Downloaded from KitabYurdu org


partııyorunuz diskussiyanı sonrakı vaxtlara saxlamağa



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə52/64
tarix26.05.2023
ölçüsü2,12 Mb.
#113139
1   ...   48   49   50   51   52   53   54   55   ...   64

partııyorunuz diskussiyanı sonrakı vaxtlara saxlamağa 
çalışacaq. O, vəziyyəti istədiyi kimi nəzarətdə saxlaya 
Downloaded from KitabYurdu.org


324 
bilməyəcəyini bilir. Sözsüz ki, bu, qadının davranışı 
nöqteyi-nəzərindən həqiqətəuyğundur - biz instinktiv 
olaraq kişilərlə söhbəti, məhz, onlar yorğun olan vaxta 
salırıq, çünki bu halda onlar daha az müqavimət göstərir və 
zehni cəhətdən elə də fəal olmurlar. 
B. Kişilər diskussiyanı heç qurtarmayacağınızdan və 
nəticədə də yuxusuz qalacağından qorxurlar. Bu bizi 
ünsiyyət qurmaq sirrinə - kişilər özlərini ralıat hiss etmək 
üçün “müzakirənin gündəliyini istəmələri” sirrinə qaytarır. 
Gecəyarısı söhbət etmək istəyinizi ona bildirəndə, o artıq 
əsiriniz olacağını bilir və onda qorxu artır: "İndi 
başlayacaq və heç vaxt qurtarmayacaq. Bütün gecəni 
deyişəcəyik; sabah işə tamamilə ölgün halda gələcəyəm; 
səhvlər edəcəyəm. Məni danlayacaqlar. Məni uğursuzluq 
gözləyir. Hər şey aydın oldu: bu gün axşam heç bir söhbət 
olmayacaq”. 
Həlli: 
Bu məsələni partnyorunuzla müzakirə edin və gecə 
söhbətləri haqda ümumi razılığa gəlin. 
Bəzən güzəştə gedib, müzakirəni səhərə kimi təxirə 
salmanız mümkündür. Siz həmçinin müzakirənin 
müvəqqəti çərçivəsini də müəyyənləşdirə bilərsiniz: 
“Əzizim, səninlə danışmalıyam. On beş dəqiqə vaxtını ala 
bilərəmmi? Yorulduğunu bilirəm, ancaq bunu mütləq sənə 
söyləməliyəm, qalan söhbəti vaxtımız çox olanda davanı 
Downloaded from KitabYurdu.org


325 
edərik”. 
Axşamların birində mənfi emosiyalarınızı məşuqunuza 
bəyan etmək üçün günlərlə, həftələrlə üst-üstə yığmayın. 
Təbii ki, o, özünü məyus hiss edir. Həmişə problemlər 
yaranan kimi müzakirə edin, onların qar topası kimi 
şişməsini, son dərəcə böyüməsini gözləməyin, sonra 
onların öhdəsindən gəlmək çətin olacaq. 
3. 
NIYƏ PARTNYORUM MƏNIM
MƏSLƏHƏTİMİ 
AÇIQCA 
QƏBUL 
ETMƏK 
ƏVƏZİNƏ, BİR NEÇƏ GÜN SONRA EYNİ 
MƏSƏLƏYƏ QAYIDARAQ, ÖZÜNÜ SANKİ QƏRARI 
ONUN QƏBUL ETDİYİ KİMİ APARIR? 
Yəqin ki, sizə bu situasiya tanışdır: partnyomnuzla birlikdə 
dəniz sahilində, yoxsa göl kənarında məzuniyyət 
keçirməyi müzakirə edirsiniz. Onu dəniz sahilinə getməyin 
səhv olduğuna inandırmağa çalışırsınız: "İlin bu vaxtında 
oralar adamla dolu olur, hələ üstəlik orada yeniyetmələr 
üçün kotteclərin kirayələnəcəyini də eşitmişik. Göl 
kənarında isə sakitlikdir, romantikdir, hələ üstəlik ucuzdur 
da...” Partnyoruııuz sizin düşüncələrinizə elə də ıııaraq 
göstərmir, sizinlə mübahisə edir, dəniz sahilinə getməyin 
daha yaxşı dəyişiklik olacağını təkidlə söyləyir. Dəniz 
sahilinə getmək istəmədiyini bilirsiniz. Sizinlə 
razı olduğunu da bilirsiniz. Ancaq bunu etiraf etmək 
istəmir. 
Downloaded from KitabYurdu.org


326 
Bir neçə güıı keçir, axşam yeməyindən sonra isə deyir: 
"Bilirsən, nə düşünürəm? Deyirəm ki, ilin bu vaxtında 
dənizdə adam çox olur, məktəbliləri, uşaqları ora aparırlar. 
Düşünürəm ki, ən yaxşısı göl kənarında dincəlməkdir. 
Məncə, məzuniyyətimizi keçirməyin ən yaxşısı göl 
kənarıdır, sevgilim”. Siz isə vanında oturmuşunuz, 
nəfəsiniz kəsildiviııdəiı, danışmırsınız və fikirləşirsiniz: 
"Məgər o, eyni şeyi bir neçə gün bundan əvvəl mənim 
söylədiyimi unudub?” 
Bu sualın cavabının izalıı belədir: kişilərə haqlı 
olmalarını hiss etmək vacibdir. Bilmirəm, hiss etmisiniz, 
yoxsa yox, kişilər təkcə bir-birləri ilə deyil, həm də 
arvadları və sevgililərilə də rəqabət aparırlar. Odur ki, 
məsələnin onun da razılaşa biləcəyi həllini siz tapdıqda, o 
birinci olmadığı üçün özünü "pis” hiss edir. Sizin lıaqlı 
olduğunuzu etiraf etmək kişilərin sizin ağıllı olduğunuzu 
qəbul etməkləri deməkdir, bunu isə onlar heç vaxt qəbul 
etmək istəməzlər; kişilər özlərinin üstün olduqlarını hiss 
etmək istəyirlər. Problemin həlli yolunu siz təklif edəndə, 
kişi sizinlə razılaşa bilər, ancaq daxilən onda sizin hər şeyə 
rəhbərlik 
etdiyiniz və münasibətlərinizdə aparıcı rol oynadığınız 
hissi yaranır. Bu, kişilərin yadına salmayanacan daim inkar 
etdikləri primitiv instinktidir - ancaq onlar bunun həqiqət 
olduğunu bilirlər; kişilər müstəqil və sərbəst olduqlarını 
Downloaded from KitabYurdu.org


327 
hiss etməyi xoşlayırlar. Bu istəyin kökləri uşaqlığa gedib 
çıxır: ana asılılığından qurtarmağa can atması faktoru: 
"Yox, ana, icazə ver uzunboğaz ayaqqabılarımın bağını 
özüm bağlayım - özüm edə bilərəm”. Kişilər həll edə 
bilmədikləri problemin həllində ona kömək etmək 
istədiyinizi hiss edəndə, gizli də olsa, ləyaqətinə 
toxunulduğunu düşünəcək. 
Həlli: 
Bunu kişilərin dərk etmədiklərini anlamaq vacibdir. 
Faydalı məsləhətinizi eşidən partnyor heç vaxt belə 
deməz: "Əzizim, bunu necə də düşünə bilməmişəm?!” O 
belə düşünəcək: "Çərşənbə axşamına kimi gözləyim, bunu 
öz fikrim kimi söyləyərəm” və əgər siz bunu 
xatırladarsınızsa, heç bu barədə çərşənbə gününə kimi 
eşitmədiyi haqda and-amaıı edəcək. Sizə verə biləcəyim ən 
yaxşı məsləhət - kişinizlə bunu müzakirə edin, bu 
səhifələri oxuması üçün imkan yaradın və 
nələr baş verəcəyini gözləyin. Əslində bu, münasibətləri 
alt-üst etmək üçün dağıdıcı vərdiş deyil - bu, sadəcə, 
olduqca əsəbilik yarada bilir! 
4. 
NIYƏ MƏN PARTNYORUMA ONA
OLAN 
HİSSLƏRİMİ İFADƏ EDİRƏM, O İSƏ 
MƏNƏ 
OLAN SƏMİMİYYƏTİNİ VƏ HEYRANLIĞINI İFADƏ 
Downloaded from KitabYurdu.org


328 
ETMƏYİ BACARMIR? 
Belə bir lıadisə baş verir: siz partnyorunuzla birlikdə 
yemək 
və 
rəqsdən 
ibarət 
bir 
gecə 
keçirməyi 
planlaşdırmısımz. Saat yarım saç düzümünüzə, manikür və 
makiyajımza vaxt sərf edir, qəşəng paltar geyinirsiniz. 
Ərinizi salamlamaq üçün qonaq otağına çıxır və deyirsiniz: 

Bu da mən, əzizim. Necə görünürəm? 
Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə