Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   39   40   41   42   43   44   45   46   ...   71

tərzi və modaya qarşı sonsuz həvəsi Mayfer ballarında və Poll Moll klublarında 
əylənən modabaz gənclərə vaxtaşırı nəzərəçarpacaq dərəcədə təsir edirdi. Bu 
gənclər hər cəhətdən ona oxşamağa çalışırdılar və onu təqlid edirdilər; hətta onun 
kimi füsunkar olmaq və cah-calallı görünmək üçün Dorianın özünün də fikir 
vermədiyi ən xırda detalları belə gözdən qaçırmırdılar. 
Dorian cəmiyyətdə həddi-büluğa çatanlara verilən çox iddialı mövqe tutmuşdu; 
onun beynində belə bir fikir dolaşırdı: Neronun imperatorluğu dövründə 
“Satirikon”un müəllifi Roma üçün necə idisə, o da müasir London üçün eləcə ola 
bilər. Lakin lap ürəyinin dərinliklərində o düşünürdü ki, hamının məsləhətləşdiyi 
(hansı pal-paltarı geyinməli, hansı daş-qaşı taxmalı, nə bilim, qalstuku necə 
bağlamalı və ya zənciri necə bağlamalı...) sadə “arbiter elegantiarum”1 
olmaqdansa, cəmiyyətdə daha əhəmiyyətli rol oynamaq lazımdır. O, yeni həyat 
fəlsəfəsi yaratmaq arzusunda idi; bu fəlsəfənin ağıllı əsası, öz ardıcıl prinsipləri 
olmalıdır; o, həyatın ali mənasını hiss və duyğuların həyata keçirilməsində 
görürdü. 
Ehtiraslara baş əymək çox vaxt və tamam düzgün olaraq mühakimə olunub; çünki 
adamlar instinktiv olaraq ehtiras və hisslərdən qorxurlar; onlar adamlarda güclü 
ola bilərlər və bildiyimiz kimi, onlar yalnız rəzil və əxlaqsızlara xasdır. Lakin 
Dorian Qreyə elə gəlirdi ki, bu hiss və ehtirasların əsl təbiəti hələ indiyə kimi 
anlaşılmaz olaraq qalır; həmin ehtiraslar ona görə heyvani azğın ehtiraslar kimi 
yaşayır ki, adamlar hər zaman çalışıblar ki, onları ram edib boğsunlar; onlara qida 
verməyiblər, onlarda gözəlliyə doğru ali və mütərəqqi cəhdin üstün 
əlamətlərindən biri olan yeni əxlaqi həyatın elementlərini görmək əvəzinə onları 
əzab və iztirablarıyla öldürüblər. Bəşəriyyətin ötüb gəldiyi yola nəzər salarkən 
Dorian çox pərişan hisslər keçiriridi. Sən demə, nə qədər boşluqlar olub, necə 
böyük səhvlər buraxılıbmış, nə qədər güzəştlər olubmuş! Nəyə görə? Hansı 
mənasız bir şeyə görə?! Kökündə qorxu yatan mənasız, inadkar məhrumiyyətlər, 
özünü məhvetmə və özünü məhrumetmənin eybəcər formaları baş verib! Bəs 
nəticəsi nə olub? Cinsi pozğunluq və nəsil kəsilmə! Cırlaşma! Bu daha qorxulu və 
daha dəhşətlidir! Bu, insanların bilməməzliyi ucbatından qorunmağa can atdıqları, 
necə deyərlər, “deqradasiya”dan da qorxuludur!  Təbiət hər zaman ilahi bir kinayə 
ilə tərkidünya olan şəxsləri nahaq yerə səhralara, vəhşi heyvanların yanına 
qovmayıb, müqəddəs zahidlərə həyat yoldaşı kimi meşələrin və çöllərin 
sakinlərini – dördayaqlı heyvanları göstərməyib! 
Bəli: lord Henri düz deyir, düzgün proqnoz verir – yeni hedonizm2 doğulur; bu 
əxlaq fəlsəfəsi həyatı tamam dəyişdirməlidir, onu sərt və bayağı puritanlıqdan 
azad etməlidir; bizim günlərdə puritanlığın nədən belə dirçəlməsini anlamaq 
olmur. Əlbəttə, hedonizm idrakın köməyinə əl atacaq, lakin ehtirasların çeşidli 
təbiətini heç bir nəzəriyyə və ya elmi dünyagörüşlə dəyişmək iqtidarında 
olmayacaq. Hedonizmin məqsədi – elə bu ehtirasların təbiətidir, təcrübəsidir, 


onun acı-şirin məhsulları deyil; bizim dövrdə asketizmə3, həm də kobud 
əxlaqsızlığa yer ola bilməz! Asketizm də, qatı əxlaqsızlıq da hissləri öldürür; 
hedonizm insanları həyatın hər anını tam dolğunluqla yaşamağı öyrədəcək; çünki 
həyat özü yalnız ötəri və keçici bir andır.  
Hərdən elə olur ki, adam səhərəyaxın şirin yuxu görür; istəyir ki, bu yuxular ölüm 
yuxusu kimi əbədi olsun, amma oyanır, yuxunun uzun olmamasına təəssüf edir; 
yaxud dəhşətli və qeyri-təbii sevinc hissindən sonra beyin hüceyrələrində 
gerçəkliyin özündən də qorxulu olan yuxugörmələr oyanır; hər şeyi, elə bil, canlı 
və aydın görürsən, lap fantastikada olduğu kimi görürsən; bunlar elə qüvvələr 
tərəfindən həyata keçirilir ki, bu qüvvələr qotik sənət nümunələrini elə canlı edir 
ki, sanki, bunlar xəstə təxəyyüllü adamlar üçün yaradılıb. Bu oyanışlar hamıya 
tanışdır; görürsən ki, sübhün ağ barmaqları yavaş-yavaş pərdəyə dırmaşır və 
adama elə gəlir ki, pərdə titrəyir, yellənir, yırğalanır. Qara əcaib kölgələr səssizcə 
otağın künc-bucağına düşür, sonra əriyib gedir. Həyətdə isə yarpaqlar arasında 
artıq sərçələrin səsi eşidilir, küçədən ayaq səsləri gəlir, adamlar işə tələsirlər
bəzən təpəliklərdən gələn küləyin nəfəsi və vıyıltısı sükut içinə qərq olmuş evin 
başına fırlanır; elə bil, qorxur ki, evin içində yatanları oyadar; lakin onun al-
qırmızı sığınacağından axır ki, yuxunu qovmağa məcbur olur. Bir-birinin ardınca 
yüngül tor örtükləri qalxır, ətrafda hər şey yavaş-yavaş öz əvvəlki forma və 
rəngini alır; və səhər sizin gözləriniz qarşısında dünyaya öz adi görkəmini təqdim 
edir. Donuq güzgülər yenə öz əvvəlki həyatlarını yaşamağa başlayır. Sönmüş 
şamlar harada idilərsə, orada da durub; onların yanındakı kitab isə hələ axıra 
qədər oxunmayıb; dünənki balda sizin yaxanızı bəzəyən solğun çiçək boynunu 
büküb, yaxud o məktub, sizin oxumağa qorxduğunuz o məktub, yaxud çox tez-tez 
oxuduğunuz o məktub da əvvəlki yerindədir. Sanki, heç nə dəyişməyib. Gecənin 
xəyali kölgələrindən yenə tanış gerçəklik boylanır. Bugünkü həyatı gərək dünən 
qoyub gəldiyin yerdən başlayasan; və biz ağrı ilə dərk edirik ki, fasiləsiz olaraq 
güc sərf etməyə məhkum olunmuşuq; adi stereotip məşğuliyyətlərin yorucu 
labirintində fırlanırıq, eyni şeyləri təkrar edirik. Bu anlarda biz ehtiraslı istəklər 
yaşayırıq; gözlərimizi açıb yeni dünya görmək istəyirik; bu dünya bir gecənin 
içində dəyişib; bizim bəxtimizdən bu dəyişən dünyada hər şey yeni forma və rəng 
alıb; canlı və şəffafdır; dünya tam yeniliklərlə doludur, sirlərlə doludur; orada 
keçmişə yer yoxdur, yaxud orada keçmiş üçün də bir balaca münasib yer 
saxlanılıb; əgər bu keçmiş hələ canlıdırsa, hələ ölməyibsə, hər ehtimala qarşı, 
öhdəlik  və ya təəssüf şəklində yaşayırsa! Çünki hətta xoşbəxtlik haqqında 
xatirələrdə də bir özəl kədər var; ötüb-keçən hər bir həzzin xatirəsi isə adama ağrı 
gətirir.   
Dorian Qrey məhz bu cür aləmlərin gerçəkləşməsini arzulayırdı; o düşünürdü ki, 
dəyişən dünyaların yaradılması həyatın əsas məqsədi, yaxud məqsədlərindən biri 
olmalıdır; romantikanın əsas elementini özündə cəmləşdirə bilən yeni məstedici 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə