DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
    Bu səhifədəki naviqasiya:
  • Dövr

Günəş balığı

 

Dövr  : Kaynozoy erası, Eosen dövrü



Yaşı  : 54-37 milyon il

Bölgə  : Qrin River, Vayominq, ABŞ

Dövrümüzdə günəş balıqlarının bir çox növü yaşayır. Şəkildə görünən günəş balığı fosili 

günəş balıqlarının təkamül prosesi keçirmədiyini göstərir. Aradan keçən milyon illər boyu 

günəş balığının fiziologiyasında hər hansı dəyişiklik olmadığı görünür. Bundan 55 milyon il 

əvvəlki günəş balıqlarının görünüşü və quruluşu müasir dövrdə yaşayan günəş balıqlarınınkı 

ilə eynidir.

Düşünən İnsan, Dekabr 2013

35

Düşünən İnsan, 

 Dekabr  2013



Klonlaşdırma  prosesi  üçün  klonlaşdırılacaq 

canlının DNT-sindən istifadə edilir. Canlının bir 

hüceyrəsində  olan  DNT-si  mikroskop  altına  qo-

yulur və o növdən olan başqa bir canlıya aid bir 

yumurta hüceyrəsinin içinə yerləşdirilir. Bundan 

dərhal sonra ona şok verilir və yumurta hüceyrə 

şok nəticəsində bölünməyə başlayır. Bölünməyə 

davam edən rüşeym o növdən olan hər hansı bir 

canlının bətninə yerləşdirilir və inkişaf edib do-

ğulması gözlənilir.

Klonlaşdırma və təkamül anlayışları bir-birin-

dən tamamilə fərqlidir. Təkamül nəzəriyyəsi can-

sız  maddənin  təsadüflər  nəticəsində  canlı  əmələ 

gətirməsi  üzərində  qurulmuşdur.  (Bu  iddianın 

həyata keçəcəyinə aid heç bir dəlil yox-

dur). Klonlaşdırma isə canlı hücey-

rənin genetik maddəsindən is-

tifadə edilərək o canlının 

nüsxələnməsidir. On-

suz  da  canlı  olan 

bir  hüceyrə-

dən  başla-

nılır və bioloji bir proses laboratoriya mühitində 

süni yolla həyata keçirilir.Yəni ortada təkamülün 

əsas iddiası olan təsadüfi bir proses və ya cansız 

maddənin canlanması kimi bir vəziyyət yoxdur.

Əslində,  klonlaşdırma  prosesi  təkamülə  heç 

bir dəlil vermir, ancaq təkamül nəzəriyyəsini kö-

kündən məhv edən bioloji qanunun çox açıq sü-

butudur. Bu qanun məşhur alim Lui Pasterin XIX 

əsrin sonuna yaxın ortaya atdığı “həyat 

həyatdan  doğur”  prinsi-

pidir.  Bu  aşkar 

36

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 10

www.tekamulinternasional.com



həqiqətə  baxmayaraq,  klonlaş-

dırmanın  təkamülə  dəlil  kimi  göstərilməsi 

mətbuat yolu ilə həyata keçirilən bir yanıltma və 

yalandır. 

Bu saxtakarlıq, əslində, təkamülçülərin klassik 

üsuludur.  Təkamül  nəzəriyyəsinin  ortaya  atılma-

sından sonra daha ilk illərdən başlayaraq nəzəriy-

yəni qəbul etdirmək üçün müxtəlif təbliğat üsul-

larının  istifadə  edildiyini,  hətta  bəzi  təkamülçü 

alimlərin  elmi  saxtakarlıqlara  əl  atdığını  bilirik. 

Təkamülçü  mətbuat  da  bu  saxtakarlıqlarda  ortaq 

olmuşdur.  Mövcud  olmayan  dəlillər  təlqin  üsulu 

ilə xalqa təqdim edilmiş və insanların çox hissəsi-

nin inanmasına nail olunmuşdur.

Ancaq xüsusilə son 30 il ərzində müxtəlif elm 

sahələrindəki irəliləyişlər canlıların meydana gəl-

məsinin təsadüf anlayışı ilə açıqlanmasının müm-

künsüz  olduğunu  göstərmişdir.  Təkamülçülərin 

elmi səhvləri və qərəzli şərhləri aşkar olunmuş və 

beləliklə,  təkamül  nəzəriyyəsi  elm  çərçivəsində 

sübut edilə bilməmişdir. Bu həqiqət isə təkamül-

çülərin bir qismini fərqli axtarışlara sövq etmişdir. 

Elə  canlıların  klonlaşdırılması  kimi  elmi  irə-

liləyişlərin  təkamülə  dəlil  olduğu  barədə  təbliğat 

bu səbəbdəndir.

C ə m i y -

yətə  elm  na-

minə  söyləyəcək 

sözü  qalmayan  təka-

mülçülərin  insanların  mə-

lumat azlığından faydalanaraq 

nəzəriyyəni  dirçəltməyə  çalışma-

ları yalnız o nəzəriyyənin elm tərəfdən 

acınacaqlı  vəziyyətini  göstərir.  Digər  bütün 

elmi  irəliləyişlər  kimi  klonlaşdırma  da  canlıların 

yaradıldığını  işıqlandıran  çox  vacib  elmi  irəlilə-

yişdir.

Klonlaşdırma  barədə  insanların  digər  səhv 



anlayışı  isə  klonlaşdırmanı  insan  yaratmaq  kimi 

anlamalarıdır. Əslində isə klonlaşdırmanın bu cür 

mənası yoxdur. Klonlaşdırma mövcud olan canlı 

törəmə mexanizminə mövcud olan genetik məlu-

matı əlavə etməkdən ibarətdir. 

Mövcud olan insanın genetik məlumatı götürü-

lür, bir ananın bətninə yerləşdirilir və ananın doğa-

cağı yeni körpə genetik məlumatı götürülən şəxsin 

eyni yumurta əkizi olur.

Klonlaşdırmanın  nə  olduğunu  bilməyən  bir 

çoxları  isə  bu  barədə  xəyali  düşüncələrə  malik-

dir. Məsələn, 30 yaşında bir insanın hüceyrəsinin 

götürülərək elə həmin gün yenə 30 yaşlı surətinin 

əmələ gətirildiyini zənn edirlər. Ancaq sadəcə fan-

tastik elmi filmlərdə rast gəlinən bu cür klonlaşdır-

ma yoxdur və mümkün deyil. 

Klonlaşdırma, əslində, bir insanın eyni yumur-

ta əkizinin təbii yollarla (yəni ana bətnində) həyata 

gətirilməsidir. Bunun  təkamül nəzəriyyəsi və in-

san yaratmaq anlayışı ilə heç bir əlaqəsi yoxdur.

Bir  insanı  və  ya  başqa  hər  hansı  bir  canlını 

yaratmaq, yəni yoxdan var etmək sadəcə Allah’a 

məxsusdur. Belə ki, elmi irəliləyişlər də bu yarat-

manın  insanlar  tərəfindən  həyata  keçirilməsinin 

mümkün olmadığını göstərir. 

Düşünən İnsan, Dekabr 2013



37

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  #10




Aleksandr  Fleminq  (Alexander  Flemming) 

ilk  antibiotik  olan  penisillini  1928-ci  ildə  kəşf 

etdikdə yer üzündə artıq bakteriyanın qalmaya-

cağını hesab edirdilər. Ancaq penisillinin ancaq 

müəyyən  mikroblara  təsir  etdiyi  sonradan  başa 

düşüldü. Penisillinin öldürdüyü mikrobların ye-

rinə  penisillinin  təsir  edə  bilmədiyi  başqa  bak-

teriyalar  qalır.  Sonradan  kəşf  edilən  digər  an-

tibiotiklər  də  penisillin  kimi  eyni  xüsusiyyətə 

malikdir.

Bunun  səbəbi  antibiotiklərin  bakteriyalara 

təsir  etmə  formasıdır:  antibiotiklər  molekulyar 

quruluşlarına əsasən, bakteriyanın müəyyən bir 

zülalına yapışaraq onu təsirsiz hala salırlar. Belə-

liklə, bakteriya ya ölür, ya da çoxalmasının qar-

şısı  alınır  və  bu  yolla  infeksiya  nəzarətdə  olur. 

Ancaq məlumdur ki, hər canlı növündə olduğu 

kimi, hər bakteriya növünün də müxtəlif forma-

ları,  yəni  variasiyaları  mövcuddur.  Yeni  çıxan 

antibiotikin  təsir  etdiyi  bakteriyalar  ölsə  də, 

əvəzində  antibiotikin  təsir  etmədiyi  zülallardan 

ibarət  bakteriyalar  qalır.  Bu,  bakteriyaların  an-

tibiotikə qarşı əmələ gətirdiyi müqavimət deyil. 

Yəni bakteriyalar antibiotikin təsirinə məruz qal-

dıqda təkamül keçirərək bu dərmana qarşı yeni 

bir  müdafiə  sistemi  əmələ  gətirmirlər.  Sadəcə 

olaraq müqavimətli bakteriyaların tərkibində əv-

vəlcədən o antibiotikin təsir etdiyi zülal yoxdur, 

ona  görə  də  həmin  antibiotik  bu  bakteriyalara 

zərər vermir. Bu xüsusiyyət həmin bakteriyalar-

da o antibiotik kəşf edilməzdən əvvəl də var idi, 

sonra da mövcud olmuşdur.

Təkamülçülər  iddia  edirlər  ki,  bakteriyala-

rın bu xüsusiyyəti, yəni antibiotikə qarşı müqa-

viməti antibiotik təsir etdikdən sonra əmələ gəlir. 

Ancaq bu müqavimət antibiotik onlara təsir et-

məzdən əvvəl də onlarda mövcuddur. “Scientific 

American”  jurnalı  təkamülçü  jurnal  olduğuna 

baxmayaraq, 1998-ci il, mart sayında bu barədə 

belə bir etirafa yer vermişdir: 

“Bir  çox  bakteriya  hələ  antibiotiklər  tətbiq 

edilməzdən  əvvəl  də  müqavimət  genlərinə 

malik idi. Elm adamları bu genlərin nə üçün 

təkamül  keçirdiklərini  və  ölmədiklərini  əsla 

bilmirlər”.  (Stuart  B.  Levy,  “The  Challange 

of  Antibiotic  Resistance”,  Scientific  Ameri-

can, Mart 1998, s. 35)

Göründüyü kimi, müqavimət təmin edən ge-

netik  məlumat  antibiotiklərin  hazırlanmasından 

əvvəl  də  mövcuddur.  Bu  həqiqət  müqavimətin 

sonradan  təkamüllə  əmələ  gəlməsi  anlayışının 

tamamilə  səhv  olduğunu  göstərir.  Müqavimətli 

bakteriyalar sonradan öz-özünə, təsadüfən orta-

ya çıxan canlılar deyil. 



38

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 11

www.darvinizm.com



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə