DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

Burada  təkamülçülərin  təhrifini  daha  yax-

şı anlamaq üçün bir misala baxaq. Həyatı boyu 

daha əvvəl heç saat görməmiş, bir tənha adada 

yaşayan  bir  insanın  ilk  dəfə  divar  saatını  gör-

düyünü təsəvvür edək. 100 metr uzaqdan divar 

saatını  görən  bu  insan  saatı  tam  şəkildə  nəzər-

dən keçirməyərək küləyin sovurduğu toz, torpaq 

vasitəsilə meydana gələn hər hansı bir cisimdən 

ayırmaya bilər. Yaxınlaşıb diqqətlə baxdıqda isə 

bu  yolla  əmələ  gəldiyinə  şübhə  etməz.  Ancaq 

sonra  bu  alətin  xüsusiyyətlərini  və  burada  üzə 

çıxan  sənəti  tədqiq  etmək  istəyər.  İçini  açaraq 

ətraflı  tədqiq  etdikdə  saatın  kənardan  göründü-

yündən daha böyük məlumat və ağılın nəticəsi 

olduğu üzə çıxar. Daha dərindən tədqiqatlar get-

dikcə bu nəticəni daha da dəqiqləşdirər.

Elmin  irəliləyişi  ilə  canlılar  haqqındakı 

həqiqətlərin  dərk  edilməsi  saatı  tədqiq  edən 

şəxsin  vəziyyətinə  bənzəyir.  Elmi  irəliləyişlər 

canlılardakı  mükəmməlliyi  sistem,  orqan, 

toxuma, hüceyrə və hətta molekul səviyyəsində 

üzə çıxarmışdır. Hər yeni detalın başa düşülməsi 

yaradılışın möhtəşəmliyini daha yaxşı anlamağa 

kömək  edir.  Hüceyrəni  içi  jele  dolu  şar  kimi 

qəbul  edən  XIX  əsr  təkamülçüləri  bu  yanaşma 

tərzləri ilə yuxarıda çəkdiyimiz misaldakı saata 

100 metr uzaqlıqdan baxan adam kimidirlər. Bu 

gün  hüceyrənin  hər  hissəsi  ayrıca  bir  sənət  və 

yaradılış  nümunəsi  olan  möhtəşəm  quruluşunu 

qəbul etməyən heç bir elm adamı yoxdur. Sadəcə 

mikroskopla görə bildiyimiz bu kiçik hüceyrənin 

təkcə zarı belə “seçərək keçirən” sözü ilə böyük 

ağılı  ifadə  edir.  Ətrafındakı  atomları,  zülalları, 

molekulları  eynilə  şüurlu  varlıq  kimi  tanıyır 

və  yalnız  ehtiyacı  olanları  daxilinə  qəbul  edir 

Saatdakı  məhdud  məlumat  və  ağılın  əksinə, 

canlı  orqanizmlər  sonsuz  ağıl  və  yaradılışın 

nümunələridir.  Quruluş  və  funksiyaları  hələ 

qismən kəşf edilmiş canlı formalar üzərində hər 

gün  daha  hərtərəfli  və  ətraflı  şəkildə  aparılan 

tədqiqatlar  təkamülü  sübut  etmək  bir  kənara, 

yaradılış həqiqətinin daha yaxşı dərk edilməsinə 

kömək edir.

2. Təkamülçülər bir canlı növünün mutasiya 

və təbii seçmə yolu ilə digər bir canlıya çevrildi-

yini iddia edirlər. Bununla bağlı aparılan bütün 

araşdırmalar hər iki mexanizmin heç bir təkamül 

xarakteri  daşımadığını  göstərmişdir.  Tanınmış 

təkamülçü olan İngiltərə Təbiət Tarixi Muzeyi-

nin baş paleontoloqu Kolin Paterson (Colin Pat-

terson) bu həqiqəti belə ifadə edir:

“Heç kəs təbii seçmə mexanizmləri ilə yeni 

növ  əmələ  gətirə  bilməmişdir.  Heç  kəs  bu-

nun bacarmamışdır. Bu gün neodarvinizmin 

ən çox mübahisə doğuran cəhəti də budur”. 



(Colin  Patterson,  «Cladistics»,  Brian  Leek 

ile Röportaj, Peter Franz, 4 Mart 1982, BBC)

Mutasiya ilə bağlı aparılan tədqiqatlar da mu-

tasiyanın təkamül xarakteri daşımadığını göstər-

mişdir. ABŞ-dan genetika alimi B.G.Ranqanatan 

(B.G.Ranganathan) belə deyir:

“Mutasiyalar  kiçik,  təsadüfi  xarakter  daşı-

yır və zərərlidir. Çox nadir hallarda meyda-

na gəlir və təsirsizdirlər. Bu dörd xüsusiyyət 

mutasiyaların  təkamül  xarakterli  irəliləyişə 

səbəb olmadığını göstərir”. (B. G. Ranganat-



han, Origins?, Pennsylvania: The Banner Of 

Truth Trust, 1988)

Göründüyü  kimi,  təkamül  nəzəriyyəsinin 

növlərin  əmələ  gəlməsi  ilə  bağlı  irəli  sürdüyü 

mexanizmlər  tamamilə  təsirsiz,  hətta  əksinə, 

zərərlidir.  Elm  və  texnologiya  səviyyəsində  bu 

həqiqətləri  üzə  çıxarmaq  hələ  mümkün  olma-

dığı dövrlərdə fantastik ssenarilər şəklində irəli 

Düşünən İnsan, Dekabr 2013



33

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 9




sürülən bu mexanizmlərin elmin irəliləyişi sayə-

sində heç bir inkişaf və təkamül xüsusiyyətinin 

olmadığı başa düşülmüşdür. 

3.  Fosillər  də  canlıların  təkamül  prosesi  ilə 

əmələ  gəlmədiyini  və  möhtəşəm  yaradılış  əsə-

ri  kimi  birdən-birə  meydana  gəldiyini  göstərir. 

Tapılan bütün fosillər bu həqiqəti dəfələrlə vur-

ğulamışdır. Tapılacaq  fosillərin  də  bu  vəziyyəti 

dəyişdirməsi  ehtimalının  olmadığını  Harvard 

Universitetindən  paleontoloq  Naylz  Eldrec  (N. 

Eldredge) belə açıqlayır:

“Bütün dəlillər fosillərin ortaya qoyduğu nə-

ticənin doğru olduğunu göstərir: (Fosil qeyd-

lərində)  gördüyümüz  boşluqlar  həyatın  necə 

meydana gəldiyini əks etdirir, bunlar fosillə-

rin azlığından irəli gəlmir”. (N. Eldredge and 

I. Tattersall, The Myths of Human Evolution, 

Columbia University Press, 1982, s. 59)

Başqa  bir  amerikalı  paleontoloq  R.  Uesson 

(R. Wesson) da 1991-ci ildə dərc edilmiş “Təbii 

seçmədən kənar” adlı kitabında fosil qeydlərin-

dəki boşluqların həqiqi və faktiki olduğunu belə 

açıqlayır:

“Fosil  qeydlərində  boşluqların  olduğu 

həqiqətdir.  Hər  hansı  (təkamül  xarakterli) 

əcdadın  olduğunu  göstərən  fosillərin  yoxlu-

ğu son dərəcə faktikidir. Növlər, əsasən, çox 

uzun  dövrlər  ərzində  dəyişmədən  qalırlar. 

Növlər və xüsusilə cinslər heç bir zaman yeni 

bir növə və ya cinsə doğru təkamül keçirmir-

lər. Bunun əvəzinə, bir növ və ya cins digəri 

ilə yerini dəyişdirir (yəni nəsli kəsilir və ye-

rini  başqasına  verir).  Dəyişiklik  isə,  əsasən, 

birdən-birə  baş  verir”.  (R.  Wesson,  Beyond 

Natural  Selection,  MIT  Press,  Cambridge, 

MA, 1991, s. 45)

Beləliklə,  təkamül  nəzəriyyəsi  irəli  sürüldü-

yü dövrdən bu günə qədər təxminən 150 il keç-

mişdir  və  bu  dövr  ərzində  elmi  irəliləyişlər  tə-

kamül  nəzəriyyəsinin  əleyhinə  işləmişdir.  Elm 

həyatın incəliklərini tədqiq etdikcə yaradılışdakı 

mükəmməlliyin yeni dəlilləri tapılmış, canlıların 

təsadüflərlə  meydana  gəlməsinin  və  müxtəlif-

liyin  əmələ  gəlməsinin  mümkün  olmadığı  başa 

düşülmüşdür. Aparılan hər yeni tədqiqat  canlı-

lardakı  yaradılışın  yeni  dəlillərini  üzə  çıxarır, 

yaradılış  həqiqətini  nümayiş  etdirir.  Darvindən 

dövrümüzə qədər keçən hər on il təkamül nəzə-

riyyəsinin əsassızlığını bir daha göstərmişdir. 

Qısaca desək, elmi irəliləyiş təkamül nəzəriy-

yəsinin əleyhinədir. Ona görə də elmin sonrakı 

dövrlərdəki  irəliləyişləri  təkamül  nəzəriyyəsini 

dəstəkləməyəcək, əksinə, əsassız olduğunu daha 

açıq şəkildə göstərəcəkdir.

Təkamül  nəzəriyyəsinin  iddialarına  gəlin-

cə,  bu  iddialar  elm  tərəfindən  üstü  açılmamış, 

açıqlanmamış  mövzu  deyildir  ki,  sonradan  elm 

inkişaf etdikcə açıqlansın. Tam əksinə, təkamül 

nəzəriyyəsi müasir elmin hər sahədə təkzib etdi-

yi, bu cür fantastik prosesin həyata keçməsinin 

hər  cəhətdən  qeyri-mümkün  olduğunu  ortaya 

qoyduğu  iddiadır.  Bu  vəziyyətdə  olan  bir  iddi-

anın  sonrakı  dövrlərdə  sübut  olunacağını  irəli 

sürmək  təkamülü  ideologiyalarının  təməli  kimi 

görən  marksist-materialist  kütlələrin  utopik  xə-

yallarından ibarətdir. Bu, təkamül tərəfdarı olan 

kütlələrin  çarəsizliklərindən  qaynaqlanan 

təsəlli axtarmasıdır. 

Beləliklə, “sonrakı dövrlərdə elm 

təkamülü sübut edəcək” kimi bir iddi-

anın “elm sonrakı dövrlərdə dünyanın 

öküzün buynuzunda dayandığını sübut 

edəcək” şəklindəki ümiddən fərqi yox-

dur.

34

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 9

www.tekamulnezeriyyesininsuqutu.com



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə