DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

Darvin XIX əsrin ortalarında nəzəriyyəsini irə-

li  sürdükdə  həyatın  mənşəyindən,  yəni  ilk  canlı 

hüceyrələrinin  necə  əmələ  gəldiyindən  heç  bəhs 

etməmişdi.  XX  əsrin  əvvəlində  həyatın  mənbə-

yini araşdıran elm adamları isə təkamül nəzəriy-

yəsinin  əsassızlığını  anlamağa  başladılar.  Canlı-

lardakı mürəkkəb və mükəmməl quruluş bir çox 

tədqiqatçının  yaradılış  gerçəyini  görmələri  üçün 

zəmin  hazırladı.  Həyatın  təkamül  nəzəriyyəsinin 

iddia etdiyi kimi təsadüf məhsulu olmayacağı ri-

yazi hesablamalar, elmi təcrübə və müşahidələrlə 

sübut edildi.

Təsadüf iddiasının çürüməsi və canlıların ya-

radıldığının başa düşülməsi ilə bəzi elm adamları 

həyatın  mənşəyini  kosmosda  axtarmağa  başladı-

lar. Fred Hoyl (Fred Hoyle) və Çandra Uikrama-

sinqh  (Chandra  Wickramasinghe)  bu  iddianı  or-

taya atan elm adamları arasında ən məşhurlarıdır. 

Bu iki alim birlikdə qurduqları ssenaridə kosmos-

da həyat üçün mayalandıran bir güc olduğunu irəli 

sürdülər. Hoyl-Uikramasinqh ssenarisinə görə, bu 

toxumlar kosmos boşluğunda yerləşən qaz və ya 

toz buludları, yaxud da meteorit ilə daşınaraq yer 

üzünə çatmış və burada həyat əmələ gətirmişlər. 

DNT-nin varlığını üzə çıxaran elmi fəaliyyəti 

ilə məşhurlaşaraq Nobel mükafatı qazanan Fren-

sis  Krik  (Francis  Crick)  də  həyatın  mənbəyini 

kosmosda  axtaran  alimlərdəndir.  Krik  canlıların 

yer üzündə təsadüflərlə əmələ gəlməsinin ağılsız 

düşüncə olduğunu anlamış, lakin bu dəfə də yer 

üzündəki həyatın dünyadan kənar ağıllı varlıqlar 

tərəfindən əmələ gətirildiyini iddia etmişdir.

Göründüyü kimi, həyatın kosmosdan gəlməsi 

fikri elm dünyasının vacib şəxslərini də təsiri al-

tına almışdır. Bu gün həyatın mənşəyindən bəhs 

edən müxtəlif məqalə və mübahisələrdə bu məsələ 

tez-tez  gündəliyə  gətirilir.  Həyatın  başlanğıcını 

kosmosda axtaran düşüncəni iki əsas baxış tərzinə 

görə nəzərdən keçirmək məsələyə aydınlıq gətirə-

cəkdir.


22

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 6

www.heyatinheqiqimenseyi.com



Elmi uyğunluq

Kosmosda mövcud olan qaz və toz buludları 

ilə Yerə çatan meteoritlərin tədqiq edilməsi həya-

tın  kosmosda  başladığı  tezisini  dəyərləndirmək 

üçün bir açardır. Çünki bu kosmik cisimlərdə hə-

yatın kosmosda mayalanma yolu ilə dünyadan kə-

nar varlıqlar tərəfindən əmələ gətirildiyi iddiasını 

dəstəkləyən və ya təsdiq edən heç bir dəlilə rast 

gəlinməmişdir. Bu mövzuda bu günə qədər aparı-

lan bütün araşdırmalar nəticəsində bu cisimlərdə 

bəzi çox bəsit üzvi maddələrdən başqa canlılarda 

yerləşən  hər  hansı  mürəkkəb  molekul  müəyyən 

edilməmişdir. Bu cisimlərdə müəyyən edilən üzvi 

maddələrin həyat üçün heç bir əhəmiyyəti yoxdur.

Bundan əlavə, bu maddələrdə canlıları əmələ 

gətirən  molekullardakı  asimmetriya  da  yoxdur. 

Məsələn,  canlıların  əsasını  təşkil  edən  zülalları 

əmələ gətirən amin turşuları nəzəri cəhətdən sağ 

əlli və ya sol əlli olaraq iki yerə ayrılırlar. Ancaq 

zülalların  əmələ  gətirilməsində  yalnız  sol  əlli 

amin turşuları yer alır. Meteoritlərdəki bəsit üzvi 

molekullarda  (canlıların  quruluşundakı  kimyəvi 

molekullar) isə bu cür nizamlı quruluş deyil, ni-

zamsızlıq mövcuddur. (Massimo Pigliucci, Ratio-

nalists of East Tennessee Book Club Discussion, 

Ekim 1997)

Kosmosdakı  cisim  və  maddələrin  yer  üzünə 

həyat  gətirdikləri  tezisinin  qarşısında  duran  ma-

neələr bununla bitmir. Bu tezisi müdafiə edənlər 

bu cür prosesin bu gün nə üçün baş vermədiyini 

açıqlaya bilmirlər. Çünki Yerə meteorit yağışı bu 

gün  də  davam  edir. Ancaq  bu  cisimlərin  araşdı-

rılması mayalama tezisini təsdiqləyəcək dəlil üzə 

çıxarmır.

Bu  tezisi  müdafiə  edənlərin  qarşısın-

dakı  digər  mühüm  sual  da  budur: 

həyatın  kosmosda  bir  şüur  tərə-

findən meydana gətirilərək  Yerə 

çatması  qəbul  edilsə  belə,  yer 

üzündəki milyonlarla müxtəlif 

canlı  növü  necə 

əmələ  gəlmişdir? 

Bu  çıxılmaz  vəziyyət 

həyatın kosmosda başla-

dığını  iddia  edənlərin  qarşısında  duran  ən 

böyük əngəldir.

Bütün  bunlarla  yanaşı,  kainatda  yer  üzündə-

ki  həyatı  əmələ  gətirdiyi  iddia  edilən  hər  hansı 

bir  sivilizasiya və  ya varlığa  aid izə də rast gə-

linməmişdir.  Xüsusilə  son  30  il  ərzində  sürətlə 

irəliləyən  astronomik  müşahidə  və  araşdırmalar 

nəticəsində kainatda Yerdə həyat əmələ gətirəcək 

bir sivilizasiyaya aid heç bir iz tapılmamışdır.

 “Yad planetlilər” tezisinin 

arxa planı

Dünyadan kənar varlıqların yer üzündə həya-

tı əmələ gətirdiyi tezisi göründüyü kimi, heç bir 

elmi təmələ əsaslanmır. Bu tezisi təsdiq edən və 

ya dəstəkləyən heç bir tapıntı yoxdur. Ancaq bu 

tezisi ortaya atan elm adamları belə bir axtarışa 

başlayarkən, əslində, mühüm bir həqiqəti gördük-

ləri üçün başlamışlar.

Bu  həqiqət  yer  üzündə  həyatın  başlanğıcını 

təsadüflərdə  axtaran  nəzəriyyənin  müdafiə  edil-

məsinin mənasız olduğudur. Canlı formalarda və 

hüceyrədəki  mürəkkəbliyin  ancaq  şüurlu  yarat-

manın əsəri olduğu başa düşülür. Belə ki, həyatın 

mənşəyini kosmosdakı şüurda axtaran elm adam-

larının  qabaqcıllarının 

ixtisaslaşma  sahələrinin 

də təsadüf məntiqini in-

kar  etmələri  haqqında 

ipucu  verir.  Hər  ikisi 

tanınmış  elm 

Düşünən İnsan, Dekabr 2013

23

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 6




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə