Dris qruplarına r



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix24.02.2018
ölçüsü0,87 Mb.
#27726
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

 

 

əllimlərin tədris qruplarına rəhbərlik. Fasilitatorun təlimat kitabçası



 

                

Səhifə 43

 

Başlıq 4.4. Aktiv dinləmə 

 

Aktiv dinləmə fasilitasiyanın və ümumiyyətlə, səmərəli kommunikasiyanın əsas bacarıqlarından  



biridir. O, başqası tərəfindən deyilənin başa düşülməsi və dərk edilməsini nəzərdə tutur. İlk 

baxışdan, bu, çox asandır. Amma statistika göstərir ki, gündəlik həyatda insanlar səsləndirilən  

məlumatın  yalnız  20-25  %-ni  eşidirlər.  Bununla  yanaşı,  günün  sonunda  dinlənilən 

məlumatın 46%-i insanın yadından çıxır.                                                                                                                                   

 

 

Fəal  dinləmə  yalnız  səslərin,  sözlərin  və  cümlələrin  başa  düşülməsini  nəzərdə  tutmur.  Fəal 



dinləyici  alınan  məlumatı  və  onun  əhəmiyyətini  başa  düşür,  həm  deyilənin  məzmununa, 

eləcə  də  hisslərə  diqqət  yetirir.  “Mənim  şagirdlərim  qrupda  iş  zamanı  çətinlik  çəkirlər”,  - 

söyləyən müəllim acığını, çaşqınlığını, ümidsizliyini göstərə bilər və yaxud da kömək istəyə 

bilər.  Belə  ki,  fəal  dinləyici  hər  zaman  deyilənin  arxasındakı  emosiyanı  müşahidə  edə 

bilməlidir. Fəal dinləmənin dörd əsas elementi  vardır:  

 



Sizin probleminizin nədən ibarət olduğunu başa düşürəm

 ; 


 

Özünüzü necə hiss etdiyinizi bilirəm



;  

 



Nə deyəcəyiniz mənə maraqlıdır



 

Mən sizi mühakimə etmirəm.

  

 

Aktiv dinləmənin maniələri  



 

 



Passiv/epizodok  dinl

ə

m

ə

insanlar danışdıqlarından tez fikirləşirlər. Buna görə də bir çox 

hallarda onlar “asudə vaxtlarını” öz problemlərini düşünməyə sərf edirlər. Müvafiq olaraq 

onlar dinlənilənin məzmunu və həmsöhbətin emosiyalarını tam olaraq başa düşüb dərk edə 

bilmirlər;

 



 



Bloklaşdırılmış dinl

ə

m

ə:  

dinləyici tərəfindən həmsöhbətin dediyi söz və ya ifadə 

mənfiemosiya yaradır və buna görə də qalan söhbəti dinləməkdən boyun qaçırır;

 



 



S

ə

thi dinl


ə

m

ə

: dinləyici söhbətin əvvəlindəcə hesab edir ki, söhbətin mövzusu darıxdırıcıdır 

və ya əvvəlcədən onun məzmununu bilir. Müvafiq olaraq səthi və səmimilik xətrinə 

həmsöhbətinin dediklərini dinləyir;

 



 

Göst


ə

rici dinl



ə

m

ə

:

  

dinləyici diqqətlə həmsöhbətinə baxır, səmimi dinləyicininin 



imitasiyasını yaratmaq məqsədilə, hərçənd əslində tamamilə başqa məsələ haqqında  

düşünürlər.Belə bir dinləmə tərzi həmsöhbət üçün kifayyət qədər asan başa düşüləndir.

 

 

Aktiv dinləmə üçün səmərəli strategiyaların istifadəsi:  



 

Dinləmənin fiziki tərəfi: 

qeyd edilən marağın göstərici jestlərinin və mimikaların istifadəsini və bütün 

söhbət ərzində gözlə əlaqənin saxlanılmasını nəzərdə tutur. 

 

 

Dinləmənin psixoloji tərəfi : 



bu zaman dinləyici həmsöhbətinə diqqətini cəmləşdirmişdir, ona baxır ki, 

nə deyir, nəyi deməkdən özünü saxlayır,emosiyalarını necə necə istifadə edir

.  

 

Dinləmənin verbal tərəfi : 



verbal strategiya söylənilənin təkrarlanmasını, daha yaxşı başa düşülməsi 

məqsədilə təkrar soruşmanı nəzərdə tutur.  Eləcə də sadə verbal qarşılıqlı əlaqə, məsələn, “başa 




Səhifə 44          

əllimlərin tədris qruplarına rəhbərlik. Fasilitatorun təlimat kitabçası

 

   


düşürəm”, “doğrudur”, “əlbəttə ki” həmsöhbətə göstərir ki, onun söhbəti maraqlıdır və daha çox 

motivasiya ilə söhbətini davam etdirir. 

  

Aktiv dinləmə fasilitatorun müəllimlərlə səmərəli inteqrasiyaya, qarşılıqlı anlayışa və qarşılıqlı  



hörmətinə dəstək verir. Fasilitator tərəfindən aktiv dinləməni nümayiş etdirdikdən sonra 

müəllimlər özləri də həmkarları ilə uyğun şəkildə ünsiyyət saxlamağa çalışacaqlar. Bu isə 

öz növbəsində müəllimlər arasında məhsuldar peşəkar əməkdaşlığa dəstək verəcəkdir.  

 

 



Cədvəl 9. Aktiv dinləmənin strategiyaları 

 

Strategiya 



Məqsəd  

Fraza 


 

Həvəsləndirmə 

 

 

Həmsöhbətinizə göstərin ki, onun 



söhbəti ilə maraqlanırsınız 

 

Başa düşürəm... 



Maraqlıdır ... 

 

Yaxşı  başa  sal  /bu  haqqda 



daha 

çox 


de… 

Səni 


dinləyirəm, davam et….. 

 

 



 

Təkrar soruşma 

Həmsöhbətinizə göstərin ki, ona 

diqqətlə qulaq asırsınız və onu başa 

düşürsünüz 

 

Söhbətin məzmununu  yaxşı başa 



düşmək üçün 

 

Həmsöhbətə yardım etmək ki, öz 



fikrini daha yaxşı ifadə etsin 

 

Başa düşdüyüm kimi, sizin vəziyyətiniz 



ondan ibarətdir ki…. 

Başqa  sözlərlə  desək,  siz 

qərara 

aldınız  



ki… 

 

Siz hiss edirsiniz ki… 



 

 

Yekunlaşdırma



  

Mühüm ideyaların, faktların və 

digər mühüm məlumatın 

əlaqələndirilməsi 

 

Söhbətin növbəti mərhələsi üçün 



əsasın yaradılması 

 

Sizin söhbətinizdən göründüyü kimi, 



əsas problem ondadır ki  

Söhbətinizi yekunlaşdırsaq….  

 

 

 



 


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə