Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə151/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   ...   191

516

mənimsənilməsi prosesi mürəkkəb xarakter daşımaqla,  xüsusi

rəhbərlik tələb edir. Təsadüfi hadisələrin, düzgün olmayan mi-

kromühitin,  böyüklərin düzgün olmayan davranışının və s. 

təsiri altında yaranan əxlaqi anlayışlar təhrif olunmuş xarakter

daşıya bilər.  Bu isə səhv davranışa gətirib çıxara bilər.  Ona

görə də  birinci növbədə  əxlaqi təsəvvür, bilik və anlayışların

yaranması qayğısına qalmaq lazımdır.  Lakin təcrübə göstərir

ki,  əxlaqi anlayışların mənimsənilməsi    əxlaqi şüurun

yaranması və inkişafı üçün mühüm rol oynasa da,  öz-

özlüyündə hələ əxlaqi davranışın formalaşmasını təmin edə

bilmir.


Aparılmış

psixoloji

tədqiqatlardan

məktəb



təcrübəsindən aydın olur ki, çox vaxt uşaqlar əxlaq normalarını

yaxşı bildikləri,  onun haqqında geniş biliyə malik olduqları

halda,  öz davranışlarında onlara əməl etmirlər.  Bu isə bəzən

müəllimdə, tərbiyəçidə təəccüb doğurur. Ona görə də şagirdin

necə davranmağı yaxşı bildiyini,  lakin ona əməl etmədiyini

irad tutur, onu danlayırlar. Bunun nəticəsi isə çox vaxt o qədər

də fərəhləndirici olmur.  Əksinə,  bəzən şagirdin özünə inamı

itir,  biliklə əməl arasında əlaqə pozulur,  biliyin tətbiqi üçün

münasib şərait yaranmır.  Bu cəhəti nəzərə alaraq birinci

növbədə müəllim öz şagirdləri üçün yalnız öyüd-nəsihətçi, 

mentor tərbiyəçi olmaqdan uzaqlaşmalı,  onların əldə etdikləri

əxlaqi bilik və təsəvvürləri öz davranışlarına tətbiq etmək mey-

li və adəti yaratmağa çalışmalıdır. Bunu isə yalnız sözlə, verbal

yolla həyata keçirmək mümkün deyildir.  Hər şeydən əvvəl

uşaqdakı əxlaqi bilik və anlayışlar onun inamına çevrilməlidir. 

Psixoloji tədqiqatlar göstərmişdir ki,  şagirdlərdə əxlaqi

bilik və anlayışların inama çevrilməsi üçün həmin bilik və

anlayışların davranış motivləri və onlara uyğun əxlaqi adətlər

sistemində möhkəmləndirilməsi tələb olunur. Necə davranmaq, 

hərəkət etməyi dərk etməklə adət edilmiş davranış arasında

müəyyən ziddiyyət mövcud olur.  Bu ziddiyyəti aradan

qaldırmaq yalnız şagirdlərin müvafiq davranış təcrübəsinə




517

yiyələnməsi nəticəsində mümkün ola bilər. Əxlaqi təcrübəni isə

şagirdlər davranışdakı mümarisələr sayəsində,  başqa sözlə

müəllim tərəfindən uşaqların müxtəlif, lakin mahiyyətcə oxşar

həyati situasiyalarda təşkil olunmuş hərəkət və davranışları

zamanı əldə edirlər.  Psixoloqlar uşaqların bu cür davranış

təcrübəsini,  praktik fəaliyyətini onların emosiyaları ilə

əlaqələndirməyi vacib hesab edirlər.  Bu zaman emosiyalar

vətənpərvərlik

beynəlmiləlçilik, 



humanizm, 

borc, 


məsuliyyət,  yoldaşlıq,  vicdan və s.  kimi əxlaqi hisslərin

formalaşmasına müsbət təsir göstərir. Adətən, əxlaqi hisslərin, 

eləcə də əxlaqi inamın yaranmasına nail olmaq,  həmin

keyfiyyətləri tərbiyə etmək üçün onların şagirdlər tərəfindən

fəaliyyət prosesində mənimsənilməsi və keçirilməsi tələb olu-

nur. Əgər şagird heç olmazsa bircə dəfə yerinə yetirdiyi əxlaqi

hərəkətdən razılıq hissi keçirərsə, sonradan bir daha həmin his-

si halı keçirməyə    can atacaqdır.  Məhz buna görə də müsbət

əxlaqi hissləri tərbiyə etmək üçün elə situasiya yaratmaq

lazımdır ki,  şagird qüvvətli müsbət nümunə ilə qarşılaşsın, 

həmin prosesdə iştirak etsin və müvafiq hisslər keçirə bilsin. 

Bu zaman şagird öz inam və idealı mövqeyindən çıxış edərək  

özünü və bütün ətrafdakıları qiymətləndirməyə başlayır.

Adətən, yüksək əxlaqi keyfiyyətlər insanların cəmiyyətin

məqsədləri ilə müəyyən edilən praktik fəaliyyətlərində

formalaşır.  Fəaliyyət prosesində cəmiyyətin nümunələri, 

idealları təşəkkül tapır.  Yuxarıda qeyd etdiyimiz kimi, 

fəaliyyətin düzgün seçilməsi, müvafiq yaş dövrünə uyğunluğu, 

düzgün

təşkili


tərbiyələndirici

istiqaməti

həlledici

əhəmiyyətə malikdir.  Lakin burada bir cəhəti də unutmaq, 

nəzərə almamaq olmaz. O da tərbiyə edən və tərbiyə olunanın

qarşılıqlı münasibətlərinin xarakterindən ibarətdir.Burada

tərbiyəçinin tərbiyə olunana münasibəti güclü xarici təsir

qüvvəsi kimi özünü göstərir.  Şagirdin xarici təsirlə daxili

aləminin qarşılıqlı əlaqəsini,  ona göstərilən xarici təsirə şəxsi

münasibətinin xarakteri burada mühüm rol oynayır.  Ona görə



518

də şagirdin şəxsi təcrübəsi böyüklərin ondan tələb etdiyi əxlaq

normalarına zidd olarsa,  şagird bu tələbləri formal olaraq

mənimsəyər, ona yalnız müvafiq şəraitdə – böyüklərin nəzarəti

zamanı əməl edər.  Təcrübə göstərir ki,  qarşılıqlı təsir düzgün

qurulmadıqda,  qeyri-uyğun rəhbərlik stili tətbiq olunduqda

bəzən uşaqlar tərbiyəçinin tələblərinə formal şəkildə də tabe

olmur,  özünü ona qarşı qoyur, öz şəxsi əqidəsində qalır.  Belə

olduqda,    adətən,  uşaq

kollektivdən

ayrılır,  özünə

məktəbdənkənar yoldaşlıq mühiti – referent qrup seçir. 

Normal şəraitdə belə şagirdlərin tərbiyəçinin tələblərini

mənimsəməsi, həmin tələblərin onun öz tələblərinə çevrilməsi

birdən-birə baş vermir,  bir sıra mərhələlər keçir.  İlk dövrdə

şagird həmin tələbi xarici,  məcburi tələb kimi qəbul etməli

olur.  Sonra şagird həmin tələbi könüllü olaraq qəbul edir,  öz

vəzifəsini, borcunu dərk edir. Son mərhələdə kənardan verilən

əxlaqi tələb şagirdin özünün şəxsi,  daxili tələbinə çevrilir, 

özünə qarşı həqiqi tələbkarlıq meydana gəlir.



Şagirdlərin kollektivdə tərbiyəsi.  İnsanlar təcrid

olunmuş şəkildə deyil,  qruplarda,  kollektivdə yaşayır və

fəaliyyət göstərir.  Ona görə də öz qrupunun hər bir üzvünün

tərbiyəsində həmin qrupun,  kollektivin rolu böyükdür.  Məhz

bu mənada uşaq kollektivinin böyüməkdə olan şəxsiyyətin

formalaşmasında rolunu qeyd etməmək olmaz.  Kollektiv bir

növ uşaq şəxsiyyətinin inkişafı üçün şərait və şərt rolunu

oynayır.  Uşaq kollektivi öz üzvlərinə qarşı tərbiyələndirici

funksiyanı yerinə yetirir. Kollektiv öz üzvlərinə təsir edir, on-

lardan müvafiq davranış tərzinə əməl etməyi tələb edir. Kollek-

tivin təqdiri və məzəmməti,  sağlam tənqidi,  işgüzar və ciddi

tələbi öz üzvlərində şəxsiyyətin inkişafına təsir edir, qüsurların

aradan qaldırılmasına səbəb olur. Məhz buna görə də müəllim

və tərbiyəçilər şagird şəxsiyyətinin formalaşmasında,  o

cümlədən onların əxlaq tərbiyəsində kollektivin bu cür

imkanlarından istifadə etməyə çalışmalıdırlar.  Düzgün təşkil

olunmuş kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur. 



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə