Dil Birinci Fesil: Dilin Mahiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/47
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42843
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

21 
insanların cəmiyyət halında birləşməsinədək keçilmiş tarixi yol çox uzun olmuşdur. Enqels yazır ki, əməyin 
başlanmasından ilk daşın insan əlinin köməyi ilə bıçağa çevrilməsinədək böyük, nəhəng dövr keçmişdir. Bu 
keçid dövründəki varlığı hələ insan adlandırmaq olmaz. Çox vaxt elmi ədəbiyyatda «instinktiv insan» 
adlandırılan bu ikiayaqylı, danışmayan varlıq meymunla insan arasında keçid təşkil etmişdir, yəni 
troqloditidlər ailəsinə mənsub heyvan olmuşdur. 
İnsan şimpanze yaxud qorilla tipli meymundan əmələ gəlməmişdir, çünki inkişafın ən yüksək 
pilləsində duran meymunlarda belə insana xas olan xüsusiyyətlər- dik yeriş, ətli yeməyə vərdiş, ibtidai də 
olsa, əmək alətindən istifadə, yüksək inkişaf etmiş ali əsəb fəaliyyəti yoxdur. İnsan üçüncü dövr antromorf 
meymunlarından inkişaf etmiş və bir növ insanlaşmaq üçün ixtisaslaşdırılmış troqloditiddən törəmişdir. 
Troqloditidlər sözün əsl mənasında meymun deyildir, bir sıra morfoloji əlamətlər (məsələn, düzqamətli 
yeriş) və ekologiya (məsələn, ətyemə) bunları digər meymunlardan fərqləndirir. Bu əlamətlər sonralar insanı 
səciyyələndirən xüsusiyyətlərə daxil olsa da troqloditidləri insan adlandırmaq üçün kifayət deyildir. 
Bunlardan başqa bir sıra zəruri əlamətlər də troqloditidləri antromorf meymunlardan fərqləndirir. Belə ki, 
troqloditidlərdə fərdi ali əsəb sisteminin fəaliyyəti yüksək səviyyədə olmuşdur, onların orqanizmi şərti 
reflekslər yaratmağa, ətraf mühitin təsirini və hərəki reaksiyanı diferensiallaşdırmağa qabil olmuşdur. 
İnsanın yaranmasında əmək alətinin rolunu artıq şişirtmək, ehkamlaşdırmaq da lazım deyildir. Çox 
vaxt insanın əmələ gəlməsində əmək alətinin rolundan danışarkən K. Marks və F. Enqelsə isnad edib 
göstərirlər ki, onlar insanın yaranmasını əlin ilk əmək aləti yaratması ilə bağlamışlar. Düzdür, Marks və 
Enqels insanın yaranmasında əmək alətinin düzəldilməsi və istifadə edilməsinə böyük əhəmiyyət vermişlər. 
Lakin Marks tarixdən əvvəlki dövrdə əmək vasitələri arasında əsas rolu əmək alətlərinə deyil, əhliləşdirilmiş 
heyvanlara verir. O yazır: «Biz ən qədim insanın mağaralarında daş alətlərə və daş silaha rast gəlirik. Bəşər 
tarixinin ilk pillələrində emal edilmiş daş, ağac, sümük və balıqqulağı ilə yanaşı insan tərəfindən 
əhliləşdirilən, deməli, əmək sərf etməklə dəyişdirilən, bəslənib yetişdirilən heyvanlar da əmək vasitəsi 
olaraq başlıca rol oynayır». Əmək alətlərinə gəlincə, müəllif bunları mexaniki əmək vasitələri adlandıraraq 
əmək cisimlərini saxlamağa xidmət edən əmək vasitələrindən əhəmiyyəti hesab edir: «Əmək vasitələrinin öz 
içərisində mexaniki əmək vasitələri..., yalnız əmək cisimlərini saxlamağa xidmət edən əmək vasitələrindən 
xeyli artıq dərəcədə ictimai istehsalın müəyyən dövrünün xarakterik fərqləndirici əlamətini təşkil edir». Bu 
həqiqətən də belədir. Məlum olduğu kimi, bir sıra heyvanlar (məsələn, meymun, qunduz, bal arısı, 
hörümçək) heyvanabənzər, instinktiv əməklə məşqul olurlar. Bunlardan bəziləri (məsələn, qunduz, bal arısı) 
əmək alətləri kimi öz bədən üzvlərindən istifadə edirlər; meymun isə şüursuz da olsa, hətta əmək alətindən 
istifadə edir. Lakin indiyədək heç bir heyvan başqa bir heyvanı əhliləşdirməmişdir. Buna görə də alimlər 
tamamilə haqlı olaraq əmək vasitələri içərisində aparıcı rolu əhliləşdirilmiş heyvanlara verir. 
Troqloditidin insana çevrilməsi problemindən bəhs edərkən daha bir məsələni aydınlaşdırmaq 
lazımdır. Məlum olduğu kimi, bəzi heyvanlar da əmək alətlərindən istifadə edirlər. Lakin qeyd etmək 


22 
lazımdır ki, insanı heyvanlar aləmindən fərqləndirən əlamətlərdən biri də budur ki, bəşər tarixinin ilk 
pillələrində əmələ gəlməkdə olan ilk insan əmək aləti və silah kim emal olunmuş daşdan istifadə etmişdir, 
daha doğrusu əmək aləti və silah kimi istifadə etmək üçün daşı emal edib yararlı hala salmışdır. 
Əməyin ilkin, instinktiv, heyvanabənzər pilləsində insandan, cəmiyyətdən, deməli, bunlarla bərabər 
üzvlənən aydın nitqdən söhbət belə gedə bilməz. Əməyin (instinktiv əməyin) başlanğıcından şüurlu əməyin 
meydana gəlməsinədək bəşəriyyət nəhəng inkişaf yolu keçmişdir. F. Enqels meymunun insana çevrilməsi 
prosesində əməyin rolu» adlı əsərində bu inkişafı cəmiyyətəqədərki dövr adlandırır və göstərir ki, bu dövr 
yüz min illər boyu davam etmişdir. Onun fikrincə, cəmiyyət yalnız insanla birlikdə yaranmışdır. Enqels 
meymunun insana çevrilməsi prosesinin üç pilləsini göstərir: 1) əvvəlcə ibtidai (primitiv, instinktiv, 
heyvanabənzər) əmək təzahür edir; 2) əməyin uzunmüddətli inkişafı nəticəsində nitq əmələ gəlir; 3) əməyin 
və onunla yanaşı nitqin yeni uzunmüddətli inkişafı nəticəsində cəmiyyət yaranır. Müəllifə görə, inkişafın 
yalnız bu üçüncü pilləsində insanın meymundan qəti surətdə ayrılması baş verir. M. P. Jakov belə fərz edir 
ki, cəmiyyətin yaranmasının başlanqıcı aşağı paleolit dövründən sonraya aiddir. B. F. Porşinev yazır ki, 
gələcək insan ünsiyyətini və insan cəmiyyətini xəbər verən prinsipcə yeni hadisələrin ilk simptomların 
mustyer zamanının ikinci yarısında müşahidə edilir, bioloji və ictimai qanunlar arasında hakimiyyət uğrunda 
mübarizə yuxarı paleolitin sonlarına doğru bəlkə də neblitə keçid dövründə bitir
 5

Dialektik və tarixi materializm, materialist fəlsəfə dilin (üzvlərinə bölünən aydın nitqin) yaranmasını, 
adətən, cəmiyyətin yaranması, insanların cəmiyyət halında birləşməsi ilə bağlayır (dil cəmiyyətdə yaranır, 
cəmiyyətdən kənarda dil mövcud deyildir). Cəmiyyətin yaranması üçün bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan 
üç hadisə, üç əsas sosioloji kateqoriyanın mövcudluğu zəruridir: 1) istehsal qüvvələri; 2) ictimai-istehsal 
münasibətləri (iqtisadi bazis) və 3) üstqurum. Yalnız bu üç amil birlikdə mövcud olduqda cəmiyyət mövcud 
ola bilər; bunlar ciddi səbəbiyyət əlaqəsi ilə bir-birindən asılıdır. Bu üç amilin sıx əlaqədə və qarşılıqlı 
asılılıqda olmasına baxmayaraq yenə də hər halda cəmiyyətin yaranmasından danışdıqda istehsal 
münasibətlərinin yaranması məsələsi ön plana çəkilir. Çünki təkcə istehsal münasibətləri insanları əmək 
prosssində birləşdirir. İstehsal münasibətlərinin meydana gəlməsi istehsal vasitələri üzərində mülkiyyətin bu 
və ya digər formasının yaranmasına səbəb olur. Cəmiyyətin yaranması istehsal vasitələri üzərində 
mülkiyyətin formaları ilə əlaqələndirilərək göstərilir ki, ...mülkiyyətin heç bir formasının mövcud olmadığı 
yerdə heç bir istehsal haqqında, deməli, heç bir cəmiyyət haqqında söhbət belə gedə bilməz. Bu da təbiidir 
ki, mülkiyyətin hətta hər hansı ibtidai forması, o cümlədən, kollektiv (ibtidai) mülkiyyət instinktiv, 
heyvanabənzər səciyyə daşıya bilməz, deməli, instinktiv, heyvanabəpzər əmək dövründə mülkiyyət 
formalarından, bu sonuncu olmadan cəmiyyətdən də danışmaq olmaz. 
Şüurun, təfəkkürün, nitqin yaranması da cəmiyyətin yaranması ilə əlaqədardır. İstər şüur və təfəkkürün 
(məfhumlu təfəkkürün), istərsə nitqin mənbəyi fərdin təbiətə münasibətində deyil, fərdlərin bir-biri ilə 
münasibətlərində meydana çıxır. Göründüyü kimi, bu problem cəmiyyətin yaranmasından ayrıca götürülmüş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə