Dialogi Plus N1 2 az 2010-2011 20-26-09 30(375) 2007. qxd



Yüklə 250,41 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix03.05.2018
ölçüsü250,41 Kb.
#41092
növüTədris planı
1   2   3   4   5   6   7

5

Elmlər aləmində    

hal-hazırda əlavə ölçü nəzəriyyəsi çox məşhurdur. Ona əsasən

mikroaləmdə məkan  bizim üçün (üçölçülü varlıqlar üçün)

çətin təsəvvür edilən xassə yarada bilər – onun ölçüsü üçdən

çox ola bilər!

Onu da qeyd etmək maraqlı olar ki, Heyzenberq nisbətini

sonra Nils Bor əlavə prinsip şəklində ayırdı və onu fizikadan

kənara “çıxarmağa” çalışdı – biologiyaya, psixologiyaya. Bu

haqqda artıq Gürcüstan Təhsil və Elm Nazirliyinin Milli Tədris

Planları və Qiymətləndirmə Mərkəzinin “Dialoq+” qəzetində

2010-cu ilin may nömrəsində “Fizika – fizikanın xaricində

(fizika, sivilizasiyanın hissəsi olaraq)”  məqaləmiz dərc

olunmuşdu.

Eləcə də qeyd etmək lazımdır ki, hər yeni fiziki

nəzəriyyənin yaradılması  yeni riyazi aparatın formalaşmasını

tələb edir. Belə ki, məsələn, Nyuton mexanikasının və

ümumiyyətlə, həmin dövrün fizikasının başqa-başqa

sahələrinin inkişafı differensial və inteqral aparatın

yaradılmasına səbəb oldu. Eləcə də nisbətin xüsusi

nəzəriyyəsinin inkişafı tenzor aparatının yaradılmasını tələb

etdi. Burada da  kvant mexanikasını formalaşdırmaq əməli

qeydiyyat xaricində mümkün deyildi.



Nəticə

Hal-hazırda kvant mexanikası məişət həyatımıza artıq elə

daxil olub ki, onun xaricində həyat təsəvvür edilməzdir (belə

ki, o, öz “sirli”, “qəribə”  nəzəriyyə cazibədarlığını itirdi).

Həqiqətən də bizim məişətimiz lazerlər, nanotexnologiyalar və

heç də uzaq olmayan kvant kompüterləri xaricində necə olar?

Belə ki, məsələn, bədxassəli şişin müalicəsində məhz kvant

mexanikası öz sözünü deyə bilər, çünki xain xəstəlik atom

miqyaslarının məsafələrində yaranır.

Bu məqalədə kvant mexanikasının nəzəriyyəsinin

yaranmasının ön şərtlərini analiz etməyə çalışdım – klassik

fizika atom hallarını izah etdikdə tam iflasa uğradı. Çalışdım

ki, kvant mexanikasının başlanğıc “köklərindən”  danışım.

Onları başdan tənqidi şəkildə anlamaq təbiəti daha yaxşı dərk



etməkdə müsbət rol oynaya bilər!

İvane Cavaxişvili adına Dövlət Universitetinin

Ddəqiq və təbiət fakültəsinin fizika istiqaməti üzrə

assitent-professoru, TDU Yüksək Enerji Fizika

Universitetinin Sahə Kvant Nəzəriyyəsi 

Şöbəsinin baş elmi əməkdaşı,

Teymuraz Nadareişvili

KVANT  MEXANİKASI  HAMI  ÜÇÜN

əvvəli 4-cü səhifədən  

Astrid Lindqren adına Mükafat Təşkilat

Komitəsi Frankfurt kitabının festivalında

Astrid Lindqrenin mükafatının (ALMA) 2011-

ci il namizədlərinin siyahısını dərc edib.

Mükafat tarixində ilk dəfə olaraq siyahıya

Gürcüstanın da adı daxil edilib. Bu, uşaq

ədəbiyyatının inkişaf fondu “LİBO”-dur.

Fond 2006-cı ildə uşaq yazıçıları İrma

Malatsidze və Mariam Tsiklaurinin rəhbərliyi

ilə yaradıldı. Yarandığı müddət ərzində Fond

bir çox əhəmiyyətli tədbir keçirmiş və gürcü

uşaq ədəbiyyatının inkişafı işində əvəzsiz

xidmətlər görmüşdür. Onun rəhbərliyi altında

“Gürcü uşaq kitab günü – 27 oktyabr təsis

edilmişdir”.

Astrid Lindqren adına “ALMA” mükafatı

İsveç Dövləti tərəfindən 2003-cü ildə, böyük

yazıçı, Astrid Lindqrenin xatirəsinin

əbədiləşdirilməsi və bütün dünyada uşaq

ədəbiyyatının məşhurlaşması üçün

yaradılmışdır. Mükafat çox böyükdür və hər il

dünyanın bir çox ölkələrinin uşaq

yazıçılarına, kitab rəssamlarına və bu sahədə

çalışan təşkilatlara verilir. Mükafat Fondu

5mln. İsveç kronasından (700 000 dolları)

ibarətdir. Namizədlərin siyahısına Gürcüstan

nümayəndələri indiyə qədər heç bir zaman

düşməmişdi. Bu il isə birincilik şərəfi gürcü

təşkilatı “Uşaq Ədəbiyyatı İnkişafı Fondu”-

nun qisminə düşdü.

2006-cı ildən İsveç-Gürcüstan

memorandumu əsasında Gürcüstan bu

mükafat komitəsinə qatıldı. Amma bu il ilk

dəfə Gürcüstandan namizədlər təqdim edildi.

Bu hadisə təkcə uşaq ədəbiyyatı fondu üçün

deyil, eləcə də bütün gürcü uşaq ədəbiyyatı

yazıçıları üçün və dövlət üçün əhəmiyyətli bir

faktdır.

Uşaq Ədəbiyyatının İnkişafı Fondu

“LİBO” (Ədəbi innovasiyalar və uşaqların

oriyentirləri – gürcücə) gürcü uşaq ədəbiyyatı

və yazıçılarını məşhurlaşmasına, oxu

bacarığının fəallaşdırılmasına xidmət edir.

Onun iş fəaliyyətinin əsas məqsədi əsəri

oxucuya çatdırmaq, müəllif hüquqlarını

qorumaq və uşaq ədəbiyyatı və uşaq

yazıçılarının problemlərinə doğru cəmiyyətin

diqqətini yönəltmək təqdim edir. 

Bu məqsədlə Fond öz imkanları

hüdudlarında Gürcüstanda ab-havanı

müəyyən şəkildə dəyişdi:  “Gürcü uşaq kitab

günü – 27 oktyabrı” təsis edib və hər il onu

həm paytaxtda, eləcə də regionlarda qeyd

edir. Fondun mövcud olduğu halda keçirilən

tədbirlər arasında ən əhəmiyyətlisi

Parlamentin kitabxanasının sərgi zalında

təşkil edilmiş yüz əlli illik tarixi olan gürcü

uşaq kitabının  və 130 illik uşaq dərgilərinin

sərgisi, “Saxalxo Bankı”-nın maliyyə dəstəyi

ilə nəşr edilən “Uşaq ədəbiyyatı almanaxı”

idi, onun üç nüfuzlu nömrəsi cəmiyyətə müasir

uşaq ədəbiyyatının canlı prosesini göstərdi və

cəmiyyətin diqqətini bir sıra problemlərə

yönəltdi. 

Fond hər il uşaq kitablarının və

dərgilərinin sərgilərini və sərgi-satışlarını

təşkil edir. Fond uşaq yazıçılığının klassiki

olan Maxvala Mrevlişvilinin 100-illik

yubileyini və uşaq ədəbiyyatı sahəsində

çalışan insanlar üçün  fevralın 27-də

“Mrevloba” gününü təsis etdi. Bu günlə

əlaqədar simvolik mükafat “Kikli-Kikli” təsis

edildi. Mükafat bu sahədə çalışan insanlara

verilir: yazıçılara, rəssamlara, naşirlərə,

kitabxanaçılara, jurnalistlərə, dramaturqlara,

müəllimlərə, aktyorlara, ədəbiyyatşünaslara,

yəni uşaq ədəbiyyatının məşhurlaşmasında,

uşaq ədəbiyyatının inkişafında çalışan

insanlara verilir.

Apreldə Fond qəribə bir aksiya təşkil etdi

“Nəşr edilməmiş kitabların sərgisi” və bu gün

beynəlxalq kitab gününə təsadüf edildi. Bu

sərgidə Fondun yardımı ilə gürcü müəllifləri

və naşirləri şəxsən görüşdülər və 200-ə yaxın

əlyazma kitablar təqdim edildi.

Fondun təşəbbüsü ilə Patriarxlığın

“İveriya” radiodalğasında bir neçə ildir ki,

“Uşaq ədəbiyyatı barəsində söhbətlər”

verilişi aparılır: son 15-20 il ərzində öz

məzmunu ilə təkrarolunmaz olan uşaq

ədəbiyyatı və uşaq yazıçılarının qeydlərinin

audioyazıları fondu toplandı. Eləcə də fondun

təşəbbüsü ilə Patriarxlığın televiziyası

vasitəsilə “LİBO” televiziya verilişləri

silsiləsi aparılırdı. Veriliş bütövlükdə uşaq

ədəbiyyatı sahəsini təhlil edirdi. Məhz fondun

təşəbbüsü ilə ilk dəfə uşaq ədəbiyyatı üzrə

Patriarxlığın Gənclər Mərkəzinin rəhbərliyi

tərəfindən keçirilən müsabiqənin əsası

qoyuldu. Fond öz işləri ilə isveçli

həmkarlarının diqqətini cəlb edə bildi və

2009-cu ildə “Gürcü uşaq  kitabı günü”

isveçli həmkarları ilə birlikdə qeyd edildi.

İrma Malatsidze (Fondun rəhbəri):

“ALMA” mükafatına nominant olaraq

fondumuzun təqdim edilməsi təkcə fond üçün

deyil, eləcə də bütün ölkə üçün çox vacib bir

faktdır. Düşünürük ki, Fondun işlərinə bu

yolla daha çox diqqət veriləcəkdir. Astrid

Lindqrenin mükafatına təqdimata qədər

Fondumuzun İsveç uşaq ədəbiyyatının

xadimləri ilə digər maraqlı əlaqələri var idi.

Hər şey ötən il başladı, bu zaman İsveç

Yazıçılar İttifaqının Uşaq Şöbəsinin

nümayəndələri Tbilisiyə qonaq oldular və

Gürcüstanın paytaxtında uşaq ədəbiyyatı üzrə

seminar keçirməyi qərara aldılar. Seminar

gürcü uşaq kitabı günündə, oktyabrın 27-də

planlaşdırıldı. Nəzərinizə çatdıraq ki, həmin

günü bir neçə il öncə uşaq ədəbiyyatının

inkişafı fondu təsis etdi və bundan sonra hər il

qeyd edilir. Seminar da məhz Fondun

nümayəndələri ilə birlikdə hazırlandı, sonra

isə İsveç yazıçıları və kitab rəssamları gürcü

həmkarları ilə birlikdə Batumiyə yola

düşdülər. Burada birgə, Gürcü-İsveç uşaq

kitablarını yaratmaq məqsədilə iş görüşünü

keçirmək planlaşdırılmışdı. Kitab üzərində iş

artıq başlayıbdır və baharda İsveçdə davam

etdiriləcək. Baharda bu qrupla birilkdə biz də

Stokholmda səfərdə olduq və bir çox maraqlı

görüşümüz oldu. 

“ALMA”-da təqdim edilmək bizə böyük

stimul verir. Bir daha əmin olduq ki,

seçdiyimiz yol doğru və çox lazımi bir yoldur.

Təqdirəlayiq haldır ki, mükafatın münsiflər

heyəti də bunu görüb qiymətləndirmişdi.

Ümid edirik ki, cari il ötən illərlə müqayisədə

daha bəhrəli və faydalı olacaqdır”.

Mariam Tsiklauri (Fondunun təsisatçısı):

“Bizim Fondumuz 2006-cı ildən yaranmışdır

və göründüyü kimi, 5 illik fəaliyyəti əsasında

“ALMA” komitəsinin diqqətini cəlb edə

bilmişdir. Belə ki, digər 175 namizədlə

birlikdə Astrid Lindqren mükafatı üçün

mübarizə aparmağa bizə imkan verildi. Bu,

demək olar ki, Gürcüstanın və eləcə də

Gürcüstanda uşaq kitablarını yaradan bütün

yazıçıların nailiyyətidir.

Bu, çox əhəmiyyətli bir faktdır. Düşünürəm

ki, bu yolla Fondun iş fəaliyyətinə daha çox

diqqət veriləcək, ümumiyyətlə, uşaq yazıçılığı

və uşaq kitabının mövzusu

aktivləşdiriləcəkdir. Bununla yanaşı, bir çox

işçi əlaqələrimiz və oxşar təşkilatlarla

münasibət imkanlarımız olacaqdır. Bu

imkanlar bizim təcrübələrimizi artıracaq və

Fonda daha çox yardım edəcəkdir. Çox

mühüm haldır ki, fond bu il bütövlükdə gürcü

uşaq yazıçılığı, illustratorlar, nəşriyyatlar

haqqında informasiyalar yerləşdirilən birinci

gürcü internet-səhifəsini yaratdı. İnternet-

səhifədə uşaq əsərlərinin bütün janrları

verilir – nəsr, poeziya, tərcümə, dramaturgiya,

uşaq ədəbiyyatı barədə resenziyalar və

məktublar. İnternet-səhifə bütün dünyada

gürcü uşaq kitabı ilə maraqlanan bütün

oxuculara xidmət göstərəcəkdir. Fond

haqqında informasiya internet-səhifədə gürcü

və ingilis dillərində yerləşdirilmişdir.

Bizim ünvanımızdır:  www.libofund.com

GÜRCÜ FONDU 

ASTRİD LİNDQREN MÜKAFATINA TƏQDİM EDİLİB

Astrid Lindqrenin  büstü 

Stokholmun Mərkəzi Kitabxanası


Yüklə 250,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə