Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə45/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   41   42   43   44   45   46   47   48   ...   71

cingiltili səs çıxaran truba da kolleksiyalar arasında idi; deyilənə görə, bu alətin 
səsini üç lyö2 uzaqdan da eşitmək olurmuş. Onun evində “teponatzli” deyilən bir 
alət də vardı – bu alətin ağacdan vibrasiyalı iki dili vardı ki, onu ağ bitki şirəsi ilə 
rənglənmiş kitrədən düzəldilmiş çubuqlarla çalırdılar. Asteklərin zınqırovları 
üzüm salxımları kimi mismarlardan asılmışdı; silindrşəkilli ilan dərisi ilə 
kiplənmiş iri təbil, bəlkə də, bir vaxtlar Meksikada Korteslə birlikdə məbədə girən 
Bernal Diasın gördüyü təbilə bənzəyirdi; Bernal həmin alətin həzin səsini çox 
böyük ustalıqla, canlı təsvir edərək bizim üçün qoyub getmişdi. 
Dorianı bu alətlərin fantastik cəhətləri və orijinallığı maraqlandırırdı; o, belə bir 
qəribə fikirlə məmnunluq tapırdı ki, sənət də təbiət kimi bəzən bədheybətlər 
yaradır; bu bədheybətlər öz forma və səsləri ilə insanın gözünü və səs duyumunu 
korlayıb məhv edir. Bir müddətdən sonra bu alətlər onu bezdirdi; və Dorian 
yenidən operadakı lojasında ya tək, ya da lord Henri ilə birlikdə oturub 
“Tanhauzer”ə məmnuniyyətlə qulaq asarkən ona elə gəldi ki, bu məşhur əsərin 
uvertürasında  öz qəlbinin faciəsini görür.   
 
Bir müddət keçəndən sonra Dorianda yeni həvəs oyandı; o, qiymətli daş-
qaş azarına tutuldu. Şəhərdə təşkil olunmuş bal-maskaradların birində o, fransız 
admiralı Anna de Joyes kimi kostyum geyindi; onun kamzoluna1 beş yüz altmış 
ədəd mirvari dənəsi tikilmişdi. Onun bu azarı uzun illər davam etdi və demək olar 
ki, heç vaxt onu tərk etmədi. Dorian tez-tez günün çox hissəsini müxtəlif daş-
qaşlarını futlyarlarına seçib-yerləşdirməklə keçirirdi; bu kolleksiyalar arasında 
zeytun rəngli xrizoberil daşı (lampa işığında onun rəngi qırmızıya çalırdı), 
gümüşü damarcıqları olan kimofeyn daşı, püstə rəngli peridotlar,  tünd-qırmızı və 
qızılı topazlar, karbunkullar, ortasında dördbucaqlı  qırmızı ulduzlar parıldayan 
darçın rəngli sinamonlar, narıncı və bənövşəyi spinellər, göy, qırmızı yaqut və 
sapfirlər vardı. 
Dorian kəhrəbanın qırmızı qızılını, ağ mirvari dənələrini və bütün bərq vuran 
əlvan metalları çox sevirdi; o, Amsterdamdan qeyri-adi parlaq və iri qaşları olan 
zümrüd və bütün zadəganların həsəd apara biləcəyi firuzə daşı gətizdirmişdi. O, 
qiymətli daş-qaşlar haqqında gözəl əfsanələr də axtarıb tapmışdı; məsələn, 
Alfonsonun  «Clericalis Disciplina»2 əsərində bir ilanın gözləri giasint qaşlı 
üzüyə bənzədilir; Makedoniyalı İsgəndərlə bağlı romantik tarixçədə isə deyilir ki, 
Ematiyanın fatehi İordan dərəsində elə bir ilan görmüşdü ki, onun belində 
“zümrüd xaltalar” çıxmışdı. Filostratın nəql etdiyinə görə, “əjdahanın beyninin 
içində qiymətli bir daş var və əgər ona qızılı yazı işarələri və al-qırmızı parça 
göstərsən” əjdaha dərin yuxuya gedə bilər və o zaman onu öldürmək olar. Böyük 
əlkimyaçı Piyer de Bonifasa görə, almaz insanı gözəgörünməz edə bilmək 
qüdrətinə malikdir, hind əqiq daşı isə insanın nitqinin bəlağətli olmasına təsir 
edir; qırmızı-narıncı əqiqlər isə qəzəbi söndürür, insanı sakitləşdirir, giasint daşı 
yuxu gətirir, duru bənövşəyi ametist isə ağızdan şərab qoxusunu götürür. 


Süleymandaşı cinləri, şeytanları qovur, göyümtül-yaşıl rəngli akvamarin daşı isə 
ayın rəngini ağardır. Sarı rəngli selenit daşı ayla birgə çıxır, ayla da batır; melokus 
daşı oğrunu ifşa edir, lakin yalnız çəpiş qanı onun gücünü azalda bilər. 
Leonard Kamillus təzəcə öldürülmüş qurbağanın beynindən çıxarılan ağ daş 
görmüşdü; bu daş zəhərə qarşı ən yaxşı dərman oldu. Ərəb maralının ürəyindən 
tapılan bezoar daşı isə fəlakətli taun xəstəliyinə qarşı ən yaxşı dərman vasitəsidir. 
Hansısa ərəb quşlarının yuvasında aspilat daşı olur və Demokritin dediyinə görə, 
bu daş adamı yanğından mühafizə edir. 
Seylon kralı öz tacqoyma mərasimində əlində tutduğu iri yaqut daşı ilə şəhərin 
küçələrini gəzmişdir; Pastor İohanın saray qapıları qiymətli əqiq daşlarından 
düzəldilmişdi və “onların üstünə kirpiyəoxşar zəhərli ilan buynuzları qoyulmuşdu 
ki, saraya heç kəs zəhər gətirə bilməsin”. Damın üstündə “iki qızıl alma asılmışdı, 
onların içində iki karbunkul daşı vardı; bu, ondan ötrüydü ki, gündüzlər qızıl 
parıldasın, gecələr isə karbunkul daşları”. Lodcun qəribə bir romanı var: 
“Amerika mirvarisi”. Burada yazılıb ki, kraliçanın yataq otağında “dünyanın 
bütün ismətli qadınlarının gümüşdən düzəldilmiş təsvirlərini görmək olar; onlar 
xrizolit, karbunkul, sapfir və yaşıl zümrüddən düzəldilmiş gözəl güzgülərə 
baxırdılar”. Marko Polo Zipanqu camaatının öz ölülərinin ağızlarına qırmızı 
rəngli mirvari dürtdüyünü görmüşdü. Dəniz əjdahasının mirvariyə vurulduğu 
barədə əfsanə də var; dənizçilər Peroz kralı üçün mirvarini dənizdən çıxarıb 
gətirəndən sonra əjdaha oğrunu tapıb öldürmüşdü və özü də yeddi ay öz mirvarisi 
üçün ağlamışdı. Prokopiusun nəql etdiyinə görə, sonralar hunlar kralın başını 
aldadıb ona tələ qururlar və kral o mirvarini tullayır. Mirvarini heç yerdə tapa 
bilmirlər, imperator Anastasus isə onu tapana beş yüz kilo qızıl vəd etmişdi. 
Malabar kralı bir venesiyalıya səcdə etdiyi allahların sayı qədər – üç yüz dörd 
mirvari dənəsindən ibarət təsbeh göstərmişdi. 
Brantomun yazdığına görə, VI Aleksandrın oğlu hersoq Valentin fransız kralı XII 
Lüdovikə qonaq gələndə onun atı başdan-ayağa qızıl yarpaqlara bələnmişdi; 
hersoqun şlyapası isə gözqamaşdıran ikiqat yaqut daşlarla bəzədilmişdi. 
Deyilənə görə, İngiltərə kralı Çarlzın atının üzəngisindən dörd yüz iyirmi bir 
brilyant qaş asılıbmış. II Riçardın bir plaşı varmış, zümrüd qaşlarla dolu olan bu 
plaşın qiyməti otuz min marka idi. Hollun təsvirinə görə, öz tacqoyma 
mərasiminə, Tauer qalasına gedən VIII Henrinin kostyumu başdan-ayağa ləl-
cavahirat idi. O yazırdı: “Kralın əynində qızıldan zərxara vardı, sinəbəndi tamam 
brilyant qaşlardan və müxtəlif qiymətli daşlardan hörülmüşdü. Onun çiyin qayışı 
isə ləl-cavahiratdan düzəldilmişdi”.   I Ceymsin sevgili məşuqələri nəfis qızıl 
sağanaqda zümrüd sırğalar taxırdılar; II Edvard  Piyer Qavestona xalis qızıldan 
yaraq-əsləhə bağışlamışdı; bu geyim forması giasint daş-qaşlarla zəngin 
bəzədilmiş, onun qısa üst paltarına isə qızıldan güllər tikilmişdi, firuzə qaşları 
vardı; şlyapası isə xalis mirvari dənələrindən ibarət idi. II Henrinin dirsəklərinə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə