DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
    Bu səhifədəki naviqasiya:
  • Dövr

28

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 7

Alan Parker: “Adi bir patoloqun bu uşağın skele-

ti  ilə  dövrümüzdəki  insanın  skeletini  bir-birindən 

ayırması çox çətindir”, - deyir. (Boyce Rensberger, 

The Washington Post, 19 Noyabr 1984)

İnsana aid tapılan qalıqlardan ən çox əks-səda 

doğuranlarından  biri  də  1995-ci  ildə  İspaniyada 

tapılan fosil idi. İspaniyanın Atapuerka ərazisində 

Qran Dolina mağarasında aparılan araşdırmalarda 

aşkar edilən 800 min illik fosil 11 yaşlı insana aid 

idi və onu tapan tədqiqatçıları təəccübləndirmişdi. 

Madrid Universitetindən olan üç ispan paleoantro-

poloqdan ibarət tədqiqat qrupunun rəhbəri Arsuaqa 

Ferreras belə deyirdi:

“Böyük, enli, kök, yəni bəsit bir şeylə qarşıla-

şacağımızı güman edirdik. 800.000 il yaşı olan 

bir uşağın Turkana uşağı kimi bir şey olduğunu 

gözləyirdik. Ancaq  bizim  tapdığımız  tamamilə 

dövrümüzün insanına aid bir üz idi... Bunlar sizi 

heyrətləndirən şeylərdir: fosil tapmaq deyil, tam 

bir  fosil  tapmaq  gözlənilməz  və  gözəl  hadisə 

idi. Ancaq ən təsirli cəhəti bu idi ki, bu günə aid 

olduğunu düşündüyümüz bir şeyi keçmişdə tap-

mışdıq. Bu, bir növ Qran Dolinada maqnitofon 

tapmaq kimi bir şeydir. Belə bir şey, əlbəttə, çox 

təəccüblü olardı. Onu görən zaman çox təəccüb-

lənmişdik”.  (“Is  This  The  Face  of  Our  Past”, 

Discover, Dekabr 1997, s. 97-100)

Göründüyü  kimi,  fosil  tapıntıları  insanın  təka-

mülü iddiasını təkzib edir. Bu iddia bəzi media qu-

rumları tərəfindən ictimaiyyətə sanki sübut edilmiş 

bir həqiqət kimi təqdim olunur, əslində isə ortada 

sadəcə  fantastik  nəzəriyyələr  var.  Belə  ki,  təka-

mülçü alimlər də bu həqiqəti qəbul edir və insanın 

təkamülü  iddiasının  dəlillərinin  olmadığını  etiraf 

edirlər.

Təkamülçü  paleontoloqlar  Villi,  Solomon  və 

Deyvis: “Biz insanlar fosil izlərində birdən-birə üzə 

çıxırıq”, - deyərək insanın yer üzündə birdən-birə, 

yəni heç bir təkamül keçirən əcdadı olmadan ortaya 

çıxdığını  qəbul  edirlər.  (Villee,  Solomon  and  Da-



vis, Biology, Saunders College Publishing,1985, s. 

1053)

Kolard və Vud isə 2000-ci ildə qələmə aldıqları 

bir məqalədə: “İnsanın təkamülü haqqındakı möv-

cud filogenetik (təkamülçü) hipotezlərin heç əsası 

yoxdur”, - deməyə məcbur olmuşdur. (“Hominoid 

Evolution and Climatic Change in Europe” Volu-

me 2 Edited by Louis de Bonis, George D. Koufos, 

Peter Andrews, Cambridge University Press 2001 

Bölüm 6)

Əldə  edilən  hər  yeni  fosil  tapıntısı  bəzi  qey-

ri-ciddi  qəzetlərdə  “Təkamül  zəncirinin  itmiş 

halqası tapıldı” kimi yalan başlıqlarla verilsə də, tə-

kamülçüləri daha çox müəmmanın içinə salır. Əldə 

edilən  tapıntıların  sayının  artması  təkamül  nəzə-

riyyəsinin lehinə deyil, əleyhinə nəticələr 

ortaya qoyur. Əslində isə əgər keç-

mişdə hər hansı bir təkamül prose-

si baş versəydi, onun çoxlu dəlili 

olmalı və əldə edilən hər tapıntı 

bunu daha da gücləndirməliy-

di. Belə ki, Darvin “Növlərin 

mənşəyi”  adlı  kitabında  elmin 

bu istiqamətdə inkişaf edəcəyi-

ni iddia etmişdi. Onun fikrincə, 

nəzəriyyəsinin fosillər baxımın-

dan tək problemi kifayət qədər 

fosil  tapıntısı  olmaması  idi. 

Aparılacaq  araşdırmalarda 

nəzəriyyəsini  sübut  edə-

cək saysız-hesabsız fosil 

çıxacağına ümid edirdi. 

Ancaq  elmi  tapıntılar 

Darvinin  bu  xəyalını 

tamamilə boşa çıxardı.

www.tekamulnezeriyyesininsuqutu.com



DOVŞAN BALASI

Dövr  : Kaynozoy erası, Oliqosen dövrü

Yaşı  : 30 milyon il

Bölgə  : Uayt River, Vayominq, ABŞ

Dövrümüzdə yaşayan dovşanlarla eyni olan, 30 milyon il əvvəl yaşamış dovşanlar təkamül 

nəzəriyyəsini təkzib edir. Fosil tapıntıları dovşanların dəyişmədiyini göstərir.

Düşünən İnsan, Dekabr 2013



29

Düşünən İnsan, 

 Dekabr  2013



Dövrümüzdə  elmlə  əldə  etdiyimiz  məlumat 

səviyyəsi canlıların əsla təsadüflərlə meydana gəl-

məyəcək qədər qüsursuz və son dərəcə mürəkkəb 

quruluşa malik olduğunu göstərir. Son illərdə “İn-

san genomu layihəsi” sayəsində insan genindəki 

mükəmməl və qüsursuz quruluş üzə çıxmışdır. 

Bu  layihə  çərçivəsində Amerikadan  Çinə  qə-

dər bir çox ölkədən olan elm adamları 10 il boyu 

DNT-də  yerləşən  3  milyard  kimyəvi  şifri  bir-bir 

müəyyən etmək üçün çalışmışlar. Nəticədə, insan 

genində  yerləşən  məlumatların  əksəriyyəti  düz-

gün düzülə bilib. 

Bu hadisə İnsan Genomu Layihəsinin rəhbəri 

olan  Frensis  Kolinsin  (Francis  Collins)  “İnsanın 

istifadə kitabçasının ilk dəfə bir bölməsini tamam-

laya bildik” sözlərində olduğu kimi, DNT-nin sir-

lərin açılmasında hələ başlanğıc mərhələdir.

Bu  məlumatı  əmələ  gətirən  şifrlərin  açılma-

sının nə üçün 10 il davam etdiyi və yüzlərlə elm 

adamının əməyi bahasına başa gəldiyini anlamaq 

üçün  DNT-yə  sığışdırılmış  məlumatın  nə  qədər 

böyük olduğunu dərk etmək lazımdır. 

DNT  sonsuz  məlumat  mənbəyinin  varlığını 

göstərir.

İnsanın  təkcə  bir  hüceyrəsinin  DNT-sində  1 

milyon  ensiklopediya  səhifəsini  dolduracaq  qə-

dər məlumat var. İnsan öz DNT-sindəki məlumatı 

oxumağa çalışsa, buna ömrü çatmaz. Hər gün 24 

saat boyu fasilə vermədən hər saniyə insanın bir 

DNT şifri oxunarsa, bu proses 100 ilə bitər. Çünki 

aparılan hesablamalara görə, bu nəhəng ensiklo-

pediya təxminən 3 milyard müxtəlif şifrə malik-

dir.  Əgər  DNT-dəki  məlumatları  kağız  üzərinə 

köçürsək,  kağızların  uzunluğu  Şimal  qütbündən 

ekvatora  qədər  olan  məsafəyə  bərabər  olar.  Bu 

miqdar böyük bir kitabxananı artıqlaması ilə dol-

duracaq sayda təxminən 1000 böyük cildlik kitab 

deməkdir. 



30

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 8

www.dntmocuzesi.com



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə