DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

Maraqlıdır  ki,  bu  ucsuz-bucaqsız  məlumat 

bazası hər hüceyrənin nüvəsində yerləşir və təx-

minən  100  trilyon  hüceyrədən  əmələ  gəlmiş  bir 

insanda bu kitabxananın 100 trilyon surəti vardır. 

Bu məlumat xəzinəsini insanın əldə etdiyi bi-

lik səviyyəsi ilə müqayisə etsək, bunu ifadə etmək 

çox çətin olar. Qarşımıza qeyri-adi cədvəl çıxar: 

100  trilyon  dəfə  1000  kitab!  Bu,  yer  üzündəki 

qum dənələrindən daha çoxdur. Bu sayı dünyada 

hal-hazırda  yaşayan  6  milyard  insan  və  onlarla 

birlikdə bu günə qədər yaşayıb ölmüş bütün insan-

ların  sayına  vursaq,  qarşımıza  ağlasığmaz  dərə-

cədə  böyük,  ucsuz-bucaqsız,  sonsuzluğa  uzanan 

məlumat çıxar.

Bu  misallar  DNT-dəki  məlumatın  nə  qədər 

böyük  olduğunu  göstərir.  Dövrümüzdə  böyük 

məlumatın  saxlandığı  ən  qabaqcıl  texnoloji  va-

sitə kompyuterlərdir. Ancaq DNT ilə kompyuteri 

müqayisə etdikdə insan zəkasının əsrlər boyu əldə 

etdiyi bilik və illərlə davam edən səyləri nəticəsin-

də təkmilləşdirdiyi texnologiyanın belə təkcə bir 

hüceyrə nüvəsinin məlumat saxlama həcminə çata 

bilmədiyini görürük. 

İnsan Genomu Layihəsini həyata keçirən Ce-

lera  Genomics  şirkətinin  bu  sahədə  ən  böyük 

mütəxəssislərindən biri olan Cin Mayersin (Gene 

Myers)  layihənin  nəticəsi  haqqındakı  bu  sözləri 

DNT-dəki  bu  böyük  məlumat  və  yaradılışı  ifa-

də  edir:  “Məni  əsl  təəccübləndirən  şey  həyatın 

memarlıq  üslubudur...  Sistem  qeyri-adi  dərəcə-

də  mürəkkəbdir.  Sanki  dizayn  olunub...  Burada 

(DNT-də) böyük ağıl var”. ( Article by Tom Abate, 



San Francisco Chronicle, Fevral 19, 2001)

Digər maraqlı cəhət də budur ki, yer üzündə-

ki bütün canlılar eyni dillə yazılmış şifrli tariflərlə 

əmələ gəlmişlər. Nə bir mikrob, nə bir bitki, nə də 

bir heyvan DNT-siz əmələ gəlmişdir. Bütün canlı-

ların özünəməxsus eyni dildən istifadə edən, eyni 

məlumat  mənbəyindən  götürülən  tariflər  nəticə-

sində əmələ gəlməsi çox açıqdır.

Bu da bizi açıq-aydın nəticəyə aparır: dünyada-

kı bütün canlılar təkcə bir ağıl tərəfindən var edil-

miş məlumat əsasında yaşayır və çoxalırlar.

Bu həqiqət təkamül nəzəriyyəsinin mənasız ol-

duğunu göstərir. Çünki təkamül təsadüfə əsaslanır, 

təsadüf isə məlumat əmələ gətirmək qabiliyyətinə 

malik  deyil.  Bir  gün  bir  kağız  üzərində  xərçəng 

xəstəliyini sağaldan dərmanın formulu tapılsa, bu 

dərmanı düzəldən elm adamını dərhal axtarıb tap-

maq və hətta onu mükafatlandırmaq üçün bütün 

insanlar səfərbər olar. Heç kəs: “Görəsən, bu for-

mul  kağıza  mürəkkəbin  tökülməsi  ilə  təsadüfən 

meydana  gəlib?”  -  deyə  düşünməz. Ağıl  sahibi, 

normal düşünən hər insan bu yazını ancaq kimya, 

insan fiziologiyası, xərçəng xəstəlikləri və farma-

kologiya sahəsində ixtisaslaşmış bir şəxsin kağıza 

yazdığını düşünər.

Təkamülçülərin  DNT-dəki  məlumatın  əmələ 

gəlməsi ilə bağlı təsadüf iddiaları isə bu formu-

lun  təsadüfən  meydana  gəldiyini  iddia  etməklə 

müqayisə belə edilməyəcək qədər böyük məntiq 

pozuntusudur.  Çünki  DNT-də  hüceyrənin  içində 

əmələ gələn enerji üçün hansı molekulların atom-

larının  necə  dəyişdiriləcəyi,  orqanizmdəki  100 

min  müxtəlif növlü  zülalın hər  birinə  aid  ətraflı 

molekulyar formullar və bunların əmələ gəlməsi 

üçün  həssas  sıra  yazılmışdır.  Bununla  bərabər, 

digər hüceyrələrlə məlumat mübadiləsi üçün mə-

lumat protokolları və bu məlumatı bir-birinə ötür-

mək üçün ötürücü hormonların emalı planları və 

bunun  kimi  saysız-hesabsız  müxtəlifliyə  malik 

məlumatlar da DNT-də yazılır. 

DNT-nin  və  ehtiva  etdiyi  böyük  məlumatın 

öz-özünə əmələ gəldiyini iddia etmək mövzudan 

kənar, DNT-nin xüsusiyyətlərindən məlumatı ol-

mayan şəxslərin məlumatsızlığını əks etdirir. DNT 

kimi saysız-hesabsız məlumata malik və son dərə-

cə mürəkkəb quruluşlu bir molekulu təsadüfün nə-

ticəsi hesab etmək tamamilə boş iddiadır. Belə ki, 

həyatın mənşəyi ilə bağlı təkamülçü 

tezislərdə,  digər  möv-

zular  kimi,  DNT-

nin də mənşəyini 

açılmamış  sirr 

kimi  ifadələrlə 

ört-basdır 

et-

məyə çalışırlar. 



Düşünən İnsan, Dekabr 2013

31

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 8




Təkamül nəzəriyyəsini müdafiə edən bəzi küt-

lələr  çıxılmaz  vəziyyətdə  qaldıqda  iddia  edirlər 

ki, bugünkü elmi tapıntılar təkamül nəzəriyyəsi-

ni dəstəkləməsə də, gələcəkdə təkamülü dəstək-

ləyən elmi irəliləyişlər olacaq. 

Əslində, bu sualla təkamülçülər elm sahəsin-

dəki məğlubiyyətlərini etiraf edirlər. Sualda giz-

lənmiş həqiqəti belə ifadə edə bilərik: “Bəli, təka-

mül  nəzəriyyəsi  müdafiəçiləri  kimi  müasir  elmi 

tapıntıların  bu  nəzəriyyənin  əsassızlığını  sübut 

etdiyini qəbul edirik. Buna görə də bu mövzunu 

gələcəyə  həvalə  etməkdən  başqa  çarəmiz  yox-

dur”. 

Ancaq elm bu məntiqlə işləmir. Bir elm adamı 



bir nəzəriyyəyə bu qədər kor-koranə bağlanaraq 

sonra bir gün bu nəzəriyyəni sübut edəcəyini gü-

man etdiyi dəlillərin xəyalını qurmaz. Elm möv-

cud  tapıntıları  tədqiq  etmək  və  onlardan  nəticə 

çıxarmaqdır.  Ona  görə,  elm  adamları  da  elmi 

tapıntılarla  sübut  edilən  yaradılış  həqiqətini  qə-

bul  etməlidirlər. Ancaq  bu  təkamülçü  təlqin  və 

təbliğat xüsusilə nəzəriyyə ilə bağlı az məlumata 

malik olan bəzi insanlara təsir edir. Buna görə də 

cavabın da ayrıca ortaya qoyulması faydalıdır.

Təkamül nəzəriyyəsinin əsaslı olub-olmadığı-

nı  üç  sual  ilə  müəyyən  etmək  müm-

kündür:

•İlk canlı hüceyrəsi necə əmələ gəlmişdir?



•Bir canlı növü digərinə necə çevrilir?

•Canlıların  təkamül  keçirdiyinə  dair  dəlillər, 

yəni fosillər mövcuddurmu?

XX əsr ərzində təkamül nəzəriyyəsinin mütləq 

cavablandırması lazım olan bu üç sual ilə bağlı 

bir çox ciddi araşdırmalar aparılmışdır. Araşdır-

maların üzə çıxardığı həqiqət budur ki, bu üç sua-

la təkamül nəzəriyyəsi cavab tapa bilmir. Sualları 

bir-bir tədqiq etdikdə bu həqiqətlərlə qarşılaşırıq:

1. İlk hüceyrənin açıqlanması təkamül tərəf-

darları  üçün  ən  böyük  müəmmaya  çevrilmişdir. 

Bu  mövzudakı  araşdırmalar  canlı  hüceyrəsi-

nin  təsadüf  anlayışı  ilə  açıqlanmayacaq  qədər 

mükəmməl  olduğunu  üzə  çıxarmışdır.  Məşhur 

ingilis riyaziyyatçı və astronomu ser Fred Hoyl 

(Fred Hoyle) bu həqiqəti aşağıdakı şəkildə ifadə 

edir:


Təsadüflər  nəticəsində  bir  hüceyrənin  mey-

dana gəlməsi qasırğa ilə sovrulan tullantı metal 

yığınınından təsadüfən bir Boinq 747 təyyarəsini 

əmələ gəlməsi qədər mümkünsüzdür. («Hoyle on 



Evolution», Nature, cild 294, 12 noyabr 1981, s. 

105)

32

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 9

www.tekamulinternasional.com



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə