Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə49/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   45   46   47   48   49   50   51   52   ...   71

qəribə obrazları tanıyır, onları dərk edir və bu obrazlar ona yaxındır. Sanki, 
onların həyatı hansısa sirli tellərlə onun həyatına bağlanır. 
Dorianın həyatına hədsiz təsir edən gözəl bir romanın qəhrəmanı da belə bir 
rəngarəng xülyalar sahibi idi; romanın yeddinci fəslində qəhrəman  dəfnə 
çələnglərinə bürünmüş Tiberius kimi oturaraq ildırımdan necə qorunduğunu 
söyləyir; sonra o, Kapridə bağda oturub fillər haqqında tərbiyəsiz kitablar 
oxuduğunu və bu zaman onun böyür-başında cırtdan və tovuzquşularının 
gəzdiyini danışır; və bir fleytaçı da buxurdanı yellədərək ətirli maddələri ətrafa 
səpələyir; o qəhrəman həm də Kaliqula kimiydi, tövlədə yaşıl alt köynəkli atlılarla 
əyyaşlıq edirmiş, alnında brilyantdan örtük asılmış atıyla birlikdə bir qabdan, yəni 
fil sümüyündən olan axurdan nahar edirmiş; o həm də Domisian kimiydi, mərmər, 
güzgü kimi parıldayan dəhlizdən keçərkən sönük gözləriylə onun həyatına son 
qoymuş xəncərin əksini axtarırdı; nə qədər qorxunc bir  taedium vitae1 hissi! Və 
o, elə oradaca həyatın heç nə əsirgəmədiyi, lakin sağalmaz xəstəliyə düçar olmuş 
adamlar kimi kədər içində batıb qalmışdı; sirkdə oturan zaman o, şəffaf zümrüdlər 
arasından qanlı döyüş səhnələrini izləyirdi; bu döyüş səhnələrində al-qırmızı insan 
qanı tökülür, sonra həmin insanları tünd-qırmızı rənglərlə və mirvari dənələri ilə 
bəzədilmiş xərəklərdə, gümüş nalları olan gözəçarpan qatırlarda daşıyırdılar; 
adamlar onu Narlar küçəsindən öz Qızıl sarayına keçərkən lənətləyir, “Neron 
Sezar!” deyə qışqırır və ona lənətlər yağdırırdılar; o həm də Elaqabalus kimiydi; 
öz üzünü onun kimi rəngləmişdi, cəhrə qarşısında qadınlar arasında oturmuşdu və 
Günəşlə mistik kəbinini kəsdirmək üçün Karfagendən Ay allahını gətirməsini əmr 
edirdi. 
Dorian bu fantastik fəsli və ondan sonrakı iki fəsli dəfələrlə oxumuşdu; qədim 
xalçaların minalı təsvirlərində gördüyü kimi, burada da adamların qorxunc və 
gözəl şəkilləri verilmişdi; bu şəkillərdəki adamları Toxluq, Pislik və Qana hərislik 
Bədheybət və Dəli etmişdi; Filippo, Milanın Hersoqu, arvadını öldürmüş, onun 
dodaqlarını qırmızı zəhərlə boyamışdı ki, məşuqu da onu öpəndə zəhərlənib 
ölsün; Venesiyalı Pietro Barbi II Pavel kimi tanınmışdı, şöhrət düşkünüydü, ona 
pərəstiş edilməsinə və onun “Formosus” deyə çağırılmasına (yəni “Gözəl”) nail 
olmuşdu; onun tacı iki yüz min florinə2 başa gəlmişdi ki, bu da dəhşətli bir 
cinayət hesabına mümkün olmuşdu. Qian Mariya Viskonti insanları it əti ilə 
zəhərləmişdi; o öləndə onun meyiti onu sevən bir fahişə tərəfindən qızılgüllərlə 
örtülmüşdü; ağ atın belindəki Borciyanın gözünün qabağında qardaş qardaşın 
qanını tökür və onun plaşı Perottonun qanına bulaşır; Florensiyanın 
arxiyepiskopu, gənc kardinal Pietro Riario papa IV Sikstusun istəkli oğludur; 
Pietronun gözəlliyi onun əxlaq pozğunluğuna bərabərdir; o, Leonora Araqonu ağ 
və qırmızı ipək çadırda qəbul etmişdi; çadır  nimfa1 və kentavrlarla2 
bəzədilmişdi; o əmr etmişdi ki, eyş-işrət məclisində Qanimed və ya Hilas kimi 
xidmət göstərəcək oğlanı qızıl suyuna salsınlar; melanxolik xasiyyətli Ezzelini 


götürək; onun qəm-kədərini dağıtmaq üçün yalnız ölüm səhnələri lazım gəlirdi, o, 
qana susamış bir insan idi, adamlar qırmızı şərabı necə içirdisə, o da insan qanını 
eləcə içirdi; əslən o, Şeytan oğluydu, öz atasının ürəyini qumara qoyaraq onunla 
qumar oynamış, onu aldatmış və udmuşdu; Canbatista Çibo rişxəndlə öz adını 
dəyişdirərək Günahsız qoymuşdu; həmin o Çibonun tükənməkdə olan qanına bir 
yəhudi həkim üç cavan oğlanın qanını vurmuşdu; İzottanın sevgilisi Siqismondo 
Malatesta və Romada Allahın düşməni kimi portreti yandırılan lord Rimini; bu, o 
adamdır ki, salfetlə Polissenanı boğub öldürdü; və o, Cinevra d’Estə zümrüd 
piyalədə zəhər verdi; bu adam həm də əxlaqsız ehtiraslara olan pərəstişə bütpərəst 
məbədi ucaltdı və xristianlar bu məbədə girib ibadət etdilər; öz qardaşı arvadına 
dəlicəsinə vurulan VI Karl da belə adamlardan idi; guya, cüzamlı xəstələrdən biri 
ona bildirmişdi ki, gələcəkdə o, sevgidən dəli olacaq; bu adamın beyni-başı xarab 
olan zaman onu bilirsiniz nə ilə sakitləşdirirmişlər? Saracen kartları ilə! Bəli, bəli, 
üstündə sevgi, ölüm və dəliliyin təsvirləri olan kartlarla; və nəhayət, bayram 
libasında olan Qrifonetto Baqlioni; şlyapası iri yarpaqşəkilli almaz qaşlarla 
ilmələnmiş bu adam Astorre və onun nişanlısının qatili olmuşdu; o həm də 
Simonettonu və onun zadəgan oğlunu da öldürmüşdü; oğlan o qədər gözəl idi ki, 
o, Perucianın sarı meydanında uzanıb öləndə hətta ona nifrət edənlər belə göz yaşı 
tökürdülər; və hətta ona lənətlər yağdıran Atlanta da onun ruhuna dualar 
oxumuşdu. 
 
Bu adamların hamısında nəsə dəhşətli, qorxunc bir cazibə qüvvəsi olub; Dorian 
onları gecələr yuxuda görürdü və gündüzlər isə bu adamlar onun xülyalarını cuşa 
gətirir, təxəyyülünə dinclik vermirdilər. İntibah dövrü zəhərlənmənin qəribə və 
ağlagəlməz üsullarını görüb: dəbilqə vasitəsilə zəhərlənmə,  yanan məşəl 
vasitəsilə zəhərlənmə, qiymətli daş-qaşlardan ilmələnmiş yelpik və ya əlcəklər 
vasitəsilə zəhərlənmə, qızıl suyuna salınmış müşklü şarlar və kəhrəba 
boyunbağılar vasitəsilə olan zəhərlənmələr; Dorian Qrey isə kitablar vasitəsilə 
zəhərlənmişdi. Bəzən onun üçün Şər, yaxud Şeytan, sadəcə, Gözəllik hesab etdiyi 
təsəvvürləri reallaşdırmaq vasitəsi rolunu oynayırdı. 
 
ON İKİNCİ FƏSİL 
 
Dorian sonralar doqquz noyabrı, otuz səkkiz yaşının tamam olması ərəfəsini tez-
tez xatırlayacaqdı. 
Təxminən, gecə saat on bir radələrində o, lord Henriylə nahar edəndən sonra evə 
piyada qayıdırdı; hava çox soyuq və dumanlı idi; o, kürkünə bürünərək bütün 
vücudunu gizlətmişdi, yalnız gözləri görünürdü. Qrosvenor meydanı ilə cənub 
Odli stritin kəsişdiyi tinə çatanda onun yanından bir adam ötüb-keçdi; əlində 
sakvoyaj vardı və o, yeyin addımlarla gedirdi, boz paltosunun yaxalığını 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə