Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə47/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   43   44   45   46   47   48   49   50   ...   71

hörülmüşdü, qırmızı və qızılı tikiş milləri ona xüsusi yaraşıq verir, üstündə 
müqəddəs və əzabkeş insanların təsvirləri olan medalyonlar yellənirdi; bu 
müqəddəslər arasında müqəddəs Sebastyanın da təsvirini görmək olardı. Dorianın 
başqa ibadət libasları da vardı; bu libaslar mavi ipək parçadan, zərxaradan və  
qədimi güllü parçalardan ibarət idi; bu parçaların üstündə də müxtəlif təsvirlər 
vardı – ehtiras Allahı və çarmıxa çəkilmiş İsa peyğəmbərin təsvirləri; bundan 
başqa, şir və tovuzquşlarının təsvirləri, müxtəlif emblemlər də ilmələnmişdi. 
Kolleksiyalar arasında ağ atlazdan uzunqol bürüncəklər də vardı; bu ağır çəhrayı 
parçanın üzərinə də naxışlarla zanbaqlar, delfinlər, fransız gülləri ilmələnmişdi; 
kilsə və dini mərasimlər üçün nəzərdə tutulmuş moruq rəngli digər məxmər 
bürüncəklərdə isə üzərində İsanın və digər müqəddəslərin əksi olan bayraqlar, 
ələmlər vardı. Bütün bu predmetlər mistik mərasimlər zamanı istifadə olunurdu və 
bunlar Dorianın xəyallarını qanadlandırırdı.  
Bütün başqa kolleksiyaları kimi Dorianın səliqə-sahmanlı evində yerbəyer edilmiş 
bu xəzinələr də, müvəqqəti olsa da, qayğılarını unutdurur, artıq onun üçün 
dözülməz şəkil alan qorxu hissini götürürdü. Uzun zaman bağlı qalmış  və bir 
vaxt uşaqlıq illərini keçirdiyi dərs otağına o bədheybət portreti özü qoydu, özü 
divardan asdı; o portretin dəyişən cizgilərində öz həyatının rüsvayçı həqiqətini 
görür, oxuyurdu; elə buna görə də portretin üstünə qırmızıyaçalan qızılı örtük 
çəkdi. Dorian bir neçə həftə bu otağa girmədi, portretə baxmadı, kətan parça 
üzərindəki o çirkin sifəti unutdu; bu müddət ərzində o, əməlli-başlı özünə gəldi, 
əvvəlki həyatsevərliyi, qayğısız günləri, ehtiras və şövqlə dolu əhvali-ruhiyyəsi 
bərpa olundu. Lakin sonra qəflətən gecələrin birində o, yuxudan durub xəlvəti 
olaraq evdən çıxdı və hansısa Blu Qeyt Fildz yaxınlığındakı əxlaqsızlıq 
yuvalarına, pritonlara getdi və günlərini oralarda keçirməyə başladı; o, pritonlarda 
o qədər qaldı ki, axırda onu oradan qovdular. Evə qayıdanda isə o, portretin 
qarşısında oturub ona baxmağa başladı; bəzən özünə də, portretə də  nifrət etdi, 
bəzən isə  günahlarını  boynuna alan fərdiyyətçi qüruru ilə gülümsədi, öz yaramaz 
oxşarı ilə, Dorian üçün ağır bir yük daşımağa məhkum edilmiş oxşarı ilə qarşı-
qarşıya oturub xəlvəti-xəlvəti kam almağa başladı. 
 
Bir neçə ildən sonra Dorian portretə o qədər öyrəşdi ki, ondan ayrıla 
bilmirdi; hətta İngiltərədən başqa bir ölkəyə gedəndə də orada çox qala bilmirdi, 
darıxırdı, qayıdırdı evinə; o, lord Henriylə birlikdə tutduğu Truvilldəki villasından 
da imtina etdi; qış aylarını lord Henriylə bir neçə dəfə birlikdə yaşadığı 
Əlcəzairdəki ağ divarları olan evindən də imtina etdi; Dorian portretdən 
ayrılmağına dözə bilmirdi; portret onun həyatının ayrılmaz hissəsi idi; bundan 
başqa, o qorxurdu ki, evdə olmayanda kimsə otağa girib, onun gizli saxladığı və 
möhkəm qoruduğu portretə baxa bilər. 
 
Bununla belə, onda belə bir arxayınçılıq da vardı ki, portretə baxan adamlar 
heç nə başa düşməyəcək. Doğrudur, iyrənc eybəcərliyə baxmayaraq, portret açıq-


aşkar ona oxşayır; axı onlar bundan nə öyrənəcəklər? Dorian onu şantaj etməyə 
çalışan hər kəsə yerini göstərib güləcək. Axı portreti o çəkməyib! Bəs bu rüsvayçı 
yaramazlığa görə onu kim günahlandıra bilər? Hə, lap elə tutaq ki, o, həqiqəti açıb 
söylədi, kim inanar buna? 
 
Hər halda, o qorxurdu. Bəzən elə olurdu ki, o, Nottinqamşirdəki öz böyük 
malikanəsində ziyafət məclisi düzəldib qonaq qəbul edirdi; öz dairəsinin kübar 
gəncləri arasında onun çoxlu yaxın dostu da vardı; Dorian onları həm əyləndirir, 
həm də bütün qraflıqda öz israfçı dəbdəbəsi və füsunkar təntənəsi ilə heyrətə 
gətirirdi; bir də görürdün şadyanalığın şirin yerində qəflətən qonaqları tərk etdi, 
London küçələri ilə evinə tələsdi ki, görsün şəkil yerindədir, ya yox; otağın 
qapısını sındırmayıblar ki? Birdən onu oğurladılar, onda necə olacaq? Bu barədə 
düşünəndə belə onun damarlarındakı qan donurdu. Cəmiyyət onun sirrini 
biləcəkdi axı! Bəlkə də, adamlar artıq ondan şübhələnməyə başlamışdılar?! 
Düzdür, Dorian çoxlarını məftun etmişdi, lakin elə adamlar vardı ki, ona 
inanmırdı, ona şübhə ilə baxırdı. Hətta onu, az qala, Vest End klublarının birinin 
üzvlüyündən xaric etmək istədilər; halbuki ana tərəfdən əsil-nəcabətinə, habelə  
cəmiyyətdəki statusuna görə onun bu klubun üzvü olmağa tam haqqı çatırdı; 
danışırdılar ki, bir dəfə Dorianın dostlarından biri onu Çörçill klubunun siqaret 
çəkmək üçün ayrılmış otağına aparanda hersoq Bervik və onun ardınca da başqa 
bir kübar adam nümayişkaranə durub salonu tərk etmişdilər. Dorianın iyirmi beş 
yaşı olanda artıq onun barəsində şübhəli söz-söhbətlər gəzirdi. Deyirdilər ki, onu 
kimsə şəhərin Uaytçapel hissəsində yerləşən əxlaqsızlıq yuvalarının birində 
görüb; hətta burada o, xarici matroslarla dava-dalaş da salıb; sonra danışırdılar ki, 
o, şəhər oğruları və saxta pul kəsənlər ilə yaxın əlaqədədir və onların da bütün 
biznes sirlərini bilir. Onun qəfil və müəmmalı “itməsi”ni çoxları bilirdi; və Dorian 
bütün bu müəmmalı “qeyblər”dən sonra yenidən cəmiyyət arasına çıxanda kişilər 
arasında pıçhapıç başlayır, künc-bucaqda dedi-qodular baş alıb gedirdi; onun 
yanından ötənlər ona həqarətlə baxır, yaxud da kinayə ilə gülür, don vurmuş 
sınayıcı baxışlarını ona zilləyirdilər, elə bil, bununla demək istəyirdilər ki, de 
görüm, sən əsl həqiqətdə kimsən?! 
Əlbəttə, Dorian bu eyhamlı baxışlara və xəbərdarlıq işarələrinə əhəmiyyət 
vermirdi; adamların əksəriyyəti onun açıqqəlbli olmasına, xeyirxahlığına və 
mehribançılığına, uşaq sadəlövhlüyünə, işıqsaçan gəncliyinə heyran qalmışdı və 
elə bu da Doriana qarşı bütün böhtanları, bir növ, təkzib edirdi. Lakin cəmiyyətin 
yuxarı təbəqələri Dorianın əvvəlki dostlarının ondan yavaş-yavaş aralandığını da 
sezirdi. Ona dəlicəsinə aşiq olan qadınlar, ona ehtiram və sayğı göstərməklə 
ictimai nüfuzuna dayaq verənlər Dorian Qreyi görən kimi dəhşətə gəlir, utanır, 
rəngləri ağappaq olurdu. Beləliklə, Dorian barədə pıçhapıçlar onun qəribə, 
müəmmalı və təhlükəli gözəlliyinə baxmaq üçün çoxlarının gözünü daha geniş 
açmışdı. Bundan başqa, Dorianın varı, dövləti də bir tərəfdən müəyyən dərəcədə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə