DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   ...   15   16   17   18   19   20   21   22   23

edən bu açıq həqiqəti belə etiraf edir:

“Problem  budur:  fosil  izlərini  istər  növlər, 

istərsə  siniflər  səviyyəsində  hərtərəfli  şəkildə 

tədqiq etdikdə daima eyni həqiqətlə qarşılaşı-

rıq: mərhələli təkamüllə deyil, birdən-birə yer 

üzündə  əmələ  gələn  qrupları  görürük”. 

(De-

rek A. Ager, “The Nature of the Fossil Record”, 

Proceedings of the British Geological Associa-

tion, cild 87, no. 2, (1976), s. 133) 

Kembri dövrü təkamül nəzəriyyəsini

Əsassız etmək üçün kifayətdir

Bioloqlar  canlılar  aləmini  bitkilər,  heyvanlar, 

göbələklər kimi təməl aləmlərə ayırır. Onlar da öz 

aralarında,  əvvəlcə,  müxtəlif  siniflərə  bölünürlər. 

Bu  siniflər  tədqiq  edilərkən  hər  birinin  tamamilə 

fərqli bədən quruluşlarına malik olduğu aşkar olur. 

Məsələn, buğumayaqlılar özlərinə xas bir sinifdir 

və bu sinfə aid edilən bütün canlılar bənzər bədən 

quruluşuna  malikdir.  Xordalılar  adlanan  sinif  isə 

mərkəzi sinir sisteminə malik olan canlıları əhatə 

edir. Bizə məlum olan balıqlar, quşlar, sürünənlər, 

məməlilər kimi heyvanların hamısı xordalıların ya-

rım sinfi olan onurğalılar kateqoriyasına daxildir. 

Heyvanların fərqli sinifləri arasında osminoqlar 

kimi yumşaq bədənli canlıları əhatə edən molyus-

kkimilər sinfi və ya girdə soxulcanları əhatə edən 

nematodlar (girdə qurdlar) sinfi kimi çox fərqli ka-

teqoriyalar  var.  Bu  kateqoriyaların  ən  əsas  xüsu-

siyyəti  isə,  əvvəldə  də  dediyimiz  kimi,  tamamilə 

fərqli orqanizmlərə malik olmasıdır.

Bəs bu canlılar necə ortaya çıxmışlar?

Əvvəlcə,  təkamül  nəzəriyyəsinin  bu  barədəki 

fərziyyəsini  nəzərdən  keçirək.  Məlumdur  ki,  bu 

nəzəriyyə canlıların ortaq bir əcdaddan başlanğıcı-

nı götürdüyünü və kiçik dəyişiklərlə fərqləndiyini 

irəli sürür. Onda canlılar lap əvvəl bir-birinə çox 

bənzər  və  bəsit  formalarda  ortaya  çıxmalı,  sonra 

zaman ərzində inkişaf edib şaxələnməli idilər.

Yəni  təkamül  nəzəriyyəsinə  görə,  canlılar  tək 

bir kökdən gələn, ancaq sonra budaqlara ayrılan bir 

ağac kimi olmalıdır. Belə ki, bu fərziyyə darvinist 

mənbələrdə  təkidlə  vurğulanır  və  “həyat  ağacı” 

məfhumu tez-tez istifadə edilir. Bu həyat ağacına 

görə, əvvəl təkcə bir sinif əmələ gəlməli, sonra di-

gər siniflər kiçik dəyişiklərlə və uzun zaman mər-

hələləri ərzində hissə-hissə üzə çıxmalıdır.

Təkamül  nəzəriyyəsinin  iddiası  budur.  Bəs, 

həqiqətən, belə olub?

Əsla.  Əksinə,  heyvanlar  ilk  ortaya  çıxdıqları 

dövrdən etibarən çox fərqli və mürəkkəb quruluş-

lara malikdirlər. Bu gün məlum olan bütün heyvan 

sinifləri yer üzündə eyni anda, Kembri dövrü ad-

lanan  geoloji  dövrdə  üzə  çıxmışlar.  Kembri  döv-

rü  yaşı  530-520  milyon  il  hesablanan  10  milyon 

illik geoloji dövrdür. Bu dövrdən əvvəlki fosil iz-

lərində tək hüceyrəli canlılar və çox bəsit bir neçə 

çox  hüceyrəlilərdən  başqa  heç  bir  canlının  izinə 

50

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 16

www.fosilmuzeyi.com



rast gəlinmir. Kembri dövrü kimi son dərəcə qısa 

bir dövr ərzində isə (10 milyon il geoloji cəhət-

dən çox qısa zaman mərhələsidir) bütün heyvan 

sinifləri tamamilə qüsursuz halda bir anda ortaya 

çıxmışlar!

Kembri qayalıqlarında tapılan fosillər ilbizlər, 

tribolitlər, süngərlər, soxulcanlar, meduzalar, də-

niz ulduzları, molyusklar,   dəniz zanbaqları kimi 

çox  fərqli  canlılara  aiddir.  Bu  təbəqədəki  canlı-

ların çoxunda dövrümüzdəki nümunələrində heç 

bir fərqi olmayan göz, qəlsəmə, qan dövranı kimi 

mürəkkəb sistemlər, inkişaf etmiş fizioloji quru-

luşlar  vardır.  Bu  quruluşlar  həm  çox  mürəkkəb, 

həm  də  çox  fərqlidir.  Təkamülçü  ədəbiyyatın 

məşhur jurnallarından “Earth Sciences” (Yer elm-

ləri) jurnalının redaktoru Riçard Monestarski (Ri-

chard  Monestarsky)  Kembri  partlayışı  haqqında 

bu məlumatları verir:



“Bu  gün  gördüyümüz  olduqca  mürəkkəb 

heyvan formaları ani surətdə ortaya çıxmış-

lar. Bu an Kembri dövrünün əvvəlinə təsadüf 

edir ki, dənizlərin və yer üzünün ilk mürək-

kəb məxluqlarla dolması bu təkamülçü part-

layışla  başlamışdır.  Dövrümüzdə  dünyanın 

hər  tərəfinə  yayılmış  onurğasızlar  erkən 

Kembri  dövründə  onsuz  da  var  idi  və  yenə 

bu gün olduğu kimi, bir-birindən çox fərqli-

dir”.

 (Richard Monestarsky, “Mysteries of the 



Orient”, Discover, aprel 1993, s. 40)

Darvinizmin dünya səviyyəsindəki ən məşhur 

tənqidçilərindən  biri  olan  Berkli  Universitetinin 

professoru Filip Conson (Phillip E. Johnson) pa-

leontologiyanın ortaya qoyduğu bu həqiqətin dar-

vinizmlə açıq ziddiyyətini belə açıqlayır:



“Darvinist nəzəriyyə həyatın bir növ getdikcə 

çoxalan fərqlilik üçbucağı içində təkmilləşdi-

yini irəli sürür. Buna əsasən, canlılar ilk can-

lı  orqanizmdən  və  ya  ilk  heyvan  növündən 

başlayaraq  getdikcə  fərqlənməli  və  bioloji 

təsnifatın daha yuxarı kateqoriyalarını əmələ 

gətirməlidirlər. Lakin heyvan fosilləri bizlərə 

bu üçbucağın, əslində, başıaşağı dayandığını 

göstərir: siniflər elə əvvəldən hər zaman bir-

likdə var olmuşdur, sonradan getdikcə sayla-

rı azalır”.

 (Phillip E. Johnson, “Darwinism’s 



Rules of Reasoning”, Darwinism: Science or 

Philosophy, Foundation for Thought and Ethi-

cs, 1994, s. 12)

Filip Consonun bildirdiyi kimi, siniflərin mər-

hələli  şəkildə  əmələ  gəlməsi  bir  tərəfə,  bütün 

siniflər bir anda mövcud olmuşlar, hətta sonrakı 

dövrlərdə bəzilərinin nəsli kəsilmişdir. Çox fərqli 

canlıların bir anda və qüsursuz şəkildə ortaya çıx-

malarının mənası isə, təkamülçü Futuymanın da 

qəbul etdiyi kimi, yaradılışdır.

Göründüyü  kimi, əldə olan bütün elmi tapın-

tılar  təkamül  nəzəriyyəsinin  iddialarının  əsassız 

olduğunu və yaradılış gerçəyini göstərir.

Düşünən İnsan, Dekabr 2013



51

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  #16




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə