Dialogi Plus N1 2 az 2010-2011 20-26-09 30(375) 2007. qxd



Yüklə 250,41 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix03.05.2018
ölçüsü250,41 Kb.
#41092
növüTədris planı
  1   2   3   4   5   6   7


Milli tədris planının üzərində aparılan

redaktə işləri sona çatdı. Bu onu bildirir ki,

yaxın illər ərzində Gürcüstanın bütün

ümumtəhsil məktəbləri qeyd edilən tədris

planını rəhbər tutacaqlar.

Aparılan islahat illəri ərzində Milli tədris

planında müəyyən dəyişikliklər edilməsi

zərurəti yetişdi. Bu dəyişikliklər coğrafiyanın

fənn proqramına da toxundu. Proqram

standartın ümumi strukturla uyğunlaşmasını

və fənnin spesifikasının və müəyyən

yenilklərin təsvir edilməsini nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, əsas fənn

yenilikləri orta pillədən başlayır, ibtidai və

baza pillələri isə hazırlıq mərhələsi kimi qəbul

edilir. Həmin mərhələdə şagirdlər coğrafi

terminlərin, anlayışların uyğun şəkildə

istifadəsini öyrənirlər, hadisələr və prosesləri

məkanda və zamanda anlamaq bacarığını

qazanırlar, coğrafi ölçülərlə tanış olurlar. Bu

zaman şagirdlərin hər zaman fərqli tip əyani

vəsaitlərlə işləmək imkanlarının olması

vacibdir. Bu, gələcəkdə hansı peşəni

seçəcəklərinə baxmayaraq onların yalnız

coğrafi savadları üçün deyil, eləcə də gələcək

həyatları üçün vacibdir. Məhz bunun üçün də

xəritədən və digər coğrafi əyani vəsiatlərdən

istifadə etmək və onları hazırlamaq birbaşa

coğrafiya fənni proqramını müşayiət edir.

Adı çəkilənlərin hamısını isə şagirdlərin

yaş xüsusiyyətlərini nəzərə almaqla tədris

etmək lazımdır. Proqramın ardıcıl,

mərhələlərlə inkişafı – şagird üçün təhsil

müddətində motivasiyanın saxlanmasının

mühüm şərtidir. Buna nail olmaq üçün Milli

tədris planı üzərində çalışan coğrafiya

müəllimləri və ailmlərindən əlavə, işçi

qrupuna psixoloq da cəlb olmuşdu.

Coğrafiyanın tədrisi prosesində yığılan

problemləri və onlara hansı reaksiyaların

göstərildiyini ardıcıllıqla sadalayacağıq.

Hansılar özlərini doğrultdular və nələr

dəyişdi...

Birinci yenilik icbari, yəni əsas

proqramların müəyyənləşdirilməsidir.

Standartda verilən mündəricatda mövzuların

siyahısı hər sinif üçün daha ətraflı verilmişdir,

nəinki əvvəllər. Əvvəlcədən

müəyyənləşdirilib ki, dərsliklərdə hansı

mövzular mütləq öz əkslərini tapmalıdırılar

(əsas proqram) və hansı mövzuları müəllif öz

istəyi ilə ixtisara sala bilər və azad olmuş

vaxtdan icbari mövzuların daha dərindən

öyrənilməsində istifadə edə bilər. Dərsliyin

müəllifi icbari olmayan mövzuları öz istəyi ilə

çıxarıb əvəzinə fərqli mövzuları təklif edə

bilər. Müəyyən şəkildə, əsas proqram

müəlliflərin müstəqillik səviyyəsini

məhdudlaşdırır, amma bu halda, konkret fənn

üzrə lazımi biliyi əldə edəcək şagird mühafizə

olunur.

İbtidai pillədə coğrafi məsələlər təbiət



elmləri ilə birlikdə öyrənilir. İlk altı il ərzində

coğrafi bilik, yaş imkanlarını nəzərə alaraq

əhəmiyyətli şəkildə növbəti fənlərin

öyrənilməsinin əsasını qoyur, şagirdi sadə

tədqiqat keçirməyə hazırlayır, onda ətraf

mühitə olan marağı oyadır, onu təbiətə düzgün

yanaşmağı-münasibət göstərməyi, təbiətə

qayğı göstərməyi öyrədir.

Eyni zamanda 5-ci sinifdə  şagird öz ölkəsi

ilə tanış olur. Ona bunun üçün “Bizim

Gürcüstan” fənni yardım edir. Məhz öz

vətənini öyrənməklə şagird ictimai elmləri

öyrənməyə başlayır, yaxın, yerli mühitdən

daha uzaqlara, tanışdan yada, sadədən çətinə

tərəf gedir.

Nəzərinizə çatdıraq ki, bu yaşda çoxtərəfli

yanaşmalara, fərdi və ya qrup işlərinə, rol və

ya simulyasiya oyunlarına, öz fikirlərini

bildirməyə və başqalarını dinləməyə böyük

diqqət verilir. Elə bu mərhələdə təfəkkürə

yönələn tapşırıqlar verilməyə başlayır, bu isə

şagirdi növbəti, daha çətin mərhələyə

hazırlayır. “Bizim Gürcüstan”-ın tədrisi

ətrafşünaslıq prinsipinə əsaslanır.

Bütün bunlar təhsilin növbəti

mərhələsində şagirdə coğrafiyanı əsaslı

şəkildə öyrənməyə yardım edir. Bu, əsasən

təbiətin rəngarəngliyini görməyə, təbiəti,

əhalini, istehsalat və qeyri-istehsalat

sahələrinin məkanını şərh etməyə yönəlmişdir.

Baza pilləsində əhəmiyyətli dəyişiklik

olaraq inteqral ictimai elmlər fənlərinin

ayrılması hesab edilə bilər.

2005-ci ildə birinci, yeddinci və onuncu

siniflərdə yeni tədris planının pilotlaşdırılması

nəticəsində məktəblərdə Gürcüstan və dünya

tarixi və coğrafiyasının inteqral kursu tətbiq

edildi. Həmin kurs şagirdlərin xolistik

təfəkkürlərinin inkişafına və hadisələrin və

proseslərin çoxtərəfli öyrənilməsinə

yönəlməli idi. Amma bu innovasiyanın

resursu məktəblərdə olmadı və müvafiq olaraq

bu forma əsasında təhsil özünü doğrultmadı.

Problemin qarşısını almaq üçün dərsliklər

mexaniki şəkildə ayrıldı və onda coğrafiya

kursu tam dəyərlə göstərilmədi. Məhz bu

problemə üstün gəlmək üçün coğrafiyanın

yeni standartı hazırlandı və dərsliklər nəşr

edildi. 

Şagirdin ilk dəfə coğrafiya ilə tanış olduğu

yaşda ona bir elm kimi coğrafi qişanın

özünəməxsusluğunun tədris edilməsi vacibdir.

Buna uyğun olaraq kurs ənənəvi coğrafi

anlayışların öyrənilməsi ilə davam

etdirilməlidir. Buradaca qeyd etmək lazımdır

ki, müasir aləmdə kəşf edilməmiş yerlər daha

az qalıb, müvafiq olaraq əhalinin əsas

xüsusiyyətləri də elə burada öyrənilir.

Düşünürük ki, coğrafiyanın bu forma ilə

tədrisi nə müəllim, nə də ki, şagirdlər üçün

çətin olmayacaqdır. 7-ci sinifdə dəyişikliklər

məhz adı çəkilən istiqamətlə həyata keçirildi.

8-ci sinifdə daha çox diqqət ictimai

coğrafiyaya yönəlmişdir. Bunlar: əhalinin

məskunlaşdığı yerlər, iqtisadi  sahələr, yaxud

da ətraf mühit problemləri olacaqdır. Qafqaz

regionu bir yerdə burada tədris olunacaqdır. 9-

cu sinifdə əvvəllər olduğu kimi, Gürcüstan

coğrafiyası öyrənilir. Qeyd etmək lazımdır ki,

baza məktəbini bitirdikdən sonra minlərlə

şagird ümumtəhsil məktəblərində təhsillərini

davam etdirmirlər. Belə ki, vacib hesab

edirdik və yenə də belə düşünürük ki,

şagirdlər məhz bu mərhələdə öz ölkələrinin

coğrafiyaları haqqında maksimal bilik

qazanmalı, Gürcüstanın təbii, demoqrafik,

sosial, mədəni və ya iqtisadi xüsusiyyətlərini

dərk etməlidirlər.

Nəzərinizə çatdıraq ki, Gürcüstanın

regionları şagirdlərdən icbari proqramla tələb

olunmayacaqdır, çünki saatların sayı onların

tədrisi üçün kifayət etmir. Belə ki, müəllimlər

paytaxt olaraq Tbilisini və konkret məktəbin

yerləşdiyi regionu tədris edə bilərlər. Bu

yarımçığı tamamlamaq üçün Gürcüstanın

regionları haqqında sinif və ya məktəb

konfransları təşkll etmək olar.

2005-ci ildən onuncu sinifdə Coğrafiyaya

giriş tədris edilir. Ona növbəti amillər səbəb

oldu: şagird başqa-başqa elmlərə girişi

öyrənməli idi ki, həm məktəbin seçim

fənlərində, eləcə də universitet ixtisaslarında

gələcəkdə seçim etmək onun üçün asan olsun.

11-ci sinif də daxil olmaqla coğrafiyanın

icbari fənn olduğuna görə və seçim fənlərini

isə şagird artıq tam orta pillədə öyrənə

bildiyinə görə, bu kursu dərs planında

saxlamaq öz aktuallığını itirdi. Belə ki, Dünya

Coğrafiyası, icbari fənn olaraq 10-cu sinfə

keçirildi və o, 11-ci sinifdə öz yerini əvvəllər

seçim kursu olan Qlobal Problemlər

Coğrafiyasına verdi. Düşünürük ki, XXI əsrdə

şagirdlər qlobal xarakterə malik olan

qloballaşdırma prosesi, onun müsbət və mənfi

tərəfləri, problemləri barədə akademik bilik

almalıdırlar. Bu problem dünyanın müxtəlif

ölkələrində və ya regionunda necə baş qaldırır,

cəmiyyət bu yeni çağırışlara necə cavab verir

və s.. Məhz bu cür aktual bilik və vərdiş-

bacarıqla təchiz olunmuş insan əmək

bazarında rəqabət qabiliyyətinə malik ola

bilər.


İcbari proqramda qeyd edilən yeniliklərdən

əlavə müəllimlərə və şagirdlərə seçim

proqramında da müəyyən dəyişiklikləri təklif

edirik.


Bu kursların seçimi, artıq dediyimiz kimi,

10-12-ci siniflərdə icbari proqrama paralel ola

bilər. Şagirdlər üçün aktual və müəyyən

çağırışları daşıyan bir neçə kurs hazırlandı.

Coğrafiya üzrə seçim fənlərinin siyahısı belə

bir şəkil aldı:

1. Coğrafi tədqiqat;

2. Təbiət və sabit inkişaf;

3. Urbanizasiya coğrafiyası;

4. Təbii abidələr.

Hər bir kurs həm nəzəri biliyin, eləcə də

praktiki vərdiş-bacarıqların inkişafını nəzərdə

tutur.

Coğrafi tədqiqat halında isə şagird yalnız



başqa-başqa informasiya vasitələrindən aldığı

informasiyanı işləyib hazırlayan deyil. O,

barəsində informasiyanı birbaşa öz ətrafında

tapa biləcəyi bir mövzu seçməlidir. Mövzular

həm fiziki-coğrafi, eləcə də ictimai-coğrafi və

ətraf mühitin mühafizəsini, eləcə də hər üçünü

birlikdə əhatə edə bilər. Misal üçün bir

neçəsini göstərə bilərik:



İNGİLİS DİLİNİN ERKƏN

YAŞLARDA TƏDRİSİ  

səh. 3-4


KVANT MEXANİKASI  HAMI

ÜÇÜN   

səh. 3-5


GÜRCÜ FONDU ASTRİD

LİNDQREN  MÜKAFATINA

TƏQDİM EDİLİB

səh. 5


RÜTUBƏT  BOL  OLAN

ƏRAZİLƏR

səh. 6-7


MUSİQİ MÜƏLLİMİ  ÜÇÜN

FAYDALI İNTERNET-

RESURSU

səh. 7-8-12



PEŞƏ İXTİSASLARI

SAHƏİNDƏ

DƏRS MƏQSƏDLƏRİ

səh. 8


2

Dekabr   

, 2010. #2

gazeTi vrceldeba ufasod

Pedaqoji yeniliklər 

COĞRAFİYANIN TƏDRİSİNDƏ

PLANLAŞIDIRILAN YENİLİKLƏR



Yüklə 250,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə