Dialogi Plus N1 2 az 2010-2011 20-26-09 30(375) 2007. qxd



Yüklə 250,41 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix03.05.2018
ölçüsü250,41 Kb.
#41092
növüTədris planı
1   2   3   4   5   6   7

1. Fiziki coğrafiya üzrə tədqiqatlar

n

yerli mühitə iqlim dəyişikliklərinin təsiri



(informasiyanı statistik illərdən, meteo-stan-

siyalardan, kitablarda olan iqlim üzrə

məlumat kitabçalarından və ya köhnə

qəzetlərdən tapa bilərlər);

n

coğrafi obyektlərin toponimikası: yaxın



tarixdə coğrafi adların dəyişməsi və səbəblər.

2. İctimai coğrafiya üzrə tədqiqatlar

n

Mədəni dəyəri olan yerlərin, maraqlı



yerlərin (məktəbin) cazibə sahəsini təyin

etmək (qonaqların sayı və coğrafiya haqqında

məlumat);

n

yerli mühitin transformasiyası –



memarlıq, nəqliyyat (köhnə şəkillərin, arxiv

materialının, yaşlı nəslin hekayətləri

əsasında);

n

asudə vaxtın təşkilinin müasir formaları



və onların coğrafiyası;

n

nəsillərə əsasən demoqrafik hərəkət



dəyişikliyi (müsahibələr əsasında);

3. Ətraf mühitin qorunması üzrə tədqiqatlar

n

Havanın çirkləndirilməsini müşahidə



etmək (günün başqa-başqa vaxtlarında,

həftənin günlərində virtual müşahidə və onu

nəqliyyat vasitələri və ya insan axınının

intensivliyi ilə əlaqələndirmək. Büdcə olduğu

halda, sınaq  keçirmək);

n

çayın hövzəsini öyrənmək və



çirkləndirməni müşahidə etmək (sahilin zi 

-

billənməsinə diqqət yetirmək, mal 



-

iyyələşdirmə halında sınaqların laboratoriya

analizi);

n

istirahət parklarında landşaftın də 



-

yişikliyi və ətraf mühitin vəziyyəti.

Belə bir kurs şagirdlər üçün həm ma 

-

raqlıdır, eləcə də onları həvəsləndirir. Çünki



onlar özləri tədqiqatçı olurlar və əldə etdikləri

informasiya əsasında nəticə çıxarırlar. Bu

onları ali məktəblərə yaxınlaşıdırır, çünki

təhsilin növbəti pilləsində tədqiqi hissə daha

da artır.

Təbiət və sabit inkişaf kursuna gəldikdə isə

onun aktuallığı uzun illərdir ki, beynəlxalq

ictimaiyyət tərəfindən dərk edillib. Buna

uyğun olaraq, kiçik ölçülərlə sabit inkişaf üzrə

informasiya şagirdlərə dərsliklərin vasitəsilə

artıq çatdırılmışdır, hal-hazırda bu aktual

mövzuya daha çox diqqət yetirilməsi qərara

alındı.

Şəhərlər müasir siyasi, iqtisadi, təhsil və ya



ictimai həyatın əsas təkanvericiləridirlər.

Məhz şəhərlərdə müasir dünya idarə olunur;

bəşəriyyətin nəbzi daha çox məhz şəhərlərdə

hiss olunur. Dünya əhalisinin tam əksəriyyəti

şəhərlərdə yaşayır. Şəhərlərin həm inkişaf

xüsusiyyətləri, eləcə də oxşar amilləri vardır.

Qeyd edilən kursda məhz bunlar haqqında

söhbət aparılacaqdır.

Gürcüstanın təbiətinin rəngarəngliyinə

ölkənin bütün ərazisində gözəl landşaftların,

təbii abidələrin, təbii abidələrə yaxın olan

coğrafi obyektlərin olması səbəb olmuşdur.

Çayqırağı meşələr, kanyonlar, bataqlıqlar,

şəlalələr, vulkanlar, göllər, mineral sular,

mağaralar, buzlaqlar, morenlər və vulkan

daşlar, travertinlər, palçıq vulkanları, lava

püskürmələri, uzunömürlü ağaclar – bunlar

Gürcüstanın təbiətinin yaratdığı qısa bir

siyahıdır.

Təbii abidələrin tədrisi yalnız sinif

otaqlarının hüdudlarında həyata keçirilməli

deyil. Gürcüstanın bütün məntəqələrinin

coğrafi baxımdan çox maraqlı olan təbii

obyektləri vardır. Müvafiq olaraq belə bir

obyekt qeyd edilən kursun tədris mövzusu ola

bilər. Şagirdlər tərəfindən əldə edilən

informasiya müxtəlif qurumlar üçün də

maraqlı ola bilər.

Belə ki, coğrafiyanın icbari və seçim kursu

şagirdə imkan verir ki, rəngarəng bilik

qazansın və onun həm ümumi, eləcə də

spesifik bacarıqları inkişaf etsin. Eləcə də

onun ətraf aləmə olan düzgün yanaşması

formalaşsın.



Manana Ratiani

Coğrafiya elmləri doktoru, 

Milli Tədris Planları və Qiymətləndirmə

Mərkəzinin

coğrafiya üzrə eksperti 

Dünyanın bir çox ölkələrində ibtidai

pillədə ingilis dilinin tədrisi adi bir haldır.

Xarici dilin erkən yaşlarda tədrisini

dəstəkləyənlər çoxdurlar. Onların dəlilləri

asandır. Adətən,  5-6 yaşlarında olan uşaqlar

biliyi ətraf aləmdən alırlar. Bu yaş dövründə

uşaqların mühiti tədqiq etməyə güclü

instinktləri vardır. Tədqiqat prosesi onların

əqli inkişaflarının əsasıdır, xarici dil isə

onların tədqiqatlarının və inkişaflarının

aspektlərindən biridir. Onların dillə

uzunmüddətli və sistematik əlaqələri vardır.

Bu isə müsbət yanaşmaya, xarici dil və

mədəniyyətə maraq göstərməyə səbəb olur.

Uşaqlar yaxşı planlaşdırılmış sinif

fəallıqlarını çox bəyənir, dərs prosesində

həvəslə və sərbəst iştirak edirlər. Onlar fonetik

çətinliklərə, buraxılan səhvlərlə yaranan

problemlərə və s. asanlıqla üstün gəlirlər.

Ümumiyyətlə, ibtidai pillədə tədris

uşqlarla münasibətdə fərqli yanaşmanı tələb

edir, çünki onlar əqli, fiziki və emosional

inkişaf mərhələsindədirlər. Nailiyyətli nəticə

əldə etmək üçün təhsilə başlamaq yaşından

əlavə, digər əhəmiyyətli şəraitləri də nəzərə

almaq lazımdır.

Uşaqların özünəməxsusluqları

İbtidai pillənin başlanğıc mərhələsində

uşaqlar tədrisin məqsədlərini dərk edə

bilmirlər, bunun üçün də onların motivasiya

səviyyələri aşağıdır. Onların yaddaşları hələ

yaxşı inkişaf olunmadığına və təhsil

strategiyarına sahib olmadıqlarına görə

öyrəndikləri materialları tezliklə unudurlar.

Onların diqqətlərini cəmləşdirmə bacarıqları

məhduddur, öz işlərini təşkil edə bilmirlər. Bir

qrupun şagirdləri inkişafın başqa-başqa

pillələrində olurlar. Ola bilsin ki, qorxu amili

də təsir etsin və s.

Müəllimin  peşəkarlığı

Xarici dilin tədrisini nailiyyətlə həyata

keçirmək qeyd edilən çağırışlar fonunda da

mümkündür, əgər:

• Müəllimin lazımi dil səriştəsi / inkişaf

etmiş linqvistik bacarıqları vardırsa. Çünki

şagirdlərin əksəriyyəti üçün dilin istifadəsinin

əsas  arealı yalnız sinif otağıdır.

• Xarici dil müəllimi şagirdlərin yaş

xüsusiyyətini - əqli, emosional və ya

linqvistik imkanlarını, qrupun hazırlıq

səviyyəsini yaxşı bilir və nəzərə alırsa və

uşaqları maraqlandırmaq üçün lazımi

metodları, strategiyaları və fəallıqları seçə

bilir/istifadə edirsə;

• Müəllim şagirdlərlə ünsiyyət bacarığına

yaxşı sahibdirsə və fərdi şagirdə yönələn

tədris prinsipinə əsaslanırsa.

İngilis dilinin tədrisinin effektli yolları

Xarici dilin tədrisində mahnılar, oyunlar və

nağıllar/hekayələr kimi tədris vasitələrindən

istifadə etmək məsləhət görülür.

Mahnılar şagirdlər üçün təsəvvür

edilməyən şəkildə çox fayda bilərlər.

Mahnılara qulaq asmaq şagirdlərin xoşuna

gəlir və dərsin gedişini maraqlı edir; mətnlə

yanaşı xoşagələn melodiya uzun müddət

yadda qalır və sözlərin və ifadələrin

öyrənilməsini asanlaşdırır; eyni zamanda

düzgün tələffüzün formalaşmasına imkan

yaradır. Mahnı dinləmə vərdiş-bacarığını və

yaddaşı inkişaf etdirir; bununla yanaşı, aktiv

şagirdlər üçün musiqi ilə müxtəlif hərəkət

kombinasiyasının imkanını verir. Müəllim

üçün dərsin mövzusu üzərində qurulmuş, sadə

mətnlərə və məzmuna uyğun olan şəkillər çox

yaxşı resursu təqdim edir.

Dərsdə oyunlar şagirdin dərs prosesinə

cəlb olunması üçün ən yaxşı və maraqlı

vasitədir. Bu zaman o, özü də hiss  etmədən

yeni sözlərə və ifadələrə sahib olur. Müəllim

sadə dildən və jestikulyasiyadan istifadə

edərək tərcümə və gərginlik xaricində şagirdə

əvvəlcədən planlaşdırılmış leksikanı və nitq

funksiyalarını, eləcə də qrammatik strukturları

çatdırır, onların mütəmadi təkrarlanması elə

həmin oyunun vasitəsilə mümkün olur. Oyun

şagirdlərə həmyaşıdları ilə və müəllimlərlə

ünsiyyət qurmaqda və öz emosiyalarını ifadə

etməkdə yardım edir. Daha yaxşı nəticə əldə

etmək üçün oyunları dərsin mövzusu ilə

əlaqələndirmək yaxşı olardı.

Nağıl/hekayə eyni şəkildə həm balacaları,

eləcə də böyükləri maraqlandıran universal

incəsənət əsəridir. Nağıllar uşaqlara dünyanı

daha yaxşı anlamaqda və gündəlik həyatda

maraqlı detalları kəşf etməkdə yardım edir.

Nağıllar dilin tədris strategiyalarını və

təfəkkür bacarıqlarının inkişafının təbii

əsasını yaradırlar. Müəllimə isə linqvistik və

koqnitik məsələni həll etmək üçün (məs.,

anlama, hekayət etmək, düşünmək, yaratma,

canlandırma, analiz etmə və s.) dərsdə nağılın

məzmununa əsaslanan çoxtərəfli fəallıqlardan

istifadə etmək, şagirdlərin yaş xüsusiyyətləri

və dil bilmə səviyyəsi üçün müvafiq mətn və

fəallıqları seçmək imkanı verilir.

Misal üçün uşaqlara tanış olan təmsillərdən

birinin məzmununa əsaslanan iki fəallığı təklif

edirik,  Fly Swatter Game, Telling a story.

Onların transformasiyası fərqli ehtiyaclara

müvafiq olaraq mümkündür. 

THE FOX AND THE CROW

A Fox once saw a Crow fly off with a piece

of cheese in its beak and settle on a branch of

a tree. „That’s for me, as I am a Fox,“ said

Master Reynard, and he walked up to the foot

of the tree. „Good-day, Mistress Crow,“ he

cried. „How well you are looking to-day: how

glossy your feathers; how bright your eye. I

feel sure your voice must surpass that of

other birds, just as your figure does; let me

hear but one song from you that I may greet

you as the Queen of Birds.“

The Crow lifted up her head and began to

caw her best, but the moment she opened her

mouth the piece of cheese fell to the ground,

only to be snapped up by Master Fox. „That

will do,“ said he. „That was all I wanted. In

exchange for your cheese I will give you a

piece of advice for the future:

„Do not trust flatterers.“

Fly Swatter Game

The activity aims at teaching

Visual/Auditory/kinaesthetic learners

Skills: All language skills can be involved 

Level: Elementary and above

Materials: Two fly swatters; two A4 sheets

of paper (one with TRUE, and one with FALSE

written on them); „The Fox and the Crow“ with

True/False statements; some illustrations

from the fable; board; chalk.

Procedure:

Pre-:


T sticks the illustrations on the board and

elicits the students ideas about the fable.

T sticks the two sheets of paper on the wall

(TRUE on the top, FALSE right below it). 

T divides the Ss into two teams. One S

from each team can be designed as score-

keeper.

— Ss stand in two rows facing the TRUE-



FALSE papers on the wall. The first S in each

row   will be given a fly swatter. 

While:

— T tells the Ss s/he will read the fable that



they have to listen to very carefully. After the

story is completed, s/he will give Ss one

statement at a time from the fable, alternating

the teams, the Ss   (in turn) holding the fly

swatter will decide if the statement is true or

false then tap  the T or F paper on the wall.

The first S who touches the correct answer

gets one point. The  team with the most points

is the winner.

Scorekeepers write scores on the board.



2

COĞRAFİYANIN TƏDRİSİNDƏ PLANLAŞDIRILAN YENİLİKLƏR

əvvəli birinci səhifədə

3

Pedaqoji yeniliklər 

Pedaqoji yeniliklər 

İNGİLİS DİLİNİN ERKƏN YAŞLARDA TƏDRİSİ


Yüklə 250,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə