«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə38/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   34   35   36   37   38   39   40   41   ...   122

 
86 
bir məhəllənin Albanlar deyil, Ağvanlar adlanması da bununla izah olun-
malıdır».
59
  
Sultan Yaqubun 1487-ci ilə aid bir fərmanında ġirvan əvəzinə Ağvan 
ölkəsi  yazılmıĢdır.  Alban  kilisəsi  1828-də  ləğv  edildi,  axırıncı  alban  dini 
rəhbəri  Sərkisə  aid  hayca  epitafiyada  «bu,
 
Ağvan  katalikosu  Sərkisin 
qəbridir» sözləri yazılmıĢdır. 
Əmir
 
Teymurun
 
bəzi  xristian ağvan
 
ailələrini  Qafqazdan Qəndəhar 
civarına
 
köçürdüyünü
 
yazan
 
alban
 
katalikosu
 
Yesai Hasan
 
Calalyan onların 
alban  olduğunu  vurğulamıĢdır.
60
 Beləliklə,  baĢqa  türk  ellərinə  nisbətən 
Azərbaycanda  geniĢ  yayılmıĢ  Alvan  azər  deyimini,  baĢqa  türk  ellərində 
olmayıb, Azərbaycanda da az görünən Ağvan isə hay deyimini əks etdirir 
və hər ikisi türk sözü olan Alban adının azər və hay dilləri üzrə qanuna-
uyğun Ģəkildə dəyiĢmiĢ variantıdır. 
Aran  adı  isə  Alban  adının  sinonimi  olsa  da,  kökündə  iki  müxtəlif 
məna daĢıyan «ar» sözü dürür. Ona görə də,
 
ar sözlərindən iki aran sözü 
yaranmıĢdır. Bunlardan biri Azərbaycanda maldarlığın yarandığı çağlarda  
yaylaq-qıĢlaq yaĢamı
 
ilə
 
ortaya çıxmıĢ çox qədim etnoqrafik çalarlı coğrafi 
termindir və yaylaq yerləri olan dağlıq bölgələrdən havasının mülayimliyi 
ilə fərqlənən düzən çölləri, ovalıqları bildirir. Ġkinci aran sözü isə sumer 
dilinə  də vaxtilə  eren  («ərən»)  Ģəklində keçmiĢ  qədim  Ön  Asiya  izoqlo-
sudur. Beləliklə, qarĢımızda iki qədim söz vardır: 1) aran «qıĢlaq», «çöl»;   
2) aran «ərən», «bahadır».  
Ġkinci aran alp sözünün sinonimi olduğu üçün, Aran (ər-an) və Alban 
(alb-an) adları arasında leksik fərq yaratmır, çünki alp-ərən və həmçinin 
yuxarıda  verilən  misallar  sırasındakı  qədim  alb-eri  eyni
 
mənalı
 
sözlərin
 
qoĢa
 
iĢlənməsini
 
əks
 
etdirən
 
deyimlərdir.  Ona  görə  də,  alban  «bahadır» 
sözü kimi, aran «ərən, bahadır» sözü də boyadına çevrilə bilmiĢdir. De-
məli,  eyni  leksik  anlamlı  etnonimdən  yaranan  Aran  və  Alban  ölkəadları 
bir-birindən, uzaqbaĢı, azər dilinin ayrı-ayrı dialektləri üzrə iĢlənmə tez-
liyi ilə fərqlənən xoronimlərdir.
61
  
Lakin
 
məsələ
 
burasındadır
 
ki
,
 
yuxarıda  verilən
 
toponimlər
 
sırasında 
birinci aran «qıĢlaq» sözü də iĢtirak edir. Əgər, Aran dağı, Aranbad, Aran 
                                                 
59
 Гейбуллайев, 1990, 135. 
60
 Джалалян, 1989, 21-22.  
61
 Titullu alimlərdən fərqli olaraq, Aran adının sözaçımına Həmzə müəllim daha düzgün 
yanaĢmıĢ, Alpan-Aran adlarında eyni məna yatdığını qeyd etmiĢdir (Щямзя Вяли, 
32).  


 
87 
xoronimi, Aran təpələri kimi toponimlər, Aran Ģəxsadı, Aran dili deyimi, 
Dorbet-Aran, Muq-Aran kimi qoĢa etnonimlər aran boyadı ilə bağlıdırsa, 
Yazı-Aran, Mets-Arank (Böyük Aran), Tos-Aren (Düz Aran), Arandüzü, 
Arançı  təpələri  kimi  toponimlər  və  arançı  etnonimi  «qıĢlaq»  anlamlı 
aran coğrafi termini ilə bağlıdır. Beləliklə, Alban, Alvan, Ağvan və Aran 
adları ilə bağlı örnəklərin gözdən keçirilməsi ilə Alvan, Ağvan adlarının 
Alban  adından  törədiyi  və  Aran  ilə  Alban  adının  eyni  anlam  daĢıdığı 
aydınlaĢdı,  həm  də  bəlli  oldu  ki,  bu  xoronimlərin  dördü  də  eyni  ölkənin 
adını bildirir. Deyilənləri sxem üzrə qruplaĢdırmaq olar:
 
 
*ar/ər-an > aran/ərən 
 
 
 
*ar-an > aran 
 
  aran-çı > arançı 
 
 
 
*alıb-an > alban/alpan 
   
 
 
 
  alban > alvan 
  alvan > ağvan(k)  
  
  
  alp-a-qut  > alpağut 
  alb-əri / alp-ərən 
 
«ərən», 
«bahadır» 
 
 
«qıĢlaq» 
 
«yatuq» 
 
 
 
«bahadır» 
 
 
 
 
 
 
 
 
«öndər 
bahadır» 
aran (etnonim)  
Aran (antroponim) 
Aran (toponim) 
Aran (xoronim)   

Alban 
 
Aran (toponim) 
=
 (Muğan) 
 
arançı (etnonim) 

(tat) 
 
alban (etnonim) 
alpan (etnonim) 
Alban (antroponim) 
Alban (toponim) 
Alban (xoronim)   
=
 Aran 
 
Alvan (toponim)    

Aran 
ağvan (etnonim)    

alban 
Ağvan (toponim)     
Ağvank (xoronim) 
=
 Aran 
 
Alpout (toponim) 
Alberi, Alebri (toponim) 
Göründüyü
 
kimi,
 
hər
 
bir  adın,
 
toponimin  yozumuna  fərdi  yanaĢma 
olmasa, qaynaqların verdiyi bəlgənin Ģərhində dolaĢıq və yanlıĢ fikirlərin 
ortaya çıxması qaçılmazdır. Belə ki, hay və azər alimləri arasında onil-
lərlə  davam  edən  mübahisənin  səbəbi  bu  coğrafi  adın  anlam  tutumunu 
gözardı etmələri ilə bağlıdır. M.
 
Xorenatsi I  əsrdə Aran adlı baĢçısı olan 
Ağvan(k)  ölkəsinin
 
Borçalı
 
sınırındakı
 
Xunan
 
qalasından
 
(Xınanakert)
 
baĢ-


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə