DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   ...   15   16   17   18   19   20   21   22   23

Düşünən İnsan, Dekabr 2013

55

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  #17



istədiyiniz  radiasiyanı  verin.  Bu  təcrübəni 

illərlə  davam  etdirin  və  (həyat  üçün  lazım 

olan) 2000 fermentdən neçə dənəsini sintez 

etdiyini  yoxlayın.  Mən  sizə  cavabı  indidən 

verirəm və beləliklə, bu təcrübəyə vaxtınızı 

sərf  etməyin:  bəlkə  meydana  gələcək  bir 

neçə  amin  turşusu  və  digər  bəsit  kimyəvi 

maddələrdən  başqa  qətiyyən  heç  bir  şey 

tapa  bilməyəcəksiniz.  (Fred  Hoyle,  The 

Intelligent  Universe,  New  York:  Holt, 

Rinehard & Winston, 1983, s. 256)

Əslində, materializmin müəmması daha bö-

yükdür. Maddə nəinki öz-özünü əmələ gətirmə-

yi, insan şüuru ilə birləşdikdə həyatı belə əmələ 

gətirə bilmir. Çünki bu gün bəşəriyyət bütün bi-

lik və texnologiyaya baxmayaraq, cansız mad-

dədən həyat əmələ gətirə bilmir. 

Burada  qısa  xülasəsini  verdiyimiz  həqiqət 

budur  ki,  maddə  öz-özünə  heç  cür  yeni  bir 

maddə və məlumat əmələ gətirə bilməyəcəkdir. 

Kainatda və canlılarda isə fövqəladə mürəkkəb 

yaradılış  dəlilləri  və  bilik  vardır.  Bu  da  bizə 

kainatdakı və canlılardakı bütün qüsursuzluğun 

və  fövqəladə  biliyin  bütün  maddəyə  hakim 

olan, maddədən əvvəl də var olan, sonsuz güc 

və ağıl sahibi Allah’ın əsəri olduğunu göstərir.

Diqqət etsək, görərik ki, bu, tamamilə elmi 

nəticədir. Bu, inanc deyil, kainatın və canlıların 

müşahidəsi ilə dərk edilən həqiqətdir. Ona görə 

də  təkamül  nəzəriyyəsi  tərəfdarlarının  ortaya 

atdığı  “təkamül  elmidir,  yaradılış  isə  elmdən 

kənar inancdır” iddiası səthi yalandan ibarətdir.

XIX əsrdə materializmin elmə qarışdırıldığı, 

elmin  materializmin  ehkamlarına  uyğun 

gəlməsi  üçün  təhrif  edildiyi  doğrudur. Ancaq 

XX  və  XXI  əsrdəki  irəliləyişlər  bu  fəlsəfəni 

məhv  etmiş  və  materializm  tərəfindən 

gizlədilən  yaradılış  gerçəyini  üzə  çıxarmışdır. 

Tanınmış  “Newsweek”  jurnalının  27  avqust, 

1998-ci il tarixli sayında verdiyi “Elm Allah’ı 

tapır”  (Science  Finds  God)  başlığı  ilə  ifadə 

edildiyi kimi materialist xətalardan sonra elm 

bütün  kainatın  və  canlıların  yaradıcısı  olan 

Allah’ı tapmışdır.




Təkamül nəzəriyyəsinin mühüm xətalarından 

biri də “rudiment orqanlar” iddiasıdır. Təkamül-

çülər canlıların bəzi orqanlarının artıq funksiya-

sını itirdiyini və zaman keçdikcə bu  orqanların 

itəcəyini iddia edirlər. Bu iddiaya əsaslanaraq da 

“əgər  canlı  orqanizmi  yaradılsaydı,  işə  yarama-

yan  orqanlar  olmazdı”  mesajını  cəmiyyətə  ver-

məyə çalışırlar.

XX  əsrin  əvvəlindəki  təkamülçü  KİV-lərin-

də insan orqanizmində appendiks (xalq arasında 

apendisit  kimi  tanınan  kor  bağırsaq  çıxıntısı), 

büzdüm sümüyü, badamcıqlar, epifiz vəzi, qulaq 

seyvanı, timus (çəngələbənzər vəzi) və ağıl dişi-

nin də daxil olduğu yüzə qədər orqan “rudiment 

orqan”  elan  edilmişdi. Amma  sonrakı  onilliklər 

ərzində  tibb  sahəsində  mühüm  addımlar  atıl-

dı.  İnsan  orqanizmində  olan  orqan  və  sistemlər 

haqqında məlumatımız artdı. Bunun nəticəsində 

“kütləşmiş orqan” iddiasının tamamilə bir cəfən-

giyyat olması da aydın oldu. Təkamülçülərin bu 

barədə hazırladıqları uzun siyahı sürətlə qısaldı. 

Məsələn, kor bağırsaq çıxıntısı, badamcıqlar və 

burun  ətinin  immun  sistemimizdə  funksiyaları-

nın olduğu məlum oldu. Timusun müdafiə siste-

mi hüceyrələrinin yetkinləşdiyi bir orqan olduğu, 

epifiz vəzinin isə mühüm hormonları ifraz etmək 

funksiyası olduğu kəşf edildi. Büzdüm sümüyü-

nün  çanaq  sümüyü  ətrafında  yerləşən  əzələlərə 

dəstək  olması,  qulaq  seyvanının  isə  səslərinin 

yerini  müəyyən  etməkdə  mühüm  funksiyası  ol-

duğu müəyyən edildi. Qısaca desək, “kütləşmiş 

orqanlar” iddiasının yeganə əsasının cahillik ol-

ması üzə çıxdı.

Beləliklə, müasir elm “rudiment orqan” mən-

tiqinin  yanlışlığnıı  dəfələrlə  ortaya  qoymuşdur. 

Yenə də bəzi təkamülçülər bu iddianı yeni şey-

lər taparaq yaşatmağa çalışırlar. Təkamülçülərin 

“kütləşmiş”  olduğunu  iddia  etdikləri  orqanların 

demək  olar  ki,  hamısının  funksional  olması  bu 

gün tibb dünyası tərəfindən ortaya qoyulmasına 

baxmayaraq, hələ də bir-iki orqan üzərində təka-

mülçü şübhə durur.

Bunların  ən  çox  diqqətçəkəni  “ağıl  dişi”dir. 

Bəzi  təkamülçü  mənbələrdə  “üçüncü  azı  diş” 

kimi  məlum  olan  bu  dişin  insan  orqanizminin 

“funksiyasını  itirmiş”  bir  hissəsi  olduğu  iddiası 

yer alır. Buna dəlil kimi də çox sayda insanda bu 

dişin problemlərə yol açması və cərrahi müdaxilə 

ilə  çıxarılmasının  çeynəmə  funksiyasına  təsir 

etmədiyi deyilir.



56

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 18

www.tekamulsaxtakarliqlari.com



Ağıl dişinin funksiyasız olması kimi təkamül-

çü  təlqindən  təsirlənən  bir  çox  həkim  gündəlik 

təcrübələri ərzində digər dişlərin yaratdığı prob-

lemlərə daha ehtiyatla yanaşaraq, bu dişləri qo-

rumağa  çalışır,  ağıl  dişinin  çəkilməsini  isə  adət 

halına salmışlar. Lakin son illər ərzində aparılan 

bəzi  araşdırmalar  bu  dişin  çeynəmə  funksiya-

sını üzərinə götürməkdə digər dişlərdən heç bir 

fərqinin olmadığını göstərmişdir. (Leonard M.S., 

1992.  Removing  third  molars:  a  review  for  the 

general  practitioner.  Journal  of  the  American 

Dental Association, 123(2):77-82) Bu dişin digər 

dişlərin  yerləşməsini  pozması  kimi  inancın  da 

əsassız olduğunu göstərən fəaliyyətlər aparılmış-

dır. (M. Leff, 1993. Hold on to your wisdom teeth. 



Consumer reports on Health, 5(8):4-85.) Ağıl di-

şində rast gəlinən və dərman vasitəsilə həll edilə-

cək problemlərdə bu dişin çıxarılması haqqında 

elmi  tənqidlər  yayımlanmışdır.  (Daily.T  1996. 



Third  molar  prophylactic  extraction:  a  review 

and analysis of the literature. General Dentistry, 

44(4):310-320)

Beləliklə, ağıl dişinin “yararsız” olması kimi 

inancın heç bir elmi təmələ əsaslanmadığı və bu 

dişin  çeynəmə  funksiyasında  digər  dişlər  kimi 

funksiyasının olması bu gün tibb dünyasının or-

taq fikridir.

Bəs sözügedən dişin çox az insana narahatlıq 

verməsinin səbəbi nədir? Bu mövzunu araşdıran 

elm adamları ağıl dişinin problemlərinin müxtə-

lif dövrlərdə yaşamış insan cəmiyyətlərinə görə 

fərqləndiyini müəyyən etdilər. Xüsusilə sənaye-

dən  əvvəlki  cəmiyyətlərdə  bu  problemə  çox  az 

rast gəlindiyi məlum oldu. Bunun səbəbi kimi xü-

susilə son bir neçə əsrlik dövr ərzində bərk qida 

maddələri  əvəzinə  daha  yumşaq  qida  maddələ-

rinə üstünlük verilməsinin çənə inkişafına mənfi 

təsir etdiyi göründü. Ona görə ağıl dişi problem-

lərinin  də  əsasən  qidalanma  vərdişlərindən  irəli 

gələn çənə inkişafı problemləri ilə bağlı şəkildə 

üzə çıxdığı müəyyən edildi.

Cəmiyyətlərin  qidayla  bağlı  verdikləri  üs-

tünlüklərdəki  oxşar  dəyişikliklərin  digər  dişlərə 

mənfi təsiri məlumdur. Məsələn, son əsr ərzində 

şirin və turşulu yeməklərə üstünlük verilməsi di-

gər dişlərdə çürümə faizi və sürətini artırmışdır. 

Ancaq əlbəttə, bu vəziyyət ağıl dişinə də aiddir. 

Bu dişlə bağlı problemlər hər hansı təkamül “küt-

ləşmə”sindən deyil, dövrümüzün insanlarının qi-

dalanma vərdişlərindən qaynaqlanır.

Düşünən İnsan, Dekabr 2013



57

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  #18




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə