Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə3/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   50

tik)  anlayışlar  öz  əksini  tapır.  Təbiətdən  istifadənin  konkret 
sahələrində  bu  və  ya  digər  fəaliyyət  növünə  aid  olan  spesifik 
tədbirlər  həyata  keçirilir.  «Təbiəti  mühafizə»  geniş  mənalı 
anlayışdır,  nəinki  «təbiətdən  səmərəli  istifadə».  «Təbiəti  mühafi- 
zə»də təbiətdən istifadənin bir-biri ilə əlaqəli bütün tərkib hissələri 
iştirak edir. Təbii ehtiyatlardan səmərəli istifadə eyni zamanda təbii 
sistemlərə  antropogen  yükün  azalmasını  özündə  ehtiva  edir,  yəni 
müəyyən  dərəcədə  ətraf  mühitin  mühafizəsi  funksiyasım  yerinə 
yetirir. 
1.2.
 
Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları 
fənninin mövzusu və vəzifələri 

Təbiətdən  istifadə  sahəsinin  mütəxəssisləri  qarşısında 
aşağıdakı vəzifələr durur: 
-təbiətdən 
səmərəli  istifadə  vasitələri,  metod  və 
formalarının  tədqiq  edilməsinə  və  əlverişli  həyat  şəraitinə  nail 
olmaq; 
- ehtiyatların kompleks istifadəsinə yönəldilmiş tədbirlərin 
əsaslandırılması və hazırlanması; 
-iqtisadiyyatın ekolojiləşdirilməsini əsaslandırmaq; 
-gələcək nəsllərin mənafeini nəzərə almaqla cəmiyyət və təbiət 
arasındakı qarşıhqlı əlaqənin optimallaşdırma metodlarını işləyib 
hazırlamaq; 
-təbiətdən  istifadənin  idarəedilmə  sistemində  dövlət  və 
regional orqanların səmərəli formalaşdırılması; 
-təbiətdən  səmərəli  istifadə  sahəsində  qabaqcıl  təcrübənin 
təhlili və ümumiləşdirilməsi və s. 
Təbiətdən  istifadənin  səmərələşdirilməsi  sahəsində 
vəzifələrin çoxtərəfii olmasını nəzərə alaraq onların hamısı bu və ya 
digər dərəcədə maliyyə vəsaitinin ayrılması, tədbirlərin səmərəlilik 
dərəcəsinin  müəyyən  edilməsi  ilə  əlaqədardır.  Bununla  əlaqədar 
olaraq  yeni  bir  iqtisadi  fənnin  yaranması  və  inkişafı  zərurəti 
meydana çıxır. Bu elm sahəsi nisbətən cavan və sürətlə inkişaf edən 
«Təbiətdən istifadənin iqtisadiyyatı və eko 
10 


logiyasıdır». Düzdür, cəmiyyətlə təbiət arasında qarşılıqlı əlaqənin 
iqtisadi aspekti müəyyən bir tarixə malikdir, lakin bu əlaqə indiki 
mərhələdə  yeni  əhəmiyyət  kəsb  etməkdədir.  Bu  tarix  fiziokratlar 
dövründən  başlayır.  Onlar  hesab  edirdilər  ki,  cəmiyyətin  sərvəti 
əkinçilikdən  yaranır.  Bu  problemə  D.Rikardo  və  T.Maltus  böyük 
diqqət  yetirirdilər.  İqtisadi  inkişafın  perspektivinə  onlar  pessimist 
baxırdılar.  K.Marks  hesab  edirdi  ki,  kapitalizm  təbiəti  dağıdır  və 
yalnız  kommunizm  insan  və  təbiət  arasındakı  ziddiyyəti  aradan 
qaldıra bilər. Neoklassiklər fərz edirdilər ki, rasional və xudpəsənd 
(eqoist)  insanlar  ictimai  maraqlarını  təmin  etmək  üçün 
Parcto-mevarlardan  istifadə  edirdilər.  Humanist  istiqamətlərin 
tərəfdarları  fərdiyyətin  regional  davranışını  rədd  edirlər  və 
rasionalizm  anlayışının  genişləndirilməsini  arzulayırlar  və 
insanların  tələbatı  ierarxiyasında  yüksək  keyfiyyətin  ətraf  mühitə 
olan tələbatını birinci sıraya qoyurlar. 
Hazırda bütün iqtisadi məktəblərin hamısı bu və ya digər 
qaydada iqtisadi inkişafı ekoloji problemlərlə əlaqələndirirlər. Lakin 
təbiətdən  istifadənin  iqtisadiyyatı  sahəsində  aparılan  ətraflı  nəzəri 
tədqiqatlar maddi rifah iqtisadiyyatı və zahiri effektlər nəzəriyyəsi 
ilə əlaqələndirilir. Rifah iqtisadiyyatının vəzifəsi iqtisadi optirnum 
şərtlərini  təsvir  etməkdən  ibarətdir.  Bu  nəzəriyyə  çərçivəsində 
rəqabət  (bazar)  və  iqtisadi  optirnum  arasında  qarşılıqlı  əlaqə 
yaradılır. Zahiri effektlərin mövcudluğu iqtisadi effektin ictimai və 
mülki cəhətdən qiymətləndirilməsi arasında ziddiyyətə səbəb olur. 
A.Piqu  özünün  «Rifah  iqtisadiyyatı»  (1920)  əsərində  ictimai  və 
mülki  xərclər  arasındakı  qeyri-bərabərliyi  göstərməklə  həmin 
proseslərin dövlət tənzimləməsi zərurətini irəli sürürdü. 
Keçən  əsrin  60-70-ci  illərində  bir  çox  ölkələrdə  ekoloji 
şəraitin  kəskinləşməsi  müşahidə  olunur.  Həmin  dövrdən,  məhz, 
envayronmental  iqtisadiyyat  (environment  economics),  ətraf 
mühitin  iqtisadiyyatı  (Keçmiş  SSRİ-də  isə  təbiətdən  istifadənin 
iqtisadiyyatı)  formalaşmağa  başlayırdı.  Ekoloji  problemlərin 
iqtisadi aspekti tədqiqat sahəsinə çevrilir. İlk növbədə 


ətraf mühitlə iqtisadi inkişaf arasındakı qarşılıqlı əlaqələrin təhlilinə 
başlanır  və  bunun  əsasında  bəşəriyyətin  gələcək  inkişaf  yolları 
öyrənilir,  təbiəti  mühafizə  sahəsində  bazar  iqtisadiyyatının 
mexanizminin  imkanları  nəzərdən  keçirilir,  proqnozlaşdırma  və  s. 
məsələlər elmi cəhətdən ön plana çəkilir. 
«Təbiətdən  istifadənin  iqtisadiyyatı»  iqtisadi  elmlər  və 
fənlər qrupuna daxil olur, bir sıra elm sahələrinin qovşağında özünə 
yer  tutmaqla,  sahələrarası  elmə  çevrilir.  Xarici  ölkələrdə  «Ətraf 
mühitin  iqtisadiyyatını»  iqtisadi  nəzəriyyənin  köməkçi  (yardımçı) 
fənni kimi qəbul edirlər. «Təbiətdən istifadənin iqtisadi və ekoloji 
əsasları»  isə  bu  sahəni  ilk  növbədə  iqtisadiyyatla  ekologiya 
arasındakı elmə çevirir. 
Təbiətdən  istifadənin  iqtisadiyyatı-  elə  bir  elmdir  ki, 
cəmiyyətlə  təbii  mühit  arasındakı  qarşılıqlı  əlaqələri  iqtisadi 
metodlarla  öyrənir,  təbiətdən  səmərəli  istifadə  ilə  əlaqə  yaradır. 
Ekologiya  ilə  əlaqələndirilməsi  mühafizə  məsələlərinin  ilk  plana 
çəkilməsini tələb edir. Ona görə də bu sahədə qarşılıqlı əlaqəsi olan 
kompleks  problemlər  nəzərdən  keçirilir.  Müxtəlif  ədəbiyyatlarda 
başqa  təyinatlar  da  mövcuddur.  Məsələn,  təbiətdən  istifadənin 
iqtisadiyyatı- iqtisadi elm sahəsi olub, cəmiyyətin və ətraf mühitin 
qlobal,  regional,  milli  və  yerli  (lokal)  səviyyələrdə  qarşılıqlı  təsir 
məsələlərinin sosial-iqtisadi aspektlərini öyrənir. Təbiətdən istifadə 
hər hansı bilik (elm) sahəsi olmaqla özündə təbiət, ictimai və texniki 
elm sahələrinin elementlərini cəmləşdirir və təşkilati cəhətdən digər 
bilik (elm) sahələri içərisində fizika, coğrafiya, biologiya, ekologiya 
kimi özünəməxsus yer tutur. Bir çox tədqiqatçılar deyilənləri təbiət 
elmləri sisteminə aid edirlər. Əslində deyilən sahənin coğrafiya və 
coğrafi  ekologiya  elminə  aid  edilməsi  daha  məqsədə  müvafiqdir. 
Çünki  coğrafiya  elmlər  sistemi  fiziki,  iqtisadi-sosial-siyasi 
prosesləri  əhatə  etməklə  ətraf  mühiti  mühafizəni  də  özündə 
birləşdirir.  Hətta  keçmiş  SSRİ-də  Elmlər  Akademiyası  sistemində 
elmlərin təsnifatı tərtib edilərkən təbiətdən istifadəni Yer haqqında 
elmlər  bölməsi  ilə  İctimai  elmlər  bölməsi  arasında  yerləşdirmək 
məsləhət olunmuşdu. 
12 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə