Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə4/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   50

Təbiətdən  istifadənin  iqtisadiyyatını  ekoloji  əsaslarla 
iqtisadi  elmlər  sahəsi  kimi  qəbul  etdikdə,  burada  müvafiq  elm- 
lərarası  əmək  bölgüsünə  istinad  etmək  lazım  gəlir.  Təbiətdən 
istifadə iqtisadiyyatının predmeti insanların öz tələbatlarını ödəmək 
üçün  təbii  resursların  istifadəsində,  mühafizəsində,  artırılmasında 
və  habelə  ekoloji-iqtisadi  qanunauyğunluqlardan  istifadə 
prosesində  yaranmış  münasibətləri  araşdırmaq,  tədqiq  etmək  və 
öyrənməkdir.  Təbiətdən  istifadənin  iqtisadiyyatının  bilavasitə 
predmeti  getdikcə  artan  təbii-resurs  potensialının  məhdudluğu 
şəraitində ətraf mühitin keyfiyyətinin bərpası (qorunması) və ətraf 
mühitin mühafizəsi kimi istiqamətləndirilməlidir. 
Təbiətdən  istifadənin  iqtisadiyyatmm  əsas  vəzifəsi 
idarəçilik  prinsipinin  (yanaşmasının)  aradan  qaldınimasmı  və 
iqtisadiyyatın  sahələrinin  birləşdirilməsini  həyata  keçirməklə 
cəmiyyətlə  təbiətin  optimal  qarşılıqlı  əlaqəsini  ekoloji-iqtisadi 
təfəkkürün  formalaşmasını  təmin  etməkdir.  Ümumiyyətlə, 
bütövlükdə,  təbiətdən  istifadənin  iqtisadiyyatı  cəmiyyətin  «sabit 
inkişaf»  modelinə  keçməsinə  zəmin  yaratmabdır.  Əslində,  həmin 
elm  sahəsinin  konkret  vəzifələri  təbii  resurslar  üzərində 
mülkiyyətin  realizə  edilməsinin  zəruri  (mümkün)  formalarını 
axtarmaq, ödənişli təbiətdən istifadə əsasında iqtisadi mexanizmin 
formalaşma  yollarını  müəyyənləşdirmək,  bazar  iqtisadiyyatı  ilə 
bağlı üsullarla dövlət tənzimlənməsini təmin etmək deməkdir. 
Bütövlükdə,  təbiətdən  istifadənin  iqtisadiyyatının  əməli 
aspekti  üç  qrup  problemi  özündə  birləşdirir:  1)  təbii  ehtiyatların 
iqtisadi  qiymətləndirilməsini;  2)  ətraf  mühitin  çirklənməsindən 
dəyən  iqtisadi  zərərin  qiymətləndirilməsini  (hesablanmasını);  3) 
ekoloji amillərin təsərrüfat mexanizminə və cəmiyyətdə qərarların 
qəbul edilməsinə cəlb edilməsini. 
T.Titenberq  hesab  edir  ki,  təbiətdən  istifadənin 
iqtisadiyyatı  eyni  dərəcədə  həm  nəzəri,  həm  də  təcrübi  elm 
sahəsidir. O, nəinki yalnız ekoloji-iqtisadi analizin fundamental 
13 


prinsiplərini,  həm  də  ekoloji  siyasəti  və  ekoloji  tənzimləmə 
tədbirlərini əhatə edir. 
Təbiətdən  istifadənin  iqtisadiyyatı,  təbiətdən  istifadədən 
başqa,  iqtisadi  nəzəriyyə  (tələbatla  məhdud  resurslar  arasındakı 
ziddiyyət, zahiri effekt, tələb, təklif və s.), funksional və sahələr üzrə 
iqtisadi  məsələlər  (maliyyə,  statistika,  meşə  iqtisadiyyatı  və  s.), 
sosial  və  iqtisadi  coğrafiya,  habelə  bir  sıra  təbiət  (ilk  növbədə 
ekologiya) və texniki elmlərlə sıxı əlaqədardır. 
Təbiətdən  istifadənin  iqtisadiyyatı  öz  fənnini  (pred- 
metini)  abstraksiyanm  ən  yüksək  səviyyəsində,  xalq  təsərrüfatı 
(makroiqtisadi)  mövqedən  və  iqtisadi-ekoloji  prioriteti  nəzərə 
almaqla  əhatə  edir.  Eyni  zamanda  bu  elm  sahəsi  həm  də 
mikroiqtisadi  proseslərin  analizindən,  ekoloji  sahibkarlıq 
problemlərindən, ekoloji marketinqdən və s. bəhs edir. 
Təbiətdən istifadənin iqtisadiyyatı və ekologiyasına dair 
tədqiqatlarda bir çox elm sahəsində tətbiq edilən üsullardan istifadə 
edilir,  tik  növbədə,  dialektik,  balans,  normativ,  sistemli,  riyazi, 
statistik,  xəritələşdirmə,  modelləşdirmə  və  s.  metodlardan  istifadə 
edilir.  Onun  metodoloji  aspektləri  hazırda  proqram-moqsədli 
optimallaşdırma  hesabına  təzələnməkdədir.  Təbiətdən  istifadənin 
iqtisadiyyatı  obyektivlik,  elmilik  və  tarixilik  prinsipləri  üzrə 
formalaşmaqdadır. 
Təbiətdən istifadə iqtisadiyyatı mütəhərrik inkişafda olan 
bir  elm  kimi  yeni  analitik  (üsullar)  priyomlar,  konsepsiyalar, 
ideyalar  üçün  aşkarlıq  nümayiş  etdirir.  Bu  onunla  əlaqədardır  ki, 
təbiətdən istifadənin iqtisadiyyatı və ekoloji əsasları elmlərarası bir 
sahədir və çox mürəkkəb ekoloji-iqtisadi problemləri əhatə edir. 
1.3.
 
Təbiətdən istifadənin iqtisadiyyatının 
əsas anlayışları 
Təbiətdən  istifadənin  obyektinin,  iqtisadiyyatının  və 
predmetinin əsas anlayışları aşağıdakılardır: «Ətraf təbii 
14 


mühit»,  «Ətraf  sosial  mühit»,  «Biosfcra»,  «Noosfera»,  «Təbii 
ehtiyatlar»,  «Təbii  şərait»,  «Təbii  resurs  potensialı»,  «Təbiətdən 
səmərəli istifadə», «Təbiəti mühafizə», «Ətraf mühitin çirklənməsi» 
və s. 
Təbiətdən  istifadə  məsələsində  və  «təbiət»  dedikdə 
qapalı, özünəməxsus, özü-özünə inkişafda olan elə sistem nəzərdə 
tutulur ki, insanın müdaxiləsi olmadan tarazlıq (dayanıqlı) halında 
davamiyyətini saxlayır. 
Ətraf  təbii  mühit  (ƏTM)  -insamn  yaşayış  və  istehsalat 
fəaliyyəti mühitidir, buraya süni yaradılmış mühitin elementləri də 
aid edilir. 
Bəşəriyyət  biosferanın  evladıdır,  insan  dinamik  həyat 
mühitində doğulur və formalaşır. Həmin sahədə canlı orqanizmlər 
və onların yaşayış mühiti üzvü olaraq əlaqədardır. Biosfer dinamik 
sistemdir.  Bəşəriyyət  biosferdən  kənarda  mövcud  ola  bilməz. 
Biosferin  qalınlığı  (hündürlüyü)  20-30  km-  dir.  «Həyat  təbəqəsi» 
əsasən  yer  səthində  cəmlənmişdir.  Biosferin  əsas  struktur 
elementləri landşaft və biogeosenozlardır. 
Hal-hazırda  ekoloji-iqtisadi  sistem  (EİS)  nəzəriyyəsi 
geniş  yayılır  və  bu  ifadə  iqtisadiyyatın  və  təbiətin  inteqrasiyası 
ideyasım  birləşdirir.  Ekosistemlərdən  fərqli  olaraq  EİS  qapalı 
xarakter  daşımır  və  aşkarhğa  malikdir.  EİS-in  inkişafının  vacib 
vəzifəsi ondan ibarətdir ki, təbii şəraitdən səmərəli istifadə olunsun
istehsalat daha qapalı bir sistemə çevrilsin. 
EİS  üç  əsas  toplayıcıdan  (tərkib  hissəsindən)  ibarətdir: 
ətraf  təbii  mühit,  cəmiyyət,  həyat  fəaliyyəti.  Hər  üç  komponent 
maddələrin  təbiətdə  dövriyyəsi  vasitəsilə  bir-biri  ilə  əlaqədar 
olmaqla cəmiyyətdə funksional təminat yaradır. 
Təbiətdən  istifadə  prosesi  həmişə  hər  hansı  bir  ərazi 
çərçivəsində  (daxilində)  həyata  keçirilir  və  odur  ki,  regional  EİS 
ayırmaq lazım gəlir. Bu sistemin strukturu özündə 6 prosesləri əks 
etdirir. Həmin proseslərdə müvafiq əlaqələr yaradırlar: 
1.
 
İstehsalat və xidmətlə bağlı sosial-iqtisadi əlaqələr
2.
 
Ekosistemlərdə (biosenozlarda) yaranan əlaqələr; 
15 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə