Dris qruplarına r



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix24.02.2018
ölçüsü0,87 Mb.
#27726
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

Səhifə 50          

əllimlərin tədris qruplarına rəhbərlik. Fasilitatorun təlimat kitabçası

 

   


Başlıq 4.9. Münaqişələrin və destruktiv davranışın idarə edilməsi 

Hər hansı bir işgüzar qrupun görüşündə münaqişələrin və destruktiv əməllərin yeri ola 

bilər. Onların qarşısının alınması və ya idarə edilməsi məqsədilə fasilitator həm 

konstruktiv, həm də destruktiv əməlləri yaxşı bilməlidir. Fasilitator diqqətlə bu əməlləri 

müşahidə etməli və müvafiq reaksiya göstərməlidir. İlk növbədə, özü iştirakçılara 

konstruktiv və müsbət davranış nümunəsi  göstərməlidir.  

 

Konstruktiv davranış aşağıdakıları nəzərdə tutur: 



  

 



Əməkdaşlıq: 

qrup üzvləri hörmətlə və maraqla həmkarlarının  fikirlərinə qulaq asırlar.  

Onların tərəfini saxlamağa və imkan daxilində bu fikirlərlə paylaşmağa hazırdırlar; 

 



 

Təhrik etmək : 

qrupun üzvləri öz münasibətləri ilə qrupun fədakarlığının artırılmasına dəstək 

verirlər;

 



 



Həmahənglilik: 

iştirakçılar qrupun birliyinə dəstək verirlər (məsələn: mürəkkəb vəziyyətlərdə 

yumorun istifadəsi); 

 



 

Risk: 


iştirakçılar hazırdırlar ki, qrupun maraqlarını qorumaq üçün müəyyən şəxsi məsələləri 

risk altına qoysunlar; 

 



 



Yenidən nəzər keçirməა: 

Qrupun işinin səmərəliliyini təmin etmək məqsədilə  üzvlər görüşün  

gündəliyini, cədvəlini, müzakirə olunası məsələləri, qərarların qəbul edilməsi prinsiplərini  və 

prosedurları, məlumatın istifadəsi və sairəni tənqidi və konstruktiv qiymətləndirirlər. 

 

 

Destruktiv davranış aşağıdakıları nəzərdə tutur: 



 

Dominantlıq: 



iştirakçı çalışır ki, görüş vaxtının çox hissəsini öz məqsədləri və fikirləri         

üçün  istifadə etsin;  qrupun iş prosesinə özü nəzarət etsin; 

  



 



Tələsdirmək: 

iştirakçı qrupa bir məsələ üzərində müzakirə bitənə qədər növbəti məsələnin 

müzakirəsinə keçməyi məsləhət görür; başqalarını dinləməkdən və qrupda işdən bezir; 

 



 

Özünü təcrid etmə

iştirakçı görüşdə iştirak etmir;

 



 

Etinasızlıq: 

iştirakçı həmkarlarına və onların tövsiyələrinə etinasız yanaşır. Ədəbsiz 

zarafatlarla və ifadələrlə qrupun başqa üzvlərini təhqir edir;

 



 



Əsas mövzudan kənara çıxma: 

iştirakçı başqa məsələlərlə məşğuldur və qrupun üzvlərini 

görüşün mövzusundan fərqli diskussiyaya cəlb etməyə çalışır;

 



 

Bloklama:  

söylənilən  ideyaları və tövsiyələri pisləməklə və tənqid etməklə qrupun işinə mane 

olur.


 

 

Destruktiv  davranışların  qarşısının  alınması  fasilitator  tərəfindən  vaxtında  və  səmərəli 



intervensiyanı  tələb  edir.  İntervensiya  həm  verbal,  eləcə  də  qeyri-verbal  əməli  nəzərdə  tuta 

bilər.  


 

Fasilitator tərəfindən hər hansı bir növdə intervensiyanın məqsədi qrupun işinin səmərəliliyinin 

saxlanılması və onun üzvləri üçün özünü ifadə edilməsi və bərabər hüquqlu iştirakın təminatı 

ola bilər. Münaqişəli vəziyyətlərin idarə edilməsinin dəqiq resepti yoxdur. Aşağıda yanaşmalar 

və strategiyalar verilmişdir, onların lazımi vaxtda və kontekstdə istifadəsi fasilitatorlara qrupda 

konstruktiv və əməkdaşlıq mühitinin yaradılmasında və qorunub saxlanılmasında yardım 

edəcəkdir.  

 



 

 

əllimlərin tədris qruplarına rəhbərlik. Fasilitatorun təlimat kitabçası



 

                

Səhifə 51

 

Prevensiya: 



görüşün və ya iş prosesinin iştirakçıları ilə tanış olun, eləcə də onların tələbatları və 

maraqları ilə tanış olun.  İştirakçılarla birlikdə qaydaları işləyib hazırlayın və qəbul edilən qaydalar 

haqqında birlikdə razılığa gəlin.

 

 



Etinasızlıq: 

vacibdir ki, fasilitatorun  vəziyyəti düzgün qiymətləndirməsi və görüş iştirakçılarının 

müəyyən hərəkətlərinə həddindən artıq reaksiya göstərməsin. Bəzi hallarda, ayrı-ayrı qəbul   

edilməyən  hərəkətə göz yummaq olar ki, vəziyyətin daha da gərginləşdirilməsinin qarşısının 

alınması mümkün olsun. Əgər destruktiv davranış təkrarlanarsa və ya müntəzəm xarakter 

alarsa,reaksiyanı o zaman təkrar etmək olar.  

Yüngül  intervensiya: 

yüngül intervensiya halında fasilitator çalışır ki, nisbətən müdaxilə etsin və 

vəziyyətin gərginləşməsinin və münaqişənin eskalasiyasının qarşısını alsın. Bu məqsədlə fasilitator 

növbəti strategiyalardan istifadə edə bilər:

 



 



qrup üzvünün problemlərini və onu narahat edən məsələləri yaxşı başa düşməyə və onun 

özünü yaxşı hissə etməsinə köməklik göstərməyə çalışın;

 



 



qrupa (konkret şəxsiyyətə deyil) davranışı və qrupda iş qaydalarını, görüşün əsas müzakirə 

olunası məsələsini və s. xatırladın;

 

 

 Orta intervensiya: 



iştirakçı ilə fasilə zamanı şəxsən söhbət edin. Xatırladın ki, qrupun konkret 

məsələsi var və hər bir iştirakçı bu prosesdə öz töhfəsini verməlidir

 

 

Güclü intervensiya: 



Güclü intervensiya: qrup çıxılmaz vəziyyətdə olanda və konkret şəxsiyyətlərə görə 

işin davam etdirilməsi mümkün olmadığı hallarda güclü intervensiya vacib olur. Belə bir halda 

fasilitator iştirakçılarqrupda iş qaydalarını və konkret məsələ üzərində iş prosedurlarını xatırladır. O, 

qrup üzvlərinə imkan verir ki, bu məsələlər haqqında öz münasibətlərini  ifadə etsinlər. Bundan 

sonra, onlar, nəzərə alınması və ona hörmət edilməsi hamı üçün məcburi  olan yekun qərarı qəbul 

etməlidirlər. Əgər ayrı-ayrı şəxslər yenə də destruktiv hərəkəti davam etdirirlərsə, o zaman fasilitator 

onların adlarını ucadan söyləyir və digər iştirakçılarla birlikdə onların davranışlarının korreksiyası və 

vəziyyətin həlli yolları haqqında müzakirələr aparır.  

 

 

Cədvəl 12



. Destruktiv davranışın idarə edilməsi:  Tövsiyələr

 

 



Davranış

 

Davranışın səbəbi



 

Davranışın idarə ediılməsi: tövsiyələr

 

Həmkarları ilə söhbət 



edir ,söhbəti yarımçıq 

kəsir və yersiz suallar 

verir .ərhlər edir 

Aqressiv xarakter,başqalarını 

qıcıqlqndırmaqdan zövq 

almaq 


 

 



 

Sakitliyi saxlamağa çalışın,çünki, “əyləncəli 

şou”nun qarşısı alınmalıdır ;  

 



İştirakçının suallarında vəa fikirlərində hər 

hansı bir mühüm və dəyərli olanı tapmağa 

çalışın; 

 



Onun hər hansı bir fikri ilə razılaşın və sonra 

söhbətin mövzusunu dəyişin;  

 

İştirakçı  tərəfindən hər hansı  səhv 



məlumatın söyləndiyi halda, qrup üzvlərinə 

səhvi düzəltmək imkanını verin.   

Həddən çox danışır 

Özünü göstərməyə çalışır  

 

Həmkarları ilə müqayisədə 



çox səriştəlidir 

 



Onun söhbətində fasiləni gözləyin, sonra 

təşəkkür edin və çalışın ki,söhbətə başqa 

şəxsi dəvət edəsiniz və ya müzakirə 

mövzusunu dəyişin;  




Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə