DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   ...   15   16   17   18   19   20   21   22   23

B

əzi  canlılar  həyatlarının  müxtəlif 

dövrlərində 

yaşadıqları 

mühitin 

şərtlərinə  uyğunlaşmaq  üçün  fiziki 

dəyişikliklər keçirirlər. Bu dəyişiklik prosesinə 

biologiyada metamorfoz (dəyişmə) deyilir. Bu 

prosesi  biologiya  və  təkamül  nəzəriyyəsinin 

iddiaları  haqqında  məhdud  məlumata  malik 

kütlələr  təkamül  nəzəriyyəsinə  dəlil  kimi 

göstərməyə çalışmışlar. Metamorfozu təkamülə 

misal  kimi  göstərən  mənbələr  bu  barədə 

məlumatı  olmayan  kütlələri  yanıltmağı  hədəf 

alan  dar  düşüncəli,  səthi  təbliğat  kitabları, 

yeniyetmə  təkamül  tərəfdarları  və  ya  bəzi 

cahil  biologiya  müəllimləridir.  Təkamülün 

əsas problemləri və ziddiyyətləri barədə ətraflı 

məlumata  malik  olan  elm  adamları  isə  bu 

cür  gülünc  iddiaları  gündəmə  gətirməkdən 

çəkinirlər.  Çünki  nə  qədər  ağılsız  iddia 

olduğunu bilirlər...

Kəpənək,  milçək,  arı  kimi  canlılar  meta-

morfoz  keçirən  canlılardan  bəziləridir.  Hə-

yatı suda başlayan, daha sonra quruda davam 

edən qurbağalar da metamorfoza bir misaldır. 

Bu dəyişikliyin təkamüllə heç bir əlaqəsi yox-

dur.  Çünki  təkamül  nəzəriyyəsi  canlılardakı 

dəyişiklikləri  təsadüflər  nəticəsində  meydana 

gələn mutasiyalarla açıqlamağa çalışırlar. An-

caq  metamorfoz  təkamülün  bu  təməl  iddiası 

ilə  heç  bir  oxşarlıq  təşkil  etməyən,  təsadüflə 

və  mutasiya  ilə  əlaqəsi  olmayan,  əvvəlcədən 

planlanmış bir prosesdir. Metamorfozu həyata 

keçirən amil təsadüf olmayıb canlıda doğuldu-

ğu andan etibarən mövcud olan genetik məlu-

matdır. Məsələn, qurbağada bu canlı hələ suda 

yaşayarkən  sonradan  quruda  davam  edəcək 

həyatı  ilə  bağlı  məlumat  genetik  quruluşunda 

mövcuddur. Milçəyin də sürfə və yetkin vəziy-

yətlərindəki quruluşu və funksiyaları hələ tırtıl 

mərhələsində  ikən  genetik  quruluşunda  şifr-

lənir.  Bu  vəziyyət  metamorfoz  keçirən  bütün 

canlılara aiddir.



44

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 14

www.darvinizm.com



S

on illərdə metamorfoz haqqında aparılan 

elmi  tədqiqatlar  metamorfozun  müxtəlif 

genlər tərəfindən tənzimlənən mürəkkəb 

proses  olduğunu  göstərmişdir.  Məsələn,  qur-

bağanın dəyişikliyində təkcə quyruğu ilə bağ-

lı proseslər on ikidən çox gen tərəfindən idarə 

edilir. Yəni bu proses canlının orqanizminin bir 

çox hissəsinin bir-biri ilə uyğunluğu nəticəsin-

də həyata keçə bilər. Bu xüsusiyyəti ilə meta-

morfoz yaradılış dəlili olan reduksiya olunmaz 

komplekslik xüsusiyyəti daşıyan bioloji proses-

dir.

Reduksiya  olunmaz  komplekslik  təkamül 



nəzəriyyəsinin əsassızlığını göstərən fəaliyyət-

ləri ilə tanınan professor dr. Maykl Bihi (Micha-

el Behe) tərəfindən elmi ədəbiyyata daxil olan 

anlayışdır. Bu proses mürəkkəb bioloji orqan və 

sistemlərin  onları  meydana  gətirən  tərkib  his-

sələrinin  hər  birinin  iştirakı  və  uyğunluğu  ilə 

işləyir, əgər aralarından ən kiçik hissələrindən 

biri çıxsa, bu sistem və ya orqan işləyə bilməz. 

Buradan belə nəticə çıxır ki, bu cür mürək-

kəb orqanların təkamülün iddia etdiyi kimi tə-

sadüflər  nəticəsində  baş  verən  mərhələli  kiçik 

dəyişikliklərlə  meydana  gəlməsi  qeyri-müm-

kündür.  Metamorfoz  hadisəsi  zamanı  da  bu 

baş verir. Metamorfoz prosesi müxtəlif genlə-

rin təsir etdiyi hormonların çox həssas ölçü və 

vaxtı müəyyən etməsi nəticəsində baş verir. Ən 

kiçik xəta canlının ölümü ilə nəticələnir. Bu qə-

dər mürəkkəb prosesin təsadüfən və mərhələli 

şəkildə baş verdiyini iddia etmək isə mümkün 

deyil. Kiçik bir xətanın canlının həyatı bahası-

na başa gəldiyi həqiqəti aşkar olduğu halda, tə-

kamül nəzəriyyəsinin irəli sürdüyü təbii seçmə 

ilə sınama-yanılma mexanizmindən bəhs etmək 

olmaz. Canlı milyon illərlə digər əskik hissələ-

rinin təsadüflərlə əmələ gəlməsini gözləyə bil-

məz. 


Bu həqiqətə diqqət yetirdikdə isə metamor-

foz  keçirən  canlıların,  bu  haqda  kifayət  qədər 

məlumatı  olmayan  bəzi  şəxslərin  düşündüyü 

kimi  təkamülə  dəlil  verdiyi  doğru  deyil.  Ək-

sinə,  metamorfoz  keçirən  canlılar,  bu  proses 

və prosesi idarə edən sistemlərin mürəkkəbliyi 

nəzərə  alınarsa,  bunun  qüsursuz  bir  yaradılış 

dəlili olduğunu görmək olar.

Düşünən İnsan, Dekabr 2013

45

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  #14




Kainatdakı bütün canlı və cansız varlıqlardakı 

üstün yaradılışı açıq şəkildə ortaya qoyub, bu cür 

mükəmməl sistemin kortəbii təbii amillərlə, təsadüf-

lərlə meydana gəlməsinin mümkün olmadığını elmi 

tərəfdən sübut etdikdə bəzi insanlar bu dəfə də bir 

Yaradanın  var  olduğunu,  ancaq  canlıları  təkamül 

prosesi ilə yaratdığını iddia etməyə başlayırlar.

Bütün kainatı və canlıları sonsuz  qüdrət sahi-

bi  Allah’ın  yaratdığı  çox  aşkardır.  Yaratmasının 

mərhələli  və  ya  birdən-birə  olması  isə  Allah’ın 

təqdiridir. Biz bunun nə şəkildə olduğunu ancaq 

Allah’ın  bizə  bu  mövzuda  verdiyi  məlumatdan 

(yəni Qurandakı müvafiq ayələrdən) və təbiətdə 

göstərdiyi elmi dəlillərdən anlaya bilərik. 

Bu iki mənbəyə baxdıqda təkamüllə yaratma 

kimi bir faktın mövcud olmadığını görərik.

Quranda Allah insanın, canlıların və kainatın 

yaradılışı ilə bağlı bir çox ayə nazil etmişdir və 

bu ayələrin heç birində təkamüllə yaradılışa dair 

heç bir məlumat yoxdur. Yəni canlıların bir-bir-

lərindən  törəyərək  əmələ  gəlməsinə  işarə  edən 

heç  bir  ayə  yoxdur.  Əksinə,  ayələrdə  canlıların 

və  kainatın Allah’ın  “Ol!”  əmri  ilə  yoxdan  var 

edildiyi bildirilir.

Elmi  dəlillər  də  təkamül  yolu  ilə  yaradı-

lışın  olmadığını  göstərir.  Fosillər 

müxtəlif  canlı  qruplarının  bir-birlərindən 

törəyərək  deyil,  bir-birlərindən  asılı  olmadan  bir-

dən-birə və özünəməxsus quruluşları ilə ortaya çıx-

dığını  göstərir.  Yəni  hər  canlı  qrupu  bir-birindən 

fərqli yaradılmışdır.

Əgər təkamül yolu ilə yaradılış olsay-

dı, onun dəlillərinə bu gün rast gələrdik.     

Allah  bütün  yaratdıqlarını  bir  nizama 

görə səbəblər və qanunlar çərçivəsində 

yaratmışdır. Məsələn, gəmiləri dənizdə 

üzdürən, şübhəsiz ki, Allah’dır. Ancaq 

səbəbini  araşdırdıqda  suyun  gərilmə 

qüvvəsinin  də  buna  səbəb  kimi  ya-

radıldığını görərik. Quşların uçması 

da  Allah’ın  qüdrəti  ilədir.  Belə  ki, 

onun səbəblərini araşdırdıqda aero-

dinamika qanunları ilə qarşılaşırıq. 

Beləliklə, əgər canlılar müəyyən bir 

proseslə mərhələli şəkildə təkamül 

yolu ilə yaradılsaydılar, mütləq bu 

keçidləri  açıqlayan  qanunlar  və 

genetik məlumatın dəyişməsinə sə-

bəb  olan  sistemlər  olardı.  Habelə, 

bütün  fiziki,  kimyəvi,  bioloji  qa-

nunlar kimi onlar da aşkar

46

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 15

www.tekamulnezeriyyesi.com



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə