«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə22/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   18   19   20   21   22   23   24   25   ...   122

 
53 
Pompey  yürüĢə  Fəratın  yuxarı  axarında  Pasin-suyun  Araza  qovuĢ-
duğu  Körpü-köydən  baĢlayır;  burada  atasına  qarĢı  çıxmıĢ  gənc  Tiqranla 
görüĢür, yanına onu da alıb Dəli-baba aĢırımından ƏləĢkird ovasına keçir, 
buradan  Üç-kilisəyə,  oradan  da  Karvansaray  (Qucax)  aĢırımı  ilə  Ġqdıra
 
enir,
 
Arazı
 
keçib
 
ermən çarı oturan ArtaĢata yaxınlaĢır. Ərsaq dövlətinin 
tabeliyində  olan  Ermən  ölkəsinin  əsas  əhali  azər  türkləri  olan  bu  doğu 
bölgəsinə haylar kiçik qruplarla yenicə sızmağa baĢlamıĢdı. Hələ bir əsr 
sonra da bölgənin azər ölkəsi olması Strabonun bu qeydində aydın görü-
nür, o yazır ki, Azar
 
ölkəsində
 
Araz
 
çayı
 
ArtaĢatın
 
yanından
 
keçir.
121
 
Məhz 
bu Ģəhərdə Tiqran rumlara döyüĢsüz təslim olub, Rum vassallığını qəbul 
edir.  Bundan  qəzəblənən  Ərsaq  çarı  Pompeydən  gənc  Tiqranı  tələb  edir 
və Ərsaq-Rum sınırının Fərat yaxası olduğunu ona xatırladır. Plutarxın 
yazdığına görə, Pompey cavab verir ki, gənc Tiqran ərsaqların qohumu 
olsa
 
da,
 
atası
 
Tiqran rum tərəfdarıdır, sərhədlər isə ədalətlə bölünəcək.
122
 
Görpü-köydən ArtaĢata qədər 15-20 günlük durumu Plutarx qısaca 
belə verir: «Atasına qarşı çıxan gənc Tiqranın çağırışı ilə Ərməniyə gələn 
Pompeyi o, Araz çayı yaxasında qarşıladı. Bu çay Fəratla eyni bölgədən 
qaynağını alır, lakin doğuya yönəlib Kaspiyə tökülür.
 
Pompey və Tiqran 
irəli gedib, yolda  qarşılarına  çıxan  şəhərləri  tutdular».
123
   
Plutarxın  bu 
hadisə ilə bağlı verdiyi  məlumatda  Araz çayı haqqında olan bəlgə də 
diqqəti çəkir, çünki bu çayın coğrafi koordinatları bəzi antik müəlliflərin 
yazısında dolaĢıq salınmıĢdır. ArtaĢatdan quzeyə qalxan Pompeyin hansı 
yerli boylarla qarĢılaĢdığını qeyd edən Plutarx yazır:  
«
Bunların içində sayca çox olanlar alban və iberlərdir; iber bölgəsi Mos-
xi dağları və Qara-dənizə qədərdir, albanların doğu məskəni isə Kaspi dənizinə 
qədər
 
uzanır.
 
Albanlar əvvəl öz ölkələrindən keçməyə Pompeyə razılıq vermişdi-
lər, ancaq rum qoşunu onların ölkəsində olanda qış başlandı və rumlular Sa-
turnaliy bayramını qeyd edəndə albanlar 40 minlik qoşunla Kürü keçib onlara 
hücum  etdilər.  Kür  çayı  İber  dağlarından  başlanır  və  Ərməndən  axan  Arazı 
qəbul edib, 12 qolla Kaspi dənizinə tökülür. Lakin bəziləri deyir ki, Kür Araza 
qovuşmayıb, Araza çox yaxın yerdən həmin dənizə axır
».
124
 
 
Qara seçdirmə
 
ilə verdiyim «öz
 
ölkələri»,
 
«onların ölkəsi»
 
ifadələri
 
Borçalıdakı alban boylarına aiddir. Doğrudan da, ArtaĢatdan yuxarı qalxıb 
                                                 
121
  Страбон, XI, 14.3. 
122
 Плутарх, II t. 1963, 359. 
123
 Eyni qaynaq, 357; (Помпей, XXXIII). 
124
 Плутарх. Помпей, XXXIV. 


 
54 
Axıska bölgəsinə  girən Pompeyin
 
qarĢılaĢdığı
 
yerli
 
boylar,
 
sonrakı
 
bitik-
lərdə geniĢ bəhs edəcəyim borucakambicə, saqaca, alban, aran, kaspi
göyərkəngər boyları Strabonun qeyd etdiyi 26 alban boylarından idi. Al-
ban
 
boybirləĢmələrinə
 
daxil olan boyların əksəri çox
 
vaxt ümumi  «alban» 
adı  ilə  tanınırdı.  Xeyli  Alban/Alpan  kənd  adları  sonrakı  qaynaqlarda  və 
müasir Gürcüstan, Ermənistan, Dağıstan ərazilərində vardır. Ona görə də, 
Plutarx  Pompeyin  yolunda albanları,  quzey  və quzey-batı  bölgələrdə  isə 
iberləri
 
qeyd
 
edir
 

 
rum
 
legionunun
 
qıĢladığı
 
Borçalı mahalının Axalkalak-
Axısqa bölgələrini «albanların öz ölkəsi» adlandırır.
 
ArtaĢatdan  Kürün 
yuxarı axarında sol yaxaya qədər Pompeyin türk kəndlərindən keçməsi 
də  təbiidir,  çünki  bu  bölgə  Pompeydən  hələ  5-6  əsr  əvvəl  saqa-qamər 
boylarının  qurduğu Elin  (Dövlətin) əsas ərazilərindən  biri  idi.  Sonralar 
gürcüdilli  rəsmi  sənədlərdə  bütöv  bir  mahal  kimi  buranın  «böyük  türk 
yurdu» anlamında Didi-Turkoba adlanrması da bəllidir. Gürcüstan tari-
xini  yazan  polyak  alimləri  B.
 
Baranovski  və  K.
 
Baranovski  ayrıca  bir 
bölməyə «Didi-Turkoba» baĢlığı vermiĢlər.
125
 
Körpü-köydən  ArtaĢata  kimi  keçilən  məntəqələrin  müasir  adlarla 
qarĢılığı Pevtinqer xəritəsində belə verilir:
   
Ad confluentes -  Körpü-köy
Andaga - Endek/Antak; Chadas - Xazdar;  Bagauna - Üçkilisə/Qarakilisə;      
Artaxsata - ArtaĢat.
 
Burada Dəli-baba dağı tərəfdə qeyd olunmuĢ Andaqa~Endek adla-
rındakı yaxınlıq diqqəti çəkir, Y. A. Manandyanın verdiyi Xazdar adına 
isə
 
əlim çatan xəritələrdə rast gəlmədim. Əgər bu genotoponimdirsə,
 
onda 
xazdar  (azlar)  forması  az/xaz  etnoniminin  tarixi  üçün  gərəkli  bəlgədir. 
Hay yazılarında Baqavan Ģəklində iĢlənən Baqauna indi Üçkilisə adlanır, 
rus hərbi xəritəsində (1903) isə Qarakilisə kimi  verilmiĢdir ki, bütün bu 
adlar qədim ocaq yeri olan Baqa məbədi ilə bağlıdır, bu da qədim türkcə 
tanrı adlarından biridir. 
Pompey ArtaĢatdan çıxıb quzeyə yönəlir ki, qıĢı Borçalıda keçirsin 
və Kolxidaya arxadan  girmək üçün  yaz kompaniyasını  oradan baĢlasın 
və bunun üçün yuxarıda iber, sağda alban boylarının ona hücum etməyə-
cəyinə
 
arxayın
 
olmalı idi.
 
Həmin cinahları təhlükəsiz etmək üçün Ġber və 
Alban çarlarının razılığını alır. Lakin 66/65-in qıĢını keçirdiyi Borçalının 
Axıska (Kaspi)
 
bölgəsində
 
rum
 
əsgərləri
 
17 dekabrda saturnaliy bayramını 
qeyd edib  Ģənləndikləri vaxtda  albanlar  qəfil hücum edir.  Appian  qeyd 
edir ki, bu hücumda Ġber çarı Artokun baĢçılığı ilə iberlər və Alban çarı 
                                                 
125
 HG
,  43-44.
 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə