Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə48/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   44   45   46   47   48   49   50   51   ...   71

onun təhlükəsizliyini qoruyurdu. Hər halda, sivil cəmiyyət varlı və gözəl adamları 
nüfuzdan salan şeylərə inanmağa o qədər də meyilli olmur. Bu cəmiyyət 
instinktiv olaraq dərk edir ki, insanın yaxşı davranışı və hərəkətləri onun 
əxlaqından daha vacibdir və elə həmin cəmiyyət yaxşı aşpazı yüksək nüfuza 
malik olan adamdan daha çox qiymətləndirir. Mahiyyətcə bu, düzgün yanaşmadır: 
əgər qonaq getdiyiniz evdə sizə dadsız xörək və ya pis şərab versələr, ev sahibinin 
şəxsi həyatda tərbiyəli olması barədə düşünməyiniz  köntöy bir təskinlik olardı. 
Bu məsələ müzakirə olunanda bir dəfə lord Henri demişdi ki, ən yüksək səxavət 
belə sizə evində kifayət qədər isti yemək verməyən insanın günahını yumur. Buna 
dair çox misallar gətirmək olar. Çünki yaxşı cəmiyyətdə də eynilə sənətdə olan 
qanunlar hökmrandır, yaxud hakim olmalıdır; burada forma əsas rol oynayır. Ona 
mərasimin təsiredici təntənəsi və qeyri-təbiiliyi qatılmalıdır; bu forma özündə bizi 
heyran edən romantik bir pyesin qeyri-reallığı ilə parıltı və incəliyini 
birləşdirməlidir. Məgər qeyri-səmimilik, riyakarlıq böyük dəhşət hesab olunur? 
Düşünürəm ki, yox! Bu, sadəcə, bir üsuldur və bu yolla biz insanın şəxsiyyətinə 
rəngarənglik verə bilirik. Hər halda, bu, Dorian Qreyin fikirləriydi, o, belə 
düşünürdü. O, insanın “mən”ini mahiyyətcə sadə, dəyişməz, etibarlı və yekrəng 
hesab edənləri dayaz adamlar adlandırırdı. Doriana görə, insan saysız-hesabsız 
hiss və duyğuları olan bir varlıqdır; insan mürəkkəb və rəngarəng varlıqdır, o, 
ağlasığmaz fikir və ehtirasların mirası kimi yaranıb; insanın bədəni hətta ölən 
əcdadlarının müdhiş xəstəlikləri ilə zəhərlənmişdir.  
O, bağ evinin soyuq şəkil qalereyası arasında gəzməyi və şəkillərə baxmağı 
xoşlayırdı; bu müxtəlif portretlərdəki insanların qanı onun damarlarında axırdı; 
məsələn, bu şəkillər arasında Frensis Osbornun təsvir etdiyi Filip Herberti 
götürək. Frensis özünün “Kraliça Yelizaveta və kral Ceymsin hakimiyyəti illəri 
barədə xatirələr” kitabında yazır ki, “Filip Herbert öz qısaömürlü gözəlliyi ilə 
sarayın sevimlisi idi”.  Bəlkə, elə o, haradasa gənc Herbertin həyatını təkrar edir, 
hə? Bəlkə, elə Dorianla Herbertin genetik oxşarlıqları var, əcdadlardan hansısa 
mikrob onun da qanına işləyib? Bəlkə, heç o mikrob Dorianın bədəninə hələ 
girməyib? Bəlkə, elə uzaq əcdadının gözəlliyinin erkən çiçəklənməsi barədə 
instinktiv xatirələridir onu oyadan? Məhz bu oyanışdan sonra Bazilin 
emalatxanasında qəflətən və demək olar ki, heç bir səbəb-filan olmadan öz dəli 
istəyini bildirməsi və bununla da bütün həyatını kökündən dəyişməsi baş 
vermədimi? Budur, qızılı saplarla tikilmiş kamzolda brilyant qaşlarla naxışlanmış 
mantiyada qızıl haşiyələrlə manjetdə ser Antoni Şerard durub; onun ayaqları 
tuşunda gümüşü yaraq-əsləhə vardır. Bəs o, öz nəsillərinə hansı mirası qoyub 
gedib? Bəlkə, elə Neapolitanlı Covannanın məşuqundan ona, Doriana rüsvayçı, 
əxlaqsız hərəkətlər miras qalıb? Bəlkə, elə Dorianın əxlaqsız hərəkətləri çoxdan 
ölüb getmiş o adamın həyata keçirilən arzularıdır? Bəlkə, o adam da sağlığında bu 
arzularını həyata keçirməyə cürət etmirmiş? Bu şəkillər arasında bir şəkil də vardı 


– ona gülümsəyirdi; bu, Yelizaveta Deveronun portreti idi: krujevalı ləçəklərlə, 
mirvari naxışlı korsajda1 yarıqlı çəhrayı əlcəklərdə kətanın üzərindən ona baxıb 
gülümsəyirdi. Sağ əlində gül var, sol əlində isə ağ-qırmızı qızılgüllərdən 
hörülmüş minalı həmail tutub. Yanındakı balaca stolun üstündə isə mandolina2 və 
alma var. Qadının xırda uzunburun ayaqqabılarının üstünə gülşəkilli yaşıl 
bəzəklər vurulub. Dorian bu qadının həyatı barədə məlumatlı idi, onun məşuqları 
haqqında gəzən qəribə söz-söhbətlərdən də xəbəri vardı. Görəsən, Doriana o 
qadının ehtirasları da keçibmi? Bu şəkildəki qadının ağır göz qapaqları altındakı 
uzunsov gözləri, sanki, ona hərisliklə baxırdı. Bəs o Corc Villobi necə? Kirşanlı 
saçları və üzündəki fantastik xalı olan o kişidən Doriana nə miras qalıb, hə? Necə 
də şeytan sifəti var?! Qara, qəmgin və zalım sifəti var! Şəhvətli dodaqlarının 
büküşlərində təkəbbürlü nifrət hiss olunur. Sümükləri çıxmış sarı qolları boyunca 
büzməli krujevalar uzanıb, nazik barmaqlarında üzüklər parıldayır. On səkkizinci 
əsrin bu modabaz adamı cavanlıqda lord Ferrarsın dostu olub. Bəs o ikinci adam, 
lord Bekenham? O da səltənət naibi Prins Regentin dostu olub; bu adam həm də 
onun missis Fitsherbertlə gizli izdivacının şahidi olub. Gör necə qürurlu görkəmi 
var, gör necə qəşəngdir zalım oğlu! Şabalıdı qıvrım saçları və vüqarlı duruşu gör 
ona necə yaraşıq verir! Bəs o, Doriana hansı ehtirasını qoyub gedib? Onun 
müasirləri ona əxlaqsız və şərəfsiz deyirdilər. O, Karlton Hausdakı eyş-işrət və 
fahişəxana yerlərində məşhur idi; hələ bir Qarter Ordeni də parıldayır! Yanındakı 
da arvadının portretidir, divardan asılıb; nazik dodaqlı, solğun bənizli bu qadın 
qara dondadır. Görünür, bu qadının da qanı onun damarlarında axır! Ah! Bütün 
bunlar necə də maraqlıdır?! Dorian düşünürdü. 
 
Budur, bu da onun anası! Ledi Hamilton sifətli qadın! Nəmli dodaqları, elə 
bil, islanıb. Dorian bilirdi ki, o, anasından nəyi götürüb! O, anasının gözəlliyini 
götürüb; o, anasından özgə gözəlliyinə ehtirasla vurulmağı götürüb! Anası 
portretdən ona gülümsəyir; rəssam bu qadını ehtiras düşkünü kimi təsvir edib, içki 
və kef allahı Vakxın kahinəsi paltarında çəkib. Onun saçlarından üzüm yarpaqları 
sallanıb; əlində tutduğu fincandan qıpqırmızı maye tökülür. Portretin üzünün 
rəngi solğundur, lakin gözlər öz möcüzəli parlaqlığını və dərinliyini saxlamışdır. 
Doriana elə gəlirdi ki, bu gözlər onu hər yerdə izləyir. 
İnsan təkcə öz nəslinin əcdadına malik olmur; onun həm də ədəbiyyatda əcdadları 
olur; xüsusiyyətinə və ehtirasına görə Doriana bu ədəbi əcdadların əksəriyyəti, 
demək olar,  yaxın idi və əlbəttə, onların təsiri də daha güclü hiss olunurdu. Bəzən 
Dorian Qreyə elə gəlirdi ki, bəşəriyyətin bütün tarixi elə onun öz həyatının 
salnaməsidir; əsl həqiqətdə yaşanan real həyatının yox, xəyallarla, arzularla, 
istəklərlə yaşadığı həyatının; o, məhz bu həyatını ehtiraslarının və beyninin 
əmrlərinə tabe etdirmişdi. Ona elə gəlirdi ki, o, dünya səhnəsinə gəlib-gedən və 
günahı son dərəcə cazibəli, şəri isə son dərəcə məharətli edən bütün dəhşətli və 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə