DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   ...   15   16   17   18   19   20   21   22   23

edilərdi.  Laboratoriyada  aprılan  tədqiqatlarda 

bir  canlı  növünün  digər  canlı  növünə  çevril-

məsini  göstərən  dəlillər  tapılardı.  Tədqiqatlar 

yolu ilə bir canlıda olmayan, ancaq bu canlı-

ya tətbiq edildikdə ona fayda verən sekresiya, 

hormon və digər molekulların əmələ gəlmə-

sini təmin edən genetik məlumatın o canlı-

nın  genetik  məlumatına  tətbiq  edilməsi  ilə 

mümkün  olardı.  Bununla  bərabər,  aparılan 

təcrübələrlə o canlıda bu günə qədər müəy-

yən  edilməyən  yeni  bir  orqanoid  və  buna 

bənzər formalar əmələ gətirilə bilərdi. 

Laboratoriyada  təcrübələrlə  mutasiya 

keçirən və bundan fayda götürən canlıla-

ra rast gəlmək olardı. Hətta bu mutasiya-

ların sonrakı nəsillərə ötürülərək o növün 

xüsusiyyətinə  çevrildiyi  məlum  olardı. 

Daha irəli getsək, tarixdə yaşamış bu cür 

ara  keçid  canlılarının  milyardlarla  fosil 

nümunələrinə  rast  gəlmək  olar  və  dövrü-

müzdə də inkişafını tamamlamamış keçid 

canlılar  olardı.  Qısaca  desək,  ətrafımızda 

bu cür prosesə aid saysız-hesabsız dəlillər 

olardı.


Ancaq  bir  növün  digərinə  çevrildiyi-

ni  göstərən  bir  dəlil  belə  yoxdur.Elmi  də-

lillər  və  arxeoloji  tapıntılar  daha  əvvəlki 

bölmələrdə  də  ətraflı  açıqladığımız  kimi, 

canlı  növlərinin  birdən-birə,  heç  bir  əcdadı 

olmadan ortaya çıxdığını göstərir. Bu həqiqət 

canlıların təsadüflər nəcəsi də ortaya çıxdığını 

iddia edən təkamül nəzəriyyənin əsassız oldu-

ğunu göstərdiyi kimi, Allah’ın canlıları təkamül 

yolu  ilə  yaratdığı  iddiasının  da  elmi  cəhətdən 

səhv olduğunu göstərmişdir.

Allah  canlıları  tamamilə  metafizik  forma-

da, təkcə “Ol!” əmri ilə yaratmışdır. Canlıların 

yer üzündə birdən-birə ortaya çıxdıqlarını sübut 

edən müasir elm isə bu həqiqəti təsdiqləyir.

“Allah  canlıları  təkamül  yolu  ilə  yarada 

bilər” fikrinin tərəfdarları, əslində, bunu darvi-

nizm  ilə  yaradılış  arasında  bir  uyğunluq  kimi 

göstərmək istəyirlər. Ancaq bu zaman yenə bö-

yük  səhv  edirlər.  Darvinizmin  təməl  məntiqi-

ni  və  hansı  fəlsəfəyə  xidmət  etdiyini  nəzərdən 

qaçırırlar. Darvinizm canlı növlərinin bir-birinə 

çevrilməsi anlayışından ibarət deyil. Darvinizm 

əsl  mənada  canlı  növlərinin  mənşəyinin  sırf 

maddi  səbəblərlə  açıqlamaq  cəhdidir.  Başqa 

sözlə, canlıların təbiətin məhsulu olduğu iddi-

asını elm adı altında qəbul etdirmək cəhdidir. 

Bu cəhdlə Allah inancı arasında hər hansı ortaq 

cəhət ola bilməz. Bu cür ortaq cəhət tapmaq 

cəhdi  ilə  darvinizmə  ciddi  yanaşmaq,  onun 

elmi  nəzəriyyə  olduğu  iddiasını  müdafiə  et-

mək çox böyük xətadır. 

Darvinizm 150 illik tarixin də sübut etdiyi 

kimi, materialist fəlsəfəni və ateizmi dirçəl-

dən vasitədir və heç bir ortaq cəhət axtarışı 

bu həqiqəti dəyişdirməyəcəkdir.

Düşünən İnsan, Dekabr 2013

47

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  #15




Həyatın yer üzündə necə meydana gəldiyini so-

ruşduqda qarşımıza iki fərqli cavab çıxır:

•Bu  cavablardan  birincisi  canlıların  təkamül 

yolu ilə meydana gəlməsidir. Bu iddianın tərəfdarı 

olan təkamül nəzəriyyəsinə görə, həyat təsadüflər-

lə ortaya çıxan ilk hüceyrədən başlamışdır. Bu can-

lı  hüceyrə  də  yenə  təsadüflər  nəticəsində  inkişaf 

edərək təkamül keçirmiş və şaxələnərək dünyadakı 

milyonlarla fərqli növü əmələ gətirmişdir.

•İkinci cavab isə yaradılışdır. Canlıların hamısı-

nı bütün kainata hakim olan Allah yaratmışdır. Tə-

kamüllə meydana gəlməsi heç cür mümkün olma-

yan həyat və milyonlarla canlı növü bugünkü kimi 

əskiksiz, qüsursuz və üstün bir yaradılışa malikdir-

lər. Ən bəsit görünən canlı növləri belə öz-özünə, 

təbii şərtlərlə və təsadüflərlə əmələ gəlməyəcək qə-

dər mürəkkəb quruluş və sistemlərə malik olması 

bunun açıq dəlilidir.

Bu  iki  yoldan  başqa  həyatın  necə  meydana 

gəldiyi ilə bağlı bu gün irəli sürüləcək üçüncü bir 

iddia, nəzəriyyə, hətta hər hansı fərziyyə belə yox-

dur.  Məntiq  qanunlarına  əsasən,  iki  cavabı  olan 

sualın cavablarından birinin tamamilə səhv olduğu 

nəzərə alınarsa, digər cavabın tamamilə doğru ol-

duğu başa düşülür. Ən əsas məntiq qanunlarından 

biri olan bu qanuna “alternativə görə nəticə çıxar-

ma” (modus tolendo ponens) adı verilir. 

Yəni əgər yer üzündəki canlı növlərinin təka-

mülçülərin iddia etdiyi kimi təsadüflər nəticəsində 

təkamül keçərək meydana çıxmadığı sübut edilər-

sə,  bu,  canlıların  bir  Yaradan  tərəfindən  yaradıl-

dıqlarını  qəti  surətdə  sübut  edər.  Təkamül  nəzə-

riyyəsini  müdafiə  edən  elm  adamları  da  üçüncü 

alternativin olmadığını qəbul edirlər. Onlardan biri 



48

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 16

www.fosilmuzeyi.com



olan Duqlas Futuyma (Douglas J. Futuyma) bunu 

aşağıdakı sözləri ilə ifadə edir:



“Canlılar dünyada ya tamamilə mükəmməl və 

qüsursuz şəkildə ortaya çıxmışlar, ya da özlə-

rindən əvvəl mövcud olan bəzi canlı növlərin-

dən təkamül keçərək meydana gəlmişlər. Əgər 

qüsursuz və mükəmməl şəkildə ortaya çıxmış-

larsa, onda üstün bir ağıl tərəfindən yaradıl-

malıdırlar”.

 (Douglas J. Futuyma, Science on 

Trial, New York: Pantheon Books, 1983. s. 197)

Təkamülçü Futuymanın bu sözlərinin cavabını 

fosilləri öyrənən elm verir. Bu elm (paleontologi-

ya) bütün canlı qruplarının fərqli zamanlarda, bir-

dən-birə və mükəmməl formalarla yer üzünə çıx-

dıqlarını göstərir.

Yüz ildən çox davam edən arxeoloji qazıntı və 

tədqiqatlarda əldə edilən bütün tapıntılar təkamül-

çülərin gözlədiklərinin əksinə, canlıların yer üzün-

də birdən-birə, qüsursuz şəkildə ortaya çıxdıqlarını, 

yəni  yaradıldıqlarını  göstərir.  Bakteriyalar,  onur-

ğasız  dəniz  canlıları,  balıqlar,  yumşaqbədənlilər, 

buğumayaqlılar, suda-quruda yaşayanlar, sürünən-

lər, quşlar və ya məməlilər ani surətdə mürəkkəb 

orqan  və  sistemləri  ilə  yer  üzünə  çıxmışlar. Ara-

larında bir-birinə keçid olduğunu göstərən fosillər 

də yoxdur. Paleontologiya da digər elm sahələrinin 

verdiyi məlumatı verir: canlılar təkamül keçməyib-

lər,  yaradılıblar.  Nəticədə,  təkamülçülər  həqiqət-

dən kənar nəzəriyyələrini sübut etməyə çalışarkən 

öz əlləri ilə yaradılış gerçəyinin dəlillərini ortaya 

çıxarmışlar.

Məşhur  ingilis  paleontoloq  Derek  Eycer  (De-

rek A. Ager) bir təkamülçü olmasına baxmayaraq, 

təkamül  nəzəriyyəsinin  bütün  iddialarını  əsassız 

Düşünən İnsan, Dekabr 2013



49

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  #16




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə