayış.  Qabiliyyətlər və onların

insan həyatında rolu. Qabiliyyət insanın hər hansı bir fəaliyyət sahəsi

üçün daha çox yararlı olduğunu göstərən fərdi-psixi xassə kimi. 

Qabiliyyətlərin bilik, bacarıq və vərdişlərlə vəhdəti. Qabiliyyət və is-

tedad. 

Qabiliyyətlərin keyfiyyət və kəmiyyət xarakteristikası. 

Qabiliyyətlərin keyfiyyət xarakteristikası,  onun əsas göstəriciləri. 

Qabiliyyətlərin kəmiyyət baxımından xarakteristikası və ölçülməsi. 

Xronoloji yaş və ağıl yaşı.



Qabiliyyətlərin quruluşu. Qabiliyyətlər və fəaliyyət. Ümu-

mi və xüsusi qabiliyyətlər.  Talant qabiliyyətlərin yüksək inkişaf

mərhələsi kimi. Talant və dahilik.

Qabiliyyət və talantın təbii şərtləri.  Təbii imkanlar və

qabiliyyət. Qabiliyyətlər və irsiyyət.



Qabiliyyətlərin formalaşması və inkişafı. Qabiliyyətlər və

təlim. Qabiliyyətlər və maraqlar. Qabiliyyətlərin inkişafı.



V. 17.1Qabiliyyətlər haqqında anlayış

Həyatda biz tez-tez belə hallarla rastlaşırıq: eyni yaşda

olan və eyni sinifdə oxuyan uşaqlara eyni bir işin icrası

tapşırılır.  Onlar üçün tam eyni olan iş şəraiti yaradılır.  Buna

baxmayaraq onlardan bəziləri həmin tapşırığı çətinlik

çəkmədən yerinə yetirdiyi halda, başqaları çətinlik çəkir. 

Onların həmin işi yerinə yetirmələrindəki bu cür fərqi haqlı

olaraq uşaqların qabiliyyətləri ilə izah edirlər. Təcrübə göstərir

ki, müvafiq qabiliyyətlərə malik olan insanlar bu sahədə zəruri



399

bilik, bacarıq və vərdişlərə asanlıqla yiyələnir və əldə etdikləri

nəticələrin səmərəliliyinə görə fərqlənirlər. Məhz buna görə də

insanda müvafiq qabiliyyətlərin olması onun həyat və

fəaliyyətində mühüm rol oynayır,  onun daha çox hansı

fəaliyyət sahəsi üçün yararlı olduğunu söyləməyə imkan verir. 

Bu cəhəti nəzərə alaraq qabiliyyətə belə tərif vermək

mümkündür:  insanın    hər hansı bir və ya bir neçə fəaliyyət



sahəsi üçün daha çox yararlı olduğunu göstərən fərdi psixi

xassəyə qabiliyyət  deyilir.

Tərifdən göründüyü kimi, «qabiliyyət» anlayışı altında

hər insanın hansı bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətlə

icrası üçün şərt olan fərdi-psixi xassəsi başa düşülür.  Bu cür

yanaşma tərzi psixologiyada uzun müddətdən bəri qəbul

olunmuşdur.  Bununla belə bu cür yanaşma tərzi bir çox

müəlliflər tərəfindən müxtəlif şəkildə şərh olunmuşdur.  Bu

sahədə


özünü

göstərən


yanaşma

tərzlərinin

psixoloji

ədəbiyyatda üç variantı qeyd olunur.  Birinci halda qabiliyyət

anlayışı altında mümkün olan bütün psixi proses və halların

məzmununu başa düşürlər.  Bu cür yanaşma tərzi «qabiliyyət» 

anlayışının ən geniş və qədim şərhindən ibarətdir.  Hazırda bu

cür yanaşma tərzindən demək olar ki, istifadə olunmur.

İkinci yanaşma tərzinə görə qabiliyyətlər insanın

müxtəlif fəaliyyət növlərinin müvəffəqiyyətlə icrasını təmin

edən ümumi və xüsusi bilik,  bacarıq və vərdişlərin yüksək

inkişaf səviyyəsindən ibarətdir. Bu cür yanaşma tərzi psixolo-

giyada XVIII-XIX əsrlərdə meydana gəlmiş və müasir dövrdə

də özünü göstərir.

Üçüncü yanaşma tərzinə gəldikdə,  bu yanaşma tərzinə

görə qabiliyyətləri bilik,  bacarıq və vərdişlərlə eyniləşdirmək

olmaz.  O (qabiliyyətlər)  həmin bilik,  bacarıq və vərdişlərə

surətlə    yiyələnməyi,  təcrübədə onlardan səmərəli istifadə

etməyi təmin edir. Üçüncü yanaşma tərzi müasir psixologiyada

ən çox yayılmış yanaşma tərzidir.  Bu sahədə görkəmli rus

psixoloqu B.M.Teplovun tədqiqatları xüsusilə diqqəti cəlb edir. 



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə