Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə153/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   191

522

uşaqların sırasına sözə baxmayan,  şıltaq,  tərs,  intizamsız,  ko-

bud, tənbəl, yalançı və s. uşaqları daxil edir və bunları asosial

uşaqlar kimi xarakterizə edirlər.  Bu cür uşaqların pedoqoji

baxımsızlıqdan irəli gəldiyini xüsusilə qeyd edirlər. 

Adətən «çətin» uşaqların xüsusiyyətləri ən çox yeni-

yetməlik dövründə özünü göstərir.  Bu dövr uşaqlarda

“çətinliyin” yaranmasına təkan verir. 

Psixoloji tədqiqatlar «çətin» yeniyetmələrin dörd  qrupu-

nu müəyyənləşdirmək imkanı vermişdir:  1)  davranışındakı

qüsurları onun emosional-iradi inkişaf səviyyəsi ilə şərtlənən

yeniyetmə;  2)  pedaqoji cəhətdən baxımsız və nəticədə əxlaqi

təsəvvürlərə yiyələnməyən yeniyetmə;  3)  əlverişli olmayan

inkişaf şəraiti və ya tərbiyəçinin düzgün iş apara bilməməsinin  

təsiri    ilə “çətin”  böyüyən yeniyetmə;  4)  uyğun gəlməyən

münasibətlərlə şərtlənən və yaxud “xüsusi çətin tərbiyə olunan-

lar”. 

Psixoloqlar emosional sahəsində problemlərin olması ilə



bağlı hələ kiçik məktəb yaşı dövründə «çətin» uşaqların mey-

dana gəldiyini də qeyd edirlər.  Bununla bağlı olaraq «çətin» 

uşaqları üç qrupa ayırırlar (L.D.Stolyarenko):  təcavüzkar

uşaqlar;  yüksək emosionallığa malik olan uşaqlar;  hədsiz

dərəcədə utancaq,  hər şeydən tez təsirlənən,  küsəyən,  qorxaq, 

həyəcanlı uşaqlar.



Təcavüzkar uşaqlar. Adətən, elə bir uşaq tapmaq olmaz

ki, həyatında heç olmazsa bir dəfə təcavüzkar hərəkət etməmiş

olsun.  Lakin bunların hamısını «təcavüzkar»  adlandırmaq ol-

maz.  Bu qrupa yalnız o uşaqları aid etmək olar ki,  onların

təcavüzkar hərəkətləri, reaksiyaları özünün davamlılığı,affektiv

davranışa səbəb olma xarakteri ilə fərqlənsinlər.



Yüksək, idarə olunmayan səviyyəyə çatan emosionallığa

malik olan  tipə daxil edilən uşaqlar hər şeyə çox sərt reaksiya

verirlər.  Əgər onlar hər hansı bir sevinc,  şadlıq hissi

keçirirlərsə,  öz ekspressiv davranışları sayəsində bütün sinfi

hərəkətə gətirirlər; əgər onlar əzab, iztirab hissləri keçirirlərsə –




523

onların iniltisi,  ah-vayı,  ağlamağı həddindən artıq uca və

diqqəticəlbedici olacaqdır.

Hədsiz dərəcədə utancaq,  hər şeydən tez təsirlənən

küsəyən, qorxaq, həyəcanlı uşaqlar isə öz hisslərini həddindən

artıq ucadan və aydın ifadə etməyə utanır,  başqalarının

diqqətini cəlb etməkdən qorxduqlarına görə öz problemlərini

sakit keçirirlər.  

Çox vaxt “çətin”  uşaqların meydana gəlməsi ailə

tərbiyəsində yol verilən nöqsanlarla bağlı olur.  Ailədə

valideynlər arasında uşaqların tərbiyəsində vahid tələbin

olmaması, uşağın tərbiyəsi və onun şəxsiyyətinin inkişafı üçün

müvafiq şəraitin yaradılmaması,  valideynlər arasında ciddi

konfliktin olması, valideyinlərin davranışında uşağa mənfi təsir

edəcək qüsurların mövcudluğu, ailədə əxlaq, ictimai münasibət

normalarına uyğun olmayan sərvət və normalar sisteminin

formalaşması və s.  “çətin”  uşaqların yaranmasının başlıca

səbəbləridir. 

Hələ kiçik məktəb yaşı dövründə emosional sahəsində

problemlərin olması ilə bağlı «çətin»  uşaqların meydana

gəlməsi də özünəməxsus amillərlə bağlı olur.  Kiçik

məktəblilərdə emosional pozğunluğa səbəb olan amillərə

aşağıdakıları aid etmək olar:  1)  təbii xüsusiyyətlər (məsələn, 

temperamentin tipi); xoleriklərdə oyanma çox vaxt yüksək ol-

duğundan,  onlarda təcavüzkarlıq yüksək olur;  melanxoliklər

ağlağan,  hər şeydən tez təsirlənən,  utancaq olurlar);  2)  sosial



amillər:

– ailə tərbiyəsinin tipi (uşağı rədd etmək,  həyəcanlı-

vasvası tərbiyə, hipersosial tərbiyə, eqoistik tərbiyə);

– müəllimlərin münasibəti;

– məktəb psixoloqunun təsiri.

“Çətin”  uşaqlarla iş aparmaq və onlarda özünü göstərən

qüsurları aradan qaldırmaq üçün bu cür uşaqların əmələ

gəlməsinin səbəblərini araşdırmaq,  psixoprofilaktika və psix-

okorreksiya vasitələrindən sistemli şəkildə istifadə etmək lazım



524

gəlir.  Bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi iş

düşür.  Burada birinci növbədə əsas diqqət şəxsiyyəti sosial

cəhətdən deformasiyaya uğrayan,  asosial uşaqların vaxtında

diaqnostikasını verməyə yönəldilməlidir.  Bu zaman uşaqda

“çətinliyin”  yaranması səbəblərinin aşkara çıxarılmasına da

xüsusi diqqət yetirilməlidir. Bütün bunların əsasında və uşağın

fərdi xüsusiyyətini nəzərə almaqla onunla aparılacaq tərbiyəvi

iş sistemi müəyyənləşdirilməlidir. 

Təcrübə göstərir ki,  çox zaman məktəbdə bu cür

uşaqlarla aparılan profilaktik iş sistemsiz, az məqsədəyönlü xa-

rakter daşıyır,  baş vermiş fövqəladə hadisənin formal

müzakirəsi ilə məhdudlaşır. Tərbiyəvi təsir tədbirləri tərbiyəni

deyil, bu və ya digər hərəkətinə görə uşaqdan əvəz çıxmağı, qi-

sas almağı xatırladır. Ona görə də müəllimlər belə uşaqlardan

sadəcə olaraq yaxalarını qurtarmağa çalışırlar. 

Bu cür vəziyyətdən çıxmaq üçün psixoloq və müəllimlər

müasir psixologiyanın nailiyyətlərinin məktəb həyatına tədbiqi

nəticələrinə istinad etməlidir. 

Şagirdlərin davranışında və şəxsiyyətinin inkşafında

özünü göstərə bilən qüsurların qarşısını almaq və onları aradan

qaldırmaq

sahəsindəki

işin


aşağıdakı

istiqamətlərini

müəyyənləşdirmək mümkündür: 

1.  Məktəbə yeni daxil olan şagirdlə,  onun valideyinləri

ilə, uşağa aid bütün sənədlərlə tanış olmaq və bu zaman həmin

şagirdin tərbiyəsindəki çətin cəhətləri aşkara çıxarmağa

çalışmaq. 

2.  “Çətin”  şagirdin kollektivə alışmasına köməklik

göstərmək;  sinif rəhbəri ilə birlikdə şagirdin davranışında

mövcud olan qüsurları aradan qaldırmağın planını hazırlamaq. 

3.  Davranışında və şəxsiyyətinin inkişafında qüsurlar

olan şagirdləri dərindən öyrənmək,  bu zaman peşə etikası

normalarına əməl etmək,  imkan daxilində şagirdə yoxla-

nmasının həqiqi məqsədini bildirməmək.  Lazım gələrsə psix-

oloq həmin şagirdin əqli inkşaf səviyyəsini müəyyənləşdirmək



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə