DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
    Bu səhifədəki naviqasiya:
  • Dövr

xadimidir:  Fred Hoyl astronom və bioriyaziyyatçı, Frensis Krik 

isə molekulyar bioloqdur.

Burada bir cəhət də var: həyatın mənşəyini kosmosda axta-

ran elm adamları həyatın başlanğıcı mövzusuna yeni şərh gətir-

mirlər. Məlumdur ki, təkamül nəzəriyyəsi həyatın yer üzündə təsadüflər 

nəticəsində  ortaya  çıxdığını  müdafiə  edir.  Hoyl,  Uikramasinqh,  Krik 

kimi alimlər də bu cür təsadüfi əmələ gəlmənin mümkün olmadığını 

gördükdə,  həyatın  kosmosdan  gəlməsi  fikrinə  düşmüşlər.  Həyatın 

təsadüflər  nəticəsində  meydana  gəlməsinin  mümkünsüzlüyü  yer 

üzü üçün olduğu kimi, kosmos üçün də mümkün olduğuna görə, 

şüurlu yaratmanın varlığını qəbul etmək məcburiyyətində qal-

mışlar.


Ancaq  bu  şüurlu  yaratmanın  mənbəyi  barədə  ortaya 

atdıqları yad planetlilər tezisi çox ziddiyyətli  və məna-

sızdır. Müasir fizika və astronomiya kainatımızın 

bundan 12-15 milyard il əvvəl “Böyük 

partlayış”  adlandırılan  partla-

yış  ilə  meydana  gəldiyini 

üzə çıxarmışdır. Kainat-

dakı hər cür maddi varlıq da bu dövr 

ərzində  ortaya  çıxmışdır.  Beləliklə, 

Yerdəki həyatın mənşəyini kainatdakı 

başqa bir maddi mənşəli həyatda ax-

taran  bir  düşüncə  kosmosda  mövcud 

olduğunu  iddia  etdiyi  həyatın  necə 

meydana  gəldiyini  də  açıqlamalıdır. 

Bu  cür  qiymətləndirmə  məsələni  həll 

etməyib geri çəkilməyə gətirib çıxarır. 

Göründüyü  kimi,  “kosmosdan 

gəlmə”  tezisi  təkamül  nəzəriyyəsini 

dəstəkləmir,  əksinə,  təkamülün  müm-

kün  olmadığını  üzə  çıxarır  və  həyat  üçün  şüurlu 

yaradılışdan  başqa  bir  açıqlama  olmayacağını  qəbul 

edən görüşdür. Bu tezisi ortaya atan elm adamları doğru 

əsasa istinad edərək səhv yola düşmüş və şüurlu yaradılışın 

mənbəyini kosmosda axtarmaq kimi mənasız fikrə düşmüşlər.

Ancaq  şüurlu  yaradılışın  mənbəyinin  “yad  planetlilər”  kimi 

anlayış olmadığı açıqdır. Bir anlıq yad planetlilərin olduğunu fərz 

etsək belə, onların özlərinin də təsadüfən ortaya çıxmadıqları, ancaq 

şüurlu şəkildə yaradıldıqları aydındır. (Çünki fizika və kimya qanunla-

rı kainatın hər yerində eynidir və bu qanunlar həyatın təsadüfən əmələ 

gəldiyini təsdiqləmir). Bu da kosmosu, kainatı və onların içindəki hər 

cür varlığı hər şeyin fövqündə olan, heç nəyə tabe olmayan, maddə və 

zamandan asılı olmayan, üstün elm, qüdrət və ağıl sahibi olan Allah’ın 

yaratdığını göstərir.

24

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 6

www.heyatinheqiqimenseyi.com



XƏRÇƏNG

Dövr  : Senozoy erası, Eosen dövrü

Yaşı  : 50 milyon il

Bölgə  : Oreqon, ABŞ

Fosil qeydlərinin ən əsas xüsusiyyətlərindən biri canlıların geoloji dövrlər boyu heç bir dəyişikliyə  

məruz qalmadığını göstərməsidir. Başqa sözlə, bir canlı növü fosil qeydlərində necə üzə çıxırsa, 

bu növun  nəsli kəsilənə qədər və ya dövrümüzə gəlib çatana qədər on milyonlarla, hətta yüz 

milyonlarla il boyu heç  dəyişməməsi, quruluşunu qoruyub saxlamasıdır. Bu, canlıların təkamül 

keçirmədiyinin açıq-aşkar dəlilidir. 50 milyon il ərzində bütün xüsusiyyətlərini  eynilə qoruyub 

saxlamış, hər hansı dəyişikliyə məruz qalmamış xərçənglər də bu dəlillərdən biridir. Dövrümüzdə 

yaşayan xərçənglərlə milyon illər əvvəl yaşayan xərçənglər eynidir.

Düşünən İnsan, Dekabr 2013

25

Düşünən İnsan, 

 Dekabr  2013



26

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 7

www.saxtadeliller.com



İnsanın  yer  üzündə  nə  vaxt  peyda  olduğu  ilə 

bağlı sualın cavabını tapmaq üçün fosillərə müra-

ciət etmək lazımdır. Fosillər insanla bağlı tapıntı-

ların milyonlarla il əvvələ aid olduğunu göstərir. 

Bu tapıntılar skelet və kəllə sümüyü hissələri və 

müxtəlif  dövrlərdə  yaşamış  insanlara  aid  qalıq-

lardan  ibarətdir.  İnsana  aid  qalıqların  ən  qədimi 

tanınmış  paleontoloq  Meri  Liki  (Mary  Leakey) 

tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli böl-

gəsində tapılmış ayaq izləridir.

Bu  qalıqlar  elm  dünyasında  böyük  əks-sə-

da  doğurdu. Aparılan  işlər  bu  ayaq  izlərinin  3.6 

milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri 

tədqiq edən Rasel Tatl (Russell Tuttle) bu sözləri 

yazmışdı:

“Bu izlər çılpaq ayaqlı bir Homo Sapiens (in-

san)  tərəfindən  qoyulmalıdır.  Aparılan  bütün 

morfoloji tədqiqatlar bu izləri qoyan canlının 

ayağının dövrümüzdəki insanlarınkından fərqli 

olmadığını göstərir”. (I. Anderson, New Scien-



tist, cild 98, 1983, s. 373.)

Aparılan tədqiqatlarla ayaq izlərinin sahibləri 

də  müəyyən  edildi.  10  yaşında,  dövrümüzün  in-

sanı  ilə  eyni  xüsusiyyəti  daşıyan  bir  insanın  20 

ədəd və daha kiçik birisinin 27 ədəd fosilləşmiş 

ayaq izi vardı. Meri Likinin tapdığı izləri tədqiq 

edən Don Cohanson (Don Johanson)  və Tim Uayt 

(Tim White) kimi tanınmış paleoantropoloqlar da 

bu nəticəyə gəldilər. Uayt bu fikrini aşağıdakı söz-

ləri ilə açıqlayır:

“Heç  şübhəniz  olmasın...  Bunlar  dövrümü-

zün insanının ayaq izlərindən heç fərqlənmir. 

Əgər bu izlər bu gün Kaliforniya çimərliyində 

olsaydı  və  bir  uşaqdan  bunların  nə  olduğunu 

soruşsaydılar, heç tərəddüd etmədən burada bir 

insan gəzdiyini söyləyərdi. Bunları qumsalda-

kı digər yüzlərlə insanın ayaq izindən ayırd edə 

bilməzdi. Elə siz də ayırd edə bilməzsiniz”. (D. 



Johanson & M. A. Edey, Lucy: The Beginnings 

of Humankind, New York: Simon & Schuster, 

1981, s. 250)

Həmin ayaq izləri təkamülçü elm adamları ara-

sında mübahisəyə səbəb oldu. Çünki bu izlərin bir 

insana  aid  olduğunu  qəbul  etmələri  meymundan 

insana doğru qurduqları xəyali sıralama artıq əsas-

sız  olacaqdı.  Ancaq  burada  ehkamçı  təkamülçü 

məntiq bir daha özünü göstərdi. Təkamülçü alim-

lərin bir çoxu bir daha yanlış rəyləri üçün elmdən 

əl çəkdilər. Laetolidə tapılan izlərin meymunabən-

zər canlıya aid olduğunu iddia etdilər. Bu iddianı 

müdafiə  etməyə  çalışan  təkamülçülərdən  Rasel 

Tatl yazırdı:

“Nəticədə,  Laetoli  bölgəsindəki  3.6  milyon 

illik ayaq izləri bu gün dövrümüzdəki insanın 

ayaq  izlərinə  çox  bənzəyir.  Tapıntı  bu  izləri 

qoyan canlıların bizdən daha pis və ya fərqli 

yeriyən bir canlı olduğunu göstərmir. Əgər bu 

izlər  bu  qədər  qədim  olmasaydı,  bunların  da 

bizim kimi bir homo (insan) tərəfindən qoyul-

duğunu mübahisəsiz qəbul edə bilərdik... An-

caq  yaş  probleminə  görə  bu  izləri  Lusi  fosili 

ilə  eyni  növə,  yəni  Australopithecus  afaren-

sis  (təkamülçülərin  yarı  insan-yarı  meymun 

kimi göstərməyə çalışdıqları, əslində isə nəsli 

tükənmiş meymun növü) növünə aid canlı tərə-

findən qoyulduğunu qəbul etmək məcburiyyə-

tindəyik”. (R. H. Tuttle, Natural History, Mart 

1990, s. 61-64)

İnsanla bağlı ən qədim qalıqlardan biri də Luis 

Likey  tərəfindən  1970-ci  illərin  əvvəlində  Oldu-

vay Corc (Olduvai Gorge) bölgəsində tapılan daş 

daxmanın qalıqlarıdır. Daxmanın qalıqları 1.7 mil-

yon illik təbəqədə idi. Afrikanın bəzi bölgələrində 

yerləşən və bu gün də istifadə edilən buna bənzər 

daxmaların bu gün homo sapiens, yəni dövrümü-

zün  insanı  tərəfindən  qurulduğu  məlumdur.  Bu 

qalıq insanın təkamülçülər tərəfindən əcdadı kimi 

göstərilən “meymunabənzər” məxluqlarla eyni ta-

rixdə yaşadığını ortaya qoyur.

Efiopiyanın Hadar ərazisində tapılan 2.3 mil-

yon  illik  insan  çənəsi  də  dövrümüzün  insanının 

yer üzündə təkamülçülərin irəli sürdüyü tarixdən 

çox  daha  əvvəl  mövcud  olduğunu  göstərir.  (D. 



Johanson, Blake Edgar, From Lucy to Language, 

s.169)

İnsana aid tapılan ən qədim və nöqsansız fo-

sillərdən biri də KNM-WT 15000 və ya digər adı 

ilə “Turkana uşağı” skeletidir. 1.6 milyon illik bu 

fosili təkamülçü Donald Cohanson belə tərif edir:

“Uzun və zəif idi. Bədən forması və bədən üzv-

lərinin nisbəti bu günkü Ekvator afrikalılarınkı 

ilə eyni idi. Bədən üzvləri dövrümüzün yetkin 

şimali amerikalılara tamamilə uyğun gəlirdi”. 

(D. Johanson, Blake Edgar, From Lucy to Lan-

guage, s.173)

Aparılan tədqiqatlar fosilin 12 yaşında bir uşa-

ğa aid olduğunu və böyüsəydi, 1.83 m boyu olaca-

ğını göstərmişdir. ABŞ-dan olan paleoantropoloq 

Düşünən İnsan, Dekabr 2013

27

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 7




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə