Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə46/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   42   43   44   45   46   47   48   49   ...   71

qədər olan əlcəkləri qiymətli daş-qaşlarla bəzədilmişdi; onun təkbarmaq ov 
əlcəyinə isə on iki yaqut və əlli iki iri mirvari düzülmüşdü. Burqundiya 
hersoqluğunun sonuncu hersoqu Çarlzın şlyapasına armudabənzər sapfir və 
mirvarilər düzülmüşdü. 
Həyat bir zamanlar necə də gözəlmiş!!! Gözlər bəxtəvər-bəxtəvər güləndə necə də 
gözəl görünürmüş!!! Hətta ötüb-keçən keçmişin cah-calalı və dəbdəbəsi barədə 
oxuyanda belə adamın ləzzətdən başı gicəllənir! 
Daha sonralar Dorian Şimali Avropa xalqlarının soyuq evlərindəki divar 
nəqqaşlığını  əvəzləyən naxışlı divar xalçaları ilə maraqlanmağa başladı. Bu 
sahəni öyrənərkən Dorian, demək olar ki, məyus olurdu və kədərli-kədərli 
düşünürdü ki, zaman həyatda nə qədər gözəl və təkrarolunmaz şey varsa, hamısını 
məhv edir. Hər halda, o özü bu prosesdə iştirak etmirdi. Yaylar bir-birini əvəz 
edirdi; bu müddət ərzində sarı nərgiz gülləri neçə dəfə açıb-solmuşdu, yenidən 
açmışdı, yenidən solmuşdu; lakin o qorxunc və dəhşətli gecələr hələ də təkrar 
olunur, portretdəki eybəcərliklər davam edir, amma Dorianın özü isə dəyişmirdi 
ki dəyişmirdi. Onun üzünü heç bir qış  korlayıb xarab etməmişdi, gözəlliyinə heç 
bir xələl gətirməmişdi; o, əvvəlki kimi işıq saçırdı. Amma gör insanın yaratdığı 
şeylərin taleyi necə qəribə olur? Hanı bəs onlar, hara qeyb olublar?  Hanı o 
allahların divlərə qarşı döyüş səhnəsinin təsviri olan zəfəran rəngli mantiya?  
Afina üçün əsmər qızlar tərəfindən toxunan o mantiya haradadır?  Hanı Neronun 
Romadakı Kolizey amfiteatrı üçün sifariş etdirdiyi o nəhəng örtük?  Üstündə 
ulduzlu səma və qızıl qoşqulu ağ atları qovan Apollonun təsviri olan o nəhəng 
qırmızı kətan parça haradadır?  Dorian çox arzulayırdı ki, üstündə müxtəlif 
şirniyyat və dadlı yeməklər təsvir olunan, Günəş kahini üçün hazırlanmış o süfrə 
salfetlərini görsün. Onlardan ziyafət üçün istifadə etmək də olardı; və ya o, kral 
Kilperikin üstündə üç yüz qızıl arı olan cənazə örtüyünü, Pontus yepiskopunun  
heyrətli qəzəbinə səbəb olmuş fantastik bürüncəyi görmədiyinə təəssüf edirdi; 
sonuncu bürüncəyin üstündə “şirlərin, pişik cinsindən olan panterlərin, ayıların, 
itlərin, meşələrin, təpələrin, ovçuların, bir sözlə, rəssamın təbiətdən köçürə 
biləcəyi nə varsa, hamısının təsvirləri vardı”. Dorian Orlean şahzadəsi Çarlzın da 
paltarını görmək istəyirdi; onun paltarının qol hissəsində bir nəğmənin misraları 
tikilmişdi və o, belə başlayırdı: “Madame, je suis tout joyeux”1. Sözlərin yanında 
həmin nəğmənin notları da vardı və özü də hər bir not xətti paltara qızıldan, 
dördbucaqlı not işarələrinin özü isə dörd mirvari ilə pərçimlənmişdi.  Dorian 
Burqundiya kraliçası İohan üçün Reymdə tikilmiş sarayın otaqlarının təsvirini 
oxudu; otağın divarlarında “min üç yüz iyirmi bir tutuquşu, beş yüz altmış bir 
kəpənək təsvir olunmuşdu; quşların qanadlarında kraliçanın gerbi parıldayırdı, 
hamısı xalis qızıldan idi.” Katerina de Mediçinin tabutu – üstündə aypara və 
günəş təsvirləri olan qara məxmər parçadan düzəldilmişdi; onun örtüyü güllü ipək 
şaldan idi, üstünə yaşıl çələnglərdən hörülmüş qızılı və gümüşü bəzəklər 


vurulmuşdu, qıraqlarından sallanmış saçaqlar isə mirvaridən idi. Tabut yataq 
otağına qoyulmuşdu; otağın divarlarından kraliçanın gümüşü zərxara parçanın 
üstündə pərçimlənən qara məxmərli gerbləri cərgə-cərgə asılmışdı.  XIV Lüdovik 
ölən zaman otağında on dörd metr hündürlükdə  qızıl sütunlar tikilmişdi. Polşa 
kralı Sobieskinin əzəmətli yatağı da qızıl qatran parçası ilə tikilmiş çadırın altında 
durmuşdu və qıraqlarına Quranın kəlmələri firuzə qaşlardan pərçimlənmişdi. 
Onun sütunları qızıl suyuna salınmış gümüşü ilmələrlə işlənmişdi; qiymətli daş-
qaş və medalyonlarla bəzədilmiş heyrətamiz əl işləri idi. Bu çadırı polyaklar 
Vyana ətrafındakı türk düşərgəsindən götürmüşdülər, onun qızıl günbəzindən 
əvvəllər Məhəmməd peyğəmbərin bayrağı dalğalanmışdı. 
Beləliklə, Dorian bütün ilboyu cidd-cəhdlə ən yaxşı kolleksiyalar topladı; 
müxtəlif naxışlı əl işləri, atlaz parçalar və s. Onun Dehlidən gətirilmiş gözəl hind 
kisəyiləri vardı; bu nümunələrin üstündə qızıl palma yarpaqlarından və əlvan 
qanadlı böcəklərin təsvirlərindən ibarət naxışlar vardı; Dəkkə tənzifi o qədər 
şəffaf idi ki, Şərqdə “havadan yaranmış parça” kimi ad çıxarmışdı; bundan başqa, 
kolleksiyalar arasında “axar su” və “gecə şehi” kimi ad çıxarmış qəribə formalı və 
yazılı parçalar Yavadan gətirilmişdi, bunlar çinlilərin nəfis əl işləri idi; üz qabığı 
darçın rəngli və ya əntiqə mavi ipək atlazdan olan kitablar, onların üstündəki 
zanbaqlar, fransız krallarının çox sevdiyi güllər, quş və müxtəlif təsvirlər vardı; 
macar krujevalı duvaqlar; Siciliya zərxaraları və möhkəm ispan məxmərləri, 
gürcü qızıl sikkələri, üstündə qızılı saçaqlar və rəngli quş lələklərinin təsviri olan 
yapon “fukusas”ı yan-yana düzülmüşdü. 
Dorian ibadət libaslarına qarşı da biganə deyildi; dini mərasimlərlə bağlı hər şeyə 
onun xüsusi marağı vardı. Sidr ağacından düzəldilmiş sandıqlar evinin qərb 
hissəsindəki qalereyada yan-yana düzülmüşdü; o, bu sandıqlarda çox nadir və 
əsrarəngiz gözəlliyə malik paltarlar, lap İsa peyğəmbərin gəlinlərinə layiq 
paltarlar saxlamışdı; axı İsa peyğəmbərin nişanlısı gərək al-qırmızı, qiymətli don 
geyinsin, zərif kətan parçadan don geyinsin ki, könüllü olaraq özünü olmazın 
məhrumiyyətlərə düçar etmiş və yaralanmış yalın bədənini örtə bilsin. Dorianın 
kolleksiyasında moruq rəngli ipəkdən tikilmiş ruhani cübbəsi, bərbəzəkli 
zərxarası vardı; cübbənin ətəklərinin qıraqlarında qızılı nar dənələrinin və 
ananasşəkilli xırda mirvari dənələrindən tikilmiş, altıyarpaqlı güllərdən 
düzəldilmiş çələngin təsvirləri vardı; Orfey1 kvadratlara bölünmüşdü və hər bir 
kvadratda bakirə qızların həyat səhnələri təsvir olunmuşdu, bakirə qızın nikah 
mərasimi isə rəngli ipək parçalardakı təsvirlərdə nümayiş etdirilirdi. Bu, on 
beşinci əsr italyan əl işi idi; digər cübbələrdən biri yaşıl məxmərdən tikilmişdi, 
üstündə iri yarpaq şəklində naxış vardı, ürəyəoxşar molyusk formasında dəstə-
dəstə parçanın üstünə düzülmüş,  onun uzun qolları üstünə isə ağ çiçəklər gümüşü 
saplar və rəngli muncuqlarla ilmələnmişdi. Altıqanadlı mələyin başı qızılı 
rənglərlə şüşənin üstünə həkk olunmuşdu; Orfey özü isə rombabənzər naxışlarla 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə