«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə25/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   21   22   23   24   25   26   27   28   ...   122

 
59 
Bundan
 
sonra,
 
Plutarx
 
düĢmənə qarĢı gedən Pompeyin onları Abant 
çayı kənarında  çarın qardaĢı Kosisin  baĢçılığı ilə döyüĢə hazır durumda 
gördüyünü,  alban  qoĢununda  66  min  piyada,  12  min  süvari  və  onların 
sırasında  amazonkaların  olduğunu  yazır.  Əlbəyaxa  döyüĢdə  Pompeyin 
Kosisi  öldürdüyünü qeyd  etsə də,  albanların  yenilməsini  açıqlamır.  Hal-
buki  antik  müəlliflər  belə  hallarda  kiçik  qələbəni  də  ĢiĢirtmə  ilə  verirlər. 
DöyüĢdə  qadınların  iĢtirakı  və  qoĢunun  pis  silahlanması  da  göstərir  ki, 
Pompey
 
Alban çarı və onun əsas qoĢunu ilə deyil, qarĢısına çıxan Kosislə 
savaĢmıĢdır. Sonra Plutarx davam edərək yazır: 
«
Pompeyin  bu  döyüĢdən  sonra  Kaspi  dənizinə  qədər  getmək  niyəti 
vardı, lakin dənizdən üç günlük məsafədə olmasına baxmayaraq, zəhərli 
ilan-çayanın çoxluğundan geri qayıtmağa məcbur qaldı
».
139
 
 
Göründüyü kimi, Plutarx döyüĢ yerini Xəzərə «üç günlük» məsafə-
də Abant çayı kənarında vermiĢdir. Kürü keçəndən sonra Xəzərə üç gün-
lük yolda hansı çayın axdığını müəyyən etmək üçün müasir xəritələrə bax-
saq, bunun Pir-Saqat və ya Sumqayıt çayı olduğunu görmək olar.
140
 
Saqa-
qamər boylarının məskunlaĢdığı bölgədə Pir-Saqat/Kambis hidroniminin 
paralel iĢlənməsi mümkündür. Böyük Plini Kür ilə Albana çayı arasında 
Xəzərə tökülən Kambis çayını göstərir ki, bu da coğrafi koordinatlara görə 
Pir-Saqatdır. 
Deməli,
 
rumların
 
Azərbaycana
 
yürüĢünün
 
yönü
 
Y.A.Manandyanın 
yazdığı kimi deyildir; Pompey
 
Aqstafa
 
yaxınlığında Kürü, sonra Qabırrı, 
Qanıx
 
çaylarını keçib,
 
ġəki-Zaqatala arasındakı bölgədə döyüĢməmiĢdir. 
Pompeyin uzun və üzücü yol üçün götürdüyü su ehtiyatı, keçdiyi çayların 
adı,
 
Xəzərə üç günlük məsafədə
 
vuruĢması aydın göstərir ki,
 
rum
 
legionu 
Qazax  bölgəsindən  ġirvan  düzünə,  burada  indiki  ġirvan  kanalı  boyunca 
irəliləyib,  Kürdəmir-Ağsu  arası  ilə  indiki  Qobustan  rayonuna  daxil  olur 
və Mərəzə-ġamaxı
 
bölgəsində
 
Pir-Saqat
 
(Kambis)
 
çayını keçir. Rum və 
alban  qoĢunu  burada  və  ya  yaxındakı  Sumqayıt-çayın  Qozluçay  qolu 
yaxasında  savaĢır.  Beləliklə,  Xəzərə  bu  üç  günlük  məntəqədən  Pompey 
geri qayıdıb Borçalı bölgəsinə dönür. 
                                                 
139
 Eyni qaynaq, (Помпей, XXXVI). 
140
 Böyük Plini və Ptolemeyin  Pir-Saqat çayını Kambis  hidronimi  ilə verdiyinə diqqəti 
çəkən coğrafiyaçı Seyran Vəliyev, doğru olaraq yazır ki, Pompey Kür çayını Mingəçe-
vir  yaxınlığında  keçib,  ġirvan  düzü  ilə  Pir-saqat  (Kambis)  çayına  doğru  irəliləyir,  onu 
keçəndən sonra Sumqayıt (Abant) çayının bir qoluna yaxınlaĢır və döyüĢ burada baĢ verir 
(Велиев, 1983, 95-96, 110). 


 
60 
Qobustandan  baĢını  götürüb,  yayın  istisində  əldən  düĢmüĢ  əsgər-
lərilə geri qaçan Pompey keçən qıĢı keçirdiyi Kaspi bölgəsinə payızqaba-
ğı  dönür  və  65/64-ün  qıĢını  da  burada  keçirir.  Azərbaycandan  geri 
dönən Pompey
 
Qazax
 
bölgəsinə
 
qədər
 
gəldiyi yolla geri qayıdır,
 
buradan 
Dilican-Qanlıca  yolu  ilə  deyil,  Qazax-Tiflis  yolu  ilə  Borçalının  yuxarı 
bölgələrindən keçib
 
Kaspiyə
 
enir. QıĢı orada qalıb,
 
yazda Qanlıca-ArtaĢat-
Sürməli-Körpüköy yolu ilə geri qayıdır. 
Beləliklə,  Pompeyin  Azərbaycana  yürüĢ  yolunu  qədim  qaynaqlar 
üzrə
 
araĢdırmaqla bu ölkənin m.ö.
 
I əsrdəki etnik
 
tarixi-coğrafi
 
durumuna 
aid müəyyən bilgi əldə etdik. Göründüyü kimi, yolboyu qarĢıya çıxan Kür, 
Araz, Araq, Kasax, Kambis, Albana  hidronimləri,  Antak,  Xazdar, Baqa, 
Astarak, Qanlıca, Abul, Kaspi, Asqur, Alban toponimləri türk onomastik 
qaynağını təĢkil edir və bunların içində azər/xəzər xalqı adının kökündə 
duran qədim  «az»  boyuna  aid  genotoponimlərin tərkibi  də  müxtəlif  dia-
lekt deyimlərini aydın əks etdirir:
 
as/az  -  *as-tarañur (as-tarak),  as-qur,  az-ar (azər) 
kas/ xaz - kas-pi,  kas-ax,  xaz-dar (xazlar)       
 
Beləliklə,
 
II  Sarqonun  və  Pompeyin  Azərbaycana  yürüĢünü  təsvir 
edən asur və yunan-latın qaynaqları m.ö.VIII və
 
I əsrlərdə Arazdan aĢağı 
və  yuxarı  bölgələri  haqqında  gərəkli  bəlgələr  verir.  Azərbaycanın  etnik 
demoqrafiyası baxımından bu bəlgələrin böyük əhəmiyəti vardır. Belə ki, 
Güney
 
Azərbaycanda bars, xoruz, qaban, subar, sabar, zəngi,
 
qızıl,
 
qaralı, 
dəli,
 
saqa,
 
bardı boylarının,
 
Quzey
 
Azərbaycanda as/az, azər, kaspi,
 
alban 
boylarının  yaĢadığı bəlli olur. Sonrakı qaynaqlarda aran və ağvan adları 
ilə tanınan alban boylarının Ġrəvan-Borçalı arasında yaĢadığı da bəlli olur. 
Eyni durum kaspi boylarında da özünü göstərir, onlar həm Xəzər  yaxası 
bölgələrdə,  həm  də  Borçalının  ayrı-ayrı  bölgələrində  görünür.  Eyni  adlı 
türk boylarının
 
Azərbaycanın müxtəlif bölgələrinə yayılması saqa,
 
subar, 
zəngi, bars boylarında da özünü göstərir. 
Bu
 
yürüĢlər
 
boyu
 
tanıĢ olduğumuz Buya,
 
Aratta, Kisil-axa, Kambis, 
Araq, Kasax, Araz, Kür, Albana kimi çayların, onlarla yer-yurd, dağ ad-
larının  türkcə  olması  da  aydın  göstərir  ki,  Güney  Qafqazda  və  Güney 
Azərbaycanda  yerli  əhali  türklər  idi.  Alban  çarı  Uruz  və
 
qardaĢı
 
Kutus,
 
Mana  çarı  Ullusun  türk  adı  daĢıyır,  qaynaqlarda  bəzi  qalabəylər,  bölgə 
baĢçıları «böyük»,
 
«yanzu»
 
titulları
 
ilə
 
verilmiĢ,
 
«qəbilə» anlamında uruk 
sözü
 
qeyd
 
olunmuĢdur.
 
Qaynaqlarda
 
adı keçən türk etnonimlərində boya-


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə