Draft confidential


Sosial vəziyyətin yaxşılaşdırılması və Minilliyin İnkişaf Məqsədlərinə nail olma



Yüklə 1,13 Mb.
səhifə4/25
tarix26.03.2018
ölçüsü1,13 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   25

Sosial vəziyyətin yaxşılaşdırılması və Minilliyin İnkişaf Məqsədlərinə nail olma


  1. Sosial sektorlarda çağırışlar qalmaqdadır. Resursların qeyri-səmərəli istifadəsinin qarşısının alınması; mərkəzi və yerli səviyyələrdə zəif idarəetmə, planlaşdırma və monitorinq potensialının inkişaf etməsi; təhsil sisteminin əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması məqsədilə islahatlar həyata keçirilməkdədir.



  1. 2005-ci ildə təhsil büdcəsi əhəmiyyətli dərəcədə, qeyri-neft ÜDM-in 5 faizinədək və dövlət büdcəsinin 17,8 faizinədək artırılmışdır. İcbarı təhsilə cəlb olunma səviyyəsi çox yüksəkdir və savadlılıq səviyyəsi isə cincdən və etnik mənşədən asılı olmayaraq demək olar ki 100 faizdir. Lakin 16 yaşdan yuxarı cəlb olunma səviyyəsi kəskin azalır. 17-24 yaşlı gənclərin yalnız 13 faizi (yoxsul ailələrdən olan gənclərin 9 faizi) orta təhsildən yuxarı tədris müəssisələrinə daxil olur. Təhsilə cəlb olunma sahəsində qeyri-bərabərliyin artması bir problemdir. Müasir kurrikulum əsasında rəqabət qabiliyyətli bilik iqtisadiyyatının təşviq olunması, ali təhsilin beynəlxalq standartlara çatdırılması və müasir bazar iqtisadiyyatının tələblərinə cavab verən peşə və yaşlıların təhsili/təlimi sisteminin yaradılması üçün ciddi səylər göstərilməlidir. Hökumət irəliləyişi sürətləndirmək üçün bu yaxınlarda Təhsil Komissiyası yaratmışdır. Bank hökumətin səylərini təhsil sahəsində uyğunlaşdırılımış kredit proqramı ilə dəstəkləyir və bu ÖTS dövründə bu sahədə fəaliyyətini davam etdirməyi planlaşdırır.




  1. Səhiyyə sistemində fundamental islahat gündəliyi həyata keçirilməlidir. Azərbaycanda onsuz da aşağı olan doğum zamanı gözlənilən ömür uzunluğu yüksək körpə, uşaq, ana ölümü səviyyələri, qeyri-keçici xəstəliklərin səviyyəsinin yeksək olması və qeyri-sağlam həyat tərzi nəticəsində bir qədər də azalmışdır. Səhiyyə sistemi əhalinin tələblərinə cavab verən münasib, keyfiyyətli xidmətlər göstərmir və ümumilikdə xidmətlərdən istifadə səviyyəsi (xüsusilə də yoxsullar arasında) çox aşağıdır. Səhiyyə sistemində ciddi qeyri-bərabərlik; ilkin səhiyyə xidmətlərinin pis maliyyələşdirilməsi, zəif idarə olunması və pərakəndəliyi; resursların qeyri-adekvat və qeyri səmərəli bölüşdürülməsi (sektor 2005-ci ildə qeyri-neft ÜDM-in yalnız 1,6 faizini almışdır); aşağı maaşın müqabilində qeyri-formal ödənişlər almağa məcbur olan tibbi personal; keyfiyyətli xidmətlər göstərmək üçün stimulların azlığı; zəif idarəçilik, hüquqi və tənzimləmə mühti kimi problemlər mövcuddur. Səhiyyə Nazirliyində son zaman baş vermiş dəyişikliklər 2006 maliyyə ilində sektormiqyaslı Səhiyyə Sektorunun İslahatı Layihəsi tərəfindən dəstəklənmiş dəqiq müəyyən edilmiş və çox zəruri islahatları həyata keçirməyə imkan yaradır.




  1. Bu çağırışlara baxmayaraq 2005-ci ilin Minilliyin İrəliləyişi Hesabatında Azərbaycan MİM-lərə tez bir zamanda nail ola biləcək ölkələr sırasında qeyd olunmuşdur (bax qoşma 4). YAİİDP və YADİDP minilliyin inkişaf məqsədləri ilə sıx əlaqələndirilmişdir. Həm səhiyyə, həm də təhsil əvvəllər maliyyə çətinlikləri ilə üzləşirdisə, 2005-ci ildən etibarən hökumət özünün sürətlə artan büdcəsinin daha iri hissəsini sosial sahələrə ayırmaq öhdəliyini götürmüşdür. Ayrılacaq resursları nəzərə alaraq sosial sektorlar sahəsində ehtiyac duyulan struktur islahatlarının tez bir zamanda həyata keçirilməsi vacibdir. Bu baxımdan ÖTS bu sahədə vacib rol oynayacaq.



İdarəçiliyin təkmilləşdirilməsi


17. Azərbaycan kənardan idarə olunan qeyri-azad sovet respublikasından daha çox demokratiya və plüralizmə keçid prosesindədir. Bu proses həll olunmamış beynəlxalq münaqişə, ərazinin bir qisminin işğal altında olması və bunun nəticəsində Azərbaycan iqtisadiyyatına ciddi zərərin dəyməsi şəraitində baş verir. Bu fonda 2005-ci ilin parlament seçkiləri beynəlxalq standartlara tamamilə cavab verməsə də, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) müşahidəçilərinin fikrincə əvvəlki seçkilərlə müqayisədə vacib irəliləyişlərin olduğunu göstərmişdir4. 2008-ci ilə planlaşdırılan prezident seçkiləri irəliləyişləri davam etdirmək üçün vacib fürsət olacaq. Konstruktiv və müstəqil kütləvi informasiya vasitələri və vətəndaş cəmiyyəti hökumətin siyasət və strategiyalarının həyata keçirilməsi barədə ictimai rəyin vaxtında çatdırılması yolu ilə ölkə rəhbərliyinin müttəfiqləri ola bilərlər. Sənədin digər hissələrində qeyd edildiyi kimi, neft sektoru ilə bağlı bu artıq baş verməkdədir – bir çox təşkilatları əhatə edən qrup Dövlət Neft Fondunun monitorinqində aktiv iştirak edir. Gələcəyə nəzər salsaq, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın siyasi sisteminin kamilləşmə tempinin onun iqtisadi artım sürəti ilə ayaqlaşmasının və bu artımı dəstəkləməsinin təmin edilməsidir. Azərbaycan keçmiş Sovet respublikaları arasında müxtəlif tərəflərlə yaxşı əlaqələr qurmağa qabil olan beynəlxalq siyasətin aparıcı iştirakçılardan biri kimi getdikcə daha yaxşı tanınmaqdadır. Azərbaycan GUAM Demokratiya və İqtisadi İnkişaf Təşkilatının baş katibi funksiyasını yerinə yetirir. Bu təşkilata Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna və Moldova daxildir.


  1. İdarəçiliyin bir sıra vacib sahələrində, xüsusilə də neft gəlirlərinin idarə edilməsinin şəffalığının artırılmasında irəliləyiş əldə olunmuşdur. ARDNF-ın5 yaradılması və Azərbaycanın Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsündə (EİTİ) iştirakı neft gəlirlərinin monitorinqini həyata keçirən təxminən 90 qeyri-hökumət təşkilatlarının (QHT-lərin) koalisiyasının fəaliyyəti güclənmiş və vətəndaş cəmiyyətinin Hökumətlə dialoq imkanları güclənmişdir6. 2004-cü ildə Bakıda imzalanmış Anlaşma Memorandumu7 əsasında Azərbaycan artıq üç il, yəni 2003-cü, 2004-cü və 2005-ci illərdə, EİTİ-yə hesabat vermişdir. Lakin, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) EİTİ-də iştirakına baxmayaraq, Hökumət hələ də EİTİ beynəlxalq meyarlarının tələb etdiyi kimi, ARDNŞ-ın beynəlxalq standartlara əsasən audit yoxlamasının keçirilməsi üçün sabit cədvəl tətbiq etməmişdir. Bundan əlavə, tənzimləyici funksiyalar kommersiya funksiyalarından ayırmamışdır və sistemin yenidən qurulması zəif surətdə həyata keçirilir. Ümumilikdə, dövlət müəssisələrinin korporativ idarə edilməsi və maliyyə hesabatlılığı ümumi maliyyə intizamını zəiflədən əsas məsələlərdən biri olaraq qalır. Ölkə tərəfdaşlıq strategiyası (ÖTS) Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) və dövlət müəssisələrində keçirtdiyimiz layihələrin (su, enerji, nəqliyyat) Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə uyğun olaraq icrasına mövcud yardım vasitəsi ilə EİTİ-ni birbaşa dəstəkləyir. Yaxınlarda Açıq Cəmiyyət Azərbaycanın EİTİ-də aparıcı rolunu yüksək qiymətləndirmişdir8.




  1. Dayanıqlı maliyyə siyasətini tərtib və icra etmək üçün Azərbaycan institusional çərçivə təsis etmişdir. Büdcənin tərtibi prosesini Fond və Bank tərəfindən əməkdaşlıq nəticəsində hazırlanmış Büdcə haqqında Azərbaycan Respublikasının qanunu tənzimləyir. Həmin qanun Dövlət İnvestisiya Proqramı (DİP) və YAİİDP arasında zəruri əlaqənin təmin edilməsi məqsədi ilə OMXP hazırlanması vasitəsilə çoxillik büdcələməni tətbiq edir. Həm OMXP, həm də DIP Milli Məclisə təqdim edilməlidir. Qanun büdcənin xərc maddələrinə aid təfsilatları beynəlxalq büdcə təsnifatına uyğun olaraq təqdim edilməsini təmin edir. Neft Fondunun bütün xərcləri (inzibati xərclərdən başqa) Milli Məclisin təsdiq etdiyi illik icma büdcəyə daxil edilir. Büdcə sisteminin təkmilləşdirilməsi vahid Xəzinədarlıq hesabının tətbiq edilməsi və ARDNF-ın maliyyələşdirdiyi xərcləri daxil etməklə, büdcə təşkilatlarının mövcud bütün büdcədənkənar əməliyyatlarının büdcəyə daxil edilməsi nəticəsində daha da gücləndirilmişdir. Lakin, nazirliklərarası əlaqələndirmənin yaxşılaşdırılmasına böyük ehtiyac vardır. OMXP və DİP hələ də tam olaraq hazırlanmamışlar və Maliyyə Nazirliyində və İqtisadi İnkişaf Nazirliyində potensial quruculuğunu tələb edir, sahə nazirliklərinin büdcənin tərtibi prosesində tam surətdə iştirakı isə geniş təlim tələb edəcəkdir. ÖTS büdcə tərtibi prosesinə Proqramatik DXİ vasitəsilə dəstək göstərir.




  1. Qeyri-adekvat maliyyə intizamı, ödənişlərin həyata keçirilməməsi, dolayı və birbaşa subsidiyalar, həmçinin kommunal və nəqliyyat sektorları arasında yaranan maraq toqquşmaları misalları Azərbaycan iqtisadiyyatının üzləşdiyi mürəkkəb problemlərdir. Nəticədə əmələ gələn yüksək iqtisadi və sosial xərclər monopolistik davranışın, sistemin tez-tez sıradan çıxması səbəb olduğu, həmçinin sağlamlığa və yoxsulluğa birbaşa təsir edən artan qeyri-səmərəlilik və istehlakçıların zərər çəkməsi halları vasitəsilə özünü biruzə verir. Enerji kommunal xidmətlərə dolayı subsidiyaların ayrılması əvvəlcə 500 milyon ABŞ dolları həcmində idi. Hal-hazırda həmin subsidiyalar birbaşa surətdə ayrılır və 2005-ci ildə təqribən 320 milyon ABŞ dollarına qədər azalmışdır. Lakin, enerji məhsullarının ölkədaxili qiymətləri beynəlxalq qiymətlərdən aşağıdır və bu səbəbdən sektor üçün əhəmiyyətli alternativ məsrəf imkanlarını yaradır. ÖTS YAYK-da əks edilmiş hökumətin beş-istiqamətli proqramını dəstəkləməyə davam edəcək: ÖTS müddətində məsrəflərin çıxarılmasını nəzərdə tutan tariflərə keçmə, yığımların artırılması, təbii monopoliyaların müvafiq tənzimlənməsi, MHBS-ların qəbulu vasitəsi ilə maliyyə hesabatlılığı və yoxsullara təsirin azaldılması məqsədi ilə ünvanlı sosial müdafiə şəbəkəsinin tətbiq edilməsi. Hökumət bu proqrama sadiqdir. 2006-cı ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinə kommunal xidmətlər üçün yığım dərəcələrinın artırılıması istiqamətlərini təmin etmək barədə göstəriş vermişdir. Sentyabr ayının yığım dərəcələri qaz üçün 83 %-ə, su üçün isə 70 %-ə qədər ikiqat artmışdır.9 Sayğaclar surətli şəkildə quraşdırılır. Su və qaz tarifləri əhəmiyyətli dərəcədə yüksəlmişdir. Mühasibat uçotu haqqında yeni qanun MHBS-ların tətbiqini tələb edir. Ünvanlı sosial yardım sisteminin 2006-cı ilin iyul ayında tətbiqi başlanıb.




  1. Hökumət dövlət qulluğunun islahatlarının vacibliyini qəbul edir, lakin bu sahədədə sürət aşağıdır. Təhsilli işçi qüvvəsinin olmasına baxmayaraq aşağı maaşlar, zəif təşkilat və motivasiyanın azlığı dövlət qulluğunun fəaliyyətinə mane olmuşdur. 2001-ci ildə qəbul edilmiş Dövlət Qulluğu haqqında Qanun ümumən beynəlxalq standartlara cavab verir, lakin bu qanunun icrası tam ardıcıl olmamışdır.




  1. Korrupsiya Azərbaycanda ciddi problem olaraq qalır. 2005 və 2006-cı illərdə müəyyən irəliləyişlərə baxmayaraq, Azərbaycan hələ də “Transparency International” təşkilatının korrupsiyanın qavranılması indeksində (Corruption Perceptions Index) aşağı reytinqə malikdir (ölkənin reytinqi 2005-ci ildəki 137-ci mövqedən, 2006-cı ildə 163 ölkə arasında 130-cu yerədək qalxmışdır). Eyni zamanda zəif idaretmə də işgüzar fəaliyyətin qarşısında dayanan amillərdən hesab olunur. Azərbaycan “Doing Business 2007” hesabatında 99-cu yeri tutmuşdur (175 ölkə arasında) və beş sahəyə təcili diqqət yetirilməlidir: vergi dərəcələri və administrasiyası; gömrük; lisenziyalaşdırma rejimi; və korrupsiya. Dünya Bankı və AYİB-in 2005-ci il Biznes Mühiti üzrə Müəssisələrinin Düşüncələri Sorğusunda (BEEPS) da zəif idarəçiliyin işgüzar fəaliyyətin qarşısında dayanan maneə olması və 2002-ci il BEEPS sorğusuna nisbətən korrupsiyanın hətta artması fikri qeyd edilir. Bununla belə, qeyd olunmalıdır ki, BEEPS-də müayinə edilmiş 21 problem sahəsinin 15-i üzrə Azərbaycanın göstəricisi Avropa və Mərkəzi Asiya regionu üzrə orta göstəricidən yuxarıdır. Yuxarıda qeyd olunmuş beş sahədə Azərbaycanın göstəriciləri orta göstəricidən aşağıdır.




  1. Vətəndaşlıq cəmiyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində ətraflı Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramı hazırlanmışdır: Hökumət korrupsiya ilə mübarizə sahəsində bir neçı addlm atmışdır, yeni antikorrupsiya qanunvericiliyi qəbul olunmuş, antikorrupsiya qurumları gücləndirilmiş və Baş prokurorluqda və daxili İşlər Nazirliyində antikorrupsiya idarələri yaradılmışdır. Pensiya ödənişləri üçün ATM kartlarından istifadə edilməsi bu sahədə korrupsiyanı azaltmışdır. Yol polisində də təkmilləşdirmələr baş vermişdir. Burada maaşlar beş dəfə artırılmış və bunun nəticəsində, bildirildiyinə görə xırda rüşvətalma halları azalmışdır.




  1. Avropa Şurasında Korrupsiyaya qarşı Dövlətlər Qrupu (KQDQ) 2006-cı ilin iyun ayında Azərbaycan üzrə Qiymətləndirmə Hesabatını dərc etmişdir. Hesabatda yeni qanunvericiliyin qəbul edilməsində əldə olunmuş irəliləyiş yüksək qiymətləndirilir, lakin icra mərhələsində olan bəzi çatışmazlıqlar, o cümlədən, müxtəlif orqanlar arasında əməkdaşlıq və əlaqələndirmənin zəif olması, bütün dövlət qulluqçuları tərəfindən etika məcəlləsinin daha geniş qəbul edilməsinə, maraq mübahisələrin həllinə, korrupsiya və vəzifədən sui-istifadə hallarına görə vəzifəli şəxslərin məsuliyyətinin artırılmasına olan tələbat göstərilir. İƏİT Katibliyində yerləşən Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi (AKŞ) həmçinin 2006-cı ilin iyun ayında Monitorinq Hesabatını dərc etmiş və onda Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramının icrasının sürətləndirilməsi və digər məsələlər barədə detallı şərhlərini və tövsiyələrini vermişdir.




  1. BİA-nın yardımı ilə məhkəmə sistemində vacib islahatlar başlamışdır. Dünya Bankı İnstitutunun idarəetmə göstəriciləri hökumətin səmərəliliyi və tənzimləmənin keyfiyyəti sahəsində tədricən irəliləyiş nümayiş etdirir. Bankın Hökumətlə kompleks islahat dialoqu yeni ÖTS dövründə davam etdiriləcək. Lakin irəliləyişin sürəti zəifdir və Hökumət beynəlxalq inkişaf təşkilatlarının yardımı ilə daha çox iş görməlidir və görə bilər. Təklif olunan ÖTS layihələri və AMF birlikdə həmin səylərin dəstəklənməsi üzrə vahid və ətraflı İdarəçilik üzrə Tədiblər Planını təşkil etmək üçün layihələndirilib, aşağıdakı İdarəçilik – ÖTS-ın Kompleks Məqsədi bölməsinə baxın. Misal üçün, səhiyyə sektorunda korrupsiya qəti sürətdə Səhiyyə Sektorunun İslahatı Layihəsində ünvanlanıdırılıb. Təhsil sektorunda mövcud məsələlər bir sıra Təhsil APL-ləri vasitəsilə ünvanlandırılır. Pensiya və Sosial Yardım Layihəsi sosial transferlər sahəsində vəsaitin axmasını minimillaşdırmağa kömək edir.






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə